Prezident Heydər Əliyevin təĢəbbüsü ilə 1998-ci il sentyabrın 7-8-də
Bakıda "Böyük Ġpək Yolu" Beynəlxalq konfransı keçirildi. Dünyanın 32
ölkəsinin və beynəlxalq təşkilatının təmsil olunduğu bu konfransda "Bakı
Bəyannaməsi" qəbul edildi, Yeni İpək Yolunun tranzit ölkələr üçün son dərəcə
faydalı olacağı bildirildi, Böyük İpək Yolunun mənzil qərargahı yaradıldı və onun
Bakıda yerləşməsi qərara alındı.
87
Yeni nəqliyyat yolu ilə Azərbaycandan 1996-cı ildə 345 min, 2002-ci ildə
isə artıq 33 milyon tondan çox yük daşınmışdı. Qazaxıstanın Tengiz yatağından
çıxarılan neft tankerlərlə Bakıya gətirilir, Azərbaycan və Gürcüstan dəmir yolları
vasitəsilə Avropaya ixrac olunurdu. 1998-ci ilin yanvar ayında Bakı yaxınlığında
Orta Asiya neftinin Xəzər dənizi, Azərbaycan və Gürcüstan əraziləri vasitəsilə
Qara dənizin Batumi limanına çatdırılması üçün nefti tankerlərdən dəmiryol
sisternlərinə yükləməyə imkan verən Dübəndi terminalı istifadəyə verildi.
88
2002-
ci ilin dekabr ayında Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan kəməri ilə ixrac
edilməsi barədə razılıq əldə olundu. Aktau-Bakı-Tbilisi-Ceyhan enerji nəqliyyat
dəhlizinin təməli qoyuldu.
89
311
Bakı Beynəlxalq Dəniz Limanı Yeni İpək Yolunda baş körpüyə çevrildi.
Bərə keçidi dünya standartlarına uyğun şəkildə yenidən quruldu.
90
Xəzər Nəqliyyat
Donanmasında yük tutumu 320 min ton olan 69 gəmi, o cümlədən 34 tanker və 27
quru yük, 8 sərnişin gəmisi və bir bərə-gəmi vardı.
91
Azərbaycanı nəqliyyat blokadasına almaq və ona təsir göstərmək cəhdləri
baş tutmadı. 1997-ci ilin martında Rusiya Federasiyası Azərbaycanla sərhəddəki
məhdudiyyətləri götürdü, şose, dəmir və su yollarını açdı. Üçillik fasilədən sonra
1997-ci ilin may ayında Bakı-Moskva, Bakı-Kiyev, Bakı-Mahaçqala, Bakı-
Həştərxan qatarları yenidən işləməyə başladı. Bakı-Poti limanı arasında etibarlı
dəmiryol əlaqəsi yaradıldı.
92
2001-ci ilin ortalarında Rusiya Federasiyası "Şimal-Cənub" nəqliyyat
dəhlizinin yaradılması təşəbbüsünü irəli sürdü.
93
Ġqtisadiyyatda struktur dəyiĢiklikləri. Ölkənin iqtisadiyyatında struktur
dəyişiklikləri getdikcə dərinləşirdi. Onun başlıca istiqamətləri dövlət mülkiyyətinin
özəlləşdirilməsi, aqrar islahatların həyata keçirilməsi və sahibkarlığın inkişaf
etdirilməsi idi. 1995-ci il sentyabrın 29-da Qanunla təsdiqlənmiş "Azərbaycan
Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsi Dövlət
Proqramı", "Sahibkarlıq fəaliyyəti haqqında", "Müəssisələr haqqında", "Səhmdar
cəmiyyətləri haqqında", "Auditor xidməti haqqında" qanunlar, "Dövlət
müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsi haqqında Əsasnamə" və başqa
mühüm hüquqi aktlar qəbul edilmişdi. Sahibkarlığın inkişafı üçün Milli Fond təsis
olunmuşdu. "Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi", yerlərdə
sahibkarlığı inkişaf mərkəzləri, "Kiçik və Orta Sahibkarlığı İnkişaf Agentliyi",
"Xarici İnvestisiyalar Mərkəzi", "İqtisadi və Biznes İnformasiya Mərkəzi"
"Azərbaycan Respublikası Auditorlar Palatası" yaradılmışdı. Bu təşkilatlar
sahibkarların investisiya layihələrini ekspertiza edir, onların həyata keçirilməsi
üçün maliyyə yardımı göstərirdilər. Sahibkarlar üçün müxtəlif kurs və seminarlar
təşkil olunurdu.
94
Vətəndaşların xarici banklarda saxlanılan pullarının Azərbaycanda
investisiya qoyuluşuna cəlb edilməsi üçün 1995-ci ilin iyul ayında qəbul olunmuş
Qanuna əsasən qoyulan vəsaitin mənbəyi haqqında məcburi təlimat alınması
qadağan edildi.
95
Prezident 1996-cı il iyunun 17-də və 1999-cu il yanvarın 7-də
sahibkarların hüquqlarını müdafiə edən, onların fəaliyyətinə yersiz müdaxilənin və
əsassız yoxlamaların qarşısını alan fərmanlar verdi.
96
Prezident 1996-cı ilin avqustunda sahibkarların nümayəndələri ilə görüşdü,
vəziyyət müzakirə edildi. Onun 2002-ci il aprel ayının 25-də yerli, may ayının 14-
də isə respublikada fəaliyyət göstərən xarici sahibkarlarla görüşü zamanı bu sahədə
hələ də mövcud olan nöqsanlar, maneələr əhatəli araşdırıldı və az sonra dövlət
məmurları ilə xüsusi müşavirədə bu sahədə müvafiq tədbirlər müəyyənləşdirildi.
312
2002-ci il avqustun 27-də Prezidentin sərəncamı ilə Prezident yanında Sahibkarlar
Şurası yaradıldı. Prezident Fərmanı ilə "Azərbaycan Respublikası Sahibkarlığa
Kömək Milli Fondu haqqında Əsasnamə" təsdiq olundu.
97
"Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa dövlət köməyi
Proqramı (1997-2000-ci illər)" hazırlandı və qəbul olundu. 2002-ci ilin yayında
"Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət
Proqramı (2002-2005-ci illər)" təsdiq edildi.
98
Müəssisələrin dövlət qeydiyyatı işi
sadələşdirildi, zonalar üzrə qeydiyyat mərkəzləri yaradıldı.
99
2002-ci ilin sentyabr ayında Prezidentin Fərmanı ilə lisenziya tələb olunan
fəaliyyət növlərinin sayı 240-dan 30-a endirildi və lisenziyaların fəaliyyət müddəti
5 ilə qaldırıldı.
100
2002-ci il sentyabrın 10-da Azərbaycan Prezidentinin
sahibkarlığın inkişafı üçün əlverişli iqtisadi və hüquqi şərait yaratmaq məqsədilə
"Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində
əlavə tədbirlər haqqında" fərmanı verildi.
101
Həmin il sentyabrın 28-də
"Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında"
Prezident Fərmanı imzalandı. Hüquq-mühafizə orqanlarının (məhkəmədən başqa)
sahibkarlıq subyektlərinə müdaxilələri qadağan edildi. DİN-in İqtisadiyyatda
Cinayətkarlıqla Mübarizə İdarəsi ləğv olundu.
102
Kiçik və orta sahibkarlığın inkişafına kömək üçün dövlət qarşıdakı üç ilə
250 milyard manat vəsait ayırdı.
103
Bu məqsədlə 2002-ci ilin oktyabr ayında Dünya
Bankının Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Qara
dəniz Ticarət və İnkişaf Bankı və s. maliyyə qurumları birlikdə Azərbaycan
Mikromaliyyə Bankı təşkil etdilər.
104
İşgüzar adamların fəaliyyətini tənzimləmək, onlara istiqamət, proqnozlar
vermək məqsədilə Azərbaycanda və qabaqcıl xarici ölkələrdə qarşılıqlı ticarət və
sənaye palataları və başqa təşkilatlar yaradılmışdı. "Amerika-Azərbaycan Ticarət
Palatası", "Azərbaycan-İran Birgə İqtisadi, Texniki, Elmi və Humanitar
Komissiyası", "Türkiyə-Azərbaycan Müştərək İqtisadi Komissiyası" təşkil
olunmuşdu.
105
Respublikada sahibkarlığın inkişafına beynəlxalq iqtisadi təşkilatlar da
köməklik göstərirdilər. BMT-nin İnkişaf Proqramı sənaye komplekslərinin inkişafı,
yoxsulluğun aradan qaldırılması, qaçqın və köçkünlərin yerləşdirilməsi, işlə təmin
olunması, həyat səviyyəsinin yüksəldilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması və
başqa layihələrin hazırlanması və maliyyələşdirilməsində iştirak edirdi. Avropa
Birliyi İqtisadi Komissiyası TASİS Texniki Yardım Proqramı respublika
iqtisadiyyatında struktur dəyişiklikləri, sahibkarlığın inkişafı, xüsusən kənd
təsərrüfatında islahatların aparılmasına investisiyalar cəlb olunması, Avropa-
Qafqaz-Asiya ticarət, nəqliyyat əlaqələrinin inkişafına kömək üçün layihələr
hazırlanmasında fəal iştirak edirdi. Bu proqram dairəsində KOSİA-SMEDA
313
təşkilatı, habelə "Türk Sənaye İş Adamları Birliyi", "Türk İş Birliyi İnkişaf
Agentliyi" respublikada sahibkarlığın inkişafına yardım göstərirdilər.
106
Almaniya Texniki Əməkdaşlıq Təşkilatı kənd təsərrüfatını özəlləşdirmək
işləri üçün xüsusi layihə hazırlayıb Azərbaycana hədiyyə etmişdi.
107
İngiltərənin "Kayzer" firması ilə Sumqayıt Əlvan Metal İstehsalatı
Birliyinin müqaviləsi əsasında alüminium zavodu yenidən işə başladı.
108
İtaliyanın
"Porçeti SPA" firması ilə kontrakta əsasən natrium qələvisi istehsal edən müasir
qurğular işə salındı. Səudiyyə Ərəbistanı firması ilə aşağı təzyiqli polietilen,
polivinilxlorid istehsalı qurğuları yaradılması, "Polimer-120" qurğusunun,
Yaponiya firmaları ilə etilen-propilen zavodunda "EP-300" qurğusunun yenidən
qurulması və s. üçün başqa müqavilələr bağlandı. İtaliya firması ilə müqaviləyə
əsasən, Qaradağda yeni şin zavodu tikilməsi planlaşdırıldı.
109
Suraxanı
maşınqayırma zavodunda ABŞ-ın "Haylənd" firması ilə müştərək müəssisə
yaradıldı və dünya standartlarına uyğun nasoslar istehsal edildi. Bakı
maşınqayırma zavodunda ABŞ-ın "Red-Tul" firması ilə yaradılmış müştərək
müəssisədə müasir texnologiyalara cavab verən qazma baltaları, Avstriya firması
ilə birgə qazma qıfılları istehsal olunurdu. Bakı poladtökmə zavodu Türkiyə şirkəti
ilə müştərək müəssisə yaradıb tikinti üçün armatur istehsalına başlamışdı.
110
Bakı
tütün kombinatı ABŞ-ın "Raynold Tobakko" və Türkiyənin "Star" firmaları ilə
birgə müəssisə yaradıb istehsalatı modernləşdirmişdi.
111
Xarici investisiya ilə Bakıda qurulmuş "Evropean Tobakko-Baku"
fabrikində artıq 2000-ci ildə 20 növ siqaret istehsal olunurdu. Respublikanın
müxtəlif bölgələrində xarici investisiyalar hesabına 5 nümunəvi kənd təsərrüfatı
müəssisəsi yaradılmağa başlanmışdı. Meliorasiya qurğularının bərpası və yenidən
qurulması üçün xeyli kredit verilmişdi. Türkiyənin "Polsan" şirkəti Azərbaycanda
"Saro LTD" firması təşkil edərək Şri-Lankadan çay gətirib burada qablaşdırırdı. Bu
ölkənin "İntersun" şirkətlər qrupu Bakı çayçəkmə fabriki ilə müştərək "Azərsun"
müəssisəsi yaratmışdı. Fabrik əsaslı şəkildə yenidən qurulmuş, müasir
texnologiyalar əsasında "Məryəm", "Final" və s. markalı çaylar istehsal edilməyə
başlanmışdı.
113
Türkiyənin "Pet Holdinq" şirkəti dəri fabriki, fındıq və qoz emalı
müəssisəsi təşkil etmişdi. Bu şirkət ADNŞ ilə birgə müəssisə yaradaraq Neftçalada
iki köhnə neft mədənini işlətməyə başlamış, burada hasilat xeyli artmışdı. İranın
"Şibarra", Türkiyənin "Star" və digər şirkətləri respublikada tikinti işləri
aparırdılar. Türkiyənin "BMS" sənaye və ticarət şirkəti Bakı avtomobil zavodu ilə
birgə müəssisə yaradıb avtobus istehsalına başlamışdı.
114
İnvestisiya qoyuluşunun artması, iqtisadi struktur dəyişmələri sahibkarlığın
inkişafına münasib imkanlar açırdı. 1993-cü ildə respublikada cəmi 300, 1997-ci
ildə isə artıq 60 min özəl müəssisə vardı. Daxili mal dövriyyəsinin 75 faizə qədəri,
xarici ticarətin 44 faizi bu müəssisələrin payına düşürdü.
115
314
Kiçik dövlət müəssisələrinin özəlləşdirilməsi 1997-ci ilin martında artıq
başa çatmışdı. 10174 kiçik müəssisə özəl mülkiyyətə, əsasən, əmək kollektivi
üzvlərinə satılmışdı. İri və orta müəssisələrin özəlləşdirilməsi səhmdar
cəmiyyətləri yaradılması yolu ilə həyata keçirilirdi. Belə sənaye müəssisələrinin
səhmləri 1997-ci il martın 1-dən əhaliyə paylanan ümumi mülkiyyət bölgüsündən
hər kəsə düşən hissənin ifadəsi olan 7 milyon 500 mindən çox hər biri 4 çekdən
ibarət paya dəyişdirildi. 1998-ci ilin sonlarında Prezidentin Fərmanına əsasən
müharibə və Çernobıl əlillərinə, onların ailələrinə əlavə özəlləşdirmə payları
verildi. Özəlləşən müəssisələrin göstəriciləri hərracdan azı iki həftə qabaq
mətbuatda dərc olunurdu. Səhmlərin 15 faizi əmək kollektivi üzvlərinə güzəştlə
nağd pula satılır, 50 faizi isə çeklərə dəyişdirilirdi. Dövlət Əmlak Komitəsi
çeklərin hərracı üçün Respublika Hərrac Mərkəzi təşkil etmişdi. Çekləri toplayıb
səmərəli yerləşdirmək, əldə ediləcək dividentləri bölüşdürmək üçün çek investisiya
fondları yaradılmışdı.
116
2002-ci ilin oktyabr ayınadək 36,2 minə qədər kiçik dövlət müəssisəsi,
müəssisə obyekti və avadanlığı, o cümlədən 9,5 mindən çox məişət xidməti, 2797
ticarət, 773 ictimai iaşə müəssisəsi, 552 yanacaqdoldurma məntəqəsi, 570-ə qədər
çörək ticarəti və çörəkbişirmə obyekti, 700 sənaye, 120 kənd təsərrüfatı müəssisəsi,
337 tikinti təşkilatı, 181 yarımçıq tikinti, 14,7 mindən çox nəqliyyat müəssisəsi və
vasitəsi, 119 aptek, 1,3 mindən çox qeyri-yaşayış obyekti və s. özəlləşdirilmişdi.
1463 orta və iri dövlət müəssisəsi səhmdar cəmiyyətinə çevrilmişdi. 100 mindən
çox vətəndaş səhmdar, 140 mindən çox adam əmlak sahibi idi. 331,3 min mənzil-
özəlləşdirilməsi nəzərdə tutulan mənzillərin 52,8 faizə qədəri xüsusi mülkiyyətə
verilmişdi.
117
2002-ci ilin əvvəllərinə qədər çeklərin cəmi təqribən 10 faizi dövriyyədən
çıxmışdı. Qalan çeklər qara bazarda əvvəllər 100 dollara, sonralar isə 4 dollardan
da ucuz (təqribən 20 min manata) qiymətə satılmış, bir hissəsi xarici qrupların
əlində toplanmışdı.
118
Bunu nəzərə alaraq strateji özəlləşməyə başlamazdan əvvəl
ölkənin və vətəndaşların maraqlarını qorumaq üçün 2000-ci ilin martında çek
dövriyyəsinin tənzimlənməsinə istiqamətləndirilmiş qaydalar müəyyən edildi.
Mövcud vəziyyətin öyrənilməsi və nəzərə alınması üçün 400-dən çox çekə sahib
olanların çekləri Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydə alındı.
119
2000-ci il avqustun 10-da özəlləşdirmənin İkinci Dövlət Proqramı qəbul
edildi. Özəlləşdirmənin daha səmərəli formaları tətbiq olunmağa başlandı.
"Bakelektroqaynaq" Səhmdar Cəmiyyəti, Siyəzən broyler fabriki və s. üzrə
investisiya müsabiqələri təşkil olundu. Strateji müəssisələrin özəlləşdirilməsi üçün
maliyyə məsləhətçiliyi üzrə tenderlər keçirildi. Bir çox iri müəssisələr, o cümlədən
"Azərbaycan-alüminium", "Bakelektrik-şəbəkə", "Siyəzən-broyler" və s.
özəlləşdirildi.
120
Prezidentin 2001-ci il 22 mart tarixli Fərmanı ilə kimya, neft-
315
kimya, maşınqayırma, yanacaq-energetika kompleksi müəssisələri, ADNŞ-in bəzi
müəssisələri, o cümlədən neft bazaları, qaz zavodu, Sumqayıt aşqarlar zavodu,
Azərkabel zavodu özəlləşdirilməyə başlandı. 2001-ci ilin payızınadək artıq
respublikada dövlət müəssisələri bazasında 1275 səhmdar cəmiyyəti yaradılmışdı.
Kənd Təsərrüfatı Nazirliyi üzrə 248, "Azəravtonəqliyyat" Dövlət Konsemi üzrə
101, "Xidmət" Dövlət Konsemi üzrə 95, Ticarət Nazirliyi üzrə 86, "Taxıl
məhsulları" Dövlət Şirkəti üzrə 62, "Azəryeyintisənaye" Dövlət Şirkəti üzrə 55,
"Xalq üçün mallar" Dövlət Konserni üzrə 47, "Azərsənayetikinti" Dövlət Şirkəti
üzrə 29, "Azərquşsənaye" Dövlət Şirkəti üzrə 32, "Sənaye-ticarət" Dövlət Konserni
üzrə 31, "Azərkəndtikinti" Dövlət Şirkəti üzrə 22, Dövlət Neft Şirkəti üzrə 17,
"Azərbalıq" Dövlət Konserni üzrə 10 müəssisə, səhiyyə üzrə 18, rabitə üzrə 9,
metallurgiya üzrə 10, mənzil-kommunal təsərrüfatı üzrə 4 belə təşkilat vardı.
121
Beləliklə, iqtisadi özünütənzimləmə sisteminin yaranmasına münasib imkanlar
açılır, rəqabət yaradılırdı. Məsələn, çörək mağazaları və çörəkbişirmə müəssisələri
özəlləşdirildikdən sonra çörək qıtlığı, uzun növbələr aradan qalxdı.
122
Lakin hələ də iqtisadi islahatların reallaşmasına mane olan, narazılıq
yaratmaq, haram pullarla varlanmaq istəyən şəxslər vardı. İqtisadiyyatın inkişafı
üçün sərmayə qoymaq istəyən layihə sahibləri korrupsiyaya qurşanmış məmurlar
tərəfindən soyuq, hörmətsiz və "şapka" təklifi ilə qarşılanırdılar.
123
Bəzi
müəssisələr istehsaldan tutmuş, əmək haqqının ödənilməsinə, satışa qədər bütün
prosesləri nağd pulla yerinə yetirir, sənədlərdə müəssisəni, istehsalın, xidmətin bir
hissəsini göstərmirdilər. Kəndlərdə torpaq bölgüsü sahəsində qüsurlara yol verilir,
narazılıqlar meydana çıxırdı. Prezident Heydər Əliyev ölkəyə investisiya
gəlməsinə, iqtisadiyyatın inkişafına, yeni müəssisə və istehsalatlar yaradılmasına
öz şəxsi maraqlarını güdərək mane olanları "xalqın daxili düşməni" adlandırır və
onlara qarşı qəti mübarizə aparılmasını tələb edirdi.
124
Korrupsiyaya qarşı
mübarizənin təşkili haqqında xüsusi fərman verilmişdi.
Aqrar islahatlar. Kənddə sahibkarlığın inkiĢafı. İqtisadiyyatda struktur
dəyişikliklərinin mühüm istiqamətlərindən biri də torpaq islahatının həyata
keçirilməsi idi. İlk vaxtlar kənd təsərrüfatında sahibkarlıq çox ləng inkişaf edirdi.
1992-ci ildə 320, 1995-ci ilin əvvəllərində isə 830 müstəqil və kollektiv fermer
təsərrüfatı vardı.
12
1995-ci ilin fevral ayında "Aqrar islahatların əsasları" və "Kolxoz və
sovxozların islahatı haqqında" qanunlar qəbul edildi.
126
Bu mühüm qanunların
həyata keçirilməsi ilk növbədə torpağa mülkiyyət münasibətlərinin yenidən
müəyyənləşdirilməsindən çox asılı idi. 1995-ci ilin mart ayında "Dövlət Aqrar
İslahatı Komissiyası" yaradıldı.
127
1996-cı il iyulun 16-da ölkənin aqrar sektorunda radikal bir addım atıldı.
Prezident Heydər Əliyevin rəhbərliyi altında hazırlanan, onun təfəkkürünün və
316
siyasi iradəsinin məhsulu olan "Torpaq islahatı haqqında" Qanun qəbul edildi.
128
Bu qanuna görə, bütün postsovet respublikalarından fərqli olaraq, torpaq sosial
ədalət prinsipinə əsasən kənddə yaşayan vətəndaşların xüsusi mülkiyyətinə pulsuz
verildi. Respublikanın vahid torpaq fondu əsasında üç - dövlət, bələdiyyə və xüsusi
torpaq mülkiyyəti forması müəyyən olundu. Kənd təsərrüfatı torpaqlarının 22 faizi
- 1 milyon 911 min hektarı xüsusi mülkiyyətə, 45 faizi dövlət mülkiyyətinə, 33
faizi isə bələdiyyə mülkiyyətinə verildi.
129
Qanunun icrası üçün Prezident Fərman
imzaladı. "Dövlət torpaqları haqqında", "Torpaq vergisi haqqında" qanunlar,
normativ aktlar qəbul olundu. 1999-cu il martın 12-də "Dövlət torpaq kadastrı,
torpaqların monitorinqi və yerquruluşu haqqında" və "Torpaq icarəsi haqqında",
həmin il iyulun 18-də "Torpaq bazarı haqqında" qanunlar verildi. Bütün rayonlarda
torpaq istifadəçilər üzrə inventarlaşdırıldı və iqtisadi cəhətdən qiymətləndirildi.
Özəl qurumların tələbatını təmin etmək üçün 1996-cı ilin iyul ayında Aqrar kredit
kassaları təşkil olundu.
130
Prezident Heydər Əliyev "Aqrar sahədə islahatların sürətləndirilməsinə dair
bəzi tədbirlər haqqında" 1999-cu il 22 mart tarixli Fərmanı ilə kənd təsərrüfatı
məhsulları istehsalçılarını beş il müddətinə torpaq vergisindən başqa bütün (8 növ)
vergilərdən azad etdi və bu vergilər üzrə borcların hamısı silindi. Nazirlər
Kabinetinin 1996-cı il 26 mart tarixli qərarı ilə onlara neft məhsulları, yanacaq 50
faiz güzəştlə satıldı.
131
1999-cu il noyabrın 9-da Prezident xüsusi Fərmanla "1999-2000-ci illərdə
Azərbaycan Respublikasında aqrar islahatların dərinləşdirilməsi və kənd
təsərrüfatında sahibkarlığın inkişafına kömək göstərilməsinə dair Dövlət
Proqramı"nı təsdiq etdi.
132
Bu sahədə iş daha da intensivləşdi.
2001-ci ilin əvvəllərində 1 milyon 329 min 285 ha torpaq özəlləşdirilmiş,
kənddə yaşayan 830 min ailədən 818 mini (3 milyon 238 min adam) torpaq payını
almışdı.
133
Kənd təsərrüfatı müəssisələrinin 2,9 milyard manatlıqdan artıq əmlakının
2,1 milyard manatlığının özəlləşdirilməsi nəzərdə tutulurdu.
134
Aqrar islahatlara eksperiment qaydasında daha tez başlamış Xızı, Zaqatala,
Salyan və Masallı rayonlarında bu iş artıq 1996-cı ilin axırlarında başa çatmışdı.
135
1996-cı ilin yazından başlayaraq ictimai kənd təsərrüfatı müəssisələrinin
mal-qarası özəl mülkiyyətə verildi.
136
1995-ci ildən başlayaraq 1300-dən çox kolxoz və sovxoz ləğv edildi,
onların bazasında 35 minədək kəndli-fermer təsərrüfatı, o cümlədən 224
kooperativ, 491 kiçik müəssisə, 1676 birgə təsərrüfat yaradıldı.
137
1996-cı ilin oktyabr ayında "Sudan pulla istifadə haqqında Əsasnamə" qəbul
olunması meliorasiya xidmətlərinin yaxşılaşmasına imkanlar açdı. Meliorasiya
qurğularının bərpası və genişləndirilməsinə başlanıldı. 2000-ci ildə uzunluğu 52,9
317
km olan Baş Muğan-Mil kollektorunun ikinci hissəsi istifadəyə verildi. Samur-
Abşeron kanalında yenidənqurma işləri başlandı.
138
Kənd təsərrüfatında lizinq (icarə) xidməti formalaşdı. Bu işdə Yaponiya fəal
iştirak edirdi. 1997-1998-ci illərdə bu ölkə Azərbaycana 350 milyon iyen (12
milyard manat), 1999-cu ildə isə 400 milyon iyen texnika şəklində qrant
ayırmışdı.
139
2002-ci ilin əvvəllərinədək bu qrant hesabına 705 kənd təsərrüfatı
texnikası, traktor, kombayn və s. alınmışdı.
140
Aqrar islahatların həyata keçirilməsi sahəsində bəzən tələsikliyə və səhvlərə
də yol verilmişdi. Torpaqlar paylandıqdan və pambıq zavodları özəlləşdirildikdən
sonra pambıqçılıq kimi əhəmiyyətli bir sahə özbaşına buraxılmışdı. 1998-ci ildə 60
min tona qədər pambıq tarlalarda yığılmamış qalmışdı.
141
Konserv zavodları
gücünün 10-15 faizi həcmində işləyirdi. Özəlləşdirilməsi nəzərdə tutulan 126 şərab
zavodunun cəmi 14-ü səhmdar cəmiyyətinə, 6-sı özəl kiçik müəssisəyə çevrilmişdi.
İslahatlar Bərdə, Neftçala, Dəvəçi, Beyləqan, Şəki, Qəbələ, Ucar, Ağdaş,
Goranboy, Tərtər rayonlarında çox ləng gedirdi.
142
557 kənd təsərrüfatına xidmət
müəssisəsində özəlləşdirmə zəif idi. Buna əsas səbəb respublikaya 90-cı illərin
əvvəllərindən kənd təsərrüfatı texnikası gətirilməməsi, mövcud maşın-traktor
parkının köhnəlib sıradan çıxması olmuşdu. Dövlət mülkiyyətində qalmış 41
toxumçuluq və damazlıq müəssisəsinin də maddi bazası olduqca zəif idi.
Prezidentin 1999-cu il 22 mart tarixli Fərmanı bu sahədə nöqsanların aradan
qaldırılmasına,
inkişaf
üçün
yeni
imkan
və
vasitələr
tapılmasına
istiqamətləndirirdi.
143
Çətinliklərə baxmayaraq, respublikada özəlləşdirmə uğurla həyata
keçirilirdi. 2002-ci ildə artıq ümumi daxili məhsulda özəl sektorun payı 71 faiz
təşkil edirdi. Sənaye məhsulunun 50 faizi, kənd təsərrüfatı istehsalının 99 faizi,
ticarətin 99 faizi, tikintinin 76 faizi, nəqliyyat və rabitədə xidmətlərin 65 faizi özəl
sektorun payına düşürdü. Məşğul əhalinin 70 faizdən çoxu özəl müəssisələrdə
işləyirdi.
144
Ġqtisadi dirçəliĢ. Prezident Heydər Əliyevin rəhbərliyi altında həyata
keçirilən tədbirlər mövcud iqtisadi böhranı aradan qaldırmağa, iqtisadi sabitlik
yaratmağa və tərəqqiyə yol açmağa imkan verdi.
Ölkənin iqtisadiyyatına bütün mənbələrdən sərmayə qoyuluşu 1993-cü
ildəki 29 milyard manatdan 2000-ci ildə 4,2 trilyon, 2001-ci ildə 5,7 trilyon manata
çatdırıldı. 2002-ci ildə bu, 1 milyard 200 milyon dollar təşkil edirdi. Ümumiyyətlə,
1996-2002-ci illərdə iqtisadiyyata 12 milyard dollar investisiya cəlb olunmuşdu.
145
Respublikada bir çox yeni sənaye müəssisəsi, istehsalat, sex, qurğu işə
salındı. 1993-cü ildə Bakıda çoxsaylı lövhələr istehsal edən "Peyk" zavodu, parket,
plastik pəncərə fabrikləri işə düşdü. 1995-1996-cı illərdə Neft daşlarında yanacaq
qazının tutulub sahilə ötürülməsi üçün kompressor stansiyası istifadəyə verilərək
318
modernləşdirildi və gücü iki dəfə artırıldı. 600-dən çox, təkcə Balaxanı-Sabunçu-
Ramana yatağında 380 köhnə quyu təmir olunub istismara qaytarıldı.
146
Şirvanın
köhnə Gürovdağ neft yatağında yeni məhsuldar qatlar kəşf olundu. 1997-ci ilin
yazında burada qazılan iki quyu fontan vurdu.
147
"Bahar" dəniz neft yatağında yeni
üsulların tətbiqi nəticəsində köhnə neft quyusu işə düşdü.
148
1997-ci ildə "Günəşli"
yatağında ilkin neftin hasilinə başlanıldı.
149
2000-ci ildə respublikada 14 milyon
ton neft hasil edildi.
1994-1995-ci illərdə neftayırma zavodlarında qurğular modernləşdirildi.
150
Qaz emalı zavodu yenidən quruldu.
151
Respublikanın
maşınqayırma sənayesi müəssisələri xarici bazar
olmadığından profilini dəyişib respublika sənayesi və kənd təsərrüfatı üçün
avadanlıq, texnika, ehtiyat hissələri istehsal etməyə başladılar. Müasir qazma
baltası, qazma qıfıl, kultivator, toxumsəpən, kotan, nasos, reduktor, hidrodomkrat,
çuğunsiyirmə istehsalı mənimsənildi.
152
Mingəçevir yol maşınları təmiri
zavodunda dənüyüdən dəyirmanlar, xəmiryoğuran maşınlar, qum mexanizmləri
istehsalına başlandı.
153
1996-cı ildə Bakıda qoz-fındıq emalı, yağ, "Koka-Kola",
1999-cu ildə "Pepsi-Kola" sərinləşdirici içki zavodları açıldı. 1997-ci ildə
Sumqayıt "Azərboru" İstehsalat Birliyində (keçmiş boru-prokat zavodu) hər biri 10
tonluq 5 yeni elektrik sobası quraşdırıldı. Burada nasos kompressor boruları ilə
yanaşı, beynəlxalq standartlara uyğun Batters yivli qoruyucu boru istehsalı təşkil
olundu. Avropada ən böyük, 150 tonluq marten sobası yenidən işə salındı.
154
Sumqayıt və Gəncə alüminium zavodları, Daşkəsən alunit mədəni tədricən işə
düşməyə başladı.
Kimya sənayesi müəssisələrində polietilen, kaustik soda, sulfat turşusu,
alüminium-sulfat və s. istehsalı çoxaldı. Tullantılardan istifadə etməklə texniki
soda, xam rezindən plevmatik kabel və s. istehsalı mənimsənildi. Bakı kimya-
əczaçılıq zavodu 119 adda, "Loğman" Səhmdar Cəmiyyəti 58 adda dərman
preparatı istehsal edirdi.
155
1996-cı ildə Naxçıvan MR-də 18 min hektara yaxın
sahənin suvarılmasına imkan verəcək Vayxır su anbarının inşası yenidən bərpa
olundu (bir hissəsi 1983-89-cu illərdə tikilmişdi).
156
2002-ci ildə Şəmkir-Yenikənd Su-Elektrik Stansiyası, Abşeronda "Şimal"
Dövlət Rayon Elektrik Stansiyasının enerji bloku, 1 saylı Bakı İstilik-Elektrik
Mərkəzində yeni qaz-turbin elektrik qurğusu, "Azərneftyağ" İstehsalat Birliyində
bitum qurğusu və s., 2001-ci ildə "Kaspian-Fiş" balıq məhsulları istehsalı
müəssisəsi, Bakı elektroqaynaq səhmdar cəmiyyətinin Bakı poladtökmə zavodu
(Bakı elektroqaynaq zavodu bazasında), qaz zavodunda yeni, müasir emal qurğusu,
İran vasitəsilə Naxçıvan MR-ə elektrik enerjisi tranzit etmək üçün 51 km-lik
İmişli-Parsabad elektrik xətti və s. işə salındı.
157
Fəaliyyətini 1990-cı ildə
dayandırmağa məcbur olmuş Şəki ipək kombinatı dövlətin yardımı ilə "Şəki-ipək"
319
Səhmdar Cəmiyyəti kimi fəaliyyətə başladı. 2002-ci ilin yayında Bakıda dəmir
yolları üçün dəmir-beton şpallar istehsal edən zavod işə düşdü.
158
Beləliklə, 1996-cı ildən respublikanın sənayesində tənəzzülün qarşısı alındı.
Əgər 1991-1994-cü illərdə sənaye məhsulu istehsalı orta hesabla 20-24 faiz
azalırdısa,
159
1997-2002-ci illərdə sənaye istehsalı 23,2 faiz artdı.
160
Kənd təsərrüfatında keçirilən islahatlar da çox səmərəli oldu. Əgər 1991-
1994-cü illərdə bu sahədə istehsal hər il 15-20 faiz azalırdısa,
161
1997-2002-ci
illərdə 51 faiz artmışdır.
162
2002-ci ildə əvvəlki illərdə heç vaxt olmadığı qədər - 2
milyon 200 min ton (1995-ci ildəkindən 2 dəfə çox) taxıl, 700 min ton (1995-ci
ildəkindən 3,9 dəfə çox) kartof istehsal edildi.
163
Ölkədə çəltik istehsalı bərpa
edilməyə, şəkər çuğunduru istehsal olunmağa başlandı.
2001-ci ilin əvvəllərində respublikada 2 milyon 21 mindən çox qaramal, 6
milyon 86 mindən çox davar vardı.
164
Daxili məhsulda heyvandarlığın payı xeyli
artmışdı. Əhalinin heyvandarlıq məhsullarına tələbatının ödənilməsində mühüm
irəliləmələr oldu. Artıq ölkəyə başqa yerlərdən heyvandarlıq məhsulları
gətirilməsinə ehtiyac yox idi.
165
Respublikada iqtisadi tənəzzülün qarşısı 1995-ci ildə alındı. Dirçəliş
başlandı. Əgər 1991-1994-cü illərdə ümumi daxili məhsul ildə orta hesabla 20-25
faiz azalırdısa, 1996-2000-ci illərdə 39 faiz artmışdı. 2002-ci ildə ölkədə 29,6
trilyon manatlıq (6,1 milyard dollar) ümumi daxili məhsul istehsal edilmişdi.
166
XX-XXI əsrlərin qovşağında ölkə 123 xarici dövlətlə ticarət əlaqələri
saxlayırdı.
167
Xarici ticarət dövriyyəsi 1993-cü ildə 1 milyard 300 milyon dollar
idisə, 2002-ci ildə bu, 3 milyard 833 milyon dollara çatmışdı.
168
2000-ci ildə ilk
dəfə xarici ticarət dövriyyəsində ixrac (63,3 faiz) idxaldan (36,7 faiz) çox olmuş,
müsbət saldo yaranmışdı.
169
İstehsal olunan malların miqdarının və keyfiyyətinin
artması buna imkan vermişdi. İdxalda istehlak malları azalır, xammal, avadanlıq
artırdı.
İqtisadi dirçəliş ölkənin maliyyə vəziyyətini xeyli yaxşılaşdırdı. 1996-2002-
ci illərdə Azərbaycan Respublikasının dövlət büdcəsinin gəlirləri 2,2 dəfə artmışdı.
2003-cü ildə dövlət büdcəsi 1 milyard 200 milyon dollar həcmində (1994-cü
ildəkindən 17 dəfə çox) müəyyən edilmişdi.
170
Dövlət büdcəsinin kəsiri durmadan
azalırdı: 1996-cı ildə o, cəmi 3 faiz 2001-ci ildə isə 0,1 faiz təşkil etmişdi.
171
Ölkənin valyuta ehtiyatları 2002-ci ildə 1 milyard 374 milyon dollara
çatmışdı ki, bu da 1993-cü ildəkinə nisbətən 103 dəfədən çox idi.
172
Beləliklə, Prezident Heydər Əliyevin müdrik daxili və xarici siyasəti
sayəsində Azərbaycan Respublikasının iqtisadiyyatı dərin böhrandan, tənəzzüldən
qurtardı.
Daxildə siyasi sabitliyin təmin edilməsi, makroiqtisadi göstəricilərin
sabitləşməsi, tənəzzülün cilovlanması, iqtisadi dirçəliş, respublikanın etibarlı
320
tərəfdaş imicinin yüksəlməsi, xarici iqtisadi əlaqələrin, investisiya qoyuluşunun
genişlənməsi, struktur və institusion dəyişikliklərə istiqamətləndirilmiş islahatların
dərinləşməsi iqtisadi inkişafın dönmədən sürətlənməsinə şərait yaradırdı.
Dostları ilə paylaş: |