Fonoqrafik yazı — Şərti işarələrlə dilin səslərini əsk etdirən yazıya fonoqrafik,
yaxud səs yazısı deyilir. Mütəxəssislər bu yazının yaranmasını ticarətin inkişaf
etdiyi Yaxın Şərqlə bağlayırlar. Yazının digər növlərindən fərqli olaraq, fonoqrafik
yazıda dilin bu və ya digər səsi, ayrı-ayrı hərflərlə yanaşı, digər işarələrdən
(apostrof, hərəkə və s.) də istifadə olunur.Hərfli yazı çox mürəkkəb proses əsasında
yaranmışdır. Və bir neçə əsr ərzində inkişaf etmişdir. Hərfli yazı barbarlıq
dövrünün lll pilləsində əmələ gəlmişdir. F. Engels cəmiyyətin barbarlıqdan
mədəniyyət dövrünə keçməsində səs yazısının böyük əhəmiyyətə malik olduğunu
qeyd edir.Bu yazı tipi xarakterlərinə görə 2 yerə bölünür: konsonant və
vokallaşdırılmış yazı.Yalnız samit səslərin hərflərlə göstərildiyi yazı konsonant
yazıdır. Həm sait, həm samit səslərin əks olunduğu yazı vokallaşdırılmış, yəni tam
fonoqrafik yazıdır.V. İstrinin müəyyən etdiyinə görə müasir dövrdə dünya
xalqlarının 50%-i bu yazıdan istifadə edir.Beləliklə dünyada 4 yazı tipinin hər
birindən istifadə olunur.Yazı düz xətt boyunca düzülmüş vahidlərin ardıcıllığı
olanda o fonetik prinsipə əsaslanır. Dilin hər bir foneminin yazıda öz işarəsi-
qrofemi olur. Bu gün latın, aromeik, finikiya, kiril, ərəb və brahmi şriftləri dünya
dilləri üçün əsas götürülür.Yazı müasir insanların dünya görünüşünün
formalaşmasında xüsusi əhəmiyyət kəsb edib və edəcək. Biz yazı vasitəsilə
biliklərə yiyələnir, müxtəlif elmlərin sirlərini öyrənə bilirik. Ona görə də yazının
həyatımızda nə qədər əhəmiyyətli olduğunu unutmamalıyıq.Belə bir hipoteza var
ki, inklərin istifadə etdiyi ip düyünləri, kipu, əslində yazı nümunələridir.
Yazı
mədəniyyətin, onun sahələrindən olan incəsənətin növlərindəndir. Çünki yazının
yaranması insan şüurunun inkişafının ən bariz nümunələrindən hesab edilir. Yazı
səsli dilin norma ilə qavrayışını təmin edən işarələr qrupudur. O, insanlar üçün ən
böyük kəşflərdən biridir. Yaranmasının çox qədim tarixi var. Bəşəriyyətin ilk
dövründə ünsiyyət yalnız şifahi formada olub. İlk yazı nümunələrinin isə artıq 7
min ilə yaxın tarixi var. Uzun inkişaf yolu keçərək bugünkü formaya gəlib çatan
yazının necə yarandığını tapmaq üçün əvvəlcə düşünülməlidir: yazı niyə yarandı?
Şifahi şəkildə ünsiyyət hələ ibtidai icma dövrünün ilk çağlarından yalnız səslər
vasitəsilə mövcud idi. Sonrakı dövrlərdə ictimai quruluş formalaşdıqca insan
qrupları arasında siyasi, iqtisadi... əlaqələrin qurulması üçün ikinci köməkçi
ünsiyyət vasitəsi olaraq yazı yaranmağa başladı. Demək, yazı insanların dillə,
şifahi ünsiyyət saxlamaları mümkün olmadığı şəraitdə tələbatdan yaranıb. Dilin
əmələ gəlməsində olduğu kimi, yazının yaranmasında da kollektiv əmək
danılmazdır. Yəni yazı ayrı-ayrı şəxslər deyil, ümumi kollektiv tərəfindən
yaradılıb.Son tədqiqatlara görə, yazının 4 əsas tipi var: piktoqrafik - şəkli;
ideoqrafik - fikri; sillabik - hecalı; fonoqrafik - səs yazısı. Onların hər biri isə
xüsusiyyətlərinə görə bir-birindən fərqlənir.Yazının ilk tipi - piktoqrafiya üsulu
çox qədim tarixə malikdir. İnsanların çəkdiyi ibtidai şəkillər bu və ya digər
məlumatı əks etdirdikdə şəkli yazı yaranmağa başlayıb. Tədqiqatçıların
söylədiklərinə görə, bu yazıdan Azərbaycanda da istifadə olunması barədə tutarlı
faktlar var. Bunlardan biri Qobustanda 720 qaya üzərində 4 mindən çox təsvirin
olmasıdır. Həmin təsvirlərin çoxu piktoqrafiyadır. Bundan başqa, Kəlbəcərdə
"İkinci Qobustan” adlandırılan ərazidə, Qazax və Gədəbəydə də piktoqramlar
tapılıb.Arxeoloqların aşkar etdikləri yazılı heyvan sümükləri dəqiq olmasa da,
təxminən eramızdan on beş əsr əvvələ aid edilir. Qədim yazı texnikası bu gün də
saxlanmaqdadır. Heca yazısının ünsürlərinin formalaşdığı ən qədim yazılardan biri
də şumerlərindir. Qədim heca işarələri eramızdan əvvəl üçüncü minilliyin
əvvəlində şumer yazısında əmələ gəlib. 1938-ci ildə şumer dilini ilk dəfə türk
dilləri ilə əlaqələndirməyə cəhd göstəriblər. Onların ilk yazısı piktoqrafik xarakterli
olub. Bu yazı zahiri əlamətlərinə görə başqalarından fərqlənirdi: işarələri mismara
bənzəyirdi. Azərbaycan dilində bu, "mixi yazı” adlandırılır.Beləliklə, araşdırmalar
göstərir ki, dünyada 4 yazı tipinin hər birindən bu gün də istifadə olunur. Onu da
deyək ki, hazırda latın, arami, finikiya, kiril, ərəb və brahmi şriftləri dünya dilləri
üçün əsas götürülür.
Bu gün dünya ictimaiyyətinin daha çox istifadə etdiyi "Facebook” sosial şəbəkə
yaşından və intellektual səviyyəsindən asılı olmayaraq müəyyən dünyagörüşünə
malik insanların virtual əlaqə yaratdığı məkan kimi ilk baxışdan maraqlıdır: burada
ağıllı da var, savadlı da, səviyyəliyə də rast gəlmək mümkündür, əksinə də! Ona
görə də internetdə mənəvi sərvətlərimizdən olan yazı mədəniyyətinin qorunması
problemi yaşamaqdadır. Təəssüf ki, ilk baxışdan qarşılaşdığımız məhz dil və yazı
mədəniyyətində yol verilən çox kobud xətalardır. Danışıq və yazı dili burada
qarışdırıldığına görə anlamaq olmur ki, bunları yazan azərbaycanlıdır, yoxsa
hansısa bir əcnəbi. Bunlar bəlkə də bir qədər dözüləsi haldır. Onlardan da
dəhşətlisi mobil telefonlar (smartfonlar) vasitəsilə internetə daxil olanların
yazışmalarındakı səhvlərdir. Burada, demək olar ki, dilimizin və yazı
mədəniyyətimizin bütün meyarları kobudcasına pozulur. İlk baxışdan düşünmək
olardı ki, (əslində, belə idi) həmin telefonların dili bizimki olmadığı üçün bu
problem qaçılmazdır. Lakin mobil telefonların proqramlarındakı son yeniliklər
imkan verdi ki, biz də ana dilimizdə yaza bilək. Hələ ki bəzi şəbəkə istifadəçiləri
istisna olmaqla, bu halın kütləviliyi cəmiyyəti ciddi şəkildə düşündürən məsələ
kimi öz aktuallığını saxlamaqdadır. Bunlarla yanaşı, sosial şəbəkələrdə etik norma
gözlənilmir, sözlər qramatik, fikirlər üslub baxımdan ciddi səhvlərlə yazılır.
Yazışmalarda Azərbaycan əlifbasına məxsus "ə” "ö”, "ü”, "ş”, "ç”, "ğ” kimi
hərflərdən istifadə olunmaması nəinki dilimizin qayda-qanunlarının pozulmasına
gətirib çıxarır, həm də gələcək nəsillərin dilimizin gözəlliyindən məhrum edilməsi
deməkdir. Məsələn, "təşəkkür - tşk”, "salam - slm”, "hə - ok” "yaxşı - iyi”, "no
problem” və s. kimi yazılan sözlərin hansı dilə və ya xalqa mənsub olması qaranlıq
qalır. Bu problemi yaradan və yayan savadsız, intellektual baxımdan aşağı
səviyyədəkilər olsaydı, nə vardı... Bəla burasındadır ki, həmin yazıların müəllifləri
hətta dilçilərdir.
Bu gün sosial şəbəkələrdə müxtəlif dövlətlərin diversantları
antimilli mövqe ortaya qoyaraq Azərbaycan əleyhinə kampaniya aparır, mənəvi
dəyərlərimizə qarşı müxtəlif formada terror edirlər. Azərbaycan tolerant ölkədir.
Bu, aydındır, çoxmillətli ölkələrdə dilin zənginliyi diqqət çəkir.
Dostları ilə paylaş: |