AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI SLAVYAN UNİVERSİTETİ
‘Azərbaycan ədəbiyyatı’ ixtisası üzrə MA-104 qrup magistrantı Hacıyeva Həyat Hafiz
qızının “Multikulturalizmə giriş” fənnindən sərbəst işi:
Müəllim: t.ü.f.d., dos.R.M.Hacı
Mövzu:
"Böyük
Britaniyada
multikulturalizm
siyasəti"
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Birləşmiş Krallıq (qısa şəkildə Böyük
Britaniya və ya Britaniya kimi işlədilir) - Şimal-qərbi Avropa dövləti. Böyük Britaniya
tərkibində dörd dövlət - İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya olmaqla konstitusiyalı
monarxiyadır. Dövlətin hazırkı monarxı II Elizabet olmaqla kraliça dünyanın daha 17
müstəqil dövlətinin başçısı sayılır. Bu dövlətlər bir vaxtlar yer səthinin 1/4-ni zəbt etmiş
Britaniya imperiyasından qalma ərazilərdir. Tarixdə ən böyük imperiya, Birləşmiş Krallıq
tərəfindən idarə olunan dominionlar (Kanada 1867, Avstraliya İttifaqı 1901, Yeni Zellandiya
1907, Nyufaundlend 1907, Cənubi Afrika Birliyi, İrlandiya 1921), müstəmləkələr,
protektoralar və mandatları və digər asılı bölgələrdən ibarət olan imperatorluq idi.
Dünyanın ən qüdrətli imperiyalarından biri olaraq bir neçə əsr ərzində dünya
mədəniyyətlərini öz orbitinə cəlb etməsi, xüsusilə də ölkənin, özəl və fərqli ənənələri, dini
ideologiyası, vərdiş və rəmzləri olan dörd müxtəlif subyektdən (İngiltərə, Şotlandiya, Uels,
Şimali İrlandiya) ibarət olmuşdur.
Böyük Britaniya İttifaqı kontinental Avropadan şimal-qərbdə ada dövlətdir. Eramızın II
əsrində Gec ellinizm dövrünün coğrafiyaşünası Klavdiy Ptolemey (b.e. 100-170) “Almagest”
(ərəb. al-kitabü-l-mijisti - böyük düzüm) əsərində, ilk dəfə olaraq “Böyük Britaniya”
anlayışından istifadə etmişdi. O dövrlərdə romalılar Böyük Britaniyanı “Dumanlı Albion”
adlandırırdılar. Bu dövlət faktiki olaraq 1707-ci ildə Şotlandiyanın, İngiltərənin, Uelsin siyasi
cəhətdən birləşməsi nəticəsində yaranmışdır. 1800-cü ildə ona sülalə ittifaqının nəticəsi kimi
İrlandiya da qoşulmuşdur. 1922-ci ildə müstəqil İrlandiya Respublikasının yaranmasından
sonra, ölkə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı adlanır.
Bu müxtəliflik dini rəmzlər baxımından 1801-ci ildə təsdiq olunmuş Birləşmiş Krallığın
bayrağında da (ing. Union Jack) aydın şəkildə əksini tapmışdır. Bayrağın üzərindəki ağ
fondakı qırmızı düz Müqəddəs Georgi (İngiltərənin himayədarı) xaçı İngiltərənin rəmzi, göy
fonda olan ağ çarpaz Müqəddəs Andrey (Şotlandiyanın himayədarı) xaçı Şotlandiyanın
rəmzi, bəyaz fonda tünd qırmızı çarpaz Müqəddəs Patrik (İrlandiyanın himayədarı) xaçı isə
Şimali İrlandiyanın dini rəmzidir. Yalnız Uelsin rəmzi olan Qırmızı əjdaha (valli. Y Ddraig
Goch) Böyük Britaniya bayrağında öz əksini tapmamışdır.
XVI və XVII əsrlərdə Birləşmiş Krallıq tərəfindən qurulan dəniz həddindən artıq
müstəmləkələr və ticarət mərkəzləri kimi fəaliyyətə başlamışdır. İngiltərənin ən güclü
dövründə dünya tarixində ən geniş torpaqlara sahib olmuş imperatorluq idi, bir əsr boyunca
dünyanın ən qlobal gücü idi. 1922-ci ildə 458 milyon insan, yəni dünya əhalisinin 1/4-i ,
Britaniya imperatorluğunun hakimiyyəti altında idi və əhatə etdiyi torpaqları 13.000.000 mil
kvadrat (33.000.000 km2 ) idi. Birləşmiş Krallıq siyasi, dil və mədəni keyfiyyət cəhətdən
məşhurdur. Güc zirvələrində olarkən ona “Britaniya İmperatorluğunda günəşin batmadığı”
ərazilər deyilirdi. Hal-hazırda isə 14 bölgə hələ də Britaniyanın suverenliyi altındadır; bunlar
Britaniyanın dənizaşırı torpaqları sayılır.
Ölkənin ərazisi 244,820 km2 olmaqla, 2018-cı il siyahıyaalınmasına əsasən Böyük
Britaniyanın əhalisi 66 202 105 nəfər olmaqla bunlardan 53 862 769 İngiltərənin əhalisidir.
Ölkədəki ağdərili avropalıların ümumi sayı 56 milyon nəfərdir. Asiyalılar və Britaniya
asiyalıları (əvvəllər Britaniya İmperiyasının tərkibində olan şərqi Asiya ölkələrinin
mənsubları) Böyük Britaniya əhalisinin 4,5 milyon nəfərini təşkil edir. Onlardan hindlilər -
1,6 milyon, pakistanlılar -1,2 milyon, banqladeşlilər - 0,5 milyon, çinlilər - 0,5 milyon, digər
asiyalılar isə - 870 min nəfərdir. Böyük Britaniyada yaşayan qaradərililərin ümumi sayı 2
milyon nəfərdir. Ən qarışıq nikahlardan doğulmuş qaradərililərin və etnik asiyalıların ümumi
sayı 1,3 milyon, digər etnosların nümayəndələrinin ümumi sayları isə 600 min nəfərdir. Bu
rəqəmlər Böyük Britaniyada olan etnik-mədəni və linqvistik mənzərənin necə mürəkkəb bir
xarakterə malik olduğunu bütün reallığı ilə ifadə edir. Böyük Britaniyanın tarixi əhalisi XI
əsrə qədər bu ərazidə məskunlaşmış müxtəlif etnosların - keltlərin, romalıların,
anqlo-saksların, vikinqlərin, normanların qovuşmasından və etnik-mədəni sintezindən
yaranmışdır. Böyük Britaniyada reallaşdırılan genetik tədqiqatlar sübut edir ki, müasir
britaniya genlərinin 50%-ni german Y-xromosomları təşkil edir. Böyük Britaniyanın
ərazisində XX əsrdə, eləcə də XXI əsrin əvvəllərində Asiyadan və Afrikadan köçüb gəlmiş
miqrantlardan başqa, XVIII-XIX əsrlərdən burada yaşayan qaradərili, çinli və digər icmalar
da mövcuddur. Bu gün təkcə paytaxt London əhalisinin 30,4%-ni, Lester əhalisinin isə
37,4%-ni Avropalı və Britaniyalı olmayan əhali təşkil edir.
İngiltərədə multikulturalizm siyasəti ilk növbədə immiqrantların haqları ilə əlaqəlidir. Ölkədə
immiqrantların “çoxetniklik” hüqüqlarının təmin edilməsi multikulturalizm siyasətinin əsas
istiqamətidir. Lakin onu da unutmaq olmaz ki, Britaniya mədəniyyətinin ana siyasərində
hakim mövqedə duran (anglo-sakson) təbəqənin həyat tərzi, dəyərləri, əxlaqi normaları əsas
yer alır. Bu səbəbdən “digər” mədəniyyətə mənsub olanların hakim təbəqənin dəyərlərinə
inteqrasiya etmək gözləntisi vardır. İki mədəniyyət arasında ziddiyətlərin olduğu zaman, heç
kim özəl mədəni kimliklərini qoruyaraq Britaniyalı ola bilməz. Burada ikili etnik və mədəni
mənsubiyyət yalnız hakim dəyərlərin razılığı əsasında reallaşa bilər. Əgər bir etnik qrupun
(immiqrant qrupun) mədəni dəyərləri Britaniya mədəniyyəti ilə uygun gəlmirsə, o zaman
topluma interqrasiya etmək mədəni köklərin unudulmasını vacib sayır. İngiltərədə “yad
mədəniyyətə” hörmət və tolerantlıq, sadəcə olaraq hakim təbəqənin dəyərlərinə uyğun olduğu
müddət ərzində keçərli olur.Yəni Britaniyalı kimliyə xas dəyərləri mənimsədikdən sonra,
çoxetniklik hüquqlarından yararlanmaq mümkün ola bilərsən.
Çoxetniklik hüquqları əsasən immiqrantların təşkil etdiyi etnik və dini azlıqların mədəni
kimliklərini ifadə etmələrini asanlaşdıran azlıq haqlarıdır. Burada mübahisəli məsələ, etnik və
dini azlıqlara bəzi qanunlarda güzəştlər verilməsi ilə əlaqədardır. İngiltərədə, müsəlmanlar və
yəhudilər heyvanların boğazdan kəsilməsini qadağan edən qanunların onlara şamil
edilməməsini tələb etməkdədirlər. Bu ölkə qanunları, heyvanların hüquqları üzrə fəaliyyət
göstərən cəmiyyət və təşkilatlar heyvanın boğazlanaraq kəsilməsini qadağan edir. Lakin
İngiltərədə din və etiqad azadlıqlarının təmin edilməsi çərçivəsində müsəlman və yəhudilərə
bu qanunda müəyyən güzəştlər tətbiq edilir. Dini baxım və halallıq məsələləri ilə bağlı olaraq
müsəlman və yəhudilərə bu şəkildə heyvan kəsməyə icazə verilir. Buna bənzər hallardan
olaraq Almaniya dövlətində də müsəlman və yəhudilərə heyvan kəsmə qanunlarında və oğlan
usaqlarının sünnət edilməsində xüsusi olaraq qüzəştlər tətbiq edilir.
Bu gün Britaniya əhalisinin 71,6%-i (43 milyon) xristian dininin mənsublarından ibarətdir.
İslam dininə sitayiş edənlər isə ölkə əhalisinin 2,7%-ni (1 milyon 600 min), hinduizm
əqidəsinin mənsubları 1%-ni (600 min), sihhi dininin mənsubları 0,6%-ni (336 min),
yəhudaizm dininin mənsubları 0,5%-ni (267 min), buddizm dininin mənsubları 0,3%-ni (152
min), digər dinlərin mənsubları, ateistlər və dini inanclarını tamam gizli saxlayanlar isə
23,1%-ni (13 572 000) təşkil edir.
Britaniyada ən iri xristian konfessiyası anqlikan kilsəsidir (anqlikan kilsəsi protestantlığın
özünəməxsus variasiyasıdır). Onun mənsublarının ümumi sayı 25 milyon nəfərdir. Ölkədə
katoliklərin ümumi sayı 5,6 milyon, presviterianlar (yun. presviteris - böyük - protestantlığın
əsas istiqamətlərin dən biridir və Jan Kalvinin (1509-1564) təliminə əsaslanır) 1 milyon,
əllincilər 1,2 milyon nəfərdir. Şimali İrlandiya əhalisinin 53%-ni anqlikan-protestantlar,
44%-ni katoliklər təşkil etməklə terdə qalan 3% əhali isə başqa dinlərin mənsublarıdır.
İngiltərədə müsəlman qadınların dövlət qulluğunda olarkən nizamnamədə nəzərdə tutulan
geyim formasında güzəştlər və istisnaların tətbiq edilməsi; Siqh dininə mənsub olanlara
dinlərinə uygun olaraq ənənəvi geyimlərinə icazə verilir. Ölkə ərazisində dini azadlığın
reallaşdırılması olaraq, müsəlman bir qadın hər hansı bir dövlət qulluğunda (və ya polis
əməkdaşı) nizamnamədə nəzərdə tutulan geyimimə əlavə olaraq baş örtüyünü də geyinə bilir.
Siqh dininə mənsub olan biri ənənəvi geyiminə riayət etmək istəyirsə, yöl hərəkatı
qaydalarında ona bəzi güzəştlər verilir. Buna görə, əgər Siqh dininə mənsub olan kişi
ənənəvi dini papağını qoyursa, bu zaman yol hərəkəti qaydalarına uygun olaraq hamı üçün
nəzərdə tutulan motoşlem geyinmək onlara məcburi deyildir.
Yuxarıda qeyd etdik ki, Böyük Britaniyada çoxetniklik huquqlarından yararlanmaq üçün
cəmiyyətdə qəbul olunmuş dəyərləri mənimsəmək lazımdır. Böyük Britaniyanın sabiq Baş
naziri Devid Kameron multikulturalizm siyasətinin müasir dövrdə səmərəsiz olmasını
ölkəsində məskunlaşmış etnik və dini azlıqların cəmiyyətə inteqrasiya olunmaq istəmədikləri
ilə əsaslandırmışdı.
2011-ci ilin fevral ayında Münhen Təhlükəsizlik Konfransında Britaniya Krallığının Baş
naziri Devid Kemeronun (2010-2016) Britaniyada multikulturalizm siyasətinin iflasa
uğraması haqqında çıxışı ölkədə olan etnik-konfessional gərginliyi daha da artırdı. Ölkə
rəhbəri öz çıxışında vəd etmişdi ki, etnik-mədəni siyasətlə bağlı təcili, radikal dəyişikliklər
edəcək və “passiv tolerantlığı”, “əzələli liberalizm” əvəz edəcəkdir. Onun sözlərinə görə,
bundan sonra submədəniyyətlərin ayrı, yaxud təcrid olunmuş şəkildə yaşamalarına əsla yol
verilməyəcək, dilindən, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq, bütün ölkə
vətəndaşları üçün “ümumi milli kimlik” kodu yaradılacaqdır. Bu kodun əsaslarını isə bütün
vətəndaşlar tərəfindən qəbul edilən ümumi dəyərlər - söz və vicdan azadlığı, liberal
demokratiya, qanunun aliliyi, hər hansı fərqliliklərə baxmayaraq, hər kəsin bərabər hüquqlara
malik olması təşkil edəcəkdir.
Bu sahədə həyata keçirilən ilk böyük tədbir immiqrasiya siyasətinin sərtləşdirilməsi oldu.
AB-yə daxil olmayan bəzi ölkələrdən Böyük Britaniyaya gəlmək istəyən şəxslərə vizalar
verilməsi işinə məhdudiyyətlər qoyuldu. Ölkəyə işləmək üçün gələn immiqrantlardan isə
ingilis dilini, Britaniya tarixini və mədəniyyətini bilmələri tələb olunmağa başladı.
Mövcud qanunlara və tələblərə baxmayaraq bu gün Böyük Britaniya cəmiyyəti Avropada və
dünyada ən tolerant və multikultural cəmiyyətlərdən biri kimi tanınır. Multikulturalizmlə
Britaniya liberalizminin sintezindən yaranmış yüksək təşəkküllü mədəni siyasətə rəğmən,
Afrikadan və Asiyadan gəlmiş çoxlu sayda miqrantları Böyük Britaniya mədəniyyətinə
inteqrasiya etmək və onları müasir elmi-texniki tərəqqi yoluna çıxarmaq mümkün olmuşdur.
Dostları ilə paylaş: |