“Xalq qəzeti”. 2012. 12 yanvar. N s səhiyyə sisteminin müasirləş dirilməsi dövlətin sosialyönümlü siyasətində



Yüklə 72.05 Kb.
Pdf просмотр
tarix23.07.2017
ölçüsü72.05 Kb.

“Xalq qəzeti”.-2012.-12 yanvar.-N 7.-S.2.

Səhiyyə sisteminin müasirləş dirilməsi dövlətin sosialyönümlü siyasətində 

mühüm yer tutur

Ölkəmizin elmi təməl  üzərində  qərar tutan sosialyönümlü inkişaf strategiyası insan  amilinin  yüksəlişinə

xidmət  edən  çoxşaxəli  islahatları  uğurla  gerçəkləş dirmək,  hər  bir  fərdin  maraq  və  mənafeyini  yüksək

səviyyədə reallaş dırmaq imkanı vermişdir. Hazırda vətəndaş ların etibarlı sosial müdafiəsinin, fiziki-mənəvi

sağlamlığının, elmi-intellektual yüksəlişinin təmini bu siyasətin prioritet xəttinə çevrilərək yüksək humanizm

və insanpərvərlik kimi ideallara söykənmişdir. Prezident İlham Əliyev bazar iqtisadiyyatı şəraitində "sosial

dövlət"  konsepsiyasına  daim  üstünlük  verərək  bu  yolda  atılan  bütün  addımlarda  məhz  əhalinin  rifahı,

sağlamlığı  və  firavanlığı  məsələlərini  ön  planda  saxlamışdır.  Artıq  Azərbaycanın  insan  inkiş afı  sahəsində

mühüm  uğurlar  qazandığını  əksər  beynəlxalq  təş kilatlar  da  etiraf  edirlər.  Birləşmiş  Millətlət  Təşkilatı

(BMT)  İnkişaf  Proqramının  2010-cu  il  üçün  açıqladığı  "İnsan  İnkiş afı  Hesabatı"  respublikanın  insan

inkiş afı indeksinə  görə  yüksək  nəticələr  əldə  etdiyini  bir  daha  təsdiqləmişdir. Məlumat  üçün  qeyd  edək  ki,

insan  inkiş afı  indeksi  1990-cı  ildən  etibarən  hər  il  BMT-nin  İnkişaf  Proqramı  tərəfindən  mətbuatda

yayımlanan  və  dünya  ölkələrində  əhalinin  rifahını  əks  etdirən  göstəricidir.  Bu  indeks  əhalinin  rifahını

ümumi daxili məhsuldan daha geniş ehtiva edir və insan inkiş afının üç meyarını özündə birləş dirir: uzun və

sağlam  ömür;  təhsil  səviyyəsi;  layiqli  yaşayış  standartları.  Sözügedən  indeks  həm  də  insan  inkiş afının  və

gəlirlə  rifah  arasında  qarşılıqlı  mürəkkəb  münasibətlərin  nəzərdən  keçirilməsi  üçün  daha  geniş  prizmanı

təmin edir.

182  ölkənin  yer  aldığı  həmin  hesabatda  Azərbaycan  Rusiya  və  Qazaxıstandan  sonra  67-ci,  Gürcüstan  74-cü,

Ermənistan  76-cı  yerdə  qərarlaşmışdır.  Müqayisə  üçün  bildirək  ki,  2005-ci  ilin  hesabatında  101-ci  yerdə  olan

Azərbaycan  2010-cu  ildə  67-ci  yerə  yüksəlib.  Nəticədə  Azərbaycan  "orta  insan  inkişafı"  qrupu  ölkələrini  tərk

edərək  "yüksək  insan  inkişafı" ölkələri  kateqoriyasına  daxil  olmuşdur.    Bir  faktı da  qeyd  edək  ki,  sosialyönümlü

iqtisadi siyasətin ən parlaq göstəricilərindən biri də son 8 ildə 900 mindən artıq yeni iş yerinin açılması, ciddi sosial

bəla kimi özünü göstərən işsizlik probleminin əhəmiyyətli dərəcədə aradan qalxması, habelə yoxsulluq həddinin 49

faizdən  9,1  faizə  enməsidir.  Gənc  ailələrin  mənzillə  təmini  üçün  ipoteka  sisteminin  yaradılması,  eləcə  də  dövlət

büdcəsindən  maliyyələşən  strukturlarda  məvaciblərin  mütəmadi  olaraq  qaldırılması  da  bu  istiqamətdə  görülən

mühüm tədbirlər sırasındadır.

Dünya Səhiyyə Təşkilatı Avropa Regional Komitəsinin bu ilin noyabrında Bakıda keçirilmiş 61-ci sessiyasında

çıxış  edən  Prezident  İlham  Əliyev  bununla  bağlı  demişdir:  "Ölkəmizdə  ağır  vəziyyətdə  yaşayan  ailələrə  dövlət

tərəfindən dəstək verilir. Ağır vəziyyətdə yaşayan 125 min ailə dövlətdən ünvanlı sosial yardım alır. Dünyada hökm

sürən  maliyyə  və  iqtisadi  böhrana  baxmayaraq,  Azərbaycanda  bir  dənə  də  olsun  sosial  proqrama  dəyişiklik

edilməmişdir.  Bir  dənə  də  olsun  yubanma,  yaxud  da  ki,  geriləmə  olmamışdır.  Əksinə,  keçən  il  Azərbaycan

pensiyaçılarının pensiya təminatı yaxşılaşdırılmışdır  və orta hesabla pensiyalar 40 faiz artmışdır.  Yaşlı nəsil üçün

bu, birbaşa  onların sağlamlığına verilən töhfədir. Çünki yaşlı nəsil, əfsuslar olsun ki, dərmanların alınmasına daha

çox vəsait xərcləyir. Yaşlı nəslin sağlamlığı, əlbəttə ki, daha da böyük diqqət tələb edir. Biz hesab edirik ki, məhz

pensiyaçıların  pensiyalarının  40  faiz  səviyyəsində  artırılması  çox  ciddi  sosial  məsələnin  həllidir,  eyni  zamanda,

birbaşa insanların sağlamlığına verilən dəstəkdir".

Respublikada aparılan bu siyasət vətəndaşların sosial təminat, sağlam ətraf mühitdə yaşamaq, istirahət, mənzil,

təhsil  və  digər  hüquqları  ilə  yanaşı,  səhiyyə  hüquqlarının  da  etibarlı  müdafiəsinə  mükəmməl

institusional-qanunverici  təminat  mexanizmləri  formalaşdırmışdır.  1995-ci  ilin  12  noyabrında  ümumxalq

səsverməsi  yolu  ilə  qəbul  edilmiş  müstəqil  Azərbaycanın  ilk  Konstitusiyasının  41-ci  maddəsində  sağlamlığın

qorunması hüququ birmənalı təsbit edilmişdir. Həmin maddədə göstərilir: "Hər kəsin sağlamlığını qorumaq və tibbi

yardım  almaq  hüququ  vardır.  Dövlət  müxtəlif  mülkiyyət  növləri  əsasında  fəaliyyət  göstərən  səhiyyənin  bütün

növlərinin  inkişafı  üçün  zəruri  tədbirlər  görür,  sanitariya-epidemiologiya  salamatlığına  təminat  verir,  tibbi

sığortanın müxtəlif növləri üçün imkanlar yaradır".

 Müasir dövrdə sağlamlığın təmini insanın fərdi inkişafında sosial həyat göstəricisi və cəmiyyətin sosial güzgüsü

sayılır. Bu baxımdan son 8 ildə yüksək tələblərə uyğun səhiyyə sisteminin yaradılması respublikada ardıcıl şəkildə

həyata  keçirilən  sosialyönümlü  islahatların  başlıca  hədəfinə  çevrilməklə  hər  bir  ölkə  vətəndaşının  konstitusion

hüquqlarının  etibarlı  təminatına  xidmət  edir.  Səhiyyə  ümumən  ölkənin,  xalqın  müqəddəratı,  milli  genefondu  ilə

bağlı strateji sahə olduğundan ölkə rəhbərliyi bu sferada hələ keçmiş sovetlər birliyi dövründən həllini gözləyən bir

çox problemlərin, çatışmazlıqların aradan qaldırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir.

Dövlət  büdcəsindən  bu  sahələrə  ayrılan  vəsaitlərin  ildən-ilə  artırılması da  ölkədə  vətəndaşların  sağlamlığı  ilə

bağlı məsələlərin daim diqqət mərkəzində olduğunu göstərir. "Biz artan iqtisadi imkanlarımızı, ilk növbədə, sosial

sahələrin inkişafına, o cümlədən səhiyyənin problemlərinin həllinə yönəltməliyik", - deyən Azərbaycan Prezidenti

İlham  Əliyev  bu  sahələrin  problemlərinin  kompleks  həlli  istiqamətində  mühüm  addımlar  atmışdır.  Son  8  ildə



Azərbaycanda  səhiyyə  xərcləri  8  dəfədən  çox  yüksəlmişdir.  Məsələn,  əgər  2005-ci  ildə  səhiyyəyə  dövlət

büdcəsindən 110 milyon manat ayrılmışdırsa, 2006-cı ildə bu rəqəm 179 milyon, 2007-ci ildə 269 milyon, 2008-ci

ildə 330 milyon, 2009-cu ildə 508,9 milyon manat olmuşdur. Qlobal maliyyə-iqtisadi böhrana baxmayaraq, 2010-cu

ildə səhiyyəyə dövlət büdcəsindən 479 milyon, 2011-ci ildə isə 545 milyon manat vəsaitin ayrılması da Azərbaycan

dövlətinin  insanların  sağlamlığı  məsələsinə  necə  böyük  həssaslıqla  yanaşdığını  göstərir.  2012-ci  ilin  dövlət

büdcəsində  səhiyyə  xərcləri  5,7  faiz  təşkil  edir.  "Xroniki  böyrək  çatışmazlığı  üzrə  Tədbirlər  Proqramı"na  23,5

milyon  manat,  "Hemofiliya  və  talassemiya  irsi  qan  xəstəlikləri  üzrə  Dövlət  Proqramı"na  20,6  milyon  manat,

"Onkoloji  xəstələrin  şiş  əleyhinə  əsas  preparatlarla  təminatı üzrə  Tədbirlər  Proqramı"na  14,5  milyon,  "Yoluxucu

xəstəliklərin  immunoprofilaktikasına  dair  Tədbirlər  Proqramı"na  4,5  milyon  manat,  Azərbaycan  Respublikasında

HİV/AİDS-in qarşısının alınması və  onunla  mübarizəyə  3  milyon,  ana  və  uşaqların  sağlamlığının  qorunması üzrə

tədbirlərə 2 milyon, vərəmlə mübarizə üzrə tədbirlər proqramının maliyyələşdirilməsinə 3,5 milyon, qanın və  qan

komponentlərinin  donorluğu  və  qan  xidmətlərinin  inkişafına  dair  tədbirlərə  1,5  milyon  manat  vəsait  ayrılmışdır.

Ümumiyyətlə,  2012-ci  ilin  dövlət  büdcəsində  sosial  tədbirlərə  aid  olan  elm,  təhsil,  səhiyyə,  sosial  təminat,

mədəniyyət, bədən tərbiyəsi, gənclər siyasəti xərcləri üçün 4 milyard 325 milyon manat vəsait ayrılmışdır ki, bu da

2011-ci illə müqayisədə 10,8 faiz, yaxud 421 milyon manat çoxdur.

İldən-ilə  tibb  işçilərinin  əməkhaqlarının  artırılması  da  ölkə  rəhbərinin  daim  diqqət  mərkəzində  olmuşdur.

2011-ci  il  dekabrın  6-da  Azərbaycan  Respublikası  Prezidentinin  sərəncamı  ilə  səhiyyə  müəssisələrində  çalışan

işçilərin (dövlət  müəssisələrində işləyənlərin) sosial müdafiəsini daha  da  gücləndirmək və  onlara  dövlət  qayğısını

artırmaq məqsədilə aylıq vəzifə maaşları dekabrın 1-dən orta hesabla 10 faiz artırılmışdır.

Tibbi  xidmətin  müasir  tələblər  səviyyəsində  qurulması  üçün,  ilk  növbədə,  bu  sahədə  infrastrukturun

müasirləşdirilməsi  istiqamətində  tədbirlər  də  diqqət  mərkəzində  saxlanılır.  Yeni  tələblərə  cavab  verən  səhiyyə

müəssisələrinin  tikilməsi,  mövcud  tibb  ocaqlarının  təmiri  və  yenidən  qurulması bu  baxımdan  az  əhəmiyyət  kəsb

etmir.  Dövlət  başçısı  hələ  11  fevral  2004-cü  il  tarixdə  imzaladığı  Azərbaycan  Respublikası  regionlarının

sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramında  səhiyyə  sisteminə  də  geniş  yer  ayrılmışdır.  Dövlət  Proqramında

bölgələrdə insanlara yüksək səviyyədə tibbi xidmətin göstərilməsini təmin edəcək bir sıra təxirəsalınmaz tədbirlərin

həyata  keçirilməsi  -  yeni  xəstəxanaların,  poliklinikaların  inşası,  yaxud  mövcud  səhiyyə  müəssisələrinin  müasir

tələblər səviyyəsində təmir və  bərpa  olunması, onların maddi-texniki,  habelə  zəruri  tibb  ləvazimatları ilə  təminatı

məsələləri öz əksini tapmışdır.

Regionların  sosial-iqtisadi  inkişafı tədbirləri  çərçivəsində  dövlət  başçısı ayrı-ayrı rayonlarda  inşa  edilmiş  yeni

müalicə-diaqnostika mərkəzlərinin, xəstəxanaların, poliklinikaların açılış mərasimlərində iştirak etmiş, eləcə də bu

sahədə həllini gözləyən bəzi problemlərin aradan qaldırılması üçün aidiyyəti orqanlara tapşırıqlar vermişdir.

2003-2011-ci  illərdə  Azərbaycanda  350-dək  tibb  müəssisəsi  tikilmiş  və  yaxud  əsaslı  təmir  olunaraq  əhalinin

istifadəsinə  verilmişdir.  "Azərbaycan  Respublikası  regionlarının  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramı

(2004-2008-ci illər)" və "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair

əlavə tədbirlər Proqramı"na əsasən, ARDNŞ-nin maliyyə vəsaiti hesabına respublikamızın 10-dan artıq bölgəsində

beynəlxalq  standartlara  cavab  verən  müalicə-diaqnostika  mərkəzləri  inşa  edilmişdir.  Lənkəranda,  Qazaxda,

Siyəzəndə,  Şirvanda,  Naxçıvanda,  Şahbuzda,  Gəncədə,  Bərdədə,  Zaqatalada,  Şirvanda,  Qubada,  Qəbələdə,

Şamaxıda müasir tələblərə cavab verən müalicə-diaqnostika mərkəzləri bu qəbildəndir.

Səhiyyədə  daha  keyfiyyətli,  çevik  və  sistemli  xidmət  infrastrukturunun  təşkili  məsələləri  xüsusi  diqqət

mərkəzində saxlanılmış, "proqram maliyyələşməsi" prinsipinin tətbiqi bir sıra xəstəliklərin profilaktikasında, eləcə

də  dövlətin  vətəndaşlara  göstərdiyi  tibbi  yardımın  keyfiyyətcə  yaxşılaşmasına  imkan  vermişdir.  Son  illər  "Qanın,

qan  komponentlərinin  donorluğu  və  qan  xidmətlərinin  inkişafına  dair  Dövlət  Proqramı",  "Hemofiliya  və

talassemiya  irsi  qan  xəstəliyi  üzrə  Dövlət  Proqramı",  "Xroniki  böyrək  çatışmazlığı  üzrə  Tədbirlər  Proqramı",

"Yoluxucu  xəstəliklərin  immunoprofilaktikasına  dair  Tədbirlər  Proqramı",  "Onkoloji  xəstələrin  həyati  vacib  şiş

əleyhinə  preparatlarla  təminatı  üzrə  Tədbirlər  Proqramı",  "Ana  və  uşaqların  sağlamlığının  qorunması  haqqında

Tədbirlər Proqramı" hazırlanaraq uğurla icra edilmişdir. İrsi qan və böyrək xəstəliklərindən əziyyət çəkən insanların

dövlət hesabına hemodializ və dərman preparatları ilə təminatı da əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. 

Tibb  müəssisələrinin  tikintisi  və  yenidən  qurulması  ilə  yanaşı,  onların  təchizat  məsələlərinə  də  böyük  önəm

verilmişdir. Son illər müalicə müəssisələrinin əksəriyyətində unikal cərrahi əməliyyatların aparılması üçün hər cür

şərait  yaradılmış,  Avropanın,  Amerikanın  və  Yaponiyanın  məşhur  şirkətlərinin  istehsalı  olan  qabaqcıl  tibbi

avadanlıqlar  quraşdırılmışdır.  Regionlarda  fəaliyyət  göstərən  tibb  müəssisələrinin  maddi-texniki  bazasının  və

təchizatının yaxşılaşdırılması nəticəsində rayonlardan Bakıya gələn xəstələrin sayı xeyli azalmışdır.

Dövlət  başçısı İlham Əliyevin  14  aprel  2009-cu  il  tarixli  fərmanı ilə  təsdiq  edilmiş  "Azərbaycan  Respublikası

regionlarının  2009-2013-cü  illərdə  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramı"nda  səhiyyə  sistemində  həyata

keçiriləcək  tədbirlər  sistemi  də  öz  əksini  tapmışdır.  Proqrama  əsasən,  2009-2013-cü  illərdə  səhiyyə  sahəsində

aparılacaq  işlər  əhalinin  sağlamlığının  qorunmasına,  tibbi  xidmətlərin  keyfiyyətinin  daha  da  yüksəldilməsinə,

müasir standartlara cavab verən səhiyyənin qurulmasına təminat verir. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün

qarşıdakı  illərdə  dövlətin  maliyyə  imkanları  çərçivəsində  pulsuz  səhiyyə  xidmətlərinin  genişləndirilməsi  və

keyfiyyətinin  artırılması;  əhalinin  sosial  cəhətdən  aztəminatlı  təbəqələrinə  tibbi  yardımın  göstərilməsi  ilə  bağlı

tədbirlər sisteminin hazırlanması və həyata keçirilməsi; ana və uşaqlar arasında qidalanmanın və mikro-nutrientlərlə



təminatın  yaxşılaşdırılması;  tibbi-profilaktika  tədbirlərinin  əhatəliliyinin  və  keyfiyyətinin  yüksəldilməsi;  səhiyyə

sektorunun  tələblərinə  uyğun  olaraq  tibbi  kadr  hazırlığının  planlaşdırılması  və  ailə  həkimlərinin  hazırlanması;

səhiyyə müəssisələrinin dərman və avadanlıq təminatının yaxşılaşdırılması məqsədilə tibb sənayesi müəssisələrinin

yaradılmasının  və  fəaliyyətinin  dövlət  tərəfindən  dəstəklənməsi;  rayonlarda  yeni  səhiyyə  müəssisələrinin  inşası;

bütün  ölkə  üzrə  səhiyyə  sahəsində  coğrafi  məlumat  sisteminin  yaradılması nəzərdə  tutulur.  Nazirlər  Kabinetinin

2009-cu ilin yekunlarına həsr olunmuş iclasında dövlət başçısı İlham Əliyev böhran şəraitində sosial məsələlərə, o

cümlədən  səhiyyə  sisteminə  qayğı  siyasətinin  davam  etdirildiyini  xüsusi  vurğulamışdır:  "2009-cu  ildə

Azərbaycanda  64  məktəb  tikilmişdir.  59  səhiyyə  müəssisəsi  tikilmiş  və  təmir  edilmişdir.  Beş  böyük  Olimpiya

kompleksi  istifadəyə  verilmişdir.  Bu  onu  göstərir  ki,  hətta  maliyyə  imkanlarımız  bir  az  azalanda  da  biz  sosial

infrastrukturun  inkişafı üçün  lazımi  tədbirləri  görürük,  maliyyə  vəsaiti  ayırırıq  və  beləliklə,  Azərbaycanda  bütün

sosial  məsələlər  öz  həllini  tapır".  Nazirlər  Kabineti  Yanında  İcbari  Tibbi  Sığorta  üzrə  Dövlət  Agentliyinin

yaradılması  səhiyyə  sistemində  islahatların  uğurlu  davamı  kimi  diqqət  çəkir.  Bu,  bilavasitə  səhiyyənin

özünümaliyyələşdirməsinə xidmət edən mühüm addımdır.

Səhiyyə  sisteminin  inkişafı  tədbirləri  çərçivəsində  son  illər  təcili  və  təxirəsalınmaz  tibbi  xidmətin

təkmilləşdirilməsi sahəsində islahatlar da özünün sistemliliyi və ardıcıllığı ilə mühüm əhəmiyyət kəsb edir. Dövlət

başçısı İlham Əliyev bu sahənin problemlərinin həlli və inkişafı ilə bağlı bir neçə sərəncam imzalamışdır. "Təcili və

təxirəsalınmaz tibbi yardım xidmətlərinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 20 fevral 2007-ci il

tarixli  sərəncama  əsasən,  Azərbaycan  Respublikası  Prezidentinin  Ehtiyat  Fondundan  ayrılmış  12  milyon  manat

vəsait hesabına Səhiyyə Nazirliyinin Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin maddi-texniki

bazasının  gücləndirilməsi,  o  cümlədən  yeni  müasir  tibbi  avadanlıq  kompleksləri  ilə  təchiz  olunmuş  təcili  tibbi

yardım  avtomobilləri,  etibarlı rabitə-dispetçer  sistemi,  dərman  vasitələri  ilə  təmin  edilməsi  istiqamətində  mühüm

tədbirlər  həyata  keçirilmişdir.  Həmin  vəsait  hesabına  Almaniyadan  150    "Mercedes"  markalı  təcili  tibbi  yardım

avtomobili,  ABŞ  istehsalı  olan  rəqəmsal  "TETRA"  və  CPRS  rabitə  və  motolokasiya  sistemləri,  təcili  yardım

briqadaları üçün  xüsusi  geyim  dəstləri  və  dərman  preparatları alınmışdır.  Bundan  başqa,  elə  həmin  il  Bakı Şəhər

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında mərkəzi dispetçer xidməti yaradılmışdır. 103-ə olan zənglərin

hamısı bu dispetçer xidmətində qəbul olunur və operativ şəkildə briqadalara ötürülür.

2008-ci ildə 6 milyon manat vəsait hesabına 65 ədəd "Mercedes" markalı təcili tibbi yardım maşını alınmışdır.

Həmin ambulanslarda tələb olunan yeni müasir avadanlıq kompleksləri quraşdırılmış, onlar müxtəlif növ xərəklər,

tibbi  ləvazimatlar,  dərman  preparatları  ilə  təmin  olunmuşdur.  Bütün  bunlar  isə  imkan  verir  ki,  xəstəyə  yüksək

səviyyədə  tibbi  yardım  edilsin  və  o,  xəstəxanaya  çatdırılan  müddətdə,  həkim  hətta  reanimasiya  tədbirləri  həyata

keçirə  bilsin.  Küveyz  aparatı  ilə  təzhiz  edilmiş  avtomobillərdə  reanimasiya  tədbirləri  ilə  yanaşı,  yeni  doğulmuş

uşağın  ürək  qan-damar  və  tənəffüs  orqanlarının  fəaliyyətinə  nəzarət  etmək  üçün  monitor  qurulmuşdur.  Küveyz

imkan  verir  ki,  uşağın  bədən  hərarətinə  uyğun  optimal  temperatur  yaradılsın,  bu  da  əlavə  fəsadların  qarşısının

vaxtında alınmasına xidmət edir. Həmin maşınlarda anaya da yüksək səviyyədə təcili tibbi yardım göstərilir. Mobil

laborator  ambulanslarda  isə  operativ  şəkildə  bütün  laborator  müayinələri  aparılır.  Hazırda  respublikada  səyyar

cərrahiyyə  əməliyyatlarının  həyata  keçirilməsi,  regionlarda  kütləvi  rentgen  müayinələrinin  aparılması  üçün  də

xüsusi təcili yardım maşınları var. 2008-ci ildən  Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında

müasir tələblərə cavab verən avadanlıqlar və əyani vəsaitlərlə təchiz edilmiş təlim-tədris mərkəzi fəaliyyət göstərir.

Azərbaycan Prezidentinin 2009-cu il iyunun 9-da imzaladığı "Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin

maddi-texniki  bazasının gücləndirilməsi  ilə  bağlı bəzi  tədbirlər  haqqında"  sərəncamına  əsasən,  təcili  tibbi  yardım

avtomobillərinin alınması üçün Səhiyyə Nazirliyinə 3 milyon manat vəsait ayrılmışdır. Bu vəsait hesabına daha 45

"ambulans"  alınaraq  təcili  tibbi  yardım  xidmətlərinə  paylanmışdır.  Dövlət  başçısının  2010-cu  il  martın  4-də

imzaladığı daha bir sərəncam bu istiqamətdə tədbirlərin ardıcıl xarakter daşıdığını göstərir. Sərəncamla təcili tibbi

yardım maşınlarının alınması üçün Səhiyyə Nazirliyinə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan

daha 7 milyon manat vəsait ayrılmışdır.

Təcili  yardım  xidmətinin  regionlarda  keyfiyyətinin  yüksəldilməsi  məqsədilə  Naxçıvan,  Gəncə,  Sumqayıt,

Mingəçevir,  Şirvan,  Ağdaş, Qəbələ,  Şəki,  Yevlax,  Naftalan,  Göyçay  rayonlarındakı tibb  müəssisələri  belə  müasir

avtomobillərlə  təmin  olunmuşlar.  2006-2007-ci  illərdə  təcili  tibbi  yardıma  gün  ərzində  müraciətlərin  sayı  orta

hesabla  350-400  idisə,  hazırda  bu  rəqəm  1700-2000-ə  yüksəlmişdir.  Bu  da  ilk  növbədə,  vətəndaşların  təcili  tibbi

yardım xidmətinə inamının göstəricisi kimi diqqəti çəkir.

Əhalinin sağlamlığının təmin olunması xüsusi həssaslığı ilə seçilən elə bir sosial amildir ki, bu sahədə mövcud

problemlərin tam aradan qaldırılması üçün bəzən dövlət  tərəfindən görülən tədbirlər yetərli olmur. Cəmiyyətin ən

müxtəlif  təbəqələrinə  mənsub  insanların  şəfa  tapmaq  üçün  əlahiddə  köməyə  ehtiyacı yaranır.  Bu  baxımdan,  ötən

illərdə  Heydər  Əliyev  Fondunun  reallaşdırdığı  səhiyyə  layihələrinin  əhəmiyyətini  xüsusi  vurğulamaq  lazımdır.

Fondun  prezidenti,  YUNESKO-nun  və  İSESKO-nun  xoşməramlı səfiri,  Milli  Məclisin  deputatı Mehriban  xanım

Əliyevanın  şəxsi  təşəbbüsü  ilə  həyata  keçirilən  layihələr  2004-2011-ci  illərdə  səhhətindəki  problemlər  üzündən

əziyyət çəkən minlərlə insanı yenidən sağlam həyata qaytarmışdır.

"Talassemiyasız həyat  naminə"  layihəsi  bu  baxımdan  Azərbaycanda  böyük  rəğbətlə  qarşılanmışdır.  Proqramın

daha  səmərəli  həyata  keçirilməsi  üçün  Məsləhət  Şurası  yaradılmış,  bu  xəstəlikdən  əziyyət  çəkən  uşaqların

keyfiyyətli qanla təmin olunması üçün donor xidmətinin inkişafı, əhalinin maarifləndirilməsi, prenatal diaqnostika



üsulu  ilə  xəstəliyin  proqnozlaşdırılması  məsələlərinə  xüsusi  diqqət  yetirilmişdir.  Layihə  çərçivəsində  inşasına

başlanmış  Talassemiya  Diaqnostika  Mərkəzinin  2009-cu  il  mayın  10-da  -  ulu  öndərin  doğum  günündə  istifadəyə

verilməsi fondun ölkə səhiyyəsinə böyük töhfəsi olmuşdur.

2011-ci il fevralın 9-da fondun təşəbbüsü ilə inşa  olunmuş  Gəncə  Regional  İnformasiya Mərkəzinin  istifadəyə

verilməsi  də  mühüm  addımlardan  biridir.  Belə  bir  mərkəzin  yaradılmasında  əsas  məqsəd  məhdud  fiziki  imkanlı

insanlar  üçün  informasiya  texnologiyalarının  tədrisidir.  Mərkəzin  imkanlarından  Ağstafa,  Daşkəsən,  Qazax,

Gədəbəy, Goranboy, Samux, Tovuz, Göygöl, Şəmkir rayonlarından və Naftalan şəhərindən, ümumilikdə, 60 mindən

çox fiziki cəhətdən qüsurlu insan istifadə edə biləcəkdir.

Ölkə rəhbərliyinin milli səhiyyə sisteminə xüsusi diqqət və qayğısını Azərbaycan Tibb Universiteti də yaxından

hiss  edir.  Bu  siyasətin  nəticəsidir  ki,  son  illər  ATU-nun  maddi-texniki  bazası,  infrastrukturu  müasirləşmiş,  elmi

potensialı daha da güclənmişdir.

Prezident İlham Əliyevin 11 sentyabr 2007-ci ildə imzaladığı "Azərbaycan Tibb Universitetinin tədris-terapevtik

klinikasının  yaradılması  haqqında"  sərəncamı  dövlət  başçısının  təhsil  və  səhiyyə  məsələlərinə  necə  böyük

həssaslıqla yanaşdığına daha bir əyani sübutdur. Sərəncama əsasən, Bakı şəhərində Azərbaycan Tibb Universitetinə

məxsus  ərazidə  universitetin  çoxprofilli  tədris-terapevtik  klinikası  inşa  olunmuşdur.  Bu  klinikanın  fəaliyyətə

başlaması klinik fənlərin tədrisi ilə məşğul olan kafedraların vahid mərkəzdə cəmləşdirilməsi, tədrisin keyfiyyətinin

və  maddi-texniki  təchizatının  əsaslı  şəkildə  yaxşılaşdırılması,  həmçinin  elmi-  tədqiqat  işlərinin  aparılması  üçün

əlavə  imkanların  yaradılması  baxımından  son  dərəcə  əhəmiyyətlidir.  Klinika  ən  müasir  tibbi-diaqnostik

avadanlıqlarla  təchiz  edilmişdir.  400  çarpayılıq  klinikada  universitetin  14  terapevtik  yönümlü  kafedrası yerləşir.

Prezident İlham Əliyevin sərəncamı əsasında universitetin Cərrahiyyə Klinikası da inşa olunur.

Azərbaycan  Prezidenti  İlham  Əliyev  2010-cu  il  aprelin  28-də  "Azərbaycan  Tibb  Universitetinin  80  illik

yubileyinin  keçirilməsi  haqqında"  sərəncam  imzalamış,  həmin  sərəncam  əsasında  universitetin  yubileyi  yüksək

səviyyədə qeyd olunmuş, dövlət başçısının özü həmin gün tədris-terapevtik klinikanın açılışında iştirak etmişdir.

Son illər səhiyyə sahəsində beynəlxalq əməkdaşlıq əlaqələri də genişlənmişdir. Dövlət başçısının məqsədyönlü

siyasəti  nəticəsində  səhiyyə  və  tibb  elmi  də  qloballaşan  dünyada  inteqrasiya  proseslərinə  cəlb  olunmuşdur.

Səhiyyəsi daha çox inkişaf etmiş ölkələrin müsbət təcrübəsindən Azərbaycanda istifadə edilməsi, təbabətin müxtəlif

sahələri  üzrə  konsepsiya  və  strategiyaların  yaradılması,  tibb  təhsilinin  beynəlxalq  standartlara  uyğunlaşdırılması,

yeni müalicə və diaqnostika metodlarının, eləcə də müasir tibb texnologiyalarının tətbiqi, səhiyyədə təşkilatçılıq və

tibb  müəssisələrinin  menecmenti,  maliyyə  vəsaitlərinin  istifadəsi,  regional  epidemioloji  təhlükəsizlik,  təbii

fəlakətlərin aradan qalıdırılması və bir çox digər sahələrin inkişafı üçün səhiyyədə beynəlxalq əlaqələrin qurulması

mühüm  əhəmiyyət  kəsb  edir.  Azərbaycanda  bu  sahədə  həyata  keçirilən  bütün  milli  və  beynəlxalq  layihələrə  ölkə

rəhbəri  xüsusi  diqqət  yetirir.  Cənab  İlham  Əliyev  beynəlxalq  humanitar  təşkilatların  rəhbərləri  ilə  mütəmadi

görüşlər keçirir və layihələrin uğurla reallaşdırılmasına qayğı və dəstək göstərir. Ötən il mart ayının 28-də ÜST-ün

qlobal  malyariya  proqramının  direktoru  Robert  Nyuma  Bakıda  olmuş,  Azərbaycanda  malyariya  ilə  mübarizə

sahəsində əldə edilmiş  nailiyyətlərlə maraqlanmış, eləcə də bu sahədə uğurlu və məhsuldar qarşılıqlı əməkdaşlığın

gələcək inkişaf  yolları barədə müzakirlər keçirilmişdir. Onu da qeyd edək ki, 2005-ci ilin dekabrında Azərbaycan

Avropa  regionu  ölkələrində    "Malyariya  ilə  mübarizədən  onun  eliminasiyasına  doğru  irəli"  deklarasiyasına

qoşulmuşdur. 2008-ci ildə Azərbaycanda malyariyanın eliminasiyası üzrə 2008-2013-cü illər üçün milli strategiya

və  tədbirlər  planı  qəbul  edilmişdir.  Bundan  başqa,  əlillərin  və  sağlamlıq  imkanları  məhdud  uşaqların  sosial

müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin dövlət proqramı təsdiq olunmuşdur.

Azərbaycanın  sıx  əməkdaşlıq  etdiyi  beynəlxalq  qurumlardan  biri  də  Dünya  Səhiyyə  Təşkilatıdır.  Təşkilat

səhiyyə məsələləri ilə bağlı ölkəmizə müxtəlif təkliflər, tövsiyələr verir, eyni zamanda, həyata keçirilən mütərəqqi

islahatları  daim  diqqət  mərkəzində  saxlayır.  Son  illər  respublikada  ekoloji  vəziyyətin  normallaşdırılması

istiqamətində reallaşdırılan tədbirlər xüsusi vurğulanmalıdır. Azərbaycan dövləti vətəndaşların sağlamlığını, sosial

rifahını nəzərə alaraq böyük maliyyə vəsaiti tələb edən bu layihələri uğurla həyata keçirir.

Prezident İlham Əliyev bu məsələyə xüsusi toxunaraq demişdir: "Ekoloji vəziyyətin yaxşılaşdırılması bilavasitə

insanların sağlamlığına təsir göstərir. Ölkəmizin hər bir yerində böyük su layihələri icra edilir. Su problemi, əfsuslar

olsun ki, bütün dövrlərdə Azərbaycanda çox kəskin, çox ciddi bir problem idi. Biz bu problemin həlli üçün konkret

addımlar  atırıq  və  2013-cü  ilin  sonuna  qədər  Azərbaycanda  əhaliyə  verilən  su  Dünya  Səhiyyə  Təşkilatının

standartlarına cavab verməlidir. Yəni, bu, bir meyardır və biz çalışacağıq ki, bu məqsədlərə nail olaq".

Dünya Səhiyyə Təşkilatının baş  direktoru xanım Marqaret Çan Avropa Regional Komitəsinin Bakıda  keçirilən

61-ci  sessiyasında  xüsusi  vurğulamışdır  ki,  qeyri-yoluxucu  xəstəliklərin  aradan  qaldırılması  üçün  bütün  iqtisadi

mənfəətlər  səfərbər  olunaraq  xəstələr  üçün  müalicə  işini  təmin  etmək  məqsədilə  onların  həyat  şəraitini  dəyişmək

lazımdır. Bu baxımdan, "Sağlamlıq-2020" Fəaliyyət Proqramı xüsusilə diqqətəlayiqdir.

Ümumiyyətlə,  dövlət  başçısı səhiyyə  sisteminin  təkmilləşdirilməsi,  tibb  işçilərinin  layiqli  həyat  tərzinin  təmin

edilməsi istiqamətində atılan addımların ardıcıl xarakter daşıdığını dəfələrlə bəyan etmişdir. Görülən işlər, aparılan

islahatlar  dövlətin  sosialyönümlü  siyasətində  səhiyyə  məsələlərinin    daim  ön  planda  olduğunu,  strateji  məsələlər

kimi nəzərdən keçirildiyini bir daha təsdiqləyir. Bu diqqət və qayğının müqabilində indi tibb işçilərinin qarşısında

duran  başlıca  vəzifə  dövlətin  müəyyənləşdirdiyi  səhiyyə  konsepsiyasının  icrasında  fəal  iştirak  edib  vətəndaşlara

layiqli xidmət göstərməkdir. 



 

: docs -> QAZET
QAZET -> “Xalq qəzeti”. 2013. 31 mart. N 66. S ermənilərin 1905-1906-cı illərdə Zəngəzur qəzasında törətdikləri qırğınlar XX əsrdə ermənilər tərəfindən azərbaycanlılara qarşı dəfələrlə kütləvi qırğınlar
QAZET -> Nitqin gücü onun səmimiyyətindədir Azərbaycan nitq mədəniyyətinin təşəkkülündə əvəzsiz xidmətləri olan ulu öndər Heydər Əliyevin nitq və
QAZET -> Bakı xəbər. 2016. 17 noyabr.№208. S. 15. Multikulturalizmlə azərbaycançılığın vəhdəti Kiş məbədi İradə sariyeva
QAZET -> “Xalqımızın müstəqil yaşaya biləcəyinə inanırıq ” Əli Mərdan bəy Topçubaşovun Parisdən göndərdiyi məktubundan götürülmüş bu sətirlər XX
QAZET -> “Mədəniyyət”. 2010. 28 may. N. 35. S xalq Cümhuriyyətinin mədəniyyətimizə verdiyi töhfələr
QAZET -> 1906-cı ildə Zəngəzurun türk-müsəlman əhalisinə qarşı erməni təcavüzü Tofiq Həsənov
QAZET -> “Palitra”. 2010. 8 yanvar. N s vidadi Salahov
QAZET -> S. Azərbaycan səhiyyəsi bu gün
QAZET -> "Xalq qəzeti". 2015. 31 mart. N 65. S. 2-3
QAZET -> C o m İ Kİ s a h I l h t t p : / / w w w I k I s a h I l


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə