Xəbər bülleteni №27


Uşaqların kompleks tibbi müayinəsi ilə bağlı rəsmi hesabat



Yüklə 2,57 Mb.
səhifə75/77
tarix02.01.2022
ölçüsü2,57 Mb.
#2195
1   ...   69   70   71   72   73   74   75   76   77

Uşaqların kompleks tibbi müayinəsi ilə bağlı rəsmi hesabat


31.03.2016

Ötən il Azərbaycanda uşaqların 92%-i icbari dispanserizasiya (kompleks tibbi müayinə) tədbirlərinə cəlb olunub. Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, müayinələr nəticəsində uşaqların 5%-nə qədərində sağlamlığın pozulması riski və xəstəliklər aşkar edilib. Bunların əksəriyyəti tənəffüs yollarının xəstəlikləri, uşaqlıq dövründə rast gəlinən xəstəliklər və qurd invaziyaları olub.

Uşaqların icbari dispanserizasiyası üzrə keçirilən müayinələrdə həkim briqadasına pediatr, nevropatoloq, oftalmoloq, cərrah, otorinolarinqoloq, endokrinoloq, stomatoloq və ehtiyac olduqda digər mütəxəssislər daxil olur. Tibbi müayinələr zamanı xəstəliklər və yaxud sağlamlığın pozulması riski aşkar edildikdə uşaqlar dispanser qeydiyyatına götürülür, müalicə-sağlamlıq tədbirlərinə cəlb olunurlar.

İcbari dispanserizasiya tədbirləri uşaq ambulatoriya klinik müəssisələrində, məktəblərdə, bağçalarda həyata keçirilir. Bölgələrdə uşaqları icbari dispanserizasiya tədbirlərinə cəlb etmək üçün səyyar həkim briqadaları təşkil olunur. Səhiyyə Nazirliyi icbari dispanserizasiya tədbirlərinin monitorinqi üçün mobil qruplar yaradıb. Qruplar ildə iki dəfə regionlarda icbari dispanserizasiya tədbirlərinin gedişinə nəzarət həyata keçirir.

Dispanserizasiya tədbirləri prezidentin 10 dekabr 2013-cü il sərəncamı ilə təsdiqlənən dövlət proqramı əsasında görülür. Müayinə Azərbaycanda 18 yaşına qədər əhalini, 2,6 milyondan çox uşağı əhatə edir. Yeni doğulan və 3 yaşına qədər olan uşaqlar ildə bir neçə dəfə, 3 yaşından böyük olan uşaqlar isə il ərzində kompleks tibbi müayinələrə cəlb olunur. İcbari dispanserizasiya tədbirləri dövlət səhiyyə müəssisələrində dövlət vəsaiti hesabına həyata keçirilir.



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin