Çoxtəbəqəli silindirik divarda istilikötürmə
Bu prosesi öyrənmək üçün ikitəbəqəli silindirik divara baxaq:
tM1, tS1, tS2, tS3, tM2
1, 2
r1, r2, r3; d1, d2, d3
1, 2 , Q.
İkitəbəqəli silindirik divardan istilikötürmə zamanı daşınan istilik miqdarı:
(1)
k – istilikötürmə əmsalıdır:
(2)
n – təbəqəli divardan daşınan istilik miqdarını tapaq:
(3).
İstilikdəyişdirici aparatlar
İstiliyin bir istilikdaşıyıcıdan digər istilikdaşıyıcıya verilməsini təmin edən qurğulara istilikdəyişdirici aparatlar və ya qurğular deilir. Onlar tətbiq sahələrindən asılı olaraq müxtəlif cür adlandırılırlar. Buxar qızdırıcısı, qazan və s.
Bu istilikdaşıyıcılar tətbiq sahələrindən asılı olaraq 3 yerə bölünürlər:
Rekuperativ.
Regenerativ.
Qarışdırıcı aparatlar.
İstiliyin isti istilikdaşıyıcıdan soyuğa aralıq divar vasitəsilə verilməsinin təmin edən qurğulara rekuperativ qurğular deyilir.
Regenerativ qurğularda isə eyni bir səth gah isti, gah soyuq istilikdaşıyıcısı ilə yuyulur. Bunlara domna peçləri, metallurgiya sənayesi, şüşə istehsalında rast gəlmək olur.
Qarışdırıcı istilikdaşıyıcılarda isə isti və soyuq istilikdaşıyıcılar bir – birinə qatılaraq səthə verilir. Bunların quruluş və tətbiq sahələrini müxtəlif olmasına baxmayaraq, onların istilik hesabatları eynidir. Ona görə də onların ən sadəsi olan rekuperativ qurğuların istilik hesabatına baxaq. İstilik hesabatı 2 cür olur.
Layihə hesabatı;
Yoxlama hesabatı.
Layihə hesabatında istilikdaşıyıcıların girişdə temperaturları, sürətləri və əsasən səthin sahəsi təyin olunmalıdır.
Yoxlama hesabatında təyin olunmuş gücdə çıxışda istilikdaşıyıcısının son temperaturu təyin olunur.
İstilik hesabatında əsasən 2 tənlikdən istifadə edilir:
Q=k(t1 – t2)F (1) – istilikötürmə təliyi;
Q=Q2+Q (2) – istilik balans tənliyi.
Q1 – isti istilikdaşıyıcısının verdiyi, Q2 – soyuq istilikdaşınmanın aldığı istilik miqdarı, Q – itgidir.
(3)
G1 – I istilikdaşıyıcısının kütlə sərfi;
Cp1 – sabit təzyiqdə istilik tutumu;
t1 – başlanğıc, t1 – son temperaturdur.
Eyni qayda ilə G2 – II istilikdaşıyıcının kütlə sərfi, Cp2 – istilikdaşıyıcının sabit təzyiqdə istilik tutumu, t2 və t2 – soyuq istilikdaşıyıcının temperaturlarıdır.
Kütlə sərfi:
G=f
– mayenin sıxlığı, – sürəti, f – en kəsik sahəsi.
İstilikdaşıyıcılar mayenin axan istiqamətindən asılı olaraq müxtəlif olur. Əgər hər iki istilikdaşıyıcısı eyni istiqamətdə axırsa, onlara düz axınlı, əks istiqamətdə axırsa, onlara əks axınlı istilikdaşıyıcıları deyilir.
Dostları ilə paylaş: |