Məhkəmə qərarı icra edildi. Vətəndaş şikayət edirdi ki, məhkəmə icraçısı məhkəmə qərarını icra etməkdən imtina edir. “Şəffaflıq Azərbaycan”nın məsələyə müdaxiləsindən sonra, məhkəmə qərarı icra edildi.
Əmtəə malları gömrükdən keçirildi.Vətəndaş şikayət edirdi ki, o özünün deklarasiya olunmuş mallarını gömrükdən keçirə bilmir. “Şəffaflıq Azərbaycan”nın məsələyə müdaxiləsindən sonra, şikayətə baxılmış və vətəndaşın malları gömrükdən keçmişdir.
Gəncə mərkəzi üzrə
Dövlət qulluqçusu vəzifəsindən azad edildi və əlillik dərəcəsi verildi. Vətəndaş şikayət edirdi ki, ondan əlillik dərəcəsinin alınması üçün 200 manat rüşvət tələb edilib. “Şəffaflıq Azərbaycan”nın məsələyə müdaxiləsindən sonra, vətəndaşa əlillik dərəcəsi verildi və təltif komissiyasının rəhbəri vəzifəsində azad edildi.
Attestat verildi.Vətəndaş şikayət edirdi ki, ondan məktəb diplomunun alınması üçün 10 manat məbləğində rüşvət tələb edilib. “Şəffaflıq Azərbaycan”nın məsələyə müdaxiləsindən sonra, attestat öz sahibinə verildi.