Xalq qəzeti”. 2013. 28 aprel.№90. S. 1-2



Yüklə 226,32 Kb.
Pdf görüntüsü
səhifə2/2
tarix02.01.2022
ölçüsü226,32 Kb.
#2572
1   2
 

Prezident İlham Əliyevin 

nitqi 

 

-Hörmətli xanımlar və cənablar. 



Hörmətli qonaqlar. 

Mən  sizin  hamınızı  ürəkdən  salamlayıram.  Bu  gün  yubiley  tədbirində  iştirak  etmək  üçün 

Azərbaycana gəlmiş bütün qonaqları səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmişsiniz. 

Zərifə xanım Əliyeva böyük həkim, böyük alim idi. Onun 90 illik yubileyini dövlət səviyyəsində 

qeyd  etmək  üçün  mən  Prezident  kimi  müvafiq  Sərəncam  imzalamışdım.  Sərəncam  əsasında  müxtəlif 

tədbirlər  keçirilmişdir.  Bu  tədbirlərin  çox  böyük  mənası  var  idi.  Çünki  bu  tədbirlərdə,  elmi 

simpoziumlarda  oftalmologiya  elmində  gedən  proseslər  bir  daha  təhlil  edilmiş,  çox  dəyərli  fikirlər 

səslənmiş və bu tədbirlər oftalmologiya sənətinə, oftalmologiya elminə yeni bir töhfə olmuşdur. 

Zərifə xanım, sözün əsl mənasında, böyük həkim idi. O, Azərbaycan oftalmologiya məktəbinə öz 

dəyərli  töhfəsini  vermişdir,  gənc  kadrların  hazırlanmasında  çox  böyük  fəaliyyət  göstərmişdir.  Eyni 

zamanda,  insanların  görmə  qabiliyyətinə  mənfi  təsir  göstərən  istehsalatlarda  onun  laboratoriyaları 

fəaliyyət göstərmişdir. Bu laboratoriyalarda bir tərəfdən insanların sağlamlığına zərərli istehsalların təsiri 

öyrənilmiş, eyni zamanda, xəstələrin müalicəsi də təşkil edilmişdir.  

Alim kimi Zərifə xanım çox böyük zirvələrə çata bilmişdir. Onun əsərləri, elmi monoqrafiyaları 

bu  gün  də  öz  aktuallığını  itirmir.  Bir  alim  kimi  Azərbaycan  Elmlər  Akademiyasının  həqiqi  üzvü 

seçilmişdir,  eyni  zamanda,  Sovet  İttifaqının  oftalmologiya  elmində  ən  yüksək  mükafat  olan  Averbax 

mükafatına layiq görülmüşdür. 

Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. Çünki o, həm peşəkar həkim, 

eyni zamanda, çox xeyirxah insan idi və hər bir həkimdə bu iki amil birləşməlidir. Çünki həkim peşəkar 

olmalıdır, insanlara xidmət göstərməlidir. Eyni zamanda, həkim xeyirxah insan olmalıdır. Zərifə xanımın 

bu  məsələlərlə  bağlı  da  fikirləri,  məqalələri  var  idi.  Həkimin  etik  davranışı  ilə  bağlı  onun  çox  dəyərli 

fikirləri olmuşdur. Hesab edirəm ki, bu fikirlər bu gün də hər bir həkim üçün əsas olmalıdır. 

Zərifə  xanım  böyük  lider,  ulu  öndər  Heydər  Əliyevin  ömür-gün  yoldaşı  idi.  Bütün  işlərdə  ona 

dayaq olurdu, onu dəstəkləyirdi. Ailəmizdə olan ab-hava, mühit, valideynlər arasında olan münasibətlər 

əlbəttə  ki,  bizi  də  tərbiyə  edirdi.  Yəni,  ailədə  tərbiyəni  valideynlərin  münasibətlərini  görərək  alırdıq. 

Əlbəttə, 1970-ci illərdə - Heydər Əliyev Azərbaycanda birinci katib vəzifəsində işlədiyi dövrdə Heydər 

Əliyevin həyat yoldaşının əlbəttə ki, müxtəlif imtiyazları və üstünlükləri ola bilərdi. Ancaq Zərifə xanım 

çox sadə bir insan idi, heç vaxt büruzə vermirdi ki, Heydər Əliyevin  – birinci katibin həyat yoldaşıdır. 

Həmişə onun yanında sadə insanlar olurdu. O, həmişə sadə insanların əhatəsində olurdu. Çox təvazökar 

idi. 


Bir daha demək istəyirəm ki, heç vaxt heç bir sözü, addımı ilə göstərmirdi ki, onun cəmiyyətdə 

hansısa  xüsusi  statusu  vardır  və  bu  da  təbiidir,  əslində  belə  də  olmalıdır.  Ancaq  biz  bilirik  ki,  bir  çox 

hallarda  belə  deyil  və  müəyyən  statusa  malik  olan  insanlar,  yaxud  da  ki,  onların  yaxınları  özləri  üçün 

xüsusi  imtiyazlar  tələb  edirlər.  Zərifə  xanımın  bu  sahədəki  hərəkətləri,  davranışı  da  nümunə  olmalıdır. 

Zərifə  xanım  çox  yüksək  mədəniyyətə  malik  olan,  çox  istedadlı,  bilikli  insan  idi.  Nəinki  öz  peşəsində, 

eyni  zamanda,  hərtərəfli  istedadlı  bir  insan  idi  və  bəziləri  üçün  o,  necə  deyərlər,  son  ümid  yeri,  ümid 

ünvanı  idi.  Hətta  tanımadığı  adamlar  belə  müxtəlif  xahişlərlə,  müxtəlif  şikayətlərlə  onun  iş  yerinə 

gəlirdilər.  O,  çalışırdı  ki,  hər  kəsə  kömək  göstərsin.  Tanımadığı  adamların  xahişlərini  gəlib  atama 

çatdırırdı və o məsələlərin böyük əksəriyyəti öz həllini tapırdı. Yəni, daim insanlara xidmət etmək, kömək 

göstərmək arzuları, amalları ilə yaşayırdı.  




Əlbəttə ki, onun unudulmaz obrazı bu gün də mənim üçün çox əzizdir, doğmadır. Eyni zamanda, 

Zərifə xanım yüksək davranış meyarlarına malik idi. İnsanlara münasibətdə səmimiyyət, xeyirxahlıq, eyni 

zamanda,  yüksək  mədəniyyət,  alicənablıq  –  bütün  bu  gözəl  amillər  onda  birləşmişdi.  Zərifə  xanım  əsl 

ziyalı  idi,  Azərbaycan  xanımına  xas  olan  bütün  müsbət  keyfiyyətləri  özündə  birləşdirmişdi,  onları 

təcəssüm 

etdirirdi.  

Bununla  bərabər,  çox  istedadlı  insan  idi,  hərtərəfli  istedadlı  idi,  musiqini  çox  sevirdi,  istənilən 

melodiyanı, istənilən mahnını notlarsız çox böyük məharətlə, ustalıqla pianoda ifa edə bilirdi. Teatrı çox 

sevirdi  və  yadımdadır  ki,  1970-ci  illərdə  onunla  bərabər  dəfələrlə  Azərbaycan  teatrlarında  olmuşam, 

bütün tamaşalara baxmışam. Elə tamaşalar var idi ki, biz o tamaşalara bir neçə dəfə bir yerdə baxırdıq.  

Bu teatrı da çox sevirdi. O vaxt bu teatrın adı Musiqili Komediya Teatrı idi və demək olar ki, hər həftə bu 

teatra gəlirdik. Elə bir tamaşa yox idi ki, biz onu görməyək. Elə tamaşalar da var idi ki, o tamaşaları bir 

neçə  dəfə  seyr  edirdik.  Bəlkə  də  bu  gün  Zərifə  xanımın  yubileyinin  məhz  bu  teatrda,  yenidən  əsaslı 

təmirdən çıxmış teatrda keçirilməsi də rəmzi xarakter daşıyır.  

Hər  bir  insan  üçün  onun  valideynləri,  onun  anası  əzizdir,  müqəddəsdir.  Bu  da  təbiidir.  Hər  bir 

insan doğmalarını öz qəlbində yaşadır. Zərifə xanımın adı əbədiləşdirilib, onun adına küçə vardır. Onun 

yaşadığı küçə onun adını daşıyır. Onun böyük töhfəsi olan Oftalmologiya Mərkəzi onun adını daşıyır və 

Mərkəzlə  üzbəüz  onun  abidəsi  ucaldılıbdır.  Əlbəttə  ki,  onun  xatirəsi,  onun  obrazı  onu  tanıyanların 

qəlbində yaşayır. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur. Ancaq əfsuslar olsun ki, biz 

onu tez itirdik. Vaxtından əvvəl həyatdan getdi, hələ çox iş görə bilərdi. 

Ancaq  həyat  belədir  ki,  heç  kim  deyə  bilməz  nə  vaxt  nə  baş  verəcəkdir.Biz  bu  gün  yubiley 

tədbirlərini keçirməklə bərabər, eyni zamanda, ölkəmizdə səhiyyə sahəsində aparılan işlərə bir daha nəzər 

salırıq. Xüsusilə  nəzərə  almalıyıq  ki,  bu  gün  bizim  qonaqlarımızın  arasında  görkəmli  alimlər,  həkimlər 

iştirak  edirlər.  Son  illər  ərzində  Azərbaycanda  səhiyyə  sisteminin  təkmilləşdirilməsi  üçün  böyük  işlər 

görülmüşdür, 

islahatlar 

aparılmışdır. 

Səhiyyənin 

maddi-texniki 

bazası 


böyük 

dərəcədə 

möhkəmləndirilmişdir.  Təkcə  onu  demək  kifayətdir  ki,  son  10  ildə  Azərbaycanda  500-dən  çox  tibb 

müəssisəsi tikilmiş və ya əsaslı şəkildə təmir edilmişdir. Həm Bakıda, həm bütün bölgələrdə indi lazımi 

tibb  xidməti  almaq  üçün  bütün  şərait  vardır.  Bakıda  bizim  demək  olar  ki,  bütün  əsas  tibb  ocaqları  ya 

yenidən 


tikilmiş, 

ya 


da 

orada 


təmir-bərpa 

işləri 


aparılmışdır.  

Oftalmologiya  Mərkəzi  yenidən  tikilmişdir  və  dünya  miqyaslı  bir  mərkəzdir.  Onkologiya  Mərkəzinin 

yeni  korpusları  tikilmişdir.  Uroloji  xəstəxana  yenidən  qurulmuşdur  -  neyrocərrahiyyə,  cərrahiyyə 

mərkəzləri,  Perinatal  Mərkəz,  Talassemiya  Mərkəzi,  keçmiş  “Semaşko”  xəstəxanası,  indi  kliniki 

xəstəxana adlandırılır. Mərkəzi Kliniki Xəstəxana yenidən bərpa edilmişdir. Bu xəstəxananın yeni böyük 

korpusu tikilməkdədir. Uşaq xəstəxanaları əsaslı şəkildə təmir olunubdur. Yəni, Bakıda son illər ərzində 

görülmüş  işlər  səhiyyənin  maddi-texniki  bazasını  böyük  dərəcədə  gücləndirmişdir.  Hazırda  tikilməkdə 

olan  Bakı  Sağlamlıq  Mərkəzi  bir  neçə  böyük  xəstəxananı  birləşdirəcəkdir.  Biz  ilin  sonuna  qədər  Bakı 

Sağlamlıq 

Mərkəzinin 

açılışını 

qeyd 


edəcəyik. 

Eyni zamanda, bölgələrdə səhiyyə müəssisələrinin yaradılması, tikilməsi prosesi gedir. Hər bir şəhərdə ya 

diaqnostika  mərkəzi,  ya  mərkəzi  rayon  xəstəxanası  tikilib,  yaxud  da  ki,  təmir  edilibdir.  Hazırda  yeddi 

şəhərdə  təmir  işləri  gedir.  Qarşıya  vəzifə  qoyulmuşdur  ki,  biz  bir-iki  il  ərzində  Azərbaycanda  hər  bir 

yaşayış  məntəqəsində,  hər  bir  şəhərdə,  hər  bir  rayonda  ən  yüksək  tibbi  xidmətə  nail  olmalıyıq. 

Azərbaycana  ən  müasir  avadanlıq  gətirilir.  Yəni,  dövlət  öz  tərəfindən  lazımi  işləri  görür.  Təkcə  onu 

demək  kifayətdir  ki,  son  on  il  ərzində  səhiyyə  xərclərinə  ayrılan  vəsait  11  dəfə  artmışdır.  Həkimlərin 

maaşı 6 dəfə artmışdır. Halbuki bu gün də o  maaşların səviyyəsi bizi qane edə bilməz. Bu  məsələlərin 

gələcəkdə daha da səmərəli şəkildə həlli üçün indi hökumət işləyir. Yəni, maaşlar daim qaldırılacaqdır. 

Ancaq biz bu dinamikanı görürük. Çox müsbət dinamikadır. Azərbaycanın ümumi inkişafına uyğun olan 

dinamikadır. Eyni zamanda, biz burada dövlət siyasətinin təzahürlərini də əyani şəkildə görürük. Çünki 

bizim  siyasətimizin  mərkəzində,  -  bunu  mən  dəfələrlə  demişəm,  -  insan  amili,  Azərbaycan  vətəndaşı 

dayanır.  Azərbaycan  vətəndaşı  sağlam  olmalıdır.  Gənc  nəsil  sağlam  böyüməlidir.  Bunu etmək  üçün  ilk 

növbədə 


yüksək 

səviyyəli 

tibbi 

xidmət 


olmalıdır. 

Biz indi iqtisadi cəhətdən güclənmişik. Yenə də deyirəm, siyasətimizin əsasında, mərkəzində Azərbaycan 

vətəndaşı  dayandığı  üçün  biz  maliyyə  resursları  cəlb  etmişik.  Ancaq  təkcə  maliyyə  resurslarının  cəlb 

edilməsi  ilə  iş  bitmir.  Eyni  zamanda,  peşəkarlıq  artmalıdır.  Kadrların  hazırlanması  sahəsində  daha  da 

böyük işlər görülməlidir. Hazırda bu işlər inkişafdadır. Azərbaycan həkimlərinin bir qrupu xaricdə təlim 

keçir.  Xaricdən  gələn  görkəmli  mütəxəssislər,  alimlər  Azərbaycanda  fəaliyyət  göstərirlər.  Yəni,  biz 

gələcəkdə bu işlərə daha da çox vəsait ayıracağıq ki, peşəkarlıq artsın, Azərbaycanda səhiyyənin nəinki 

maddi-texniki bazası, eyni zamanda, səviyyəsi, ümumiyyətlə, dünya standartlarına cavab versin.  




Hesab edirəm ki, buna nail olmaq üçün bizim bütün imkanlarımız vardır. Yenə də deyirəm, son 

illər ərzində Azərbaycanda uşaq ölümü kəskin şəkildə aşağı düşmüşdür. Statistik göstəricilər də, onların 

dinamikası da çox müsbətdir. Həkimlər yaxşı bilir, əfsuslar olsun ki, bütün dövrlərdə Azərbaycanda körpə 

ölümü yüksək idi, Sovet İttifaqı dövründə digər respublikalarla müqayisədə həmişə yüksək idi. İndi uşaq 

ölümü  kəskin  şəkildə  azalmışdır.  İnsanların  ömrünün  uzunluğu  artır,  bu  da  hər  bir  ölkənin  ümumi 

inkişafını  şərtləndirən  bir  amildir.  Çox  sevindirici  haldır  ki,  bu  proses  də  müsbət  istiqamətdə  gedir. 

Azərbaycanda  əhali  artır.  Son  on  il  ərzində  Azərbaycanda  əhalinin  sayı  bir  milyondan  çox  artmışdır. 

Azərbaycanda əhalinin artım templəri Avropa qitəsində ən yüksəkdir.  

Əlbəttə, bütün bu amillər tələb edir ki, səhiyyə sahəsində daha da ciddi islahatlar aparılmalıdır. 

Həm struktur islahatları aparılmalı, eyni zamanda, ilk növbədə peşəkarlıq artmalıdır. Əminəm ki, əgər biz 

bundan sonra da bu templərlə inkişaf etsək, bu məsələlər də öz həllini tapacaqdır. 

Azərbaycanda  bu  sahədə  görülən  işləri  beynəlxalq  təşkilatlar  da  qiymətləndirir.  Bir  müddət 

bundan əvvəl Bakıda Dünya Səhiyyə Təşkilatı Avropa Komitəsinin konfransı keçirilmişdir və orada qeyd 

edilmişdir ki, Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsində çox böyük inkişaf və tərəqqi vardır. 

Yəni  bu,  reallıqdır.  Ancaq  o  da  reallıqdır  ki,  hələ  bəzi  hallarda  tibbi  xidmət  lazımi  səviyyədə  deyildir. 

Bəzi  həkimlərin  peşəkarlığı  bizi  qane  edə  bilməz  və  elə  tibb  müəssisələri  var  ki,  orada  əsaslı  təmirə 

ehtiyac  vardır.  Ancaq  əsas  məsələ  ondan  ibarətdir  ki,  Azərbaycanda  bütün  bu  məsələlər  ardıcıllıqla  və 

yüksək  templə  öz  həllini  tapır.  Bu  məsələlərin  həlli,  bir  daha  demək  istəyirəm  ki,  dövlət  siyasətimizin 

əlamətidir. Sosial məsələlərin həlli bizim üçün prioritetdir və həmişə prioritet olaraq qalacaqdır.  

Bu  gözəl  yubiley  bir  daha  imkan  verir  ki,  biz  bu  məsələlərə  toxunaq,  fikirlərimizi  bildirək  və 

böyük ümidlərlə gələcəyə baxaq. Çünki gələcəkdə Azərbaycan hər bir istiqamət üzrə inkişaf etmiş ölkəyə 

çevrilməlidir.  

Zərifə  xanımın  nurlu  obrazı  həmişə  bizim  ürəyimizdədir.  Onu  tanıyanlar  və  tanımayanlar, 

haqqında  kitablarda,  məqalələrdə  oxuyanlar  da  hesab edirəm  ki,  onun  nurlu  obrazını  daim  öz  ürəyində 

saxlayır.  Zərifə  xanım  böyük  həkim,  böyük  alim,  böyük  insan  idi.  Onun  əziz  xatirəsi  onu  tanıyanların 

qəlbində daim yaşayacaqdır. Sağ olun. 



 

Yüklə 226,32 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin