ARİF HÜSEYNOV
NAMİQ HÜSEYNOV
TORPAQ KİMYASI
Ali məktəblər üçün dərslik
Azərbaycan Respublikası Təhsil
Nazirinin 23 may 2012-ci il tarixli
902 saylı əmri ilə ali məktəb
tələbələri üçün dərslik kimi təsdiq
edilmişdir.
Bakı – 2012
Elmi redaktor: ADAU-nun Torpaqşünaslıq, aqrokimya və ekoloji
kənd təsərrüfatı kafedrasının müdiri, k.t.e.d.,
professor A.H.Babayev
Rəyçilər: AMEA Torpaqşünaslıq və aqrokimya institutu, üzvi
gübrələr və örtülü qruntun aqrokimyası
laboratoriyasının müdiri, k.t.e.d., prof. P.B.Zamanov.
GDU-nin tədris işləri üzrə prorektoru, k.e.d., prof. Y.Ə.Yusifov
ADAU-nun Aqrotexnologiya fakültəsinin dekanı, k.e.d., prof.
E.M.Mövsümov.
ADAU-nun Torpaqşünaslıq, aqrokimya və ekoloji lənd təsərrüfatı
kafedrasının professoru, k.t.e.d.. F.H.Axundov
Arif Hüseynov, Namiq Hüseynov.
TORPAQ KİMYASI. (Ali məktəblər üçün dərslik).
Bakı – 2012. 582 səh.
Dərslikdə torpaq kimyasının kənd təsərrüfatında istifadə olun-
malı məsələləri açıqlanıb, xam və mədəniləşdirilmiş torpaqlarda vacib
olan kimyəvi reaksiyalar xarakterizə edilmiş, torpaqda ion mübadiləsinin
fundamental qanunları, turşuluğu və qələviliyi, oksidləşmə-reduksiya pro-
sesləri və rejimi, spesifik və qeyri-spesifik maddələri və gilli mineralların
formalaşması kifayət qədər işıqlandırılmışdır.
Torpaq kimyasının tətbiqi məsələləri və torpağın kimyəvi çirklən-
mədən mühafizə problemləri araşdırılaraq, mövcud ədəbiyyat məlumatları
əsasında torpaq proseslərinin termodinamika məsələləri xeyli genişlən-
dirilmiş, torpaq humusunun vəziyyəti haqqında qayda və prinsiplər forma-
laşdırılmışdır. Torpağın kimyəvi xüsusiyyətlərinin və monitorinqin qiy-
mətləndirilməsində onun rənginin göstəricilərindən istifadə imkanları
müəyyənləşdirilibdir.
Dərslik universitetlərin “Aqrokimya və torpaqşünaslıq”, “Aqro-
nomluq”, “Meliorasiya”, “Biologiya”, “Ekologiya” və digər uyğun gələn
ixtisasların tələbələri üçün, eləcə də magistrantlar, doktorantlar və elmi
işçilər üçün nəzərdə tutulmuşdur.
Yerdə ol, göydə ol, fərqi yox bunun,
Torpaqsan yenə də torpaqdır sonun.
N.Gəncəvi
ÖN SÖZ
Ta qədim zamanlardan müasir dövrümüzədək bəşər si-
vilizasiyasının əsaslarını formalaşdıran amillərdən biri torpaq
və onunla bağlı münasibətlər sistemi olmuşdur. Xalqların for-
malaşması, cəmiyyətin ictimai sifarişi əsasında sosial-siyasi
təsisat olaraq dövlətlərin yaranması, başqa sözlə, müasir bey-
nəlxalq sistemin qurulması kimi məsələlər də bilavasitə torpaq
amili ilə bağlı olmuşdur.
Əgər belə demək mümkünsə, torpağa münasıbət fakto-
runun tarixin ən mühüm hadisə və proseslərində, dövlətlərin
yaranmasında və çökməsində, hətta ictimai formasiyaların də-
yişməsində belə həlledici rolu olmuş, bəşəriyyətin torpağa
verdiyi qiymət bütün tarix boyu dəyişməyərək müasir zamana
qədər gəlib çıxmışdır.
Lakin son yüz illikdə respublikamızın əhalisinin sürətli
artımı, yaşayış məntəqələrinin hədsiz genişlənməsi, böyük su-
varma massivlərinin yaranması, dağ-mədən, energetika, nəq-
liyyat və s. sənayenin digər sahələrinin intensif inkişafı ətraf
mühitə, təbii ekosistemlərə, o cümlədən torpağın kimyəvi xas-
sələrinə neqativ antropogen təsirlərin dəfələrlə artmasına gəti-
rib çıxarmışdır. Nəticədə əkinəyararlı və digər kateqoriyalar-
dan olan torpaqların sahəcə azalması və onların münbitlik
göstəricilərinin, xüsusilə kimyəvi tərkibinin keyfiyyətcə pis-
ləşməsi səbəbindən biopotensialın azalması baş vermişdir.
3
Qeyd edək ki, respublikamız dünya ölkələri arasında
kənd təsərrüfatına yararlı torpaq sahələri ilə təmin olunmasına
görə sonuncu yerlərdə durur. Belə ki, hazırda bu kateqoriya-
dan olan torpaqların hər adama düşən miqdarı respublikamız-
da 0,12-0,14 ha arasında dəyişir ki, bu da olduqca zəif göstəri-
ci hesab olunur. Bu vəziyyət torpaq örtüyünün hər qarışından
səmərəli istifadənin vacibliyini bizə bir daha diktə edir.
Uzun müddət «Yeni dünya» jurnalının baş redaktoru iş-
ləmiş, yazıçı, publisist, ixtisasca meliorator, professor S.P.Za-
lıginin təbirincə desək «torpaq qatı cəmi 30, 40 və ya tutaq ki,
50 sm qalınlığa malikdir. Hər şey – heyvanların, bitkilərin
yaşayışı, bəşəriyyətin təkamülü və həyatın özü – yalnız bu
nazik təbəqədə baş verir». Bəli, məhz bu nazik təbəqə
qorunub gələcək nəsillərə yararlı halda təhvil verilməlidir.
Müqəddəs kitabımız Qurani-Kərimin Əraf surəsinin 58-
ci ayəsində deyilir: «Pak torpağın bitkisi öz Rəbbinin izni ilə
firavan və bol çıxar. Pis olan torpağın bitkisi isə yalnız az və
xeyirsiz çıxar. Pak insanın təbiətindən gözəl əqidələr və
işlər, pis insanın təbiətindən pis əqidə, sifət və əməllər baş
qaldırar». Mən sözümün əvvəlində dahi Azərbaycan şairi
N.Gəncəvinin beytini təsadüfən işlətməmişəm. Dinimizlə ya-
naşı artıq elmi surətdə də sübut olunmuşdur ki, insan torpaq-
dan yaranmışdır və kimyəvi tərkibcə eynilik təşkil edir.
Bir dəfə o zamanın populyar jurnalı sayılan «Zdorov-
ye»də tibb üzrə məşhur alimin məqaləsindən götürdüyüm
parçanın nöqtəsinə, vergülünə toxunmadan, tərcümə etmədən
Sizin nəzərinizə çatdırıram. «Ева не была первой женой
Адама. Сначала бог сотворил ему из огня красавицу Ли-
лит. Но запах глины, из которой был создан Адам,
достиг тонкого обоняния огнедышащей Лилит. Супруг
стал ей неприятен, и она покинула его. И тогда-то,
4
увидев глубоко удрученного Адама, бог решил сотво-
рить ему более подходящую жену. Он усыпил Адама,
вынул у него ребро и из этого ребра создал прекрасную
Еву. Вот эта жена «плоть от плоти и кость от
кости», и стала его верной подругой».
Oddan yaradılmış Iblisin nəslindən olan Lilit torpağın
müqəddəsliyini qəbul edə bilmədi.
Folklorumuza müraciət etsək bizim xalqın da belə atalar
sözləri çoxdur. «Ərlə arvadın torpağı bir yerdən götürülüb»,
yaxud «Əti-ətindən, sümüyü-sümüyündən» və s.
Məşhur vətənpərvər alim, akademik Ziya Bünyadovun
qələminin son məhsulu olan «Dinlər, təriqətlər, məzhəblər»
kitabında Adəm – qədim yəhudicə «torpaq» deməkdir fikrinə
rast gəlirik (səh.10).
Onu da qeyd edim ki, torpaq da ana qədər müqəddəs
varlıqdır və başqa bir varlıq tanımıram ki, ana və torpaq qədər
şeirlərdə bu dərəcədə vəsf edilsin. Ən məşhur nizamişünaslar
hələ də N.Gəncəvinin bu qıfılbəndini aça bilməyiblər:
«Dünyada Yer kimi ağır dolansan,
Üç gövhər arxanda qalacaq, inan!
Bütün gövhərlərin rəngi parlaqdır,
Hamısından xoş gələn yenə torpaqdır.
Torpaqda gizlidir o üç yoldaş da,
Yenə də torpaq var o üç yoldaşda».
(N.Gəncəvi “Leyli və Məcnun” səh.56)
Bəli, təbii tarixi cisim, bizim əcdadımız olan torpaq əsas
və əvəzsiz sərvətimizdir. Ondan nə dərəcədə səmərəli istifadə
olunmasından cəmiyyətin taleyi və xalq təsərrüfatının gələcək
inkişafı asılıdır. Torpaq bütün ictimai formasiyalarda insana
5
qüdrət, ölkəyə bərəkət və cəmiyyətin inkişafına mütərəqqi
istiqamət vermişdir.
FAO-nun məlumatına görə hər il 8,76 milyard ton qida
istehlak edilir. Bu enerji ekvivalenti ilə 1,510
20
ton coul kalo-
ridir. Bunun 90%-i bitkiçilik, 10%-i isə heyvandarlıq məhsu-
ludur. Nəzərə alsaq ki, hər iki məhsulu torpaq verir, bu təbii
tarixi cisimin əhəmiyyəti daha parlaq görünər. Ona görə də
torpağı qorumaq, onun kimyəvi tərkibini daimi olaraq nəza-
rətdə saxlamaq, münbitliyinin azalmasının qarşısını almaq hər
bir vətəndaşın müqəddəs borcudur. Bu baxımdan respubli-
kamizda ilk dəfə nəşr olunan «Torpaq kimyası» dərsliyi və
onun tədrisi də diqqət mərkəzində olmalıdır. Dünyanın bir
nömrəli müəllimi Aristotel deyirdi: «Adi müəllim danışır,
yaxşı müəllim göstərir, əla müəllim başa salır, dahi müəllim
ruhlandırır». Torpaq kimyasını tədris etmək üçün ən azı
yaxşı müəllim olmaq lazımdır.
Hazırda respublikamızda ekoloji tarazlığın pozulması,
kənd təsərrüfatına yararlı torpaqların azalması, bəzi yerlərdə
tamamilə sıradan çıxması, torpağın əsas xassəsi olan münbit-
liyin potensial və effektiv göstəricilərinin pisləşməsi bizə çox
ciddi xəbərdarlıqdır, torpağın ekoloji böhranı və ya deqra-
dasiyası kimi qarşılanmalıdır. Bütün bunlar «Torpaq kimya-
sı» dərsliyinə böyük ehtiyac olduğunu sübut edir.
Müəlliflərin belə vacib və məsuliyyətli bir problemin
həlli üçün çəkdikləri zəhmət təqdirə layiqdir.
Prof. N.M.Xudiyev
ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri,
filologiya elmləri doktoru, Əməkdar Elm Xadimi.
6
GİRİŞ
Təbii-coğrafi xüsusiyyətlərinin müxtəlifliyi ilə seçilən
Respublikamızın ərazisi, tropik meşə və savanna tipli land-
şaftlar istisna olmaqla, Yer kürəsində yayılmış bütün torpaq-
iqlim zonalarının mövcudluğu ilə səciyələnir. Bununla yanaşı,
hər zona daxilində torpaqəmələgətirici ana süxurların, çökün-
tülərin, bioloji amillərin və insanın təsərrüfat fəaliyyətinin
müxtəlifliyi burada çoxsaylı torpaq tipi və növlərinin forma-
laşmasına səbəb olmuşdur. Ərazidə relyefin morfogenetik və
morfometrik xüsusiyyətlərin mürəkkəbliyi geosistemlərdə
hidrotermik rejimin, maddələr mübadiləsinin və başqa amil-
lərin kəskin dəyişilməsinə, beləliklə də torpağın zonallıq qa-
nunauyğunluqlarının yaranmasına və bir-birini əvəz edən
müxtəlif torpaq tiplərinin formalaşmasına, onların kimyəvi,
fiziki-kimyəvi və mineraloji xassələrinin müxtəlifliyinə səbəb
olmuşdur.
Bu gün Azərbaycan dövləti üçün strateji əhəmiyyət kəsb
edən məsələlərdən biri də kənd təsərrüfatı təyinatlı torpaqların
münbitliyinin qorunması və yüksəldilməsidir. Yeni iqtisadi
sistemə keçidlə əlaqədar xırda və pərakəndə torpaq istifadə-
çiliyi şəraitində torpaqlarımızın münbitliyi son vaxtlar sürətlə
azalır, ölkə ərazisində səhralaşma prosesi intensivləşir. Belə
bir şəraitdə baş verən neqativ proseslərin qarşısını almaq və
pozulmuş ekoloji tarazlığı bərpa etmək üçün «Torpaq kim-
yası» dərsliyinin yazılması və nəşri zamanın tələbindən doğur.
Müasir torpaq kimyası torpağın istifadəsi, xassələri və
mənşəyi ilə bağlı məsələləri həll etmək üçün meydana çıxmış-
dır. Ona görə də onun ümumi tərifini aşağıdakı kimi vermək
olar: torpaq kimyası – torpaqşünaslığın bölməsi olub, tor-
7
paqəmələgəlməsinin kimyəvi əsaslarını və münbitliyi öyrə-
nir. Bu məsələlərin həllinin əsasını torpağın tərkibini, xassələ-
rini tədqiq etmək və torpaqda baş verən prosesləri ion-mole-
kulyar və kolloidal səviyyədə öyrənmək təşkil edir. Etiraf
edək ki, torpaq kimyasının predmeti xüsusi təbii-tarixi cisim
olan torpaqdır. Torpaq kimyası da torpaqşünaslıq kimi müqa-
yisəli-coğrafi və profil-genetiki metodlardan istifadə edir, bu
da bir sübutdur ki, torpaq kimyası torpaqşünaslığın digər böl-
mələrindən ayrı hesab edilmir. Burada torpağın spesifik xas-
sələrini xarakterizə edən metodlar və göstəricilər işlənib hazır-
lanmışdır. Məsələn, torpağın udma qabiliyyətinin göstərici-
ləri, humusun qruplar üzrə tərkibi, profil üzrə elementlərin ya-
yılması, elementlərin mütəhərrikliyinə və bitkilər tərəfindən
mənimsənilməsinə görə qruplara bölünməsi, torpağın nitrifi-
kasiya qabiliyyəti və s. bu qəbildən hesab edilir.
Torpaq kimyasına kimya elminin bir bölməsi kimi bax-
maq düzgün olmazdı, çünki bunun başlıca məqsədi torpaq
məsələlərinin həllinə həsr edilmişdir.
Müasir torpaq kimyasının dörd başlıca istiqaməti müəy-
yən edilmişdir:
1) torpaq kütləsinin kimyası,
2) torpaq proseslərinin kimyası,
3) torpaq münbitliyinin kimyası,
4) analitik torpaq kimyası.
Yuxarıda adı gedən istiqamətlərin hər biri ayrılıqda ya-
rımbölmələrə bölünür. Məsələn, torpaq kütləsinin kimyası
üç yarımbölmədə aşağıdakı problemləri öyrənir:
a) torpağın tərkibi haqqında təlimdə: torpağın element
tərkibi, faza tərkibi, bərk fazanın tərkibi, maye fazanın tərkibi,
qaz fazanın tərkibi, fazalar sistemində tarazlıq,
8
b) torpaq komponentlərinin quruluşu və xassələri: sadə
duzlar, oksidlər və hidroksidlər, gilli minerallar, humus, üzvi-
mineral maddələr,
c) torpağın xassələri: udma qabiliyyəti, mühitin reaksi-
yası, kimyəvi-kolloidal xassələri, oksidləşmə-reduksiya reji-
mi.
Torpaq proseslərinin kimyası dörd yarımbölmədə aşa-
ğıdakı problemləri öyrənir:
a) torpaqəmələgəlmədə maddələr tərkibinin transforma-
siyası: mineralların sintezi və parçalanması, üzvi qalıqların
parçalanması, humus maddələrinin sintezi, yeni əmələgələn
maddələrin kimyası,
b) differensasiya olunmuş torpaq profilində kimyəvi
proseslər,
c) torpaq profillərində və landşaftlarda kimyəvi birləş-
mələrin miqrasiyası və akkumulyasiyası,
d) torpağın tərkibi və xassələrinin hidrotermiki və bio-
loji şəraitlərdən asılılığı.
Torpaq münbitliyi kimyası dörd yarımbölmədə aşağı-
dakı problemləri öyrənir:
a) qida elementlərinin ehtiyatı: ümumi ehtiyatları, qida
maddələrinin ehtiyatı,
b) qida maddələrinin balansı: xam landşaftlarda ele-
mentlərin balansı, aqrofitosenozda elementlərin balansı,
c) elementlərin mütəhərrikliyi və bitkilərə daxil olması-
nın kimyəvi əsasları: birləşmələr və onların mütəhərrikliyi,
elementlərin mənimsənilməsi və termodinamiki əsasları,
d) torpaq münbitliyinin nizamlanmasında kimyəvi təd-
birlər.
Analitik torpaq kimyası üç yarımbölmədə aşağıdakı-
ları problemləri öyrənir:
9
a) elementlərin və maddələrin kəmiyyətcə təyini və
identifikasiya metodları,
b) torpaq xassələrinin təyini metodları: aktual turşu-
luğun təyini, oksidləşmə-reduksiya potensialının təyini, kol-
loidal-kimyəvi xassələrin təyini,
c) spesifik torpaq göstəricilərinin təyini metodları: hu-
musun fraksiyalar və qruplar üzrə tərkibi, mübadilə kationları,
mineral komponentlərin qruplar üzrə tərkibi, torpaq turşuluğu
və qələviliyinin növləri.
Yuxarıda şərh edilənlər müasir torpaq kimyasının öy-
rəndiyi problemlərin yalnız bir hissəsdir. Qarşıda hələ bunlar-
dan heç də əhəmiyyəti az olmayan daha mühüm məsələlərin
həlli durur. Məsələn, torpaq profilinin əsaslandırılmış analizi,
hansı ki, bircinsli ana süxurlar üzərində formalaşan torpaqlar
haqqında müxtəlif hipotezalar mövcuddur. Bu haqda əsaslı
surətdə nəzəri və analitik tədqiqatların aparılması vacib prob-
lemlərdən sayılır.
Dərslikdə verilmiş düstur və tənliklərin asan anlaşılması
üçün kitabın sonunda latın və yunan əlifbasını, həmçinin
Y.L.Meyer və D.İ.Mendeleyevin elementlərin dövri sistemi
cədvəlini oxuculara təqdim edirik.
10
I FƏSİL
QISA TARİXİ OÇERK VƏ TORPAQ KİMYASININ
PROBLEMLƏRİ
Hər hansı bir elmin tarixi ilə tanış olmaq istərkən, əv-
vəlcə onun inkişaf dialektikasını başa düşməli, uğurlarının və
uğursuzluqlarının səbəbini qiymətləndirməli, hərəkətverici
qüvvəsini aydınlaşdırmalı və nəhayət onun cəmiyyətlə inkişaf
əlaqələrini öyrənmək lazımdır.
Keçmişi öyrənmək müasir və gələcək zamanı başa düş-
mək üçün vacibdir. V.İ.Vernadskinin təbirincə desək «yenilik-
lər keçmişdə gizlənmiş və gözlənilmədən zühur edənlərdir».
Elmin inkişafının yaxın və uzaq perspektivlərini gö-
rəndə onun elmi-tədqiqat işlərinin planlaşdırılması asanlaşır,
qanunauyğunluqları aydınlaşır, səhvlərdən və lazımsız təkrar-
lardan uzaqlaşaraq, keçmiş alimlər nəslinin təcrübələrinə
əsaslanaraq düzgün nəticələr çıxarmaq olur.
Torpaq kimyasının inkişafı çox uzaq keçmişdən baş-
layır. Belə ki, birinci mərhələdə toplanmış kollektiv təcrü-
bələrin nəticələri əsasında qazanılan bilgilər kənd təsərrüfa-
tının inkişafına tətbiq edilmişdir. Qədim əkinçilərin torpaq
xassələri haqqında olan fikirlərini biz indi torpağın kimyəvi
xassələri adlandırırıq. Əkinçilik təcrübəsində kimyəvi mad-
dələr torpağın yaxşılaşdırılması üçün tətbiq olunurdu. Məşhur
tarixçi-torpaqşünas İ.A.Krupenikov yazırdı ki, hələ bizim era-
dan əvvəl II minilliyin başlanğıcında o zamanın inkişaf etmiş
ölkələri sayılan Assuriya, Vavilon və Şumerdə torpağın təkrar
şorlanmasına qarşı kimyəvi mübarizə tədbirləri aparılırdı. Elə
həmin zamanlarda Mərkəzi Amerika xalqları torpaq turşulu-
ğunu azaltmaq üçün əhəngdən istifadə edirdilər.
11
Qədim Roma əkinçiləri və filosofları şorlaşmış torpaqlar
haqqında məlumata malik idilər. Vergiliy (eramızdan əvvəl
70-19-cu illər) əkinçilik, bağçılıq, heyvandarlıq və arıçılıq
haqqında olan məşhur «Georgiki» poemasında yazırdı: «Tor-
paq duzludur, ona görə də acı adlandırıblar». Daha sonra
qeyd edir ki, torpağın şorluğunu təyin etmək üçün onun su
çəkintisini hazırlayıb dadına baxmaq kifayətdir. Qədim yunan
alimi, «botanikanın atası» Teofrast (bizim eradan əvvəl 372-
287-ci illər) gillicəli, gilli, qumsal torpaqlarla yanaşı duzlu
torpaqların da olması haqqında məlumat verirdi.
Bundan başqa o dövrün alimlərinə torpağın udma qabi-
liyyəti və müxtəlif kimyəvi maddələrin tutulub saxlanması
haqqında bilgilər yaxşı məlum idi. Məşhur qədim yunan
filosofu Aristotel (b.e.ə.384-322-ci illər) torpaq vasitəsilə də-
niz sularının duzlardan təmizlənməsi haqqında məlumatlar
verirdi.
Daha sonra Romanın filosof-materialisti Tit Lukretski
Kar (b.e.ə.99-55-ci illər) «Maddələrin təbiəti haqqında» poe-
masında dəniz suyunun torpaq vasitəsilə duzlardan təmizlən-
mə mexanizmini təsvir etmişdir.
«Harda ki, yerin yarıqlarından süzülüb sututarlara yığılır,
Harda ki, öz acı hissələrini torpağın altında qoyur,
Belə ki, çox asanlıqla torpağa yapışır,
Onda dəniz suyu şirin və içməli olur».
Əlbəttə, belə izahat müasir zaman üçün çox sadəlöv gö-
rünə bilər. Lakin Tit Lukretski Karın fikrini yeni elmi termin-
lə ifadə etsək ion mübadiləsinin mexanizmini asanlıqla təsəv-
vür etmək olar.
12
Afrikanın şimali-qərb bölgəsində yaşayan əhali torpağın
ion mübadiləsi qabiliyyətindən istifadə edərək, dəniz suyunun
təmizlənməsi məqsədilə istifadə etmələri haqqında çoxlu
məlumatlar mövcuddur. Təbaşir, əhəng və karbonatlı gildən
İngiltərə əhalisi 2000 il bundan əvvəl gübrə kimi istifadə edir-
dilər. Romanın məşhur yazarı və naturalisti Böyük Pliniy (24-
79-cu illər) «Təbiət tarixi» əsərində Böyük Britaniya adaların-
da torpağa əhəngin tətbiqi qaydaları haqqında xüsusi qeydlər
etmişdir. O, torpağın xassələrindən asılı olaraq əhəngin altı
tipini müəyyənləşdirmişdir. Müəllif rütubətli torpaqlar üçün
qumsal əhəng, quru torpaqlar üçün «yağlı» əhəngin tətbiqini
məsləhət görür və bunlarla birlikdə peyinin verilməsini vacib
hesab edirdi. O, zaman torpağın qipsləşdirilməsi haqqında ve-
rilmiş qanun indi də İngiltərədə öz qüvvəsini saxlamaqdadır.
XV-XVI əsrlərdən başlayaraq torpağın kimyəvi xassələ-
ri haqqında daha dolğun məlumatlar formalaşdı və bu haqda
xüsusi ədəbiyyat nəşr olundu. 1850-ci ildə Fransada B.Palissi-
nin «Əhəngli torpağı necə tanımalı» kitabı işıq üzü gördü.
Burada əhəngli torpaqların yayıldığı ərazilər və onların isti-
fadə qaydası haqqında təlimatlar öz əksini tapmışdı. İngilis
filosof-materialisti və dövlət xadimi F.Bekon (1561-1626)
xalq təcrübələrinə istinad edərək, torpaqla doldurulmuş 20
ədəd qabdan dəniz suyunu süzərək, istifadə üçün yararlı ol-
duğunu sübut etdi. Bunu torpağın udma qabiliyyəti haqqında
elmi-tədqiqat işi hesab etmək olar. Onun o zaman irəli sür-
düyü fikir – «üç şey milləti böyük və firavan edər: münbit tor-
paq, fəaliyyətli sənaye, əmlakın maneəsiz hərəkəti» indi afo-
rizm kimi «Ağılın ensiklopediyası» kitablarında məşhurdur.
13
Dostları ilə paylaş: |