AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ MƏRUZƏLƏRİ
, 2014,
LXX CİLD, №1
MƏRUZƏLƏR
▬◄►▬
REPORTS
▬◄►▬
ДОКЛАДЫ
1
UOT 612.826+591.147 Fiziologiya
ORQANİZMİN ADAPTİV FUNKSİYALARININ FORMALAŞMASINDA FƏRDİ
TİPOLOJİ STATUSUN ROLU
S.Y.Əliyev
(Azərbaycan MEA-nın akademiki M.Ə.Salmanov tərəfindən təqdim edilmişdir)
Aparılan tədqiqatların nəticəsində müəyyən edilmişdir ki, voleybolçu qızların idman stajına,
sinir sisteminin tipinə və fərdi psixofizioloji xüsusiyyətlərinə müvafiq olaraq hormonların və
mediatorların qandakı fəallığı get-gedə stabilləşir.
Bu amillər funksional sistemin normal fizioloji fəaliyyətinin təminatına şərait yaradır.
Açar sözlər: adaptasiya, hormon, stress, fərdi tipoloji
Müəyyən edilmişdir ki, idman stajının və
yaş dövrünün artmasına paralel olaraq voley-
bolçu qızların qanında hormonal-mediator ba-
lansdakı dəyişikliklərdə sabitləşmə gedir. Eləcə
də idmançının fərdi psixofizioloji xüsusiy-
yətləri hormonların və mediatorların miqdarı-
nın dəyişməsinə səbəb olur. Bu amillər funk-
sional sistemin normal fizioloji fəaliyyətinin
təminatına şərait yaradır.
Əldə edilən ədəbiyyat məlumatlarında
göstərilir ki, müasir dövrdə idmançılarda mey-
dana gələn yeni tələbat növləri, onların emo-
sional vəziyyətində yaratdığı dəyişikliklər son
nəticədə, uyğunlaşma və davranış reaksiya-
larında özünü göstərir [4, 5, 9,11]. Bu onunla
əlaqədardır ki, onların bütün yarışlara olan
tələbatları və icraları, o cümlədən də fiziki
gərginliyin intensivliyi və psixofizioloji fəa-
liyyəti müvafiq emosional gərginliyin yarat-
dığı neyroendokrin və psixofizioloji dəyi-
şikliklər onlarda adaptiv funksiyaların yeni-
dən qurulmasını tələb edir [10,11]. Məşq və
mötəbər yarışlar vaxtı fiziki gərginliyin və
emosional halın metabolik və neyroendokrin
dəyişikliyə səbəb olduğu göstərilir. Bu isə or-
qanizmdə vegetativ, somatik, psixofizioloji
və digər dəyişikliklərin yaranmasına gətirib
çıxarır [8, 11, 12]. Bütün bunlar sübut edir ki,
idmançının orqanizminin müxtəlif adaptiv
funksiyasının effektivliyi, onun yüksək
nailiyyətlər əldəetmə qabiliyyətinin əsasını
təşkil edir. Bu onu göstərir ki, idmançının
fiziki və psixofizioloji sağlamlığı, yarışlar za-
manı yüksək məhsuldarlığı, adaptiv funksi-
yaları təmin edən neyroendokrin sistemin nor-
mal fizioloji funksiyalarından asılıdır. Ona
görə də müxtəlif mənşəli gərginliklərdə en-
dokrin sistemin fəallığı artdığından orqanizm
bu şəraitdən çıxma yollarını və uyğunlaş-
maları axtarır [3, 6, 8, 10, 11, 12]. Bu gös-
tərdiyimiz vacib məsələlər, idmanın müxtəlif
növü ilə məşğul olan qızlarda yaş dövrünün,
idman stajının və fərdi xüsusiyyətlərinin hor-
monal-mediator statuslarında baş verən dəyi-
şikliklər və bu dəyişikliklərin adaptiv və fi-
zioloji xüsusiyyətləri zəif öyrənilmişdir.
Göstərilənləri nəzərə alıb, bu tədqiqat işi-
nin əsas məqsədi idman stajının voleybolçu
qızların qanında hormonların və monoaminlə-
rin fəallığının qarşılıqlı əlaqələrinin fərdi psixo-
fizioloji xüsusiyyətlərinə təsirini öyrənmək
olmuşdur.
Material və metodlar
Tədqiqatlar 13-24 yaş həddli, müxtəlif
idman stajı olan voleybolçu qızlarda aparıl-
mışdır. İdmançı qızların anket sorğusu əsasında
sinir sisteminin tipləri, bəzi fiziki və vegetativ
göstəriciləri nəzərə alınmışdır.
İdman stajı ilə neyrohormonal status ara-
sındakı asılılığı aşkar etmək üçün qızlar 4 qrupa
ayrılmış: 1-ci qrupa idman stajı 1-2 il olan
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ MƏRUZƏLƏRİ
, 2014,
LXX CİLD, №1
MƏRUZƏLƏR
▬◄►▬
REPORTS
▬◄►▬
ДОКЛАДЫ
2
idmançı qızlar, 2-ci qrupa idman stajı 3-4 il olan
idmançı qızlar, 3-cü qrupa idman stajı 5-6 il
olan qızlar və 4-cü qrupa idman stajı 7-8 ildən
çox olan idmançı qızlar daxil edilmişdir.
Qruplar arasında müqayisə aparmaq məqsədi
ilə idman stajı 1-2 il olan idmançı qızlardan
alınan göstəricilərin miqdarını şərti olaraq nor-
ma kimi qəbul edib (başlanğıc vəziyyət kimi),
bütün müqayisələri onlara əsasən apardıq.
Bütün qruplara aid olan idmançı qızların
dirsək venasından götürülmüş 3-5 ml qan nümu-
nəsində immunoferment üsulu ilə hormonlar,
katexolaminlər və serotoninin qatılığı təyin
edilmişdir. Tədqiqatlardan alınmış bütün gös-
təricilər statistik olaraq hesablanmışdır [7].
Nəticələr və onların müzakirəsi
Tədqiqatlar zamanı aldığımız nəticə-
lərin təhlili göstərir ki, idman stajının dinami-
kasına müvafiq olaraq, qızlarda vegetativ
göstəricilərin stabilləşməsi müşahidə edilir.
Öyrəndiyimiz bu vegetativ göstəricilərin sta-
billəşməsinə əsas səbəb onlarda idman stajı-
nın yüksəlməsi ilə əlaqədar olaraq fiziki gər-
ginliyin dərəcəsinə müvafiq adaptasiya pro-
sesinin formalaşmasıdır. Fiziki göstəricilərin
idman stajına müvafiq olaraq normal olduğu
müşahidə edilir.
Qızların qanındakı hormonal göstərici-
lərin fəallığının analizinin təhlili göstərir ki,
idmançının fərdi xüsusiyyətlərindən və sinir
sisteminin tiplərindən asılı olaraq öyrəndiyimiz
hormonların istər minimal həddi, istərsə də
maksimal həddi arasında kəskin kənarlaşmalar
müşahidə edilir. Eləcə də idman stajından asılı
olaraq bu hormonların miqdarının orta
kəmiyyət göstəriciləri də kəskin fərqlənir. Belə
ki, adrenokortikotropinin (AKTH) qandakı
miqdarına nəzər yetirsək məlum olur ki, 3-4 il
idman stajı olan voleybolçularda onun qatılığı
1-2 il idman stajı olan qızlarla müqayisədə
90,5%, P<0,001 artmışdır (şək.1). Lakin 5-6 il
idman stajına malik olan voleybolçu qızların
periferik qanında AKTH qatılığı əvvəlki illərə
nisbətən bir qədər fərqlənsə də, yenə də 1-2 il
idman stajı olan qızlarla müqayisədə 61,0%,
P<0,001 artmışdır (şək.1).
İllər
Şək.1. İdman stajının voleybolçu qızların qanında
hormonların fəallığına təsiri
AKTH adenohipofizdə sintezi azaldığından
onun periferik qandakı fəallığının dəyişməsi 7-8 il
stajlı idmançılarda kəskin azalsa da, stajı 1-2 il olan
voleybolçu qızlarla müqayisədə onun səviyyəsi bir
qədər yüksək olaraq qalır və onun bu yüksəlməsi
34,3%, P<0,001 təşkil edir(şək.1). Deməli, idman
stajı artdıqca AKTH yüksəlmiş miqdarı get-gedə
azalır. Bu onu göstərir ki, stajın yüksəlməsi
orqanizmdə
uyğunlaşma
reaksiyalarının
formalaşmasına səbəb olur.
Tədqiqatlar göstərir ki, adenohipofizdə
olduğu kimi, böyrəküstü vəzdə kortizolun sin-
tezi artdığından onun qandakı fəallığı da stajdan
asılı olaraq xeyli dərəcədə dəyişir. Belə ki, stajın
artmasına müvafiq olaraq başlanğıc illərlə
müqayisədə onun səviyyəsi get-gedə azalır. 3-4
il idman stajı olan qızlarda onun miqdarı 72,5%,
P<0,001 yüksək olsa da, 5-6 il idman stajlı
qızlarda bu miqdar 54,5%, P<0,001, 7-8 il
stajlılarda isə onun miqdarı daha da kəskin
azalaraq 26,7%, P<0,001 təşkil etmişdir.
Böyrəküstü vəzin əsas hormonlarından
olan digər stressor hormonun qandakı miq-
darına gəldikdə isə göstərmək lazımdır ki, 11-
OKS qandakı miqdarı 3-4 il idman stajı olan
qızlarda 1-2 il stajlı qızlarla müqayisədə
105,1%, P<0,001 artmışdır (şək.1). 5-6 il idman
stajlı qızlarda bu miqdar bir qədər azalaraq
76,8%-ə bərabər olmuşdur (P<0,001). İdman
stajı 7-8 il olan qızlarda bu miqdar daha da
azalaraq 45,0%, P<0,001 təşkil etmişdir
(şək.1). Qeyd etmək lazımdır ki, bu qızların
arasında təcrübəli idmançılar, idman dərəcələri
olanlar və s. vardır. Ona görə də, onlarda artıq
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ MƏRUZƏLƏRİ
, 2014,
LXX CİLD, №1
MƏRUZƏLƏR
▬◄►▬
REPORTS
▬◄►▬
ДОКЛАДЫ
3
yarışlara və məşqlərə bu və ya digər dərəcədə
uyğunlaşmalar getdiyindən öyrəndiyimiz bütün
hormonların miqdarı azalır. Belə idmançıların
hormonal göstəricilərinin minimal və maksimal
həddləri də stajın yüksəlməsi ilə əlaqədar olaraq
bir-birinə
yaxın olur. Göründüyü kimi
uzunmüddətli adaptasiyanın formalaşması nəti-
cəsində stressor hormonların sintezinin və sek-
resiyasının stajla sisteminin funksional vəziyyə-
tinin və əzələ-sinir aparatının təkmilləşdiyi gös-
tərilir. Digər tərəfdən, bizim əldə etdiyimiz bu
nəticələri neyromediatorların qandakı fəallığı-
nın dəyişməsi dinamikası ilə müqayisə etdik
[1], belə məlum olur ki, idman stajı ilə də no-
radrenalinin və dofaminin qandakı fəallıqları
arasında korrelyasiya müşahidə edilir (şək.2).
Eləcə də istər öyrəndiyimiz hormonların, istərsə də
neyromediatorların qandakı fəallıqlarının səviy-
yəsi 1-2 il idman stajı olan voleybolçu qızlarda,
həmin yaş həddində olan praktik sağlam qızların
göstəriciləri ilə uygun gəlmir.Bu göstəricilər xeyli
yüksəkdir. Öyrəndiyimiz illər arasında müqayisə
apardıqda aydın olur ki, bu göstəricilərin qandakı
fəallıqları kəskin yüksək olsa da, sonrakı illər
ərzində idman stajına müvafiq olaraq get-gedə
azalır. Digər məqaləmizdə göstərdiyimiz kimi
[1] uzunmüddətli adaptasiyanın formalaşması
nəticəsində
katexolaminlərin
get-gedə
azalması və indolaminlərin (şək.2) artması
nəticəsində stressor hormonların qandakı
fəallığının azaldığı müşahidə edilir. Uzun-
müddətli adaptasiyanın formalaşması kate-
xolaminlərin ehtiyatının artması ilə əlaqədar
olaraq qlükokortikoidlərin artması baş verir.
Bizim tədqiqatların nəticəsində müəyyən
edilmişdir ki, idman stajı ilə serotoninin
qandakı fəallığı arasında düz korrelyasiya
müşahidə
edilir
(şək.2).
Nəticədə
idmançılarda stress reaksiyaların qarşısı alın-
mış olur.
Beləliklə, bu tədqiqatlardan alınan nə-
ticələri təhlil etdikdə müəyyən olur ki, öyrən-
diyimiz hər üç hormonun və mediatorun qan-
dakı fəallığının dəyişməsi idman stajının artma-
sına müvafiq olaraq get-gedə azalır. Bu
hormonların qandakı fəallığının azalması, ka-
texolaminlərin fəallığının azalması ilə kor-
relyasiya təşkil edir.
İllər
Şək. 2. İdman stajının voleybolçu qızların qanında
katexolaminlərin və serotoninin fəallığına təsiri
Digər tərəfdən əldə etdiyimiz bu tədqi-
qatların nəticələrinin mühüm nəzəri və praktiki
əhəmiyyəti vardır. Belə ki, idman məşqlərini və
yarışlarını təşkil edərkən mütləq idmançının
yaşını və idman stajını nəzərə almaq lazımdır.
Aldığımız bu nəticələr göstərir ki, idman stajı,
sinir sisteminin tipi və fərdi xüsusiyyətləri
idmançılarda emosional sferada həyəcan ele-
mentlərinin qarşısını ala bilir. Hormonal ba-
lansda gedən dəyişikliklər isə sistemli idman
məşqlərinin və intensiv fiziki yükün təsirindən
funksional sistemin daha da yaxşı formalaş-
masına və əzələ-sinir aparatının təkmilləşmə-
sinə səbəb olur.
Nəticə
1.
Voleybolçu qızlarda idman stajı ilə
adaptasiya fəaliyyəti arasında korrelyasiya möv-
cuddur.
2.
İdman stajı çox olan qızlarda AKTH,
kortizol və 11-OKS qandakı fəallığı arasında
paralellik müşahidə edilir.
3.
Stressor hormonlar neyromediator-
larla qarşılıqlı əlaqədə fəaliyyət göstərərək or-
qanizmin fərdi davranışını, dinamik sterotiplə-
rin yaranması və adaptiv funksiyaların forma-
laşmasını təmin edir.
ƏDƏBİYYAT
1.
Əliyev S.Y. İdman stajının voleybolçu qızların qanında
noradrenalinin, dofaminin və serotoninin fəallığının
dəyişməsinə təsiri / AzDBTİA, 2013.
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ MƏRUZƏLƏRİ
, 2014,
LXX CİLD, №1
MƏRUZƏLƏR
▬◄►▬
REPORTS
▬◄►▬
ДОКЛАДЫ
4
2.
Анохин П.К. Узловые вопросы теории
функциональных систем. М.: Наука, 1980, 197 с.
3.
Дедов И.М., Мельниченко Г.А., Фадаев В.В.
Эндокринология. М.: 2000, 623 с.
4.
Литвинова Н.А. Роль индивидуальных
психофизиологических особенностей студентов в
адаптации к умственной и физической деятельности.
Автореф.дис. … докт. биол.наук. Томск, 2000, 38 с.
5.
Нкума Т.А. Динамика гемодинамических и
биохимических характеристик спортсменов высоких
достижений
в
условиях
субмаксимальной
физической нагрузки. Автореф. дис. …канд. мед.
наук,. 2007, СПб, 17 с.
6.
Павлов С.Е. Основы теории адаптации и
спортивная тренировка // Теория и практика
физической культуры, 1991, №1, с.12-17.
7.
Рокицский Г.Б. Биологическая статистика,
Минск: Высшая школа, 319 с.
8.
Сима
П.В.
Повышение
двигательной
активности школьников как фактор укрепления
здоровья // Вестник Рос.Акад.Мед.наук. 2010, №4, с.
81-88.
9.
Филаретова Л.П. Стресс в физиологических
исследованиях // Рос.физиол.жур. им. И.М.Сеченова,
2010, т.96, №9, с. 924-935.
10.
Фомин Н.А. Адаптация: Общебиологические
и психофизиологические основы: Монография,
Теория и практика физической культуры. М.: 2003,
383 с.
11.
Харитонова В.М. Особенности регуляции
эндокринной и сердечно-сосудистой систем людей с
различным типом темперамента на эмоциональный
стресс // Физиология человека, 2000, т.26, №3, с. 104-108.
12.
Щемердяк А.В. Физиологические и метабо-
лические характеристики процессов адаптации и
дезадаптации организма спортсменов высокой ква-
лификации (на примере игровых видов спорта).
Тюмень, 2005, 146 с.
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ MƏRUZƏLƏRİ
, 2014,
LXX CİLD, №1
MƏRUZƏLƏR
▬◄►▬
REPORTS
▬◄►▬
ДОКЛАДЫ
5
Azərbaycan Dövlət Bədən Tərbiyəsi
və İdman Akademiyası
ROLE OF INDIVIDUAL TYPOLOGICAL STATUS IN THE FORMATION
OF THE ADAPTIVE FUNCTIONS OF THE ORGANIZM
S.Y.Aliyev
The article is about the gradual stabilization of the activity of hormones and mediators in blood of the female
volleyball players according to the length of their service, type of the nervous system and individual
psychophysiological features. These factors create a condition for providing normal physiological activity of functional
system.
Keywords: adaptation, hormon, stress, the individual typology
РОЛЬ ИНДИВИДУАЛЬНОГО ТИПОЛОГИЧЕСКОГО СТАТУСА
В ФОРМИРОВАНИИ АДАПТИВНЫХ ФУНКЦИЙ ОРГАНИЗМА
С.Я.Алиев
В результате исследований установлено, что в соответствии с такими показателями, как спортивный
стаж, нервная система и индивидуальные психофизиологические особенности стабилизируется активность
гормонов и медиаторов в крови волейболисток. Эти факторы обуславливают нормальную физиологическую
деятельность функциональной системы.
Ключевые слова: адаптация, гормон, стресс, индивидуальная типология
Dostları ilə paylaş: |