“Azərbaycanlı deputatların Rusiya Dövlət Dumasında fəaliyəti”
11 dekabr 1905 - Çar II Nikolay Rusiya Dövlət Dumasına seçkilər barədə fərman verib. 27 aprel 1906 - Sankt-Peterburqda Rusiya imperiyasının parlamenti - I Dövlət Duması fəaliyyətə başlayıb. Azərbaycanda seçkilər bir qədər gec, may ayında keçirildiyi üçün azərbaycanlı deputatlar Dumanın işinə sonradan qoşuldular.
“Dövlət dumasında seçkilər”
Azərbaycan quberniyaları da Dövlət Dumasında təmsil olunmaq hüququ qazandı. Lakin hökumət milli ucqarların əhalisinin Dumada təmsil olunmasını məhdudlaşdırmaq və maksimum sürətdə azaltmaq məqsədilə ucqarlarda seçkilər haqqında qaydaların tətbiq edilməsi məsələsini öyrənmək adı altından sonra 1906-cı il fevralın 2-də çar "Qafqazda seçkilər haqqında əsasnamə"ni təsdiq etdi. Əsasnamə kəndlilərin seçkilərini torpaq sahiblərini seçkiləri ilə ümumi bir quberniya seçki məclisində birləşdirərək, Qafqazda kəndlilərini torpaq sahiblərini Dumada müstəqil təmsil olunmaqdan məhrum etdi. Canişinə seçkilərin vaxtını Qafqaz quberniyaları "əhalisinin sakitləşdirilməsindən" asılı olaraq müəyyən etmək hüququ həvalə edilmiş və bununla da Qafqaz Duma seçkilərini qeyri-müəyyən müddətə ləngitmək imkanı vermişdi.
Bakı qəzası və quberniyasında seçkilər 1906-cı il mayın 31-də, Yelizavetpol quberniyasında isə mayın 16-da yəni aprelin 27-də seçkilər keçirildi. Məmmədtağı Əliyev, Əbdürrəhim bəy Haqverdiyev, İsmayıl xan Ziyadxanov, Əsədulla bəy Muradxanov və Əlimərdan bəy Topçubaşov Dövlət Dumasına deputat seçildilər.