65
məqsədilə şərait yaradır, onlara əkin istehsal alətləri və qoşqu
heyvanları verməklə müəyyən vaxt onları vergidən azad edirdi.
Sonralar xüsusi vergi siyahısına daxil edilərək həmin kəndlilərdən
tələb olunan vergilər toplanılırdı.
İrəvan xanlığında binaçı vergisi verən kəndlilər iki qismə
bölünürdülər: bəhrəkərlər və yarımkərlər.
Bəhrəkərlər sərdarın xəzinəsinə ildə 10 tümən məbləğində
binaçı verməli idilər.Yarımkərlər isə üç tümən binaçı verməklə
kifayətlənirdilər. Ermənilər azərbaycanlılardan fərqli olaraq sərdarın
xəzinəsinə daha çox məbləğdə binaçı verməli idilər.
Dostları ilə paylaş: