Surət:
Q Ə R A R
Azərbaycan Respublikası adından
22 iyun 2016-cı il
İş № 1(106)-382/2016
Şirvan şəhəri
Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: Babayev Zəki Baba oğlu (sədrlik edən, məruzəçi
hakim), Dosiyev Amil Qaraxan oğlu və Novruzov Ələsgər Əli İskəndər oğludan ibarət tərkibdə, məhkəmə iclası katibi Həbibov
Fərid Fərhad oğlunun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə
İdarəsinin prokuroru Hüseynov Elnar Əli oğlunun, zərərçəkimş şəxsin hüquqi varisi Ədilov Davud Nəcəf oğlunun, məhkum
edilmiş şəxs Şirəliyev Sərhəd Səhhəd oğlunun və onun müdafiəçisi, Şirvan şəhər Hüquq Məsləhətxanasının vəkili Əhmədova
Ulduzə Mehdi qızının iştirakları ilə, Şirəliyev Sərhəd Səhhəd oğlunun Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəlsi ilə
məhkum olunması barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-148/2016 saylı, 05 aprel 2016-cı il tarixli hökmündən,
zərərçəkimş şəxsin hüquqi varisi Davud Ədilov və məhkum edilmiş şəxs Sərhəd Şirəliyev tərəfindən verilmiş apellyasiya
şikayətlərinə apellyasiya icraatı qaydasında, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq
Müəyyən etdi:
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-148/2016 saylı, 05 aprel 2016-cı il tarixli hökmü ilə (hakimlər Nizami
Quliyev (Sədrlik edən və məruzəçi hakim), Oruc Cəlilov və Xamməd Nuriyev)
1935-ci ildə Sabirabad rayonunun Kolanı kəndində anadan olmuş, Azərbaycan
Respublikasının vətəndaşı, dul, orta təhsilli, təqaüdçü, məhkumluğu olmayan,
Hacıqabul rayonu, Kolanı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış,
08 avqust 2015-ci il tarixdən həbsdə saxlanılan Şirəliyev Sərhəd Səhhəd oğlu
Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinərək 12 (on iki) il müddətə azaddlqdan məhrum etmə cəzasına
məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməsi, cəzasının başlanğıcının 08 avqust 2015-ci il tarixdən
hesab edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməsi, Hacıqabul
rayon prokurorluğunda saxlanılan iş üzrə maddi sübutlar - cinayətin aləti olan «H 12951» nömrəli 1 ədəd qoşalüləli ov tüfəngi və
18 ədəd patronun Azərbaycan Respublikası DİN-nin təchizat idarəsinə təhvil verilməsi, 1 ədəd köynəyin, 1 ədəd şalvarın, 1 ədəd
tumanın (trusik), 3 ədəd gilizin, 2 ədəd tıxacın, 3 ədəd qırmanın və hadisə yerində qana bənzər gölməçədən hopma üsulu ilə
pambıqla götürülmüş nümunənin məhv edilməsi, iş üzrə 79 manat 40 qəpik məbləğində ekspertiza xərcinin Sərhəd Şirəliyevdən
alınıb dövlət büdcəsinə keçirilməsi, iş üzrə mülki iddianın baxılmamış saxlanılması qərara alınmışdır.
İşin halları:
İstintaq orqanı tərəfindən Şirəliyev Sərhəd Səhhəd oğluna Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə ittiham
verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki,
Sərhəd Şirəliyev oğlu Cahangir Şirəliyevin onunla birlikdə yaşayan arvadı, yəni gəlini Novruzova Fəridə Əlişah qızının qapıbir
qonşusu Ədilov Habil Nəcəf oğlu ilə görüşüb intim münasibətdə olmasından şübhələnərək, qisas almaq niyyəti ilə 12 may 2015-ci
il tarixdən sonuncunu qəsdən öldürmək qərarına gəlib, özünə məxsus olan zavod üsulu ilə hazırlanmış «İJ-27 E» modelli, H12951
nömrəli, 16 kalibirli, patronluğunun uzunluğu 70 mm. olan, daxili çaxmaqlı, hamar lüləli, qoşalülə odlu ov tüvəngini patronları
ilə birlikdə yaşadığı evdə hazır vəziyyətdə saxlayaraq cinayətkar niyyətini həyata keçirmək üçün münasib şəraitin yaranmasını
gözləmiş, nəhayət əvvəllər dəfələrlə müşahidə etməsi ilə 08 avqust 2015-ci il tarixdə saat 07 radələrində Habil Ədilovun özünə
məxsus mal-qaranı örüşə ötürmək üçün küçəyə çıxacağını bilib, həmin ov tüfənginin patronluğuna 2 ədəd patron qoyaraq atəşə
hazır vəziyyətə gətirib küçəyə çıxmış, həyətə giriş qapısının qarşısında bir qədər dayanıb Habil Ədilovun küçəyə çıxmasını
gözləmiş, sonuncunun mal-qarasını tövlədən çıxarıb örüşə ötürdüyünü gördükdə arxadan ona yaxınlaşaraq təxminən 10 metr
məsafədən Habil Ədilovun kürək nahiyyəsini nişan alıb qəsdən onu öldürmək məqsədi ilə bir dəfə atəş açmış, sonuncunun sağ
böyrü üstə yerə yıxılmasından sonra isə yaxınlaşaraq yaxın məsafədən sinə nahiyyəsinə daha 2 dəfə atəş açaraq ona döş qəfəsinin
və sol dirsək oynağı nahiyəsinin yaralanması nəticəsində ürəyin və sol ağ ciyərin zədələnməsi, sol dirsək oynağı nahiyəsində
arteriya və venaların didilib dağılmasından sonra baş vermiş daxilə və xaricə qan itirmə ilə nəticələnməklə ölümünə səbəb olan,
yetirildiyi anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək onu qəsdən öldürmüş, yəni
qəsdən həyatdan məhrum etmişdir.
Apellyasiya şikayətlərinin dəlilləri:
Hökmdən zərərçəkimş şəxsin hüquqi varisi Ədilov Davud Nəcəf oğlu və məhkum edilmiş şəxs Şirəliyev Sərhəd Səhhəd
oğlu apellyasiya şikayətləri vermişlər.
Zərərçəkimş şəxsin hüquqi varisi Davud Ədilov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Lənkəran Ağır
Cinayətlər Məhkəməsinin 1(089)-148/2016 saylı, 05 aprel 2016-cı il tarixli hökmü ilə S.S.Şirəliyev Azərbaycan Respublikası
CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinərək 12 (on iki) il müddətə azaddlqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun
həmin cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməsi və cinayət işi üzrə mülki iddianın baxılmamış saxlanılması qərara
alınmışdır.
İttiham aktına əsasən guya təqsirləndirilən şəxs S.S.Şirəliyev oğlu Cahangir Şirəliyevin onunla birlikdə yaşayan arvadı,
yəni gəlini Novruzova Fəridə Əlişah qızının qapıbir qonşusu Ədilov Habil Nəcəf oğlu ilə görüşüb intim münasibətdə olmasından
şübhələnərək, qisas almaq niyyəti ilə 12 may 2015-ci il tarixdən sonuncunu qəsdən öldürmək qərarına gəlib, özünə məxsus olan
zavod üsulu ilə hazırlanmış «İJ-27 E» modelli, H12951 nömrəli, 16 kalibirli, patronluğunun uzunluğu 70 mm olan, daxili
2
çaxmaqlı, hamar lüləli, qoşalülə odlu ov tüvəngini patronları ilə birlikdə yaşadığı evdə hazır vəziyyətdə saxlayaraq cinayətkar
niyyətini həyata keçirmək üçün münasib şəraitin yaranmasını gözləmiş, nəhayət əvvəllər dəfələrlə müşahidə etməsi ilə 08 avqust
2015-ci il tarixdə saat 07 radələrində Habil Ədilovun özünə məxsus mal-qaranı örüşə ötürmək üçün küçəyə çıxacağını bilib,
həmin ov tüfənginin patronluğuna 2 ədəd patron qoyaraq atəşə hazır vəziyyətə gətirib küçəyə çıxmış, həyətə giriş qapısının
qarşısında bir qədər dayanıb Habil Ədilovun küçəyə çıxmasını gözləmiş, sonuncunun mal-qarasını tövlədən çıxarıb örüşə
ötürdüyünü gördükdə arxadan ona yaxınlaşaraq təxminən 10 metr məsafədən Habil Ədilovun kürək nahiyyəsini nişan alıb qəsdən
onu öldürmək məqsədi ilə bir dəfə atəş açmış, sonuncunun sağ böyrü üstə yerə yıxılmasından sonra isə yaxınlaşaraq yaxın
məsafədən sinə nahiyyəsinə daha 2 dəfə atəş açaraq ona döş qəfəsinin və sol dirsək oynağı nahiyəsinin yaralanması nəticəsində
ürəyin və sol ağ ciyərin zədələnməsi, sol dirsək oynağı nahiyəsində arteriya və venaların didilib dağılmasından sonra baş vermiş
daxilə və xaricə qan itirmə ilə nəticələnməklə ölümünə səbəb olan, yetirildiyi anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər
vurmaya aid xəsarətlər yetirərək onu qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir.
Qeyd olunmalıdır ki, Sərhəd Şirəliyevə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinin sanksiyası həddində
yüngül cəza təyin edilmişdir. Belə ki, iş materiallarından göründüyü kimi məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Sərhəd
Şirəliyevin verdiyi ifadələrlə, iş üzrə şahidlərin ifadələrilə və digər sübutlarla müəyyən edilmişdir ki, o, gəlini Novruzova Fəridə
Əlişah qızı ilə zərərçəkmiş Habil Ədilovun cinsi əlaqədə olduğunu görməmiş, lakin onların gizlində görüşməsindən
şübhələnmişdir. Əslində isə məhkəmə istintaqı ilə sübut edilir ki, zərərçəkmiş şəxs Habil Ədilovla təqsirləndirilən şəxsin gəlini
arasında hər-hansı əlaqə olmamışdır. S.S.Şirəliyevdə şübhəni yaradan halların zərərçəkmiş Habil Ədilova heç bir aidiyyatı
olmamışdır. Yəni S.S.Şirəliyevdə gəlini Fəridə Novruzova ilə Habil Ədilovun cinsi əlaqədə olması şübhəsinin yaranmasına səbəb,
onun yaşadığı həyətdə həmkəndlisi Salmanov Sahil Calal oğlu ilə Sərhəd Şirəliyevin nəvəsi Şirəliyeva Səbinə Cahangir qızının
gizlicə görüşməsi olmuşdur. Qeyd edilən xüsusat cinayət işinin materialları və iş üzrə olan şahid ifadələri ilə tam sübuta yetirilir.
Eyni zamanda cinayət işinin materiallarından göründüyü kimi təqsirləndirilən şəxs Sərhəd Şirəliyevin zərərçəkmiş şəxs
Habil Ədilovu öldürməsi nəticəsində sonuncunun yetkinlik yaşına çatmayan 2 övladı valideyin himayəsindən tamamilə məhrum
olmuşdur. (Habil Ədilovun arvadı bir neçə il əvvəl vəfat etmişdir). Habil Ədilovun himayəsində iki yetkinlik yaşına çatmayan
uşağı ilə yanaşı, yaşlı anası da vardır.
Cinayət işi üzrə birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs S.S.Şirəliyevin barəsində qəbul etdiyi bu hökm
yüngüllüyünə görə açıq-aydın ədalətsiz olduğundan həmin hökm apellyasiya qaydasında dəyişdirilərək, onun barəsində
Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinin sanksiyası həddində ən ağır cəza verilməlidir.
Apellyasiya şikayətində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-148/2016 saylı, 05 aprel 2016-cı il tarixli
hökmünün qismən, təqsirləndirilən şəxs Şirəliyev Sərhəd Səhhəd oğluna Azərbaycan Respublikası CM-in 120.1-ci
maddəsi ilə təqsirli bilinərək 12 (on iki) il müddətə azaddlqdan məhrum etmə cəzasının təyin edilməsi hissəsində dəyişdirilməsi,
onun 14 (on dörd) il müddətə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilməsi barədə qərar qəbul edilməsi xahiş
olunmuşdur.
Məhkum edilmiş şəxs Sərhəd Şirəliyev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Lənkəran Ağır Cinayətlər
Məhkəməsi onu Azərbaycan Respublikasının Cinayət Məcəlləinin 120.1-ci maddəsi ilə təqsirli bilərək 12 (on iki) il müddətə
azaddlqdan məhrum etmə cəzasına məhkum etməsi barədə hökmü ilə qismən razıdır. Məhkəmə onun yaşını və xəstəliyini nəzərə
almamışdır. Apellyasiya şikayətində S.S.Şirəliyev ona yardım göstərilməsini xahiş etmişdir.
Apellyasiya şikayətlərinə qarşı etirazlar verilməmişdir.
İşdə iştirak edən şəxslərin çıxışları:
Apellyasiya məhkəməsinin iclasında, zərərçəkimş şəxsin hüquqi varisi Ədilov Davud Nəcəf oğlu vermiş olduğu
apellyasiya şikayətini müdafiə etdiyini, məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı isə etiraz etdiyini
bildirərək, apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, əlavə olaraq göstərdi ki, Sərhəd Şirəliyevin əməli istintaq orqanı
və birinci instansiya məhkəməsi tərəfindən əslində Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Çünki
S.S.Şirəliyev mərhum qardaşı Habil Əlilova ağır iztirablar verdiyini dərk edərək ona çoxsaylı xəsarətlər yetirməklə cinayəti
xüsusi amansızlıqla törətmişdir. Habil Ədilovun bu şəraitdə öldürülməsi onun valideyin himayəsindən tamamilə məhrum olmuş
iki yetkinlik yaşına çatmayan uşaqlarının mənəvi sarsıntılar keçirməsinə səbəb olmuşdur. Bununla belə apellyasiya şikayətində
S.S.Şirəliyevin əməlinin hüquqi tövsifini mübahisələndirməmiş, ona təyin edilmiş cəzanın yüngüllüyündən şikayət vermişdir.
Odur ki, verdiyi apellyasiya şikayətinin təmin edilməsini, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-148/2016 saylı, 05
aprel 2016-cı il tarixli hökmünün qismən, təqsirləndirilən şəxs Sərhəd Şirəliyevə Azərbaycan Respublikası CM-in 120.1-ci
maddəsi ilə təqsirli bilinərək 12 (on iki) il müddətə azaddlqdan məhrum etmə cəzasının təyin edilməsi hissəsində dəyişdirilməsi,
onun 14 (on dörd) il müddətə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilməsi, həmin cəzanın bir hissəsini qapalı
həbsxanada çəkməsi barədə qərar qəbul edilməsini, məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin
edilməməsini xahiş edir.
Apellyasiya məhkəməsinin iclasında, məhkum edilmiş şəxs Şirəliyev Sərhəd Səhhəd oğlu verdiyi apellyasiya şikayətini
müdafiə etdiyini, zərərçəkmiş şəxsin hüquqi varisi Davud Ədilov tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı isə etiraz
etdiyini bildirərək, verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış etdi, əlavə olaraq göstərdi ki, Habil Ədilovu həqiqətən
də namus üstündə öldürmüşdür. Lənkəran Ağır Cinayətlər Məhkəməsi ona cəza təyin edərkən xəstəliyini və qoca olduğunu
nəzərə almamışdır. Bu yaşda ona ağır cəza təyin edildiyi halda zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətinə əsasən
cəzasının ağırlaşdırılması düzgün olmazdı. Odur ki, göstərdiklərini nəzərə alaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05
aprel 2016-cı il tarixli hökmünün dəyişdirilməsini, ona daha aşağı həddə cəza təyin edilməsini, yaxud cəzadan azad edilməsini,
zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş edir.
Apellyasiya məhkəməsinin iclasında, məhkum edilmiş şəxs Sərhəd Şirəliyevin müdafiəçisi Əhmədova Ulduzə Mehdi qızı
məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etdiyini, zərərçəkmiş şəxsin hüquqi varisi Davud Ədilov
tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı isə etiraz etdiyini bildirərək, məhkum edilmiş şəxsin apellyasiya şikayətinin
dəlillərinə uyğun çıxış edərək, Sərhəd Şirəliyevin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə
düzgün tövsif edildiyini, lakin ona həmin maddə ilə ağır cəza təyin edildiyini qeyd etdi, S.S.Şirəliyevin 81 yaşında qoca şəxs
olmasını və onun xəstəliyini nəzərə alaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2016-cı il tarixli hökmünün
dəyişdirilməsini, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə, 9 il müddətə azadlıqdan məhrum
3
etmə cəzasının təyin edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin
edilməməsini xahiş etdi.
Apellyasiya məhkəməsinin iclasında, dövlət ittihamını müdafiə edən Azərbaycan Respublikası Baş Prokurorluğunun
Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Hüseynov Elnar Əli oğlu məhkum edilmiş şəxs Sərhəd Şirəliyevin
apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi Davud Ədilov tərəfindən verilmiş
apellyasiya şikayətinin isə əsaslı olduğunu, birinci instansiya məhkəməsi tərəfindən Şirəliyev Sərhəd Səhhəd oğlunun əməlinin
Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə düzgün tövsif olunduğunu, lakin birinci instansiya məhkəməsində iştirak etmiş dövlət
ittihamçısı tərəfindən təqsirləndirilən şəxs barəsində 13 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının verilməsi təklif
edildiyi halda, məhkəmənin məhkum edilmiş şəxsə 12 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etməklə yüngül cəza
verdiyini göstərərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2016-cı il tarixli hökmünün təyin edilmiş cəzaya
münasibətdə zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətinə əsasən dəyişdirilməsini və S.S.Şirəliyevə daha ağır cəza
təyin edilməsi barədə qərar qəbul olunmasını, məhkum edilmiş şəxsin apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını
xahiş etdi.
İşin hüquqi məsələləri:
Apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-
nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının
müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır.
Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar
apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır.
Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası
məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır.
Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar
apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında
yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və
ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli
olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu
başa düşülməlidir.
Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya
instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması
o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən
edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci
instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa
hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi
məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır.
Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan zərərçəkimş şəxsin hüquqi varisi Ədilov Davud Nəcəf oğlunun
apellyasiya şikayətinin əsas dəlili Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-148/2016 saylı, 05 aprel 2016-cı il tarixli
hökmünün təqsirləndirilən şəxs Sərhəd Şirəliyevə Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinərək 12 (on
iki) il müddətə azaddlqdan məhrum etmə cəzasının təyin edilməsi hissəsində dəyişdirilməsindən və onun 14 (on dörd) il müddətə
azadlıqdan məhrum edilmə cəzasına məhkum edilməsi barədə qərar qəbul edilməsindən, məhkum edilmiş şəxs Sərhəd Şirəliyevin
apellyasiya şikayətinin əsas dəlili isə ona təyin edilmiş cəzaya münasibətdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 aprel
2016-cı il tarixli hökmünün dəyişdirilməsindən və onun barəsində həmin maddə ilə aşağı həddə cəza təyin edilməsi barədə qərar
qəbul olunmasından ibarətdir.
Cinayət işinin materiallarından görünür ki, məhkum edilmiş şəxs Şirəliyev Sərhəd Səhhəd oğlunun əməlində Azərbaycan
Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması, işin faktiki halları, birinci
instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, o cümlədən onun cinayəti törətməsini etiraf etməsi ilə bağlı ibtidai istintaq
zamanı və birinci instansiya məhkəməsində verdiyi ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri,
ekspertiza rəyləri və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla təsdiq olunur.
Məhkum edilmiş şəxs S.S.Şirəliyevin qeyd olunan maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai istintaq
zamanı və birinci instansiya məhkəməsində işə baxılarkən tam sübuta yetirilmişdir.
Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisi Davud Ədilovun apellyasiya məhkəməsindəki çıxışı zamanı
məhkum edilmiş şəxs Sərhəd Şirəliyev tərəfindən mərhum Habil Ədilovun xüsusi amansızlıqla öldürülməsinə dair fikirlərinə
münasibət bildirərək, cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə, habelə “Qəsdən adam öldürmə
işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli
Qərarındakı tövsiyyələrə əsaslanaraq Davud Ədilovun qeyd olunan fikirləri ilə razılaşmır.
Belə ki, xüsusi amansızlıqla qəsdən adam öldürməyə görə cinayət məsuliyyəti Azərbaycan Respublikası CM-nin
120.2.4-cü maddəsində nəzərdə tutulmuşdur. Qanunun mənasına görə, xüsusi amansızlıqla qəsdən adam öldürmə təqsirkarın həm
cinayətin törədilmə üsulu ilə, həm də onun xüsusi amansızlığına dəlalət edən digər hallarla birgə əlaqələndirilməlidir. Əməlin
xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi qiymətləndirilməsi üçün cinayətin törədilməsi üsulunun xüsusi amansız olması,
həmin cinayətin xüsusi amansız nəticələrə səbəb olması ilə yanaşı həm də cinayət törətmiş şəxsin xüsusilə amansız (qəddarcasına,
rəhmsiz) davranmasını təsdiq edən hallar müəyyən edilməlidir. Digər tərəfdən, belə qiymətləndirmə zamanı nəzərə almaq
lazımdır ki, təqsirkarın niyyəti təkcə zərər çəkmiş şəxsi həyatdan məhrum etməyə yox, həm də ona bilavasitə qəsdən öldürməyə
qədər və bu cinayəti törətmə mərhələsində xüsusi ağrılar, işgəncə, əzab verməyə, onun şəxsiyyətinin ələ salınmasına, həmçinin
zərər çəkmiş şəxsi onun yaxın adamlarının yanında öldürməklə onlara xüsusi əzab verilməsinə yönəlmiş olur. Bütün hallarda belə
niyyəti təsdiq edən obyektiv və subyektiv sübutlar əldə edilməlidir.
Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs S.S.Şirəliyevə qarşı istintaq orqanı tərəfindən
Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş ağır ittiham verilmədiyindən, birinci instansiya
məhkəməsi işə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham daxilində baxmaqda haqlı olmuşdur.
4
Belə ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə,
məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli
sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır.
Birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi birinci instansiya məhkəməsi S.S.Şirəliyevin Azərbaycan
Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə nəticəyə gələrək onu həmin maddə
ilə məhkum edərkən konkret sübutlara və işin faktiki hallarına əsaslanmışdır.
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi S.S.Şirəliyevin qeyd edilən cinayət əməlini törətməsi ilə
bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən
sübutlara düzgün istinad etmişdir. Bu barədə məhkəmənin hökmündə hər bir epizod üzrə təqdim olunan sübutlar tədqiq edilmiş,
sübutlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrarlamağa zərurət
görmür.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci maddəsinin mənasından görünür ki, qəsdən adam öldürmə, yəni
digər şəxsi qəsdən həyatdan məhrum etmə CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır.
Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil
edərək belə nəticəyə gəlir ki, S.S.Şirəliyevə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə elan edilmiş ittihamla bağlı
istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual
Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli
bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti,
mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir.
Həmçinin zərərçəkimş şəxsin hüquqi varisi Davud Ədilov və məhkum edilmiş şəxs Sərhəd Şirəliyev tərəfindən verilmiş
apellyasiya şikayətlərində işin faktiki halları və əməlin hüquqi tövsifi mübahisələndirilməmişdir.
Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Şirəliyev Sərhəd Səhhəd oğlunun əməli
Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İşin faktiki halları və əməlin hüquqi tövsifi
barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar,
həmçinin S.S.Şirəliyevin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir.
Məhkəmə kollegiyası həmçinin təyin olunmuş cəzanın yüngül olması barədə zərərçəkmiş şəxsin hüquqi varisi Davud
Ədilovun apellyasiya şikayətinin, həmçinin təyin edilmiş cəzanın sərt olması barədə məhkum edilmiş şəxs Sərhəd Şirəliyevin
apellyasiya şikayətinin dəlilini işin faktiki halları ilə müqayisəli şəkildə yoxlayaraq hesab edir ki, məhkum edilmiş şəxs
S.S.Şirəliyevə cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva
edən Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali
Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun
tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən cəzasını
yüngülləşdirən halların müəyyən edilməməsi, S.S.Şirəliyevin cinayəti odlu silahdan istifadə etməklə törətməsi kimi cəzasını
ağırlaşdıran halın olması onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial
ədalətin bərpası kimi hallar nəzərə alınaraq, ona törətdiyi cinayətə görə CM-nin 120.1-ci maddəsi ilə 12 (on iki) il müddətə
azadlıqdan məhrum etmə cəzası təyin edilərkən, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə qanuni və
ədalətli cəza təyin edilmişdir.
Belə ki, Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin cinayət əməlini törətmiş
şəxs barəsində doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir.
Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Şirəliyev Sərhəd Səhhəd
oğluna təqsirli bilindiyi cinayət əməli üzrə ədalətli cəza təyin edildiyindən, apellyasiya şikayətlərində göstərilmiş və məhkəmə
iclasında qeyd olunan hallar S.S.Şirəliyevin cəzazının ağırlaşdırılması üçün, habelə 81 yaşında qoca şəxs olması və
xəstəliyi onun cəzasının daha aşağı həddə yüngülləşdirilməsi üçün əsas ola bilməz.
Məhkəmə kollegiyası həmçinin cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və məhkum edilmiş şəxs
S.S.Şirəliyevin şəxsiyyətini nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün hesab etmir. Ona görə də hesab edir ki,
Sərhəd Şirəliyev barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqi və onun şərti olaraq cəza çəkməkdən azad
edilməsi üçün əsaslar yoxdur.
Qeyd olunanlara əsasən məhkəmə kollegiyası təyin olunmuş cəzanın yüngül olması barədə zərərçəkmiş şəxsin hüquqi
varisi Davud Ədilovun apellyasiya şikayətinin, həmçinin təyin edilmiş cəzanın sərt olması barədə məhkum edilmiş şəxs Sərhəd
Şirəliyevin apellyasiya şikayətinin dəlilini əsassız hesab edir.
Beləliklə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmadan, cinayət işinin
materiallarını araşdırıb apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, verilmiş apellyasiya şikayətinin təmin edilərək
məhkuma daha ağır cəza təyin edilməklə məhkəmə hökmünün dəyişdirilməsi, məhkum edilmiş şəxsin apellyasiya şikayətinin isə
təmin edilməməsi barədə zərərçəkmiş şəxsin hüquqi varisinin və dövlət ittihamçısının çıxışlarını, verilmiş apellyasiya şikayətinin
təmin edilərək ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi ilə məhkəmə hökmünün dəyişdirilməsi, zərərçəkmiş şəxsin hüquqi
varisinin apellyasiya şikayətinin isə təmin edilməməsi barədə məhkum edilmiş şəxsin və onun müdafiəçisinin çıxışlarını dinləyib,
apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq şikayətlərin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də
hesab edir ki, zərərçəkimş şəxsin hüquqi varisi Ədilov Davud Nəcəf oğlunun və məhkum edilmiş şəxs Şirəliyev Sərhəd Səhhəd
oğlunun apellyasiya şikayətləri təmin edilməməli, S.S.Şirəliyevin Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli
bilinərək məhkum edilməsi barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-148/2016 saylı, 05 aprel 2016-cı il tarixli
hökmü zərərçəkim şəxsin hüquqi varisi Davud Ədilov və məhkum edilmiş şəxs Sərhəd Şirəliyev tərəfindən verilmiş apellyasiya
şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmalıdır.
Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki ibtidai araşdırma zamanı, həmçinin açıq, qərəzsiz, obyektiv və ədalət
mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında məhkum edilmiş şəxs Şirəliyev Sərhəd
Səhhəd oğlunun müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və
Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş
digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol
verilməmişdir.
5
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.1, 407 və 410-cu maddələrinin tələblərini
rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Zərərçəkmiş şəxsin hüquqi varisi Ədilov Davud Nəcəf oğlunun apellyasiya şikayəti təmin edilməsin.
Məhkum edilmiş şəxs Şirəliyev Sərhəd Səhhəd oğlunun apellyasiya şikayəti təmin edilməsin.
Şirəliyev Sərhəd Səhhəd oğlunun Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum
edilməsi barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-148/2016 saylı, 05 aprel 2016-cı il tarixli hökmü zərərçəkmiş
şəxsin hüquqi varisi Davud Ədilov və məhkum edilmiş şəxs Sərhəd Şirəliyev tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən
dəyişdirilmədən saxlanılsın.
Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir.
Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası
Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Əsli ilə düzdür:
Hakim:
Zəki Babayev
Dostları ilə paylaş: |