Dekabrın 4-də itkin düşən neftçilərdən birinin meyiti tapılıb
28.12.2015
“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin meyiti Xəzər dənizinin Türkmənistan sektorunda tapılıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, dekabrın 27-də Xəzər dənizinin Türkmənistan sahillərindən 60 kilometr uzaqlıqda tapılan şəxsin SOCAR-ın işçisi Qasımov İman Şura oğlu olduğu müəyyən edilib.
Dekabrın 4-də 10 saylı dərin dəniz özülündə sualtı qaz xəttinin dayaq borusu qırılıb, nəticədə boru kəməri zədələnib və şiddətli yanğın baş verib. Özüldəki 63 işçidən 33-ü xilas edilib. Dekabrın 27-dək 7 nəfərin meyiti tapılmışdı.
Həmin gün “Neft daşları”ndakı 501 nömrəli özüldə də faciə baş verib. Güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə atıb. Köşkdəki 3 nəfər itkin düşüb.
Dostları ilə paylaş: |