3
Alüminium yarımfabrikatlar və son məhsulların istehsalı, mövcud vəziyyət, qlobal
inkişaf trendləri
1.GİRİŞ
Alüminium
– müasir dövrümüzdə ən çox istifadə edilən metallardan biridir.
Alüminium elemetlərin dövri sisteminin 3-cü qrupundandır. Atom nüvəsi 13, atom kütləsi
26,9815, sıxlığı 2,7 q/sm
3
-dir. O, gümüşü rəngli yüngül və yumşaq metaldır. Əsasən,
korroziyaya qarşı müqaviməti ilə tanınır. Bu müqavimətin əsasını isə alüminiumun
havanın təsirindən səthində oksid təbəqəsi yaranması səbəbindən passivasiya xüsusiyyəti
təşkil edir. Digər tərəfdən, alüminium istiliyi və elektriki yaxşı keçirir. Cu, Si, Mg, Mn, Zn
və Ni-lə əmələ gətirdiyi ərintilər (maqnal, duralüminium, elektron, silümin və s.) yüksək
mexaniki davamlığa malikdir. Aüminium təbiətdə ən çox yayılan kimyəvi elementlər
arasında üçüncü (oksigen və silisiumdan sonra), təbiətdə ən çox yayılan metallar arasında
isə birinci yeri tutur. Yer qabığında kütləcə miqdarı 8 %-dir.
Alüminium təbiətdə ancaq birləşmələr şəklində tapılır, süxurlarda alüminium –
oksidi şəklində daha çox təsadüf edilir. Alüminium ən qədim və ən məşhur birləşməsi isə
alumentdir
. Belə ki, alumen hələ eramızdan 500 il əvvəl yunanlar və romalılar tərəfindən
parça boyamaq üçün istifadə edilmişdir. Əslində, “alüminium” sözünün özü də elə latın
dilində olan bu “alümen” sözündən götürülmüşdür.
4
Alüminium ilk dəfə Danimarka fiziki Hans Ersted tərəfindən 1825-ci ildə boksitdən
alınmışdır. 1854-cü ildə fransız alimi Henri Etenom Sent-Kler Devilem ilk dəfə
alüminiumu sənaye üsulu ilə almışdır. O, 1855-1890-ci illər ərzində 200 ton alüminium
metalı əldə etmişdir. Artıq 100 ildən artıq müddətdir ki, alüminium istehsalında elektroliz
üsulundan istifadə etməklə Eru-Xolla texnologiyası tətbiq olunur. Bu üsul böyük həcmdə
yüksək təmiz tərkibli alüminium istehsal edilməsi ilə yanaşı, qiymətin də dəfələrlə aşağı
düşməsinə təsir göstərir.
2-ci Dünya müharibəsindən sonra alüminium istehsalı sürətlə artmağa başlamışdır.
1939-cü ildə 620 min ton olduğu halda, 1943-cü ildə artaraq 1,9 mln. ton olmuşdur. 1956-
cı ildə dünya üzrə 3,4 mln. ton, 1965-ci ildə 5,4 mln. ton, 1980-cı ildə 16,1 mlnş ton, 1990-
cı ildə isə 18 mln. ton alüminium istehsal olunmuşdur. 20-ci əsrin sonları 21-ci əsrin
əvvələrində alüminium istehsalında sürətli artım başlamışdır. Belə ki, Beynəlxalq
Alüminium İnstitutunun (İnternational Aluminium İnstitute, İAİ) məlumatına əsasən 2007-
ci ildə alüminium istehsalı 37,41 mln. ton, 2012-ci ildə 47,78 mln. ton, 2013-cü ildə isə
51,2. mln ton olmuşdur. İstehsalın artımı ilə əlaqədar alüminium istehsal müəssisələrinin
də sayı çoxalmışdır.