Xülasə Bu işdə proqram mühəndisliyinin elmi, mühəndis və təcrübi istiqamətdə sistemli təhlili verilmişdir. Proqram


―Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri‖ I respublika konfransı, Bakı, 17 may 2017-ci il



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə2/7
tarix25.05.2022
ölçüsü1,19 Mb.
#59411
növüXülasə
1   2   3   4   5   6   7
―Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri‖ I respublika konfransı, Bakı, 17 may 2017-ci il 
11 
fundamental əsaslarını alqoritmlər nəzəriyyəsi, riyazi məntiq, 
idarəetmə nəzəriyyəsi, çoxluqlar nəzəriyyəsi, isbat nəzəriyyəsi 
təĢkil edir (Ģəkil1).
ġəkil1. Proqram mühəndisliyinin nəzəri əsasları 
Proqram mühəndisliyinin nəzəri əsasları aĢağıda 
göstərilmiĢdir [6]: 
 alqoritmlər nəzəriyyəsi (adi alqoritmlər, hesablama 
funksiyaları, Tyurinq maĢını, alqoritmik cəbr (hesablamalar), 
qraf-sxemlər, alqoritmlərin və proqramların modelləri və s.) ; 
 riyazi məntiq (müxtəlif fənn sahəsinə aid olan biliklərin, 
problemlərin və qərarların formal Ģəkildə (riyazi dildə) təsvir 
edilməsinə kömək edən məntiqi hesablama qaydaları); 
 idarəetmə 
nəzəriyyəsi 
(mürəkkəb 
sistemlərdə 
planlaĢdırma və idarəetmənin prinsip, metod və ümumi
qanunları);
 isbat nəzəriyyəsi (aksiom və əqli düĢüncələrin köməyi 
ilə 
riyazi 
nəticələrin 
alınması və əsaslandırılması, 
proqramların verifikasiyası metodlarının iĢlənilməsində 
istifadə edilir);
 çoxluqlar nəzəriyyəsi (müəyyən bir fənn sahəsindən 
olan obyektlər çoxluğunun formal Ģəkildə təsviri, çoxluqlar 
üzərində əməllər). 
Diskret riyaziyyat PM də daxil olmaqla ümumilikdə 
kompütinqin fundamenti hesab edilir. Proqram mühəndisi 
diskret riyaziyyatın əsasları, onların informatikada tətbiqi və 
ehtimal nəzəriyyəsi ilə universitetin ilk kurslarından tanıĢ 
olmalıdır. Funksiyalar, münasibətlər, çoxluqlar, Bul cəbri, 
ədədi məntiq, ədədlər nəzəriyyəsi, hesablamanın əsasları, 
qraflar, ağaclar, matrislər, sonlu avtonatlar və s. proqram 
mühəndisinin bilməli olduğu elm sahələrinə aiddir. Riyazi 
analiz PM üçün əsas fənn sayılmır, lakin o abstrakt 
düĢüncənin inkiĢafına kömək edir və proqram mühəndisi bu 
fənni də bilməlidir.
Bu fundamental əsaslardan əlavə PM-in biliklər sisteminə 
aĢağıda göstərilənləri də aid edirlər [7, 8]: 


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin