Xəbər bülleteni №11


Lukaşenko rəsmən qalib oldu



Yüklə 5,79 Mb.
səhifə18/87
tarix02.01.2022
ölçüsü5,79 Mb.
#2231
1   ...   14   15   16   17   18   19   20   21   ...   87

Nazir ucuzlaşmadan danışıb


13.10.2015

“Bu ilin doqquz ayında ümumi daxili məhsul 3,7 faiz artıb”. Bunu iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev oktaybrın 12-də Nazirlər Kabinetinin prezident İlham Əliyevin sədrliyi ilə keçirilən iclasında deyib.

Nazirin sözlərinə görə, şaxələndirmə siyasəti nəticəsində qeyri-neft sektorunun real artım tempi 6,4 faiz olub. Şahin Mustafayev bildirib ki, qeyri-neft sektorunda yaradılan əlavə dəyər 2003-cü illə müqayisədə 8 dəfədən çox artıb: “Qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 68,8 faizə çatıb. Sənaye 2,1 faiz, o cümlədən qeyri-neft sənayesi 10,2 faiz, kənd təsərrüfatı 6,7 faiz, informasiya və rabitə xidmətləri 8,8 faiz, pərakəndə ticarət 11,4 faiz, əhaliyə göstərilən pullu xidmətlər 6,2 faiz artıb, inflyasiya 3,7 faiz təşkil edib. Əhalinin gəlirlərində artım meylləri davam edib və ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz, hər nəfərə düşən gəlirlər 4,5 faiz artıb. Yanvar-avqust ayları ərzində orta aylıq əməkhaqqı 4,4 faiz artaraq 460 manata yüksəlib, 87 min yeni iş yeri açılıb”.

Şahin Mustafayevin bildirdiyinə görə, doqquz ayda dövlət büdcəsinin mədaxili 12,1 milyard manat və ya proqnozun 99,6 faizi, xərcləri isə 11.7 milyard manat və ya proqnozun 74,3 faizi səviyyəsində olub: “Daxilolmaların 68,4 faizi qeyri-neft sektorunun payına düşür ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 11,6 faiz çoxdur. Bu müddətdə iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 11,8 milyard manat əsas kapitala investisiya yönəldilib. Dövlət İnvestisiya Proqramı çərçivəsində yol-nəqliyyat, enerji, qaz infrastrukturunun, sosial obyektlərin tikintisi, su və kanalizasiya təminatının yaxşılaşdırılması və digər layihələr üzrə işlər davam etdirilib.

Böyük iqtisadi və siyasi potensiala malik olan Şərq-Qərb və Şimal-Cənub tranzit nəqliyyat dəhlizləri üzrə layihələrin həyata keçirilməsi bu imkanlardan daha səmərəli istifadə olunmasını, bu sahədə gəlirləri artırmaqla, iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsini təmin edəcək.

Bu ilin 8 ayında ölkənin xarici ticarəti müsbət saldo ilə yekunlaşıb, qeyri-neft ixracı 8,7 faiz artıb. İxrac imkanlarının artırılması məqsədilə Aktau şəhərində logistik mərkəzin inşası başa çatdırılıb”.

Nazir dərmanların və aviabiletlərin qiymətlərinin tənzimlənməsindən də danışıb: ”2200-dək, yəni dövlət qeydiyyatına alınmış dərman vasitələrinin 25 faizdən çoxunun qiyməti təsdiq edilib. Vətəndaşlar tərəfindən böyük razılıqla qarşılanan qiymət tənzimlənməsi nəticəsində bu dərmanların qiyməti əvvəlki qiymətlərlə müqayisədə endirilib. Dərmanların üzərində qiymətlərin göstərilməsi, internet resurslarında və KİV-lərdə yerləşdirilməsi qiymət intizamına ictimai nəzarəti təmin etməklə yanaşı, vətəndaşa dərmanları bütün apteklərdən eyni və optimal qiymətə almağa imkan verir və süni qiymət artımının qarşısı alınır. İslahat vətəndaşların xərclərinin azalmasına, dərman vasitələri bazarına dövlət nəzarətinin güclənməsinə və vergidən yayınma hallarının qarşısının alınmasına əlavə imkanlar yaradacaq, dövlət büdcəsinin xərcləri azalacaq, bu sahədə sığorta sisteminin inkişafına töhfə verəcək. Proses dövlət qeydiyyatına alınmış bütün dərman vasitələrinin qiymətləri tənzimlənənədək intensiv davam etdirilir”.

Şahin Mustafayev qeyd edib ki, dövlət başçısının aviabiletlərin qiymətləri ilə bağlı verdiyi tapşırığın icrasını təmin etmək məqsədilə bütün beynəlxalq uçuşlar üzrə ekonom xidmət sinfinin tarifləri 20-30 faizədək aşağı salınıb, təyyarələrdə ən ucuz yerlərin sayı 30 faizədək artırılıb, tələbat çox olan istiqamətlər üzrə aşağı büdcəli reyslərin təşkilinə başlanıb: “Hazırda AZAL-ın fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə müvafiq işlər aparılır”.



Yüklə 5,79 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin