Yusifov E. F., Hacıyev V. C



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə21/86
tarix30.12.2021
ölçüsü2,67 Mb.
#22217
1   ...   17   18   19   20   21   22   23   24   ...   86
38 
II BÖLMƏ  
 
Ərazinin flora biomüxtəlifliyi 
 
Hirkan  Biosfer  Rezervatı  Respublikanın  cənubunda  3  inzibati 
rayonun  ərazisində  yerləşməklə,  sahəsi  195-200  km
2
-dir.  Biosfer 
rezervatın  96,8%-ni  dağlar,  dərələr,  dərə  yarıqları  təşkil  edir.  Dəniz 
kənarından,  yəni  litoral  mühitlərdən  başlayaraq  üfüqi  zonallıqla  – 
yüksək  dağlarla  qovuşan  bu  ərazinin  flora  zənginliyi,  bitkilik 
örtüyünün  rəngarəngliyi,  onun  fiziki-coğrafi  və  təbii  tarixi  şəraitinin 
qədimliyi  və  müxtəlif  olmasıdır.  Ərazi  Respublikanın  başqa  qonşu 
regionlarının  bitki  örtüyünə  bənzəmir.  Burada  üçüncü  dövrlərdən 
sonra buzlaşma erası yan keçdiyindən təbiət bu ərazidə milyon illərin 
yadigarlarını  –  relikt  dendroloji  biomüxtəlifliyi  qoruyub  saxlaya 
bilmişdir.  Mütəxəssislər  Buzlaşma  dövrünün  Üçüncü  dövr  Talış 
meşələrinə təsir etməməsinin əsas səbəbini Xəzər dənizində görürlər. 
Bu  konsepsiyaya  əsasən  Üçüncü  dövr  meşələri  daxili  səbəbdən 
salamat qalmışdır: Xəzərin cənub hissəsinin daha dərin olması (1098 
m)  yay  istisinin  iri  su  həcmində  toplanaraq  temperaturun  mövsüm 
qradientinin mülayimləşməsinə səbəb olmuşdur. 
Müxtəlif  tərkiblərdə  formalaşmış  bu  relikt  meşəliklər  zaman-
zaman,  şüurlu  və  şüursuz  olaraq  məhv  edilmişdir.  Yalnız  XIX-XX 
əsrlərdə, xüsusilə XX əsrin əvvəllərində Avropa alimlərinin bu regiona 
axınının  nəticəsi  bu  mənfi  tendensiyanı  bir  qədər  soyutmuşdur. 
Avropa  alimlərinin  1800-1900  ildən  bəri  regiona  axını  nəticəsində 
botanika  elminin  yüzlərcə  yeni-yeni  bitkilərinin  aşkar  edilməsi  buna 
sübutdur. 
A.A.Lomakin  (1894, 1895, 1897), Y.S.Medvedyev  (1882, 1902, 
1909) və onlarla başqalarının regiona ekspedisiyaları meşə qırıntısının 
qarşısını  ala  bildi.  Əvvəldə  qeyd  edildiyi  kimi,  Qafqaz  florasının  ən 
görkəmli  alimlərindən  akad.  A.A.Qrossheym  1912-1918-ci  illərdə  bu 
regiona  12  dəfə  botaniki  ekskursiya  etmiş,  öz  tələbələri  ilə  birlikdə 
yüzlərcə yeni bitki növləri aşkar etmişdir. 
Ədəbiyyat  siyahısından  görünür  ki,  keçmiş  əsrlərdə  Avropa 
botaniklərinin  bu  regiona  maraqları  çox  böyük  olmuş,  onlar  öz 
əsərlərində  Talış  florasının  bitki  örtüyünə  aid  yüzlərcə  elmi  əsərlər 
yazmışlar.  Bu  zəngin  relikt  cinslər  dünya  «Qırmızı  kitab»ına 
salınmışdır. Bunların bir çoxu dünyanın müxtəlif botanika bağlarında 


 
39 
becərilir  və  nadir  bir  kolleksiya  kimi  bağlarda,  milli  parklarda 
saxlanılır.  
1998-2003-cü  il  məlumatlarına  əsasən  Hirkan  Biosfer 
Rezervatında 800-ə yaxın ali və ali sporlu flora biomüxtəlifliyi vardır 
ki,  bunlar  da  350  cinsdə  və  80  fəsilədə  təşəkkül  tapmışdır.  Əsərdə 
göstərilən  80  fəsilədən  10  fəsiləsinin  tərkibində  daha  çox  cinslər  və 
müxtəlif  növlü  taksonlar  (bitki  növləri)  formalaşmışdır  ki,  bunlar  da 
ümui növlərin əsas faizini təşkil edir. 
Aşağıdakı cədvəldə 10 fəsilənin taksonları fəsilələr və cinslər üzrə 
verilir. 
 

Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin