Xəbər bülleteni №23


Ötən ay yükdaşıma qiymətləri 18,9 faiz artıb



Yüklə 464,64 Kb.
səhifə7/23
tarix28.04.2017
ölçüsü464,64 Kb.
#16012
1   2   3   4   5   6   7   8   9   10   ...   23

Ötən ay yükdaşıma qiymətləri 18,9 faiz artıb


12.02.2016

Dövlət Statistika Komitəsi nəqliyyat sektorunda yükdaşıma qiymətləri ilə bağlı açıqlama yayıb. Rəsmi məlumata görə, yanvar ayında boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 7,5 və 33 faiz qalxıb.

Beynəlxalq əlaqələr üzrə yükdaşıma qiymətləri hava nəqliyyatında 31,7 faiz, dəmir yolu nəqliyyatında 28,6 faiz, dəniz nəqliyyatında 28,5 faiz artıb, avtomobil nəqliyyatında 1,4 faiz azalıb, yerli əlaqə üzrə isə yükdaşıma qiymətlərində dəyişiklik olmayıb.

Ümumilikdə nəqliyyat sektorunda yükdaşıma qiymətləri 2015-ci ilin dekabr ayı ilə müqayisədə 18,9 faiz artıb.


Tikinti sahəsində ucuzlaşma


12.02.2016

Dövlət Statistika Komitəsinin hesabatına görə, ötən ilin son rübündə yerüstü tikililər üzrə qiymətlər 0,2 faiz enib, yol və körpü tikintisi üzrə qiymətlər isə 0,6 faiz artıb. Ümumilikdə tikintidə (tikinti-quraşdırma işlərində) istehsalçı qiymətləri əvvəlki rüblə müqayisədə 0,1 faiz azalıb.

Rüb ərzində yerüstü tikililərdən sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 0,2 faiz artıb, istehsal təyinatlı obyektlərinin tikintisi üzrə qiymətlər 3,1 faiz azalıb, yaşayış evləri üzrə göstəricilər isə dəyişməyib.

Parlament yeni qanuna ilk oxunuşda səs verdi


12.02.2016

mm
Milli Məclisin 12 fevral iclasında “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Qanun Azərbaycan Respublikası Azərbaycan Respublikasının və onun istehsalçılarının iqtisadi maraqlarının müdafiəsi məqsədi ilə yerli istehsal sahəsinə zərər vuran və ya zərər vurma təhlükəsi yaradan dempinqli və ya subsidiyalaşdırılan idxala, həmçinin yerli istehsal sahəsinə ciddi zərər vuran və ya ciddi zərər vurma təhlükəsi yaradan artmış idxala qarşı həyata keçirilən tədbirləri, o cümlədən antidempinq, kompensasiya və xüsusi rüsumların formalaşdırılması və tətbiqi qaydalarını tənzimləyir (Layihə).


Yanvarda kənd təsərrüfatı məhsullarının istehsalı bahalaşıb


12.02.2016

torpaqBu ilin yanvarında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,3 faiz artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ay bitkiçilik məhsullarının istehsalı 1,5 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 1,2 faiz bahalaşıb.

Ay ərzində bitkiçilik məhsullarından buğdanın, noxud və lobya dəninin, fındığın, qozun, xiyarın, pomidorun, kələmin, soğanın, yerkökünün, çuğundurun, heyvanın, narın, xurmanın, almanın istehsalçı qiymətləri artıb, digər bitkiçilik məhsullarının qiymətlərində ciddi dəyişiklik olmayıb.

Heyvandarlıq məhsullarından südün istehsalçı qiyməti enib, yumurtanın, ev quşlarının, mal və qoyun ətinin istehsalçı qiymətləri artıb, digərləri sabit qalıb.

İlham Əliyev Münhen Təhlükəsizlik Konfransına qatılıb


12.02.2016

munhen 1
Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransına qatılıb. AZƏRTAC xəbər verir ki, Almaniyada işgüzar səfərdə olan İlham Əliyev fevralın 12-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Neftin qiymətinin aşağı düşməsi geopolitikası üzrə enerji siyasəti” mövzusunda dəyirmi masada iştirak edib.

Suriya dəhşətləri: 470 min adam ölüb, orta ömür 55 yaşa düşüb


12.02.2016

suriya 1Suriya Siyasi Tədqiqatlar Mərkəzi ölkədə 5 ildir davam edən vətəndaş müharibəsi ilə bağlı hesabat açıqlayıb. Novator.az xəbər verir ki, mərkəzin ekspertləri vətəndaş müharibəsində 470 min suriyalının öldüyünü bəyan ediblər.

Hesablamalara görə, 5 ildə 1 milyon 900 min adam yaralanıb.

Həlak olanların 400 min nəfərinin bilavasitə hərbi əməliyyatlarda öldüyü bildirilir. 70 min adam isə müharibənin gətirdiyi digər bəlalara – aclığa, susuzluğa, xəstəliyə, soyuğa qurban gedib.

Hesabata əsasən, ölənlərin və yaralananların ümumi sayı Suriyanın müharibəyə qədərki əhalisinin (21 milyon nəfər) 11,5%-dir.

Mütəxəssislər vətəndaş müharibəsində ölkəyə 255 milyard dollardan çox ziyan dəydiyini bildirirlər. Bu müddətdə 14 milyon nəfərə yaxın suriyalı gəlir mənbəyini itirib. Əhalinin 45%-i qaçqına çevrilib, onların 4 milyonu vətəni tərk edib.

Hesabatda qeyd olunur ki, vətəndaş müharibəsinin başladığı 2011-ci ilin martından bəri Suriyada orta ömür 70 yaşdan 55 yaşa düşüb.


Həm hökumətdir, həm də hökumət deyil?


12.02.2016

nkAzərbaycan Konstitusiyasının 115-ci maddəsinə görə, Nazirlər Kabinetinin tərkibinə baş nazir, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildir. Bəzi dövlət orqanlarının əsasnamələrində onların ya mərkəzi icra hakimiyyəti orqanı olduğu, ya da statuslarının mərkəzi icra hakimiyyəti orqanına bərabər tutulduğu yazılsa da, adları hökumətin strukturunda yoxdur. Söhbət Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Müəllif Hüquqları Agentliyi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən gedir. Konstitusiyaya əsasən, bu qurumların rəhbərləri hökumətin üzvüdür, Azərbaycan hökumətinin strukturuna isə 38 qurum daxildir. Nazirlər Kabinetinin saytında 19 nazirliyin, 10 komitənin, 5 xidmətin, 2 administrasiyanın, 1 idarənin, 1 fondun adı yer alır.

Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev AZƏRTAC-a müsahibəsində deyib ki, mərkəzi icra hakimiyyəti orqanı olan, ya da statusu mərkəzi icra hakimiyyəti orqanına bərabər tutulan qurumların rəhbərləri hökumətin üzvüdürlər: “Hökumət üzvü funksiyalarını istənilən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin həyata keçirdiyinə baxsaq, bu funksiyaların kifayət qədər dar çərçivədə olduğunu görərik. Bunlar nazirlər, komitə sədrləri və bir sıra xidmət rəhbərləridir, misal üçün Dövlət Sərhəd Xidmətinin rəhbəri.

Digərlərinin funksiyalarına baxsaq – məsələn, bu yaxınlarda ləğv olunan Dövlət Satınalmalar Agentliyi – görərik ki, onun statusu mərkəzi icra hakimiyyəti orqanının statusuna bərabər tutulurdu. Halbuki bu orqan satınalmaların təşkili və tenderlərlə məşğul olurdu. Sual yaranırdı ki, bu struktur hansı icra hakimiyyəti funksiyalarını həyata keçirir və hansı sahəyə rəhbərlik edirdi? Əslində belə qurumlar publik hüquqi şəxs olmalıdır. Onların icraedici funksiyaları yoxdur”.

Transparency.az-a danışan hüquqşünas Ələsgər Məmmədli məsələyə belə münasibət bildirib: “Hakimiyyət qanunverici, icraedici və məhkəmə sistemindən ibarətdir. İcraedici gücün başında prezident durur və onun yaratdığı bütün qurumlar, habelə birbaşa Prezident Administrasiyasına bağlı, prezident yanında olan bütün strukturlar hökumət qurumlarıdır. Prezident Administrasiyasının şöbə müdiri Şahin Əliyevin dediyi kimi, bu qurumlar hamısı hökumət üzvüdür. Dövlət xidmətləri, agentliklər də bu qəbildəndir. Bir sözlə, formalaşması icra sisteminə dayanan bütün qurumlar hökumət qurumlarıdır və onların rəhbərləri də hökumət üzvləridir.

Nazirlər Kabinetinin tərkibinə daxil olmayan bir neçə qurum da hökumət qurumudur və hökumətin siyasətini icra edir. Adının Nazirlər Kabinetinin saytında yer almaması onların statusunu dəyişmir. Hətta KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu, Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası da eyni mahiyyətdədir.

Publik hüquqi şəxs deyəndə, mənə görə, bu qurumlar da icraedici funksiyanı həyata keçirir. Hətta kommersiya fəaliyyəti ilə məşğul olan Dövlət Neft Şirkətinin də bir xeyli hökumət funksiyası var”.



Yüklə 464,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin