Tələbə: Abasov Asim. Qrup: 714. Fənn



Yüklə 118,93 Kb.
səhifə5/5
tarix02.01.2022
ölçüsü118,93 Kb.
#46667
1   2   3   4   5
12.03.2021 Biotexnoloji istehsalın elmi və praktiki aspektləri

Bitkilər
Azolla azot fiksasiya etmə qabiliyyəti olduğu üçün düyü becərilməsində əhəmiyyətli mövqe tutur. Anabena və Azolla sianobakteriyaların canlı koloniyalarıdır. Bu bakteriyalar atmosfer azotunu nitrat gübrəsinə çevirmək qabiliyyətinə malikdir. Azolla mavi-yaşıl yosun Anabena ilə sıx simbioz halda bitən üzvi azot gübrəsidir. Azollanın yarpaqları çox xırda olub biri digərini örtür. AzollaAnabena birgə yaşayış tərzinə uyğunlaşmışdır.

Anabena nəm torpaqda və sularda plankton formasında rast gəlinən, muncuq şəkilli və ya barelə bənzər hüceyrələri olan və aralarında genişlənmiş sporlar olan, göy-yaşıl yosun cinsidir. Yaz aylarında mülayim enliklərdə Anabena çiçəkləyir. Sianobakteriyalar adlanan mavi-yaşıl yosunlar, böyük, heterogen, prokariotik, əsasən fotosintez edən orqanizmlərdən biridir. Sianobakteriyalar morfoloji xüsusiyyətləri və bir çox cəhətdən eukariotik yosunlara bənzəyir. Cənub-Şərqi Asiyada azot fiksasiya edən siyanobakteriyalar tez-tez düyü tarlalarında yetişdirilir və bununla da azot gübrələrinin tətbiq olunmasına ehtiyac qalmır.



İbtidailər

İbtidailər indiyə qədər çirkab sularının təmizlənməsində istifadə olunurdu. Lakin sonralar bioloji aktiv maddələr üçün daha uyğun hesab edildi.

Bu orqanizmlərin əksəriyyətinin tərkibi doymamış yağ turşuları ilə zəngindir. Bunlardan tripanosom(70%), Astasia Longa (60%) buna misal ola bilər. Həmçinin, zülalla zəngin olan növləri yüksək bioloji dəyərliliyi ilə seçilir.

İbtidailər polisxaridlər də sintez etmə qabiliyyətinə malikdir. Qida və toxuculuq sənayesində bu prosesdən geniş istifadə olunur. Polisaxaridlərdən arabinoza, ksiloza, qlükoza, mannoza ibtiadilərin hüceyrə membranını təşkil edir. Tərkibində bəzi heyvani qidalarda olmayan aminturşuların olması ilə seçilir.

Ədəbiyyat siyahısı

  1. İsmayılov M.T., Fətəliyev H.K. Titrəyişli maserasiya ilə süfrə şərablarının texnologiyasının təkmilləşdirilməsi. Bakı, 2012, 48 səh.

  2. https://youtu.be/3c0sNG0WAYI

  3. https://youtu.be/twDuSQnL0ls

  4. https://youtu.be/g4p0AqGTnMI

  5. https://www.britannica.com/science/bacteria

  6. Mustafayeva A., Məmmədov V., Əhmədov İ., Xəlilov R. Genetik

modifika-siya olunmuş qida məhsulları. Bakı, 2013
Yüklə 118,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin