§3. XARĠCĠ SĠYASƏT
Azərbaycan Respublikasına qarşı informasiya blokadasının yarılması,
Dağlıq Qarabağ probleminə dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın dünya siyasətində, dünya dövlətləri arasında özünə layiq yer tutması,
beynəlxalq münasibətlərin ümumbəşəri dəyərlər əsasında inkişafına kömək etməsi,
Cənubi Qafqazda başqa dövlətlərin Dağlıq Qarabağ münaqişəsinin həllində də
maraqlı olması, respublikanın ərazi bütövlüyünün sülh, danışıqlar yolu ilə təmin
edilməsi istiqamətində Prezident Heydər Əliyevin başçılığı ilə gərgin və səmərəli iş
aparıldı. Heydər Əliyev diplomatiyası beynəlxalq münasibətlər sistemində
yaranmış dəyişikliklər, qloballaşma meylləri, dövlətlərin Cənubi Qafqaz
regionundakı siyasi və iqtisadi maraqlarının Azərbaycanın maraqları ilə mümkün
qədər uzlaşdırılması kimi praqmatik əsaslar üzərində quruldu. Azərbaycan
Prezidenti 68 ölkənin prezidenti, hökumət başçısı ilə görüşlər keçirdi.
71
Azərbaycan
üzv olduğu beynəlxalq təşkilatların sessiyalarında, zirvə toplantılarında iştirak etdi.
2000-ci il sentyabrın 6-da BMT Baş Məclisində, 2001-ci il yanvarın 25-də Avropa
Şurası Parlament Assambleyasında Heydər Əliyev mövcud şəraitdə müstəqillik
əldə etmiş dövlətlərə münasibətdə aydın hiss olunan ikili standartlarla yanaşmanın
yolverilməzliyini, qloballaşmaya töhfələrini verən ölkələrə texnoloji yardım
göstərilməsi, mədəniyyətlərin toqquşması təhlükəsini aradan qaldırmaq üçün
demokratiya və bazar iqtisadiyyatının inkişafında ayrı-ayrı xalqların mentalitetinin
nəzərə alınması vacibliyini qeyd etmişdi.
72
1993-cü il sentyabrın 24-də Azərbaycan Respublikası MDB-yə daxil oldu.
73
Doğrudur, bu təşkilat daxilində üzv dövlətlərin bərabərhüquqlu əməkdaşlığı
lazımınca təmin edilməmiş, subyektlər arasında münaqişələrin aradan qaldırılması
üçün təsirli tədbirlər həyata keçirmək mümkün olmamışdı. Üzv dövlətlərə Rusiya
273
Federasiyasının ikili münasibəti bu birliyin səmərəsini xeyli azaldır, narazılığa
səbəb olurdu. Heydər Əliyev MDB dövlət başçılarının, demək olar ki, bütün
görüşlərində birlik daxilində belə qeyri-sağlam münasibətlər olmasının
yolverilməzliyini, separatizmlə mübarizənin vacibliyini diqqətə çatdırırdı.
74
MDB-yə daxil olan dövlətlərlə ikitərəfli əlaqələrin möhkəmlənməsinə
diqqət artırılmışdı. 1993-cü ilin sonlarına qədər Azərbaycanla kəskin münasibətlərə
malik olan Mərkəzi Asiya respublikaları ilə
əlaqələr yeni forma və vasitələrlə köklü
surətdə yenidən qurulurdu.
75
Birlik üzvlərinə RF tərəfindən ikili münasibət MDB daxilində dövlətlərin
ayrılıqda birliklər təşkil etməsinə səbəb olurdu. 1996-1997-ci illərdə
Azərbaycan-Gürcüstan və Azərbaycan-Ukrayna arasında strateji əməkdaşlıq
haqqında sazişlər bağlandı. 1997-ci ilin
oktyabrında Gürcüstan, Ukrayna,
Azərbaycan və Moldova respublikalarının başçıları öz aralarında əməkdaşlıq
haqqında kommünike imzaladılar. Noyabrın 25-də Bakıda "GUAM" bloku təşkilini
bəyan edən rəsmi protokol imzalandı. Bu ölkələrin NATO və ATƏT çərçivəsində,
habelə öz aralarında siyasi, hərbi və iqtisadi sahələrdə mövqelərini
əlaqələndirməyə imkan verən strateji partnyorluğa hüquqi əsas yarandı.
76
1999-cu
il aprelin 4-də Vaşinqtonda GUAM təşkilatına üzv olan dövlətlərin prezidentlərinin
görüşündə Özbəkistan Respublikası da bu təşkilata qəbul edildi. GUAM bundan
sonra GUÖAM adlandırılmağa başlandı. Heydər Əliyev təşkilatın sədri seçildi.
GUÖAM-ın icraçı katibliyinin yaradılması qərara alındı.
77
Belə bir birliyin təşkili
Rusiyanı olduqca narahat edirdi. Vəziyyəti 1999-cu ilin martında MDB dövlətləri
başçılarının zirvə toplantısında Azərbaycan, Gürcüstan, Moldova və Özbəkistanın
Kollektiv Təhlükəsizlik Müqaviləsi müddətinin uzadılmasına razılıq verməməsi
daha da gərginləşdirdi.
78
Rusiya bu dövlətlərə münasibətini xeyli yumşaltmağa
istiqamətlənən addımlar atdı. Bununla əlaqədar sonralar - 2001-ci il iyunun 6-7-də
Yaltada GUÖAM təşkilatı başçılarının görüşündə qəbul olunmuş "Yalta
Xartiyası"nda yaradılan bu təşkilatın iqtisadi sahələrdə əməkdaşlığa üstünlük
verəcəyi elan edildi.
79
Heydər Əliyev ATƏT-in 1999-cu il noyabrın 18-də İstanbul zirvə
toplantısında "Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq paktı" təsis edilməsi
təşəbbüsü ilə çıxış etdi. Bu paktda dövlətlərarası münasibətlərin, habelə
münaqişələrin aradan qaldırılmasının prinsipial əsasları təsbit edilməli idi. Ona
əsasən regiondan xarici hərbi qüvvələr çıxarılmalı, Cənubi Qafqazı bölən ayırıcı
xətlər aradan qaldırılmalı, təcavüzə, etnik təmizləmələrə, separatizmə son
qoyulmalı, ikili standartlara yol verilməməli idi.
80
Lakin Rusiya Ermənistan
vasitəsilə bu planın həyata keçməsinə ciddi mane oldu.
81
2001-ci ilin əvvəllərində RF prezidenti Rusiyanın da iştirak etdiyi "Qafqaz
dördlüyü" yaradılması təklifini irəli sürdü. Mayın sonlarında Rusiya, Azərbaycan,
274
Ermənistan və Gürcüstan prezidentlərinin Minskdə görüşü keçirildi, belə bir
birliyin yaranması məsələləri
müzakirə edildi.
Azərbaycan Respublikası 1992-ci ildə NATO-nun Şimali Atlantika
Əməkdaşlıq Şurasına (1997-ci ildən bu şura Avropa-Atlantika Tərəfdaşlıq Şurası -
AATŞ adlanır) qoşuldu. 1994-cü ilin yanvar ayında Azərbaycan NATO-nun
Avropa və dünyada sülhün, əmin-amanlığın bərqərar olunmasına xidmət edən
"Sülh Naminə Tərəfdaşlıq" Proqramına qəbul edildi. Həmin il mayın 4-də
Prezident Heydər Əliyev bu proqramın Çərçivə sənədini imzaladı.
82
NATO-nun və
AATŞ-ın üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 1997-ci ilin iyul
ayında keçirilən zirvə toplantısında Prezident Heydər Əliyev NATO-nun baş katibi
ilə görüşdü və bu təşkilatla Azərbaycan arasında əməkdaşlığın genişlənməsi
məsələləri müzakirə edildi. NATO-nun və Avropa-Atlantika Tərəfdaşlıq Şurası
üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 1997-ci ilin iyul ayında
keçirilən Madrid zirvə toplantısının qəbul etdiyi sənədlərdə NATO-nun tərəfdaş
dövlətlərin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin
toxunulmazlığına təminat verdiyi, onun strukturunda olan dövlətlərin bir-birinə
qarşı güc işlətmək, hədə-qorxu gəlmək hüququna malik olmadığı bildirildi. Bunlar
Azərbaycanın haqq işinin müdafiəsi sahəsində böyük əhəmiyyətə malik idi.
Azərbaycan dövləti hərbi inkişafının perspektivləri məsələlərində NATO ilə sıx
əməkdaşlığa istiqamətləndi.
83
Azərbaycanın hərbi hissəsi Kosovoda və
Əfqanıstanda sülhməramlı qüvvələrin keçirdiyi əməliyyatlarda iştirak etdi.
84
2002-
ci il noyabrın 18-də NATO Parlament Assambleyasının İstanbulda keçirilən
iclasında Azərbaycan Respublikası NATO PA-na assosiativ üzv qəbul olundu.
85
AATŞ-ın 2002-ci il noyabrın 22-də Praqada keçirilmiş zirvə görüşündə Prezident
Heydər Əliyev bu təşkilat və Azərbaycanın onda iştirakının əhəmiyyəti haqqında
belə demişdi: "Dünya son dərəcə mürəkkəb bir dövr yaşayır. Beynəlxalq terrorizm
bəzi dövlətlərin dəstəyindən istifadə edərək dünya nizamına qarşı hərəkət edir,
ekstremizm, təcavüzkar millətçilik və davakar separatizm ideologiyası əsasında
yeni qarşıdurma xətləri yaratmağa çalışır, sərhədləri yenidən bölməyə, dəyişməyə
cəhd göstərir. Beynəlxalq sistemin ümumi təhlükəyə qarşı səmərəli mübarizə
aparmaq qabiliyyəti ciddi sınağa çəkilir. 11 sentyabr faciəsindən dərhal sonra
Avroatlantika birliyi antiterror koalisiyası yaratdı və Azərbaycan ilk gündən bu
koalisiyaya qoşuldu. Biz bu gün də başqa ölkələr və beynəlxalq təşkilatlarla
birlikdə bu təhlükələrə qarşı əlimizdən gələni edirik".
86
BMT-nin Baş katibi Butrus-Butrus Qali Azərbaycana gəlib respublika ilə
daha yaxından tanış oldu. Azərbaycana qarşı informasiya blokadası yarıldı.
Prezident Heydər Əliyev 1994-cü ilin sentyabrında, 1995-ci ilin oktyabrında, 2000-
ci ilin sentyabrında BMT Baş məclisinin sessiyaları tribunalarından Azərbaycan
275
həqiqətlərini bütün dünyaya bəyan etdi, bu ölkənin sülhsevər, humanist,
demokratik dəyərləri üstün tutduğunu göstərdi.
87
Ölkənin xarici siyasət kursunda 1993-cü ilin yayından Türkiyə Respublikası
ilə münasibətlərdə keyfiyyətcə ciddi dəyişikliklər edildi. Bu dost və qardaş ölkə
Azərbaycanın ən etibarlı siyasi müttəfiqi, bərabərhüquqlu iqtisadi tərəf müqabili
oldu. Türkiyə Ermənistanı təcavüzkar bir dövlət kimi tanımış, Dağlıq Qarabağ
məsələsi ədalətlə həll olunmayınca onunla heç bir əlaqə saxlamayacağını elan
etmişdi. Azərbaycan-Türkiyə münasibətləri həm də dünyada və bölgədə sülhün,
əmin-amanlığın bərqərar olması işinə xidmət edirdi.
88
2001-ci il iyulun 23-də
Xəzər dənizinin mübahisəli sularında Azərbaycan gəmilərinə İran təyyarələrinin
hücum cəhdini Türkiyə qəti etirazla qarşıladı. Ankara bütün dünyaya bildirdi ki,
"Azərbaycana əl qaldıran qarşısında Türkiyəni görəcək!"
89
Azərbaycan İran İslam Respublikası ilə də hər iki tərəf üçün faydalı normal
siyasi-iqtisadi və mədəni münasibətlər qurdu. İran dövləti Ermənistanın
Azərbaycana təcavüz etdiyini bildirsə də, onunla hərtərəfli münasibətlər
yaratmışdı. Bu qonşu müsəlman dövləti Azərbaycana qarşı münasibətlərində tam
səmimi olmadığını göstərirdi. İran Azərbaycanı özünün təhlükəsizlik zonası elan
etmişdi. 2001-ci il iyulun 23-də İran mübahisəli hesab etdiyi sulardan Azərbaycan
gəmilərinin çıxarılması haqqında nota verdikdən sonra hərbi təyyarələrini havaya
qaldırmışdı. Azərbaycan buna cavab tədbiri gördü. Münaqişə dinc yolla nizama
salındı.
90
Azərbaycan Prezidenti Heydər Əliyevin İran Respublikasına səfəri zamanı -
20 may 2002-ci ildə imzalanmış "Azərbaycan Respublikası ilə İran Respublikası
arasında dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında" müqavilə
iki dövlət arasında münasibətlərin nizamlanmasına istiqamətləndirilmişdi.
91
Qonşu Gürcüstan Respublikası ilə əlaqələr çox önəmli idi. 1996-cı ilin mart
ayında Prezident Heydər Əliyev Gürcüstana rəsmi səfər etdi. İki ölkə arasında
dostluq və əməkdaşlıq haqqında sənəd imzalandı. Bu, qonşu ölkədə yaşayan
azərbaycanlılara qarşı münasibətin xeyli yaxşılaşmasına səbəb oldu. İki ölkənin
bütün sahələrdə strateji əməkdaşlığı başlandı.
92
Azərbaycanın xarici siyasətində ABŞ, Böyük Britaniya, Çin, Yaponiya,
Fransa, Almaniya, İtaliya kimi iri dövlətlərlə münasibətlər mühüm yer tuturdu. Bu
ölkələrlə tərəfdaşlıq prinsiplərinə əsaslanan qarşılıqlı əlaqələr yaradılmışdı.
93
Prezident Heydər Əliyevin qeyd etdiyi kimi, Azərbaycan diplomatiyasında
Avropa istiqaməti mühüm yerlərdən birini tutur. İngiltərə və Avropanın digər
nüfuzlu dövlətləri ilə sabit bərabərhüquqlu əməkdaşlıq münasibətləri qurulmuşdu.
Bu ölkələrlə imzalanmış 90-dan artıq sənəd qarşılıqlı münasibətlər üçün ən
möhkəm hüquqi əsas yaratmışdı.
94
276
Azərbaycan Qərblə Şərqin qovşağında bərpa olunan qədim İpək Yolunun
mərkəzində mühüm yer tuturdu. Dünyada nüfuzlu Çin Xalq Respublikası və
Yaponiya kimi Şərq dövlətləri ilə siyasi və iqtisadi əməkdaşlıq respublikanın xarici
siyasətində uğurlu addımlar olmuşdu.
95
Pakistan dövləti ilə dostluq və əməkdaşlıq münasibətləri daha da inkişaf
etdirilirdi. İsrail dövləti ilə də əməkdaşlıq genişlənməkdə idi.
96
XXI əsrin əvvəllərində Azərbaycan Respublikası artıq 137 ölkə ilə
diplomatik əlaqələr yaratmışdı. Azərbaycanda 63 (24-ü bilavasitə Bakıda) ölkənin
səfirliyi fəaliyyət göstərirdi. Azərbaycanın 21 ölkədə səfirliyi, baş konsulluğu və
daimi nümayəndəliyi vardı.
97
1996-cı ilin aprelində Azərbaycan ilə Avropa Şurası (AŞ) və onun üzvü
olan dövlətlər arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalandı.
98
Həmin ilin iyununda Azərbaycan Respublikası AŞ Parlament Assambleyasında
"xüsusi dəvət olunmuş qonaq" statusu aldı.
99
Prezident Heydər Əliyevin 1996-cı
ilin iyunu və 1998-ci ilin yanvarında Azərbaycan Respublikası ilə AŞ arasında
əməkdaşlığın dərinləşdirilməsi tədbirləri haqqında sərəncamları mövcud əlaqələri
xeyli intensivləşdirdi.
100
Aparılan böyük təşkilatçılıq işi, respublikada həyata
keçirilən demokratik ruhlu siyasi və iqtisadi islahatların səmərəli nəticələri
Azərbaycanı AŞ-yə daha da yaxınlaşdırdı. 2001-ci il yanvarın 25-də Azərbaycan
Respublikası Avropa Şurasına tam hüquqlu üzv qəbul olundu.
101
Millət vəkili
İlham Əliyevin başçılıq etdiyi Azərbaycan parlamentinin AŞ-də nümayəndə heyəti
bu təşkilatda səmərəli fəaliyyət göstərməyə başladı. Öz işgüzarlığı ilə Avropa
Şurasında böyük nüfuz qazanmış İlham Əliyev iki ildən sonra - 2003-cü il yanvarın
27-də bu təşkilatın Parlament Assambleyası sədrinin müavini və büro üzvü
seçildi.
101a
Belə bir diqqətə səbəb həm də, Beynəlxalq Venesiya Komissiyasının
sədri Puetro Aqounin qeyd etdiyi kimi, Azərbaycanda aparılan islahatların
Avropada razılıqla qarşılanması olmuşdu.
101b
Bu təşkilatda Azərbaycan nümayəndə
heyətinin əsas məqsədi Ermənistanın təcavüzkar kimi tanınmasına nail olmaq və
onu işğal etdiyi əraziləri qaytarmağa məcbur etmək idi.
101v
2001-ci il aprelin 24-
də Azərbaycan nümayəndə heyəti AŞ tribunasından Ermənistanın azərbaycanlılara
qarşı soyqırım siyasəti yeritdiyini, işğal olunmuş Azərbaycan ərazilərində, o
cümlədən Dağlıq Qarabağda narkotik maddələr istehsal və ixrac etdiyini, bu vasitə
ilə əldə olunan vəsaitlə ordu saxladığını, terrorçu dəstələr yaradıb onlara təlim
verdiyini əsaslandırılmış şəkildə bütün dünyaya bəyan etdi. May ayında AŞ
Nazirlər Komitəsinin 108-ci sessiyası konsensusla Azərbaycanın təşəbbüsü ilə
Avropa dövlətlərinin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən
xüsusi kommünike qəbul etdi.
102
İyun ayında AŞ Parlament Assambleyası
sessiyasında İlham Əliyev Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində
tarix və mədəniyyət abidələrini dağıtmasını, təbiətin amansızcasına korlanmasına
277
şərait yaradılmasını faktlarla ifşa etdi. AŞ Nazirlər Komitəsinə müraciət edildi ki,
Ermənistanın AŞ prinsiplərinə zidd olaraq Azərbaycanın ərazi bütövlüyünü
tanımamasına münasibət bildirilsin. Bu müraciət 43 ölkə nümayəndəsinin iştirakı
ilə müzakirə edildi. Nazirlər Komitəsinin bununla bağlı qərarında qeyd olunurdu:
"...Xalqların öz müqəddəratını təyin etmək hüququna... dövlətlərin ərazi
bütövlüyünə dair normalara uyğun olaraq hörmət edilməlidir.
...Torpaq əldə etmək məqsədilə gücdən istifadə qəbuledilməzdir və ondan
irəli gələn heç bir nəticə qanuni tanına bilməz".
103
AŞ Parlament Assambleyasının 2001-ci il 25 sentyabr tarixli iclasında
İlham Əliyev erməni terrorizmini, Ermənistanın Azərbaycana qarşı keçirdiyi terror
və soyqırım siyasətində terrorçu ASALA təşkilatının fəal iştirak etdiyini,
törədilmiş 32 terror aktı nəticəsində 2000 adam öldürüldüyünü, on minlərlə adamın
yaralandığını bildirdi. Terroru dəstəkləyən Ermənistan dövlətini ifşa etdi.
104
İlyarım ərzində Avropa Şurası Parlament Assambleyasında Ermənistanın terrorçu
dövlət adlandırıldığı 12 sənəd (bunlara üst-üstə AŞPA-nın 300 deputatı imza
atmışdır) qəbul olundu. 2002-ci il sentyabrın 26-da AŞPA-nın sessiyasında
müzakirə edilən Azərbaycan haqqında məruzədə ilk dəfə bu təşkilatın çox vacib
sənədində açıq-aydın bildirilir ki, Azərbaycanın torpaqları işğal olunubdur.
Ermənistan Azərbaycana qarşı təcavüz edibdir və bu işğal nəticəsində
Azərbaycanın bir milyondan artıq qaçqını vardır.
105
Bəzən AŞ-ın ikili standartlardan çıxış edərək Azərbaycana verdiyi ədalətsiz
tövsiyələrə də respublikada diqqətlə yanaşılır, beynəlxalq ictimaiyyətə mövcud
problemlərin həqiqi mahiyyəti haqqında doğru məlumat çatdırılırdı. 2002-ci il
yanvarın 24-də AŞ Parlament Assambleyası Azərbaycandakı qeyri-dövlət hüquq
müdafiə təşkilatlarının təqdimatına əsasən "siyasi məhbus" hesab etdiyi şəxslərin,
xüsusi olaraq R.Qazıyevin, S.Hüseynovun və Ə.Hümbətovun azad edilməsi və ya
işlərinə yenidən baxılması təklifini verdi. Bununla əlaqədar həmin şəxslərin
işlərinə yenidən baxılması haqqında Respublika Baş prokurorunun hələ 2001-ci il
dekabrın 26-da qəbul etdiyi qərarın icrası sürətləndirildi
106
(lakin konkret cinayət
əməli ilə əlaqədar həbs olunmuş bu şəxslərin işində siyasi motivlər aşkar edilmədi).
Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı daha da
genişlənirdi. 2002-ci ildə Avropa İttifaqı ilə "Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi"nin
(1992-ci ildə bağlanıb) yerinə yetirilməsinə dair milli proqram hazırlanmışdı. Bu
əlaqələrin respublikanın inkişafına böyük təsiri vardı. Avropa İttifaqı-Azərbaycan
Parlament Əməkdaşlığı Komitəsinin Brüsseldə 25-26 fevral 2002-ci ildə keçirilmiş
iclasında qeyd edildiyi kimi, "siyasi, iqtisadi, hüquqi islahatların aparılması
Azərbaycanın Avropaya inteqrasiyası üçün yeni perspektivlər açır.
107
2002-ci il oktyabrın 2-də Azərbaycan Respublikası BMT-nin "İqtisadi və
Sosial Şurasına" üzv seçildi.
108
278
Azərbaycan Respublikası Prezidentinin dövlət müstəqilliyinin dönməzliyi
istiqamətində ardıcıl siyasəti imperiyapərəst qüvvələrin bütün təzyiqlərini
qətiyyətlə rədd etdi. Rusiya 1994-cü ilin axırlarından Azərbaycana dəmir, şose və
dəniz yollarını bağlamaq kimi ciddi iqtisadi sanksiyalar tətbiq etməsinə,
Ermənistana 1994-1996-cı illərdə-atəşkəs şəraitində ümumi dəyəri 1 milyard
dollardan çox olan 84 ədəd T-72 markalı tank, 50 ədəd piyadalar üçün RDM-2
döyüş maşını, 8 ədəd R-17 uzaqmənzilli raket kompleksi, "OCA" zenit kompleksi
üçün 40 raket, 349 raketlə birlikdə 27 ədəd "Kruq" raket-zenit kompleksi, 40 ədəd
"İqla" səyyar raket kompleksi, 18 ədəd reaktiv "Qrad" qurğusu, 1000-ə qədər
"Strela-2" və "Strela-3" raketləri, 1998-ci ilin sonlarında MİQ-29 təyyarələri, C-
300 raketləri, külli miqdarda başqa silah və sursat verməsinə, Ermənistanda öz
hərbi bazalarını yerləşdirməsinə və onları daim modernləşdirməsinə, Rusiya-İran-
Ermənistan strateji əməkdaşlıq xətti yaratmasına baxmayaraq,
109
Azərbaycanı
qorxuda, tutduğu müstəqillik yolundan döndərə bilmədi.
Azərbaycan və Türkiyə respublikaları 1997-ci ilin may ayında strateji
əməkdaşlığı daha da dərinləşdirmək haqqında müqavilə imzaladılar.
110
Azərbaycanın qəti mövqeyi dövlətlərin ona münasibətinin getdikcə
dəyişməsinə, sağlamlaşmasına səbəb oldu. 1997-ci il iyulun 3-də Moskvada Rusiya
Federasiyası və Azərbaycan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik
haqqında müqavilə imzalandı.
111
1997-ci il avqustun 29-da Rusiya ilə Ermənistan
arasında da "Dostluq, əməkdaşlıq, qarşılıqlı yardım haqqında" yeni müqavilə
bağlandı. Bu sənəddə hərbi vəziyyət yaranarkən Rusiyanın rəsmi surətdə
Ermənistan tərəfində çıxış edəcəyi bəyan olunurdu.
112
Azərbaycanda narazılıq
yaratdığını görən Rusiyanın yüksək vəzifəli şəxsləri, habelə Xarici İşlər Nazirliyi
xüsusi nota ilə bu sənədin Azərbaycan Respublikasına qarşı çevrilmədiyini
bildirdilər. Azərbaycan Prezidenti Heydər Əliyev MDB dövlət başçılarının 1997-ci
il oktyabr, 1999-cu il mart və sonrakı zirvə görüşlərində bu müqavilənin
Azərbaycana qarşı təhlükə yaradan bəndlərinin ləğv olunmasını tələb etdi.
113
2001-
ci ilin may ayında Bakıda səfərdə olan RF hərbi naziri rəsmi surətdə elan etdi ki,
Ermənistan və Azərbaycan arasında silahlı münaqişə olarsa, Rusiya neytral
qalacaqdır.
114
Rusiya Federasiyasının prezidenti V.Putin Azərbaycan prezidentinin dəvəti
ilə 2001-ci il yanvar ayının 9-da Bakıya rəsmi səfərə gəldi. Ölkələr arasında
münasibətlərin inkişaf etdirilməsinə istiqamətləndirilmiş tədbirlər görülməsi barədə
razılıqlar əldə olundu. V.Putin Azərbaycan və Gürcüstanın bölgədə Rusiyanın
iştirak etmədiyi siyasi birliklərə qoşulmasının qarşısını almaq üçün "Qafqaz
dördlüyü" (Rusiya, Azərbaycan, Gürcüstan və Ermənistan) yaradılması
təşəbbüsünü irəli sürdü. "Bakı Bəyannaməsi" imzalandı. Prezident V.Putin RF-nin
279
Azərbaycan Respublikasının ərazi bütövlüyünü müdafiə etdiyini bir daha bəyan
etdi.
115
2002-ci ilin yanvar ayında Rusiya ilə Türkiyə arasında hərbi əməkdaşlıq
haqqında müqavilə imzalandı. Bəşəriyyət üçün böyük bəlaya çevrilmiş terrorizmlə
mübarizədə aparıcı rol oynayan ABŞ-ın müttəfiqi olan Türkiyənin Qafqazda
nüfuzu xeyli artdı. 2002-ci il yanvarın 24-də Azərbaycanın dövlət başçısı Rusiya
Federasiyasına rəsmi səfər etdi. Bağlanmış müqavilələr iki dövlət arasında
qarşılıqlı faydalı münasibətlərin inkişafına istiqamətlənmişdi. Azərbaycan Qəbələ
Strateji
116
İnformasiya Mərkəzini on il müddətinə Rusiyaya icarəyə verdi.
Respublikalar arasında iqtisadi əməkdaşlığın genişlənməsinə daha münasib şərait
yaradıldı, 12 illik müqavilə imzalandı. 2002-ci ilin aprelindən Azərbaycan kənd
təsərrüfatı məhsulları Rusiya bazarlarına sadələşdirilmiş yolla, tez çatdırılmağa
başlandı. 2002-ci il sentyabrın 23-də Azərbaycan və Rusiya prezidentləri Kremlin
"Şərəf salonu"nda "Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında
Xəzər dənizi dibinin həmhüdud sahələrinin bölgüsü haqqında saziş" imzaladılar.
İki ölkənin təhsil nazirləri hökumətlərarası təhsil haqqında sənədlərin, namizədlik
və doktorluq diplomlarının tanınması haqqında sazişlər imzaladılar. İqtisadi
xarakterli başqa müqavilələr bağlandı. Azərbaycan-Rusiya əlaqələrinin bütün
sahələrini daha da inkişaf etdirmək üçün imkanlar genişləndi.
117
İri dövlətlərin təzyiqinə, imperiya siyasətinə qarşı məharətlə apardığı
müstəqillik, "açıq qapı" siyasəti sayəsində Azərbaycan bölgədə, beynəlxalq aləmdə
nüfuzlu dövlətə çevrilirdi. O, öz mənafelərini dünyada nüfuz sahibi, Cənubi
Qafqazda marağı olan dövlətlərin, xüsusən ABŞ və onun müttəfiqlərinin maraqları
ilə uzlaşdırırdı. ABŞ-Azərbaycan münasibətləri strateji partnyorluq mərhələsinə
yüksəlmişdi. Azərbaycan-ABŞ əlaqələrinin inkişaf etməsinə Xəzər dənizi enerji
ehtiyatlarının mənimsənilməsi, neft, qaz hasilatı və nəqlində ABŞ şirkətlərinin
geniş iştirakı əhəmiyyətli təkan verirdi.
118
Azərbaycan ABŞ kimi fövqəldövlətin
sabit, münaqişəsiz görmək istədiyi Qafqaz bölgəsində əsas siyasi, iqtisadi tərəfdaşı
oldu. "Arzu olunan dövlət"lər qrupuna daxil edildi. 1997-ci il iyulun 27-dən
avqustun 7-dək Prezident Heydər Əliyev ABŞ prezidenti Bill Klintonun dəvəti ilə
ABŞ-da ilk rəsmi səfərdə oldu, böyük hörmət və ehtiramla qarşılandı. Avqustun 1-
də Ağ Evdə iki ölkə arasındakı münasibətlərin əsas prinsip və istiqamətlərini
müəyyən edən sənəd - "Amerika-Azərbaycan münasibətləri haqqında"
prezidentlərin birgə bəyanatı imzalandı.
119
Hökumət dairələrində "Azadlığa Dəstək Aktı"na 1992-ci il 907 saylı
əlavənin ləğv edilməsinə tərəfdarlar çoxaldı. Azərbaycana dövlət səviyyəsində
kömək göstərmək üçün yollar axtarılıb tapıldı. ABŞ administrasiyası Konqresə
müraciət edərək 2002-ci ildə Azərbaycana yardımın 46 faiz artırılmasını,
Ermənistana verilən yardımın isə 22 faiz azaldılmasını təklif etdi.
120
280
2001-ci il sentyabrın 11-də Nyu-York və Vaşinqton şəhərlərində dəhşətli
terror hadisələri törədilməsinə cavab olaraq ABŞ beynəlxalq terrorizmə qarşı
mübarizə elan edərkən Azərbaycan Respublikası onunla bir mövqedə olduğunu
birincilər sırasında bəyan etdi, öz ərazisindən ABŞ silahlı qüvvələrinin istifadəsi
üçün imkanlar yaratdı. Oktyabr ayının sonlarında ABŞ senatı 907-ci əlavəni
müvəqqəti olaraq dayandırmaq üçün prezidentə səlahiyyət verdi. ABŞ prezidenti
2002-ci il yanvarın 28-də, növbəti dəfə 2003-cü il yanvarın 17-də bu səlahiyyəti
reallaşdırdı.
121
Az sonra ABŞ Azərbaycana silah satışına qoyulmuş qadağanı aradan
qaldırdı. Təhlükəsizlik tədbirlərində Azərbaycana kömək etməyə başladı.
122
Azərbaycan Respublikası və ABŞ arasında münasibətlərin daha da
yaxınlaşmasında 2002-ci ilin oktyabr ayında millət vəkili, ARDNŞ-in birinci vitse-
prezidenti İlham Əliyevin ABŞ-ın vitse-prezidenti Riçard Çeyni, dövlət katibinin
birinci müavini Riçard Armitac, ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri
üzrə müşavirinin müavini Stiven Hedi, müdafiə, energetika, maliyyə, ticarət
nazirliklərinin, habelə Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının rəhbərləri
ilə görüşü və əməkdaşlığı genişləndirmək üçün
səyləri daha da artırmağın
vacibliyinə dair fikir mübadiləsi, Con Hopkins Universitetinin Mərkəzi Asiya və
Qafqaz Araşdırmaları İnstitutunda "Cənubi Qafqaz və Xəzər bölgəsi: Bakıdan
baxış" mövzusunda çıxışı, Zbiqnev Bjezinski, Madlen Olbrayt, Vrent Skoutroft və
b. görkəmli siyasətçilərlə görüşü mühüm əhəmiyyət kəsb etdi.
123
V.Skoutroft bu
görüşdən sonra demişdi: "...Mən Azərbaycanın gələcəyinə nikbin baxıram. İlham
Əliyev bizə güclü siyasətçi təsiri bağışlayır".
124
Prezident Heydər Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinin mümkün qədər qan tökülmədən, qırğın və dağıntılara yol vermədən,
dinc vasitələrlə həll etmək xətti götürdü. O, Avropada Təhlükəsizlik və
Əməkdaşlıq Təşkilatı (ATƏT - 1994-cü il Budapeşt sammitindən sonra ATƏM
belə adlanır) Minsk qrupunun fəaliyyətinin xeyli canlanmasına, ona nəzarət edən
və üzv dövlətlərin münaqişənin həllinə və regionda sabitlik yaradılmasına
marağının artmasına nail oldu. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsi Heydər Əliyevin bütün ölkələrin dövlət başçıları ilə görüşlərində əsas
mövzulardan biri olmuşdu. 1993-2000-ci illərdə Heydər Əliyev bu məsələni ABŞ
rəhbərliyi ilə 18, Fransa rəhbərliyi ilə 16, Rusiya rəhbərliyi ilə 28, Türkiyə
rəhbərliyi ilə 78 dəfə müzakirə etmiş, problemin həlli yollarını araşdırmışdı. BMT-
dəki çıxışlarında, NATO-nun, İslam Konfransı Təşkilatının, Türkdilli dövlət
başçılarının sammitlərində, MDB dövlət başçılarının, demək olar ki, bütün
görüşlərində Heydər Əliyev bu məsələyə toxunmuş, onun həllinin regionda və
dünyada siyasi, iqtisadi, beynəlxalq münasibətlərin inkişafına geniş imkanlar
açacağını vurğulamışdı.
125
Bütün bu fəaliyyətin nəticəsi olaraq dünya ictimaiyyəti
281
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həqiqi mahiyyətini anlaya
bildi. 2001-ci il sentyabrın ortalarında Ermənistanda olmuş Avropa Şurasının
Parlament Assambleyasının sədri Lord Rossel Conston açıqca bildirmişdi:
"Beynəlxalq ictimaiyyətdə belə bir rəy formalaşıb ki, Ermənistan Dağlıq Qarabağı
işğal edib".
126
Prezident Heydər Əliyev bu illərdə ATƏT rəhbərliyi və onun Minsk
qrupunun təmsilçiləri ilə 130-dan çox görüş keçirdi.
127
ATƏT-in 1994-cü ilin
dekabrında Budapeşt, habelə 1996-cı ilin dekabrında Lissabon sammitləri Dağlıq
Qarabağ münaqişəsinin Minsk qrupu vasitəsilə ədalətli, beynəlxalq prinsiplərə
əsaslanaraq həllinin vacibliyini təsdiq etdi. Budapeşt sammiti Heydər Əliyevin
təşəbbüsü ilə Azərbaycan və Ermənistan arasında gələcəkdə bağlanacaq sazişdən
sonra regiona daxil olub, silahlı münaqişənin nəticələrini aradan qaldıracaq
çoxmilli beynəlxalq qüvvələr yaradılacağı haqqında qərar qəbul etdi. Minsk qrupu
həmsədrləri təsisatı yaradıldı. Bu, vasitəçilərin fəaliyyətində əlaqəsizliyi, paralelliyi
aradan qaldırdı.
128
Burada iki il sonra keçirilmiş Lissabon sammitində Prezident
Heydər Əliyevin siyasi uzaqgörənliyi və iradəsi sayəsində Azərbaycanın mövqeyi
dünyanın 53 dövləti tərəfindən tanındı və müdafiə olundu. Sammitin yekun
qərarının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllolunma
prinsipləri haqqında təklif edilən bəndinə Ermənistan prezidenti razı olmadığı üçün
Heydər Əliyev zirvə toplantısı iştirakçılarının bu məsələ ilə bağlı münasibətlərinin
ifadəsi olan bir sənəd qəbul etdirmək məqsədilə yalnız yekdilliklə qəbul oluna
biləcək Yekun Aktına bütövlükdə imza atmaqdan imtina etdi. Nəticədə ATƏT-in
fəaliyyətdə olan sədrinin 54 üzv dövlətdən 53-ü (Ermənistan etiraz etmişdi), o
cümlədən ABŞ, Rusiya, Fransa və b. adından verdiyi və zirvə toplantısının rəsmi
sənədi elan olunmuş bəyanat qəbul olundu. Bu sənəddə Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün, birinci,
Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması,
ikinci, Dağlıq Qarabağa Azərbaycan Respublikası tərkibində yüksək dərəcəli
özünüidarə statusu - muxtariyyət hüququ verilməsi, üçüncü, Dağlıq Qarabağın
bütün əhalisinə - ermənilərə və azərbaycanlılara təhlükəsizlik təminatı verilməsi
kimi üç mühüm prinsip irəli sürüldü.
129
İkinci prinsip təcavüzə məruz qalmış
Azərbaycan üçün məqbul olmasa da, münaqişəni aradan qaldırmaq naminə buna
razılıq verilmişdi.
Lissabon sammitindən sonra Minsk qrupuna üç dövlət - ABŞ, Rusiya və
Fransa həmsədrlik etməyə başladı. Minsk qrupunun fəaliyyəti nisbətən fəallaşdı.
Həmsədrlər tərəfindən 1997-ci il iyun ayının 11-də "Dağlıq Qarabağ münaqişəsinin
aradan qaldırılmasına dair hərtərəfli saziş" adlı layihə təklif edildi. Bu, dəqiq
öhdəliklər ehtiva edən hüquqi sənəddən daha çox gələcək danışıqların əsas
istiqamət və tezislərini əks etdirən ümumi bəyannamə idi. Burada bir paketdə
282
birləşdirilmiş iki qrup məsələnin həlli nəzərdə tutulurdu: Birinci, silahlı
münaqişənin
dayandırılması.
İkinci,
Dağlıq
Qarabağın
statusunun
müəyyənləşdirilməsi. Bu sənəddə Azərbaycanı təmin etməyən bir sıra ciddi
məsələlər vardı. Sənəd BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlum
qətnamələrinə əsaslanmır və hüquqi baxımdan icbari xarakter daşımırdı. İşğal
olunmuş ərazilərin boşaldılması ilə status məsələsinin əlaqəli baxılması, dəqiq
mexanizmin və konkret zaman çərçivəsinin göstərilməməsi, bir çox problemlərin
"daimi qarışıq komissiya"ların öhdəsinə buraxılması əslində münaqişənin həllinin
illərlə uzadılmasına gətirib çıxaracaqdı. İkinci hissədə verilən təkliflər də Dağlıq
Qarabağın Azərbaycan tərkibində özünüidarə statusu konsepsiyası ilə uzlaşmırdı.
Azərbaycan tərəfi bu və bir çox başqa dolaşıq məsələlərə aydınlıq gətirilməsi üçün
həmsədrlərə müraciət etmişdi. Bununla belə, taktiki mülahizələrlə danışıqlar
prosesinə başlamaq və Ermənistanın mövqelərini ümumi şəkildə də olsa
müəyyənləşdirmək üçün Azərbaycan tərəfi "paket təklifi" qəbul etdi.
130
Lakin
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmədiyinə görə, habelə
Minsk konfransı çağırılmamış ilkin mərhələdə Dağlıq Qarabağın statusunu
müəyyənləşdirməyin yolverilməzliyini bəhanə gətirib bu sənədi
qəbul etmədi.
131
1997-ci il sentyabrın 19-da həmsədrlər "Dağlıq Qarabağ silahlı
münaqişəsinin dayandırılması haqqında saziş" adlı ikinci layihə təklif etdilər. Bu
sənəd münaqişəni mərhələlərlə aradan qaldırmağı nəzərdə tuturdu. Birinci
mərhələdə Laçın rayonu istisna olunmaqla Dağlıq Qarabağın inzibati
hüdudlarından kənardakı altı işğal edilmiş rayonun azad olunması, ATƏT-in sülhü
qorumağa yönəldilmiş əməliyyatının həyata keçirilməsi, qaçqınların azad edilmiş
ərazilərə qaytarılması, habelə Ermənistanın və Dağlıq Qarabağın həyat fəaliyyəti
üçün zəruri olan kommunikasiya vasitələrinin bərpa edilməsi nəzərdə tutulurdu.
İkinci mərhələdə tərəflər Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi Dağlıq
Qarabağın statusunu müəyyənləşdirməklə və onun təhlükəsizliyi üçün tədbirlər
görməklə, habelə Laçın, Şuşa və keçmiş Şaumyan rayonları ilə bağlı məsələləri
nizama salmaqla məşğul olmalı idilər. Həm də bu zaman hər bir bəndin həyata
keçirilməsinin dəqiq mexanizmi və konkret zaman çərçivəsi, prinsipləri pozan
tərəflərə qarşı sanksiyalar müəyyənləşdirilmişdi.
132
Bu sənəddə Dağlıq Qarabağın
azərbaycanlı əhalisi, "Laçın dəhlizi" və s. ilə bağlı Azərbaycanı qane etməyən
çoxlu maddə vardı. Lakin bütün
bunlara baxmayaraq, Azərbaycan 1997-ci il
oktyabrın 1-də "mərhələli həll" təklifinin danışıqlara başlamaq üçün əsas kimi
qəbul olunmasına razılığını bildirdi.
133
Ermənistan prezidenti L.Ter-Petrosyan da
buna müsbət münasibətini açıqladı. Buna səbəb Ermənistanın və Dağlıq Qarabağın
son dərəcə ağır iqtisadi durumu, dəyişən beynəlxalq iqtisadi və siyasi maraqların
Ermənistan rəhbərliyi tərəfindən dərk edilməsi idi.
134
1997-ci il oktyabrın 10-da
Strasburqda Azərbaycan və Ermənistan prezidentləri həmsədrlərin 1997-ci il 19
283
sentyabr tarixli təklifləri əsasında danışıqları davam etdirməyə razılıq verdiklərini
bildirdilər.
135
Lakin Ermənistan prezidentinin danışıqları davam etdirmək fikri
qondarma "DQR" liderləri tərəfindən kəskin etirazla qarşılandı. Oktyabrın 26-da
"DQR" adlanan qondarma qurumun "prezidenti" Qukasyan "mərhələli həll"
təklifinin qəbuledilməz olduğunu bəyan etdi. Sonrakı çıxışlarında qondarma
"prezident" nizamlamanın erməni sxeminin konturlarını açıqladı: Laçın, Şuşa
istisna olmaqla, başqa işğal edilmiş ərazilər hesabına Dağlıq Qarabağın
Azərbaycandan şaquli asılılığı olmayan statusu əldə edilsin.
136
Ermənilərin nazı ilə
oynayan ATƏT-in Minsk qrupunun həmsədrləri dekabrın 2-də "mərhələli həll"
təklifinin yenidən işlənmiş, "DQR"-in münaqişə tərəfi kimi tanınmasını təklif edən
maddə əlavə olunmuş variantını təqdim etdi. Təbii, Azərbaycan bu variantla
razılaşmadı və danışıqların əvvəlki variant üzrə aparılmasının mümkün olduğunu
bildirdi.
137
1998-ci il yanvarın 7-8-də Ermənistan Respublikası Təhlükəsizlik Şurasının
iclasında L.Ter-Petrosyanın mövqeyi kəskin tənqid edildi. Fevralın 3-də o, istefa
verməyə məcbur oldu. Ermənistanın yeni rəhbərliyinin radikal mövqeyi
danışıqların bu təməl üzərində davam etdirilməsi imkanlarını puça çıxardı.
138
Uzun sürən fasilədən sonra həmsədrlər 1998-ci il noyabr ayının 9-da əsasən
rusiyalı həmsədrin fəal iştirakı ilə hazırlanmış yeni, sayca üçüncü -"Ümumi dövlət"
adlanan təklifi təqdim etdilər. Bu təklif də birinci təklif kimi paket xarakteri
daşıyırdı, ATƏT-in Budapeşt və Lissabon sammitlərinin münaqişənin mərhələli
həllini əsas götürən qərarlarına zidd idi. Dağlıq Qarabağın statusunun qəbul
edilməsi silahlı qarşıdurmanın dayandırılmasından daha əvvəl nəzərdə tutulurdu.
Bundan başqa, ortaya atılmış "ümumi dövlət" modelinin heç bir beynəlxalq hüquqi
bazası yox idi. Əslində Dağlıq Qarabağ
m
üvafiq atributları olan respublika şəklində
dövlət, ərazi qurumuna çevrilir, "ümumi dövlət" çərçivəsində ona Azərbaycanla
bərabər-subyektlilik verilirdi. Azərbaycan öz sərhədləri daxilində suveren
hüquqlarını gerçəkləşdirmək imkanından faktiki olaraq məhrum olurdu.
Azərbaycan özünə qarşı bu alçaldıcı təklifdən qəti imtina etdi.
139
Bundan sonra
Ermənistan münaqişənin həllində Azərbaycanı qeyri-konstruktiv mövqe tutmaqda
təqsirləndirməyə başladı.
Prezident Heydər Əliyev 1999-cu ilin əvvəllərində Minsk qrupu
həmsədrlərinə prosesi canlandırmaq təklifi ilə müraciət etdi. Hər üç dövlət başçısı
münaqişənin ATƏT prinsipləri əsasında aradan qaldırılması üçün yollar
axtarılmasında maraqlı olduqlarını bildirdilər. Həmin ilin aprel ayında Vaşinqtonda
ABŞ prezidenti və dövlət katibinin təklifi ilə Azərbaycan və Ermənistan
prezidentlərinin birbaşa dialoqu-münaqişənin nizama salınması danışıqlarında yeni
format yarandı. Prezidentlər bir neçə dəfə görüşüb məsələni müzakirə etdilər.
1999-cu ilin oktyabr ayında mövqeləri xeyli yaxınlaşdırmaq mümkün oldu.
140
284
Lakin 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentindəki terror hadisəsindən
sonra prezident Koçaryan, kiçik də olsa, əldə edilmiş müəyyən razılaşmalardan
imtina etdi.
141
Havadarlarına arxalanaraq müharibəyə girişmiş Ermənistanın iqtisadi və
mənəvi durumu gündən-günə ağırlaşırdı. Ölkəni 1,5 milyondan çox insan tərk edib
getmişdi. Vaxtın Ermənistanın əleyhinə işlədiyini görən havadarlar bir qədər
fəallaşdılar. 2001-ci ilin yanvarında Parisdə Azərbaycan və Ermənistan
prezidentlərinin növbəti görüşü oldu. Həmsədr ölkələrin rəhbərləri tərəflərə
münasibətdə yenə də ikili standartlardan çıxış edərək Azərbaycanı "yazıq", "kasıb",
"iqtisadiyyatı ağır vəziyyətdə olan" Ermənistana güzəştə getməyə
təhrik
edirdilər.
142
2001-ci il fevralın 23-də Azərbaycan Respublikası Milli Məclisi
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması
prosesinə aid məsələni müzakirə etdi. İki gün əvvəl - fevralın 21-də rəsmi
qəzetlərdə ATƏT-in təklif etdiyi hər üç layihə çap olunub ictimaiyyətə
çatdırılmışdı.
143
Müzakirəyə bütün siyasi partiyalar, təklifləri olan şəxslər dəvət
olunmuşdular. İclasda Prezident Heydər Əliyev və xarici işlər naziri təklifləri,
mövcud vəziyyəti əhatəli təhlil etdilər. Müzakirələr göstərdi ki, Azərbaycan
cəmiyyətinin münaqişənin həlli üçün güzəşt imkanları tükənmişdir.
Bu fikir
Azərbaycan ziyalılarının 2001-ci il mayın 30-da yaydıqları bəyanatda daha açıq
ifadə olunurdu: "Biz sülh tərəfdarıyıq, müharibə başlanmasının, qan tökülməsinin
əleyhinəyik, amma sülhdən daha vacib vətənimizin əzəli torpaqlarının
qaytarılmasıdır. Lazım gələrsə, bu yolda BMT Nizamnaməsinə uyğun olaraq
təcavüzkara qarşı güc tətbiq edilməsi də istisna olunmamalıdır".
144
Azərbaycan və Ermənistan prezidentlərinin yeni formatda-Minsk qrupu
həmsədrlərinin iştirakı ilə 4-6 mart Paris (Fransa), 3 aprel 2001-ci il Ki-Uest (ABŞ)
görüşləri, bütün təzyiqlərə baxmayaraq, Azərbaycanın mövqelərinin dəyişməzliyini
nümayiş etdirdi.
145
Heydər Əliyev həmsədrlərin və bu münaqişənin həllində öz prinsiplərini
tam müdafiə etməyib, ikili siyasət yeridən beynəlxalq təşkilatların "reallıqla
razılaşmaq lazımdır" tövsiyəsini
146
qəti rədd etdi. Yaltada GUÖAM dövlət
başçılarının sammitində həmsədrlərin problemin həllindən boyun qaçırmaqla, onu
münaqişə edən tərəflərin öhdəsinə buraxmaqla ciddi səhvə yol verdikləri,
beynəlxalq hüquq normalarını və prinsiplərini təhlükə altında qoyduqları tənqid
edildi.
Jurnalistlərlə görüşündə Azərbaycan Prezidenti "müharibə variantı"nın
istisna olunmadığını bildirmişdi.
147
AATŞ-ın üzvü olan ölkələrin dövlət və
hökumət başçılarının 2002-ci il noyabrın 22-də Praqada keçirilmiş zirvə görüşündə
Prezident Heydər Əliyev demişdir: "Nə qədər ki gec deyil, dünya birliyi
285
beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın
suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunması əsasında münaqişənin
sülh yolu ilə tənzimlənməsi üçün əlindən gələni etməlidir".
148
Azərbaycanın mövqeyinin dəyişməzliyinə səbəb Heydər Əliyevin rəhbərliyi
altında uğurla həyata keçirilən daxili və xarici siyasət, ölkənin iqtisadiyyatının
sürətli inkişaf yoluna düşməsi, milli ordu quruculuğu sahəsində irəliləmələr,
regionla bağlı məsələlərin həllində iri dövlətlərin onunla hesablaşmağa məcbur
olması idi.
Dostları ilə paylaş: |