327
fiziki xassələrini dəyişdirir. Neft-qaz yataqları uzununa dalğanın
sürətinin kiçik qiyməti ilə fərqlənir, eyni zamanda akustik codluqda
azalır, dalğaların udulma qabiliyyətini təsvir edən əmsalın artması,
sıxlığın azalması, elektrik müqavimətinin artması ilə müşahidə
olunur. Neft yataqları üzərində kimyəvi reaksiyalar nəticəsində
temperatur 1-5
0
artır, Yerin dərin qatlarından gələn istilik selinin
hesabına yataqda dəyişmə prosesi baş verir. Bu xüsüsiyyətlər neft-
qaz yataqlarının kompleks üsullarla, o cümlədən, yüksək dəqiqlikli
qravi kəşfiyyat, qayıdan dalğalar üsulu və termometriya üsullarının
köməyindən bilavasitə istifadə etməyə imkan verir. Nef-qaz
yataqlarının axtarışını başlıca olaraq karataj üsulu ilə həyata
keçirirlər. Kəşfiyyat işlərində neft və qaz ola bilən strukturları
seçmək üçün quyu qazırlar və burada karataj üsulu ilə kompleks
tədqiqat işləri aparılır. İlk növbədə aşağıdakı məsələlər həll olunur:
kollektor layların ayrılması, onun mayelərlə doyma xüsusiyyətinin
təyini, müxtəlif mühitlərin toxunma sərhədlərini: su-neft, su-qaz,
neft-qaz, və hər layın qalınlığı təyin olunur və nəhayət quyu
kəsilişləri müqayisə olunur.
Dostları ilə paylaş: