Ekosistemin davamlılığının açıq sürətdə təhlükəyə məruz qalması insan və ətraf mühit münasibətlərini incələyən müxtəlif nəzəriyyələrin doğmasına səbəb olmuşdur. Bu ətraf mühit nəzəriyyələri əsasən üç yerə ayırmaq olar: bəşəri ekologiya, modernizasiya və siyasi iqtisad. Lakin bu nəzəriyyələrdən heç biri ümumi analitik çərçivədə empirik testlərdən keçirilməmişlər. Burada ekoloji prinsiplərə əsaslanan çərçivə əsas götürülüb modifikasiya edilmişdir.
Bu çərçivənin gözdən keçirilmiş stoxastik modeli və müasir dövrdə ən əhatəli ekoloji təsir ölçüsü olan ekoloji iz ölçüsü istifadə edilərək, cəmiyyətin ətraf mühitə təsirlərini müəyyən edən amillər qiymətləndirilmişdir.