Mülki Müdafiə (MM)
– dinc dövrdə və ya müharibə dövründə əhalinin
(Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasının ərazisində
olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) və ərazinin (Azərbaycan
Respublikası ərazisinin hüdudları daxilində torpaq, su və hava məkanının, istehsal və
sosial təyinatlı obyektlərin, habelə ətraf muhitin) təhlukəsizliyinin təmin edilməsi
məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata
kecirilən tədbirlər sistemidir və yaxud qısaca
MM insanın ətraf mühitdə sağlamlığı-
nın və təhlükəsizliyinin qorunmasını əhatə edən sahədir, elmdir
. O, təhlükəli və zərərli
amilləri aşkara çıxarmalı və eyniləşdirməli, insanın mühafızəsinin metod və vasitələrini,
yollarını, zərərli və təhlükəli amillərin minimum dərəcəyə qədər azaldılmasını araşdırmalı,
dinc və müharibə dövrü baş verən qəza hallarının, fəlakətlərin nəticələrini aradan qaldırmaq
tədbirləri hazırlamalıdır.
MM sistemi
– mm-nin vəzifələrinin yerinə yetirilməsi həvalə edilmiş müvafiq icra
hakimiyyəti orqanlarının, qüvvə və vasitələrin, xüsusi fondların, rabitə, xəbərdarlıq və
informasiya təminatlı sistemlərinin məcmusudur.
«Mülki Müdafiə haqqında» Azərbaycan Respublikasının qanununa, «Mülki Müdafiə
haqqında» Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan
Respublikası Prezidentinin 1998-ci il 18 aprel tarixli 700 nömrəli fərmanına müvafiq olaraq
MM tədbirlərinin planlaşdırılmasının siyasi, iqtisadi, müdafiə əhəmiyyətini və digər
amilləri nəzərə alaraq respublikanın ərazisi zonalara, şəhərlər MM üzrə qruplara aid edilir,
təsərrufat obyektləri isə MM üzrə dərəcələrə bolunur.
Dostları ilə paylaş: |