Xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu



Yüklə 19,75 Mb.
Pdf görüntüsü
səhifə29/80
tarix31.01.2017
ölçüsü19,75 Mb.
#7086
1   ...   25   26   27   28   29   30   31   32   ...   80

 

 

AZƏRBAYCANIN  ĠRANDA  DĠPLOMATĠK  NÜMAYƏNDƏLĠYĠ  -  A zərbaycan  Xalq  Cü mhuriyyətini  İran 

dövlətində  təmsil  edən  elçilik.  A zərbaycan  müstəqillik  qazandıqdan  dərhal  sonra  İranla  normal  qonşuluq  və  dostluq 

münasibətləri  yaratmağa  başladı.  Azərbaycan  Höku məti  1918  il  sentyabrın  12-də  İrana  nümayəndə  -  işlər  vəkili  təyin 

etməyi qəra ra ald ı.  La kin İran tərə fi  ilk va xtla r Azə rbaycan Xalq Cü mhuriyyətini tanımaq və onunla diplo matik ə laqələr 

qurmaqdan  imtina  etdi.  1918  il  sentyabrın  6-da  Azərbaycanın  İstanbuldakı  nümayəndə  heyətinin  başçısı  Məhəmməd 

Əmin  Rəsulzadə Azərbaycan  xarici işlər nazirinə  məlu mat verd i  ki, Şimali A zərbaycanda müstəqil dövlətin yaradılması 

barədə İstiqlal bəyannaməsinin surətini 


200 

 

 



 

201 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

buradakı  İran  konsulluğuna  təqdim  etmiş,  İran  konsulu  isə  bu  sənədi  zərfə  qoyub  geri  qaytarmış,  ona  əlavə  olun-muş 



vərəqdə bildirmişdi ki, o, Azə rbaycan adında dövlətin müstəqilliy ini tanımır. 

1918  ilin   yazında  Os manlı  qoşunlarının  Cənubi  Azərbaycana  da xil  olmasından  sonra  Şimali  Azə rbaycan  təbə-

ələrinin  mənafeyini  qoramaq   məqsədilə  Təbrizdə  Azərbaycan  konsulluğu  fəaliyyətə  başladı.  Konsulluğa  ilk  dövrdə 

Teymur bəy Məlik-Aslanov, sonra  Yusif Ziya və  Rauf bəy başçılıq et mişdilər.  Türk qoşunlarının  1918  ilin noyabrında 

Cənubi Azə rbaycanı tərk et məsindən sonra İran höku məti bu konsulluğu bağladı. 

İranla  ilk diplo matik  münasibətlər 1919  ilin  martında Azərbaycan Xalq  Cü mhuriyyətinin Tehrana  fövqəladə mis-

siya  göndərməsi  ilə  quruldu.  İs mayıl  xan  Ziyad xan ın  (Ziyad xanov)  başçılıq  etdiy i  bu  missiya  şah  hökuməti  ilə  İran ın 

Bakıda  və  Gəncədə,  A zərbaycanın  isə  Tehran,  Təbriz,  Rəşt  və  Məşhəddə  diplomatik  nü mayəndəliklər  açmaq  təklifini 

mü zakirə etdi.  1919  il  iyulun  16-da Azərbaycan Höku məti İranda diplo matik nü mayəndəlik təsis etmək haqqında qərar 

çıxardı.  Azərbaycan  xarici  işlər  nazirin in  müavin i  Adil  xan  Ziyad xan  isə  nü mayəndəliyin  başçısı  təyin  o lundu.  Azər-

baycanın  diplomatik  nümayəndəsi  Tehranda şah və  hökumət  üzvləri  tərəfindən  hörmətlə  qəbul  edild i.  Şah  Azərbaycan 

Xalq  Cü mhuriyyətin in  Təbrizdə  və  digər  şəhərlərdə  daimi  rəs mi  nü mayəndəliklərinin  açılmasına  razılıq  verd i.  1920  il 

fevralın  4-də  Ənzəlidə  Azərbaycanın  vitse-konsulluğu  yaradıldı.  1920  il  aprelin  1-dən  isə  Azərbaycan  Xalq 

Cü mhuriyyətinin   Təbrizdə  baş  konsulluğu,  Rəştdə  konsulluğu,  Məşhəddə  vitse-konsulluğu,  Əhər  və  Xoy  şəhərlərində 

konsul agentlikləri təsis edildi. 

Azərbaycanın  diplo mat ik  nümayəndəliy i  iki  ölkə  arasında  ticarət  ə laqələ rin in  in kişaf  etdirilməsi,  iqtisadiyyat, 

nəqliyyat və digər sahələrdə  müqavilə lər bağlan ması üçün danışıqla ra başladı. A.Ziyad xan  İranda yaşayan azərbaycan-

lıların  mədəni-maarif  işlərinə  xüsusi diqqət yetirirdi. O, 1920  ilin əvvəlində Azərbaycan  xarici  işlər nazirinə ünvanladığı 

mə ktubda  diplo matik  nü mayəndəliyin  xeyriyyə  cəmiyyəti  və  Azə rbaycan  türkcəsini  öyrədən  cəmiyyət  yaratdığını,  dul 

qadınlara və yetimlərə yardım göstərmək, türk d ilində  məktəb açmaq, türkcə qəzet nəşr etmək və sair  işlər görə b ilmək 

üçün maddi vəsaitə ehtiyacı olduğunu bildirmişdi. A.Ziyad xanov  Naxçıvandan didərgin düşənlərə yard ım göstərilməsi, 

İran ermən ilərinin Naxçıvana hücumunun qarşısının alın ması istiqamətində də fəal iş aparırd ı. 

İrandakı  Azərbaycan  nümayəndəliy i  ölkədə  baş  verən  ictimai-siyasi  proseslər,  İrandakı  azərbaycanlıların  vəziy -

yəti, onların Azə rbaycan Cü mhuriyyətinə  münasibətləri haqqında Ba kıya  müntə zə m  məlu mat göndərirdi. A.Ziyadxanov 

1920 ilin martında xarici işlər nazirinə məktubunda yazırdı: "İran A zərbaycanında İrandan ayrılmaq  və Azərbaycan Xalq 

Cü mhuriyyətinə  b irləşmək  istiqamətində...  təbliğat  gedir.  Azərbaycan...  bu  hadisələrdən  ö z  maraq ları  xeyrinə  istifadə 

etmə lid ir". Aprelin 11-də göndərilən mə ktubda isə bildirilirdi: "İran sürünür; ...keç miş ə zə mətdən əsər-əla mət  qalmay ıb... 

Farsların bizim respublikaya münasibəti o qədər də yaxşı deyil, İran A zərbaycanı türkləri isə əksinə, b izə qardaşcasına və 

dostcasına  münasibət  bəsləyirlər.  İran  A zərbaycanı...  müstəqilliyə  və  Farsistandan  ayrılmağa  can  atır".  Aprelin  12-də 

göndərilən  məktubda  Cənubi  Azərbaycanda  inqilab i  əhvali-ruhiyyənin  gücləndiyi  daha  aydın   qeyd  edilirdi:  "İran 

azərbaycanlıları açıq de- 


202 

 

yirlər ki, A zərbaycan azərbaycanlıla r üçündür, ...nə va xta  qədər Tehrandan göndərilən fars hakimlərini do landıracağıq". 



Azərbaycan  diplo matik  nümayəndəsinin  bu  mə lu matları  elə   hə min   dövrdə  Təbrizdə  Şey x  Məhə mməd   Xiyaba-

ninin  rəhbərliyi  a ltında  milli-de mokrat ik,  azad lıq   mübarizəsinin  başlan ması,  Azə rbaycanın  cənubunda  "Azadıstan" 

adlandırılan  milli  dövlətin  yaradılması  ilə  təsdiqləndi.  A zərbaycanın  şimalı  ilə  cənubunun  birləşməsi  üçün  real  imkan 

yarandı.  Lakin   bir  neçə  gün  sonra  Şimali  A zərbaycanın  Sovet  Rusiyası  tərəfindən  işğalı,  daha  sonra  isə  Xiyabani 

hərəkatının  qan  içərisində  boğulması  bu  imkanın   reallaşdırılmasının  qarşısın ı  a ldı.  Azə rbaycan  Xalq  Cü mhuriyyətinin 

İranla diplo matik əlaqə yaratması,  müvəqqəti də olsa,  iki ölkə arasında normal qonşuluq münasibətlərin in qurulmasına, 

bölgədə əminamanlığın bərqərar edilməsinə səbəb oldu. 

 

Əd:.

  Aзepбaйджанская  Демократиская    Pecnублика  (1918-1920),  Внешняя  политика (документы  и  материалы),  Б.,  1998;  

Nəsibzadə N., Azərbaycanın xarici siyasəti (1918-1920), B., 1996; Həsənov C, Azərbaycan beynəlxalq münasib ətlər sistemində (1918-

1920-ci illər), B., 1993. 



 

AZƏRBAYCANIN ĠS TĠQLALĠYYƏTĠ HAQQINDA TELEQRAM - Azərbaycan Xalq Cü mhuriyyəti Nazirlər 

Şurasının sədri Fətəli  xan Xoyskin in Azərbaycanın istiqlaliyyətinin elan o lunması barədə  1918  il  mayın  30-da dünyanın 

əsas siyasi  mərkəzlərinə  (İstanbul,  Berlin,  Vyana,  Paris,  London,  Ro ma,  Vaşinqton,  Sofiya,  Bu xarest,  Tehran,  Madrid, 

Haaqa, Moskva, Stokholm,  Kiyev,  Kristianiya (Oslo),  Kopenhagen, Tokio)  radioteleqrafla gönd ərdiyi  məlu mat,  mühüm 

tarixi sənəd. 

Sənəddə bildirilirdi ki, Gü rcüstanın ittifaqdan çıxması ilə  Zaqafqaziya Federativ Respublikası dağılmış,  A zərbaycan 

Milli  Şurası  1918  il  may ın  28-də  Azərbaycanın  müstəqilliyi  haqqında  İstiqlal  bəyannaməsi  qəbul  etmişdir.  Teleqramın  

göndərildiyi  dövlətlərin  xarici  işlər  nazirlərindən  xahiş  olunurdu  ki,  bu  barədə  öz  höku mətlərin i  məlu matlandırsınlar. 

Hə min  məlu matda  Höku mət in  müvəqqəti  olaraq  Ye lizavetpolda  (Gəncə)  yerləşdiyi  göstərilird i.  Bu  məlu mat ı  Tiflisdən 

xarici ölkə paytaxtlarına çatdırmaq çətin olduğundan, Fətəli xan Xoyski teleqramın rus və fransız d illərində mətnin i b irbaşa 

radio vasitəsilə İstanbula çatdırmaq və oradan dünyaya yaymaq üçün Batumda olan Azərbaycan Xalq Cü mhuriyyəti  xa ric i 

işlər naziri Məmməd Həsən Hacınskiyə göndərmişdi. 



 

Əd.: 

Aзepбaйджанская  Демократическая    Pecnублика  (1918-1920),  Внешняя  политика,  Б.,  1998;  Aзepбaйджанская 

Pecnублика. Документы и материалы (1918-1920 гг.) Б., 1998; Həsənov C, Azərbaycan beynəlxalq  münasibətlər sistemində (1918-

1920-ci illər), B., 1993. 



 

AZƏRBAYCANIN  KRIMDA  DĠPLOMATĠK  NÜMAYƏNDƏLĠYĠ  –  A zərbaycan  Xalq  Cü mhuriyyətinin 

Krım  höku məti  və  qardaş  Krım  türkləri  (tatarları)  ilə  əlaqə  saxlamaq  üçün  təsis  etdiyi  elçilik.  Krım  höku məti  1918  il 

İyunun  25-də  Simferopolda  yaradılmışdı.  Baş  naziri  general-leytenant  Məmməd  bəy  Sulkeviç,  xarici  işlər  naziri  Cəfər 

əfəndi Sey id Əh məd idi. A zərbaycan Höku məti 1918 il o ktyabrın 23-də Krım türklərini və bölgədə yaşayan digər xalqları 

təmsil edən bu höku mət  yanında dip lo matik nü mayəndəlik təsis etməyi qəra ra a ldı. 1918 il noyabrın 1-dən A zərbaycanın 

Ukraynadakı dip lo matik nümayəndəsi Mir  Yusif  Vəzirova (Çəmən zəminli) Azərbaycan Xalq  Cü mhuriyyətini  Krımda da 

təmsil et mə k tapşırıld ı. Öz növbəsində, Krım höku mət i də qarşılıqlı ə laqələ r yarat maq, Qa ra dəniz hövzəsi,  xüsusən də 

limanları  ilə bağlı razılaşdırılmış siyasət məsələlərini  mü zakirə etmək üçün öz nü mayəndəsiƏli Aleksandroviçi  1918  il 

noyabrm əvvəlində Azə rbaycana göndərdi 

 

 



 

 

 



 

 

 



 

 

 



 



203 

 

1918



 

il  noyabrın  16-da  Sulkeviçin  başçılıq  etdiyi  Krım  höku məti  istefa  verdi.  Keçmiş  duma  üzvü  S.S.Krım 

yeni  höku mət  yaratdı.  Kadetlerdən  təşkil  o lun muş  bu  hökumət  1919  ilin  əvvəlində  Den ikin  o rdusu  Krıma  daxil 

olduqdan sonra yerli  müsəlman lara  - türk-tatar əhalisinə qarşı  repressiyaları gücləndirdi.  Krım türkləri ö z hüquqların ı 

qorumaq  üçün  bu  hökumətə  daxil  olmayaraq,  ayrıca  milli  höku mət-d irektoriya  və  parlament  yaratdılar.  A zərbaycan 

Höku mətin in  elçisi  M.Y.Vəzirov  1919  ilin  yanvarında  Simferopolda  Krım  türk  parlamentinin   s ədri  Sey id  Camal 

Xəttatovla və  milli direktoriyanın başçısı S.Mis xa rlı ilə görüşdü və Cü mhuriyyətin Krım türklə rin in  milli  müstəqillik 

uğrunda mübarizəsini  müdafiə etdiy ini bildirdi. A zərbaycan Höku mətinin  başçısı Fətəli  xan  Xoyski 1919  il yanvarın  

14-də  Krım  türk  milli  d ire ktoriyasının  başçısı  S.Mis xa rlıya  gön dərdiyi  məktubda  onun  Hökumətinin  Krımı  müstəqil 

dövlət kimi görməyi arzu etdiyini və Paris sülh konfransında Krım nümayəndəsinin Azərbaycan nümayəndəliy i ilə sıx 

əlaqədə fəaliyyət göstərməsinin zəruriliyin i bildirdi. 

1919


 

il  martın 19-da doktor Cəfər bəy Rüstəmbəyov Azərbaycan Cümhuriyyətinin Krımda və Kubanda diplo-

matik  nümayəndəsi  və  ticarət  agenti  təyin  edild i.  Lakin  1919  il  aprelin  9-da  Krımın  Qırmızı  ordu  tərəfindən  işğalı, 

iyulun 1-də  isə yenidən Denikin ordusunun əlinə keç məsi onun müstəqilliyinə qəti ola raq son qoyduğu üçün C.Rüstə-

mbəyovun bu missiyanı ic ra et məsi mü mkün o lmadı. Ona görə də, Azə rbaycan Xarici İşlə r Na zirliy i bölgədə baş verən 

prosesləri ya xından izlə mə k üçün 1919  il sentyabrın 22-də iqt isadçı alim Şey x Əli  Hüseynovu Azərbaycanın Krımda  

konsul agenti təyin etdi. 

Azərbaycan Xalq  Cü mhuriyyətinin  Krıma göndərdiyi nü mayəndələr bölgədə fəaliyyət göstərən hökumətlə rlə , 

xüsusilə də Krım türkləri ilə sıx əlaqələr qurmaq məqsədi daşıyırdılar. 

Əd.: 

Aзepбaйджанская Демократическая  Pecnублика (1918-1920), Внешняя политика (документы и материалы), Б., 1998; 

Возгрин В. Е.  Историчиские судьбы крымских татар, М.. 1992.  Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-

1920-ci illər), B., 1993. 

 

AZƏRBAYCANIN  KUBANDA  VƏ  DONDA  DĠP LOMATĠK  NÜMAYƏNDƏLĠYĠ  -  Azərbaycan  Xalq  

Cü mhuriyyətinin  Kuban  hökuməti  və  Şimali  Qafqaz  xalqları  ilə  əlaqə  saxlamaq  üçün  təyin  etdiyi  diplo matik  nüma -

yəndəlik.  Rusiyada bolşeviklə r hakimiyyəti ələ  keç irəndən sonra Kuban Qanunverici Radası və Kuban hökuməti yara-

dılmışdı.  Mərkəzi  Yekaterinodar  (indiki  Krasnodar)  ş əhəri  idi.  A zərbaycan  Höku məti  1919  il  martın  19-dan  doktor 

Cəfə r bəy Rüstəmbəyovu Kuban hökuməti yanında diplo matik nü mayəndə təyin etdi. 

C.Rüstəmbəyov  Azərbaycan  Xarici  İşlər  Nazirliyinə  ünvanladığı  raportda  1919  il  iyunun  1-də 

Yekaterinodarda  ingilis  hərbi  missiyasının  rə isi  general  Briqqslə  görüşməsi,  ingilis  ko mandanlığının  Azərbaycanla 

Cənubi  Rusiya  Silahlı  qüvvələri  (Könüllü  ordu)  baş  komandanı  general  Den ikin  arasında  norma l  münasibət 

qurulmasında  maraqlı  o lması,  iyunun  3-də  Briqqsin  vasitəçiliyi  ilə  Denikin lə  görüşməsi  və  onun  Azərbaycanla 

diplo matik  nü mayəndəlik  mübadiləsinə  hazır  olması  haqqında  məlu mat  vermişdi.  A zərbaycanın  dip lo matik 

nümayəndəsinin 1919 il iyunun 11-də göndərdiyi raportda  Kuban Radasında federasiya və  müstəqillk tərəfdarları ilə 

Denikin  arasında  münasibətlərin  gərgin  olması,  Kuban  hökumətin in  Denikinə  qarşı  mübarizə  məsələlərini  mü zakirə 

etmə k  üçün  Rusiyanın  cənubunda  yeni  yaranmış  dövlətlərin,  o  cü mlədən  Cənubi  Qafqa z  res publika ları 

nümayəndələrin in  iştirakı  ilə  konfrans  çağırmaq  haqqında  xəbər  verilirdi.  Raportda  kubanlıların  Denikinə 

inanmamaları,  kazakları ö z tərəflərinə çəkməklə  müstəqilliklərini qorumağa çalış maları, yaln ız  Ukrayna hüdudlarında 

bolşeviklərə qarşı mübarizə aparmaq istəmələri də qeyd olunmuşdu. 

1919 il  iyunun 26-da Azərbaycan Xarici  İşlər Na zirliyin in C.Rüstəmbəyova göndərdiyi təlimatda Azərbaycan 

Höku mətin in  Denikinlə  dip lo matik  nü mayəndəlik  mübadiləsinə  razılıq  vermədiy i,  Denikin  ordusu  hissələrinin  Da-

ğıstandan  çıxarılması  tələbi  əks  olunmuşdu.  Eyni  zamanda,  C.Rüstəmbəyova  Azərbaycan  Xalq  Cü mhuriyyətini  Don 

hökuməti yanında da təmsil etmək  mandatı verildi. Azərbaycan Höku məti Kuban və Donla iqtisadi əlaqələr yaratmağa 

çalışır, ağ neft və digər neft məhsulları əvəzində taxıl almağı p lanlaşdırırdı. Həm də, bu zaman bütün Şimali Qafqazda 

real  hakimiyyətin  Denikinin  əlində  cə mlən məsi  də  nəzərdən  qaçırılmırd ı.  Ona  görə  də,  Azərbaycan  Xalq  Cü m-

huriyyəti  ilə  Şima li  Qafqa z  arasında  rabitə  və  nəqliyyat  əlaqələrinin  bərpası  məsələsini  Hö ku mət  başçısı  Nəsib  bəy 

Yusifbəyli  məh z Denikinin  nümayəndəsi general N.Ba ratovla  mü za kirə et miş və  1919  il sentyabrın 11-də ilkin saziş 

imzalan mışdı. Bu sənəddə Bakı ilə Rostov arasında teleqraf və radio  rabitəsi yaradılması, poçt mübadiləsinin və dəmir 

yolu əlaqəsinin niza ma salın ması nə zərdə tutulurdu. 

1919 il sentyabrın 24-də Azərbaycanın Kubanda və Donda nümayəndəsi C.Rüstəmbəyova Cənubi Rusiya Si-

lahlı Qüvvələri baş ko mandanlığ ı yanında Azərbaycan Xalq  Cü mhuriyyətinin mənafeyini müdafiə etmək səlahiyyəti də 

verild i.  Elə  hə min  gün  Azərbaycan  Höku məti  Paşa  bəy  Sultanovu  Rostova  konsul-agenti  təyin  etdi.  Hö ku mət  bu 

təyinatla  həmin  dövrdə  ingilis  ko mandanlığın ın  Xəzə r  Hərbi-Dəniz  Donanmasının  b ir  h issəsini  Den ikinə  verməsinə  

qarşı  Azərbaycanın  etirazları,  d igər  tərəfdən  isə  Denikin in  Azərbaycan  hərbi-dəniz  qüvvələrinin  yaradılmasına  qarşı 

çıxması ilə bağlı münasibətlərin gərg inləşdiyi bir şəraitdə C.Rüstəmbəyovun işini qis mən yüngülləşdirmək istəyirdi. 

Paris  sülh  konfransında  (1919-20)  iştirak  edən  Kuban  nümayəndəsi  L.Bıç  Azərbaycan,  Gürcüstan,  Ukrayna, 

Şimali Qafqaz və Baltikyanı respublikaların  nümayəndələri ilə birlikdə 1919 il oktyabrın  8-də bəyannamə imzalayaraq, 

Antantanın Rusiya bolşeviklərinə qarşı mübarizə  məqsədilə  Ko lçaka , Denikinə göndərdiyi böyük maddi yardımın təyi-

natı üzrə deyil,  keçmiş imperiya hüdudlarında yeni yaranmış dövlətlərə qarşı yönəldildiy ini b ild irmişdi.  Lakin Antanta 

bu bəyannaməni nə zərə a lma mış, o dövrdəki hərbi uğurlarına görə Den ikinə yardımı daha da artırmışdı. 

 

 

 



 

204 

 

C.Rüstəmbəyov  1919  il  oktyabrın  22-də  Azərbaycan  Xarici  İşlər  Nazirliy inə  ünvanladığı  məruzədə  son 



günlərdə  4  dəfə  Taqanroqa  gedərək,  Denikinlə  görüşməyə  cəhd  göstərməsi,  lakin   rədd  cavabı  alması,  Denikinin  

Azərbaycanı  Dağıstan  üsyançılarına  yardım  göstərmə kdə  günahlandırması,  Ya la mada  güclü  qarnizon  sa xlan ması  və  

Bakının  müdafiə  qabiliyyətinin  möhkə mləndirilməsinin  Könüllü  orduya  qarşı  çevrilməsini  iddia  et məsinə  dair  ondan 

bilgi alması və bunlarla bağlı Denikinin A zərbaycana qarşı təcavüzünün açıq-aşkar artması haqqında məlu mat vermişdi. 

Bu mə lu matdan sonra Azərbaycan Xaric i İşlər Nazirliyi Qafqazdakı ingilis, fransız nümayəndəliklərinə mü raciət edərə k 

Denikin  ordusunun Azərbaycana hücum təhlü kəsinə qarşı tədbirlə r görü lməsini istəmişdi. 1919 ilin sonunda Denikinin  

Kuban Radasına qanlı divan tutması və Azərbaycana qarşı açıq  düşmənçilik  münasibəti bəsləməsi nəticəsində Azər-

baycanın diplomatik nümayəndəsi Yekaterinodarı tərk edərək Bakıya döndü. 



 

Əd:  Aзepбaйджанская  Демократическая    Pecnублика  (1918-1920),  Внешняя  политика  (документы  и  материалы),  Б., 

1998;  Nəsibzadə N., Azərbaycanın xarici siyasəti B., 1996. 



 

AZƏRBAYCANIN  MÜSTƏQĠLLĠYĠNĠN  AVROPA  DÖVLƏTLƏRĠ  TƏRƏFĠNDƏN  DE-FAKTO 

TANINMAS ININ  BAYRAM  EDĠLMƏS Ġ  -  Azə rbaycan  Xalq  Cü mhuriyyətinin  müstəqilliy inin  beynəlxa lq  alə mdə  

tanınması  münasibətilə Höku mətin qərarı  ilə  keçirilmiş bayram tədbirləri.  Paris sülh konfransının (1919-20) iştirakçısı 

olan dövlətlərin Ali Şurası tərəfindən 1920  il yanvarın 11-də Azərbaycanın müstəqilliy inin de-fakto tanınması  münasi-

bətilə yanvarın  14-də  Ba kıda və ölkənin d igər bö lgələrində təntənəli bayra m  mə rasimlə ri  keçirilmişdi. Na zirlər Şura -

sının qərarı  ilə  fabrik-zavod sahiblərinə tapşırılmışdı ki, Azərbaycan istiqlaliyyətinin təsdiq edilməsi  münasibətilə  xalq  

bayramında  iştirak  etmək  üçün  maaşları  saxlanılmaqla  bütün  fəhlə  və  qulluqçular  həmin  gün  işdən  azad  edilsinlər. 

Höku mət, eyni  zamanda, bayram tədbirlərinin proqramını da elan etmişdi: s əhər saat 11-də Təzəpir  məscidində dualar 

oxun malı,  saat  12-də  Parlamentin  təntənəli  iclası  açılmalı,  saat  13-də  Hürriyyət  meydanında  Milli  Ordunun  rəsmi 

keçid i olmalı, saat 14-də Xarici İşlər Nazirliy ində təbriklər qəbul edilməli idi. Bundan əlavə, şəhərətrafı qatarların səhər 

saat  7-dən  11-ə  kimi  və  gündüz  saat  3-dən  axşa ma  qədər  ca maatı  pulsuz  daşıması  və  gecə  vaxtı  payta xtın  ç ıraqban 

edilməsi barədə də sərəncam verilmişdi. 

Proqra ma əsasən, başda Nazirlər Şu rasının sədri olmaqla A zərbaycan Xalq  Cü mhuriyyəti  Höku mətin in nazir-

ləri,  Parla ment  üzv ləri,  şəhər  ülə ması  Təzəp ir  məscidində  toplandı.  Şey xü lisla m  bayra m  xütbəsini  o xuduqdan sonra 

təntənəli surətdə elan etdi: "Camaat, bu giin  şərəfli və  böyük  gündür.  İslamın  əziz günüdür.  Bayramdır!".  Nazirlə r 

Şurasının  sədri  Nəsib  bəy  Yusifbəyli:  "Bu  sizin  arzunuzd ur.  Hürr  və  müstəqil  qalmaq  istədiniz,  nail  oldunuz—  

Xarici  işlər naziri Fətəli  xan  Xoyski: "28 may 1918 ildə Azərbaycan istiqlaliyyətini aləmə bildirdi. Bu gün o  istiqlal 



təsdiq edilir". Məhə mməd Əmin Rəsulzadə: "Bir kərə yüksələn bayraq bir daha enməz! — deyirdik. Bu gün kamali-

cürət və iftixarla küçə və bazarda deyiriz: bir dəfə yüksələn bayraq bir daha enməz! ". 

Bakı  bayram  libası  geyin mişdi.  Hətta,  erməni  vandalların ın  yandırdığ ı  İs mailiyyə  belə  bayraq  və  şüarlarla 

bəzədilmişdi.  Hər  tərə fdən  musiqi  sədaları  ucalırd ı.  M illi  bayraqla rla  bə zədilmiş  avtomobillər  küçələrdə  şütüyür, 

aktyorlar  milli  və  tarixi  geyimlə rdə  keç mişi  canlandırırdılar.  Dəstənin  önündə  at  üstündə  Mirzağa  Əliyev  gedird i. 

Təzəpirdən qayıdan Nəsib bəy Yusifbəylini  xa lq çiy inlə ri üstündə Parla mentə aparırdı. Parla mentin qarşısında yığ ılan  

izdiha m  isə  Məhəmməd  Əmin  Rəsulzadəni  tələb  edirdi.  Binaya  axışan  insanlar  onu əl  üstündə  Parlamentin  eyvanına 

çıxard ı. Məhəmməd Əmin Rəsulzadə atəşin bir nitq ilə öz  istiqlalını dünyaya qəbul etdirmiş Azərbaycan  xalq ını təbrik 

etdi. 


Əd: Süleymanov M., Müsəlman dünyasında ilk xalq cümhuriyyəti, B., 1999. 

 

AZƏRBAYCANIN  TÜRKĠYƏDƏ  DĠPLOMATĠK  NÜMAYƏNDƏLĠYĠ  –  A zərbaycan  Xalq  

Cü mhuriyyətini  Osman lı dövlətində təmsil edən elçilik. A zərbaycanla Türkiyə arasında  ilk dip lo matik təmaslar  1918 

ilin   yazında  Trab zon  və  Batu m  sülh  konfranslarından  başlandı.  1918  il  iyunun  18-də  isə  A zərbaycan  Höku məti 

İstanbula  ilk  nü mayəndə  heyəti  göndərdi.  Türkiyə  höku məti  və  rəsmi  dairələrində  yaxşı  tanınan  Məhəmməd  Əmin  

Rəsulzadənin  başçılıq  etdiy i  nü mayəndə  heyətinə  Xəlil  bəy  Xasməmmədov  və  Aslan  bəy  Səfikürdsk i  daxil  idilə r. 

Nü mayəndəlik  İstanbulda  keçirilməsi  nəzərdə  tutulan  beynəlxalq  konfransda  iştirak  etməli  idi.  A zərbaycan  Xalq  

Cü mhuriyyəti  Höku məti  nü mayəndə  heyətinə,  həmçin in,  Os manlı  dövləti  ilə  hərb i,  iqtisadi,  nəqliyyat  və  maliyyə 

sahələri üzrə müqavilələ r bağla maq üçün etimadna mə vermişdi. 

İyunun  24-də  İstanbula  çatan  Azərbaycan  nümayəndələri  Osmanlı  höku mətinin  başçısı  Tələt  paşa  və  digər 

hökumət  ü zvləri  ilə  görüşlər  keçirməyə,  A zərbaycan  Xalq  Cü mhuriyyəti  haqqında  türk  ictimaiyyətinə  məlu matlar 

çatdırmağa  başladılar,  mətbuata  çoxsaylı  müsahibələr  verd ilər.  Nü mayəndələr  Azərbaycanın  öz  müstəqilliyin i  elan  

etməsini  beynəlxa lq  a lə mə  b ild irmək  üçün  də  mühüm  addımlar  atdılar.  İstiqlal  bəyannaməsinin  tam  mətn ini  İstan-

bulda olan bütün səfirlik və  konsulluqlara təqdim etdilər, Alman iya, Avstriya-Macarıstan və Bo lqarıstan diplomatları 

ilə  görüşlər  keçirdilər.  1918  ilin  yayında  Birinci  dünya  müharib əsi  (1914-18)  cəbhələ rində  Dörd lər  ittifaqının  

uğursuzluqları İstanbul konfransının başlanmasına imkan  verməsə də, Azərbaycan nümayəndəliy i  Os manlı höku məti 

üzvləri  ilə ço x əhəmiyyətli razılaş malara nail oldu. 1918  il sentyabrın 16-da İstanbuldakı nümayəndə heyətinin başçısı 

M.Ə.Rəsulzadə  Os manlı  tərəfi  ilə  ticarət  müqaviləsi,  A zərbaycan  Höku mətinə  dərhal  avans  kimi  500  min  türk  lirəsi 

verilməsi haqqında  mə xfi  müqavilə  imzala mış, sentyabrın sonunda Türkiyə  Dəniz  Na zirliy inin  mətbəəsində Azərbay-

can pulları çap edilməsi haqqında razılıq əldə etmişdi.  

 

 



 

205 

 

Osmanlı  dövlətin in  Azərbaycan  Xalq  Cü mhuriyyətinə  10  il  müddətinə  2  milyon  türk  lirəsi  həcmində  borc  verməsi, 



Azərbaycana  xaric i  işlər,  ma liyyə  üzrə   məsələhətçilər  gön-dərməsi,  istənilən  qədər  dərslik  və  müə llim  göndərməyə  

razılıq  verməsi, başlıcası isə, Bakın ı düşməndən azad  etmək üçün zəruri hərbi qüvvə ayırması İstanbuldakı A zərbaycan 

nümayəndəliyin in gərgin və səmərəli fəaliyyətinin nəticəsi idi. 

Azərbaycan  Höku məti  Os manlı  impe riyası  ilə  ta m  həc mdə  d iplo matik  ə laqələ r  yaradılması  üçün  1918  il 

avqustun 20-də  Höku mət  üzvü  Əlimə rdan bəy Topçubaşovu fövqəladə səlahiyyətli nazir  kimi İstanbula eza m etdi və  

ona  bütün  məsələlər  üzrə  Azərbaycan  Cümhuriyyətinin  maraq larını  təmsil  etmək  tapşırığ ı  verdi.  Əlimərdan  bəy 

Topçubaşov, eyni zamanda,  İstanbulda beynəlxalq  konfrans başlanacağı halda Azərbaycan nümayəndə heyətinin tam-

hüquqlu üzvü kimi onun işində iştirak etmək səlahiyyətinə malik idi. Ə.Topçubaşov bu missiyanı yerinə yetirmək üçün 

avqustun  23-də  Gəncədən  yola  düşsə  də,  nəqliyyat  çətinliklə rinə   görə  yaln ız  sentyabrın  28-də  İstanbula  çata  bild i. 

Azərbaycanın fövqəladə səlahiyyətli nü mayəndəsi birinci o laraq oktyabrın  2-də Tə lət paşa ilə görüşdü və Berlin səfə-

rində Azərbaycanın  mənafeyin i  müdafiə etdiyinə, hə mç inin türk əsgərlərinin  Bakının a zad edilməsində iştira kına görə  

ona  Azərbaycan  Hökuməti  adından  təşəkkür  etdi.  Elə  hə min  gün  Ə.Topçubaşov  xarici  işlər  naziri  Əh məd  Nəsimi 

bəylə,  oktyabrın  3-də  isə  hərbi  nazir  Ənvər  paşa  ilə  görüşdü.  Oktyabr  ayı  ərzində  Ə.Topçubaşov  Türkiyənin  rəsmi 

dövlət nümayəndələri  ilə daha bir neçə görüş keçird i.  Lakin cəbhələrdə vəziyyətin sürətlə pisləş məsi,  Osman lı dövlə-

tində  hökumət  kabinələ rinin  tez-te z  istefa  verməsi  onunla  sabit  münasibətlər  qurulmasına  imkan  vermirdi.  Ə.Topçu-

başov 1918  il noyabrın  14-də Azərbaycan Höku məti başçısına göndərdiyi  məktubda bunu etiraf edirdi: "Mənim gəl-

diyim  müddətdə artıq üçüncü kabinə yaradılır. .. .Bir  kabinə  ilə hər hansı bir əlaqə yaratmağa  macal tap mamış, yeni 

kabinə yaranır". 

Oktyabrın  sonunda İstanbulda beynəlxalq  konfrans çağırılmasının  baş tutmayacağı tam aydınlaşdığı və Türki-

yədə  böhranlı  vəziyyət  yarandığı  üçün  Azərbaycan nümayəndə  heyəti  Bakıya  qayıtdı.  Ə.Topçubaşov  is ə  missiyasını 

davam etdird i.  Noyabrın 4-də o, Mudros barışığının (1918) Azərbaycana aid hissəsi ilə əlaqədar Os manlı höku mətinə 

etiraz  notası  təqdim  etdi,  noyabrın   5-də  isə  xarici  işlər  naziri  Nəbi  bəylə  görüşdü.  Bu  etiraz  notası  Azərbaycan 

Cü mhuriyyətinin  müstəqilliy ini qeyd etmək məqsədi daşıyırdı. Azərbaycanın d iplo matik nü mayəndəsi Türkiyənin yeni 

xarici  işlər naziri Mustafa Rəşid paşa ilə noyabrın 16-da və sonrakı görüşlərində Türkiyənin A zərbaycana diplo matik 

nümayəndə göndərməsi məsələsini qald ırd ı. 

Ə.Topçubaşov  Türkiyədə  d iplo matik  nümayəndə  kimi  1919  ilin  yazına  qədər  fəaliyyət  göstərdi  və  bu 

müddətdə  İstanbuldakı  azərbaycanlıların  mənafey ini  müdafiə  etmək,  v iza  məsələlərini  yoluna  qoymaq,  orada  təhsil 

alan azə rbaycanlı gənclərə  maddi yardım göstərmək, hərbi əsirlərlə bağlı  məsələlə ri həll et mək sahəsində faydalı  işlər 

gördü. O,  Paris sülh konfransına (1919-20) göndərilən A zərbaycan nümayəndə heyətinin başçısı kimi İstanbulu tərk 

etməyə  hazırlaşarkən,  orada  konsul  funksiyasını  müvəqqəti  icra   et mək  üçün  Səfvət  bəy  Məlikovu  hazırladığın ı 

Azərbaycan Höku mətinə b ild ird i. 

1919 il mayın  18-də Azərbaycanın Ukraynadakı dip lo matik nü mayəndəsi Mir Yusif Vəzirov (Ç ə m ə n z ə m 

i n 1 i) burada yaranmış vəziyyətlə bağlı  missiyasını başa vurub, vətənə qayıtmaq üçün Odessadan İstanbula getdi. O, 

buradakı  Britaniya  və  İtaliya  hərbi  nü mayəndələri  ilə  görüşlər  keçird i  və  vətənə  qayıtmaq  istəyən  Azərbaycan 

vətəndaşları  üçün  viza  almaq  məsələsini  onlarla  həll  etdi.  M.Y.Və zirov  iyu lun  12-də  İstanbuldan Azərbaycan  xa ric i 

işlər nazirinə göndərdiyi  məktubda məlu mat verirdi ki, şəhərdə bütün hakimiyyət  müttəfiqlərə  məxsusdur. Məktubda 

həmç inin  türk  naziri  Əh məd  Fərid  bəylə  görüşməsi  və  türk  tərəfinə  Əh məd  bəy  Ağayevin  qanunsuz  həbsi  ilə  bağlı 

qeyri-rəs mi etiraz et məsi bildirilird i. 

Azərbaycan Xalq  Cü mhuriyyəti Hö ku məti  1919 il avqustun 1-də özünün Ukraynadakı  keç miş diplo matik nü-

mayəndəsi Mir  Yusif  Vəzirovu İstanbula göndərilən dip lo matik  missiyanın başçısı təyin etdi. Diplo mat ik  missiyanın 

ma liyyə  işi  üzrə  məsləhətçisi  isə  xarici  işlər  na zirliy inin  dəftərxana  rə isi  Cahangir  bəy  Qayıbov  təyin  olundu.  Lakin  

Batu mdakı  ingilis  qüvvələrinin  rəhbərliyi  Azərbaycan  nümayəndəliyinin  İstanbula  getməsinə  icazə  vermədiy indən, 

nümayəndələr  ay  yarım  bu  şəhərdə  ləngiməli  o ldu,  rəs mi  icazə  alın ması  mü mkün  olmadığ ına  görə,  xüsusi  qaydada 

Türkiyəyə yola düşmək  məcburiyyətində qaldılar.  Ona görə də,  İstanbulda Azərbaycan diplo matik nümayəndəliy inin  

rəsmi  fəaliyyətini yenidən  1919 ilin o ktyabrında bərpa et mə k  mü mkün oldu. Noyabrda M Y.Vəzirovu Türkiyə  xa ric i 

işlər naziri qəbul etdi.  Noyabrın  15-də "Təsviri-Əfkar" adlı türk qəzetinə  müsahibəsində M.Y.  Vəzirov Azərbaycanın 

İstanbulda  səfirlik  təşkil  etməsi  haqqında  xəbərləri  təkzib  edərək,  digər  yeni  yaran mış  dövlətlər  kimi,  burada  yalnız 

diplo matik  nü mayəndəliyə  malik  olduğunu  bildird i.  A zərbaycan  Cü mhuriyyətinin  İstanbuldakı  dip lo matik 

nümayəndəliyi Aprel işğalından (1920) sonra fəaliyyətini dayandırmağa məcbur oldu. 

 

Əd.: 

Aзepбaйджанская  Демократическая   Pecnублика  (1918-1920),  Внешняя  политика (документы  и  материалы),  Б., 

1998;  Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər), B., 1993; Nəsibzadə N., Azərbaycanın xarici 

siyasəti (1918-1920), B., 1996. 



Yüklə 19,75 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin