Sumqayit döVLƏt universiteti


Sual 3. Fəal əzələ qruplarına aid səmərliliyinin spesifik



Yüklə 86,5 Kb.
səhifə3/5
tarix02.01.2022
ölçüsü86,5 Kb.
#36617
1   2   3   4   5
ADBTIA,Həziyev Elnur Təvəkgül oğlu idman fiziologiyasi KOLLOKVIUM 3

Sual 3. Fəal əzələ qruplarına aid səmərliliyinin spesifik

xüsusiyyəti

Əzələ - İnsan və heyvanların bədənində hərəkəti təmin edən strukturlar.

İnsan skeletinin ətrafı elastik əzələlərlə əhatələnib. Skelet və əzələlər bədənin formasını müəyyənləşdirir. Hərəkəti təmin edən əzələlər skeletə bağlıdır. Əzələlər lifli quruluşdadır. Əzələ lifləri birləşib əzələ dəstələrini yaradır. Üzəri pərdəylə örtülmüş əzələ dəstələri də sümüklərə və oynaqlara bağlıdır. Əzələlər, lifli quruluşu sayəsində sıxılıb boşalaraq sümükləri hərəkətə gətirir.İnsanın təkcə üzündə 40-dan artıq əzələ var. Bu əzələlər sayəsində insan sifətində müxtəlif mimikalar yaranır. Başqa heç bir canlının üzündə bu sayda əzələ yoxdur.

İnsanın ən hərəkətli əzələləri göz əzələləridir. Göz əzələləri gündə təxminən 100.000 dəfə sıxılır. Ən güclü əzələlər çənə, ən böyük əzələlər isə omba əzələləridir.Əzələlər bizim bədənimizin hissələrini hərəkətə gətirir.Əzələlərin 2 müxtəlif tipi var.Birinci tip əzələlər ancaq sizin beyniniz əmr edəndə işləyir.Siz stulu qaldıranda beyniniz sizin əllərinizdə və ayaqlarınızda olan əzələlərə siqnal göndərir.Bütün bu əzələlər bir yerdə işləyirlər və siz stulu qaldıra bilirsiniz.Əzələlərin ikinci qrupu isə hətta siz yatanda belə işləyir.Mədənizin əzələləri qidanı həzm edir,ürəyinizin əzələləri isə qanı damarlara qovmaqda davam edir.

Fəal əzələ qruplarına aid məşqin səmərəliliyinin spesifik xüsusiyyəti. Məşq olunmuş əsas əzələ qruplarının istifadəsi ilə icra olunan hərəkətlər zamanı yüksək funksional göstəricilər və ən çox qənaətlilik əldə edilir. Misal üçün, məşq dərəcəsi yüksək olanlarda ən böyük OMS spesifik (yarış) hərəkətin icrası zamanı qeyd olunur. Ən yüksək OMS avar çəkənlərdə və velosipedçi- lərdə qeyd olunur.

Fəal əzələlərdə dözümlülüyü məşq etdirən zaman kapilyarlaşma artır. Beləliklə, dözümlülük məşqi zamanı 2 əsas nəticə olur: 1. Orqanizmin maksimal aerob imkanları artır; 2. Aerob işin icrası zamanı orqanizmin fəaliyyətinin səmərəliliyi (qənaətliliyi) artır. Məşqin nəticəsində dözümlülüyün artması təkcə oksigen daşıyıcı sistemin imkanlarının çoxalması ilə əlaqədar deyil. 100 Skelet əzələlərində əmələ gələn dəyişikliklər bütün orqanizmin O2 sərfinin imkanlarını artırır. Əzələ dözümlülüyünü artıran məşq səmərəsinin əsas mexanizmləri onların biokimyəvi uyğunlaşması ilə əlaqədar məsələlərin biokimya kursunda araşdırılır. Dözümlülük məşqinin səmərəsinin əsas göstəriciləri əzələlərin aerob metobolizminin həcmi və şiddətinin artmasıdır.


Yüklə 86,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin