SəRBƏst iŞLƏR İxtisas


Lentli transportyor (konveyer)



Yüklə 13,83 Kb.
səhifə2/5
tarix07.01.2024
ölçüsü13,83 Kb.
#207085
1   2   3   4   5
Əliyeva Röya 336 ƏMMTƏ (1)

Lentli transportyor (konveyer) :
1 – hərəkətverici (aparıcı) stansiya ; 2 – aşağı diyircəkli dayaq ; 3 - rama (çərçivə) ; 4 – karetka ; 5 – hərəkət edən dayaq şassisi ; 6 – kanat-blok sistemi ; 7 – yuxarı diyircəkli dayaq ; 8 – işçi çarx ; 9 – hərəkətsiz dayaq şassisi ; 10 – əllə idarə olunan sonsuz vintli bucurğad ; 11 – elektrik çihazları yerləşdirilən şkaf ; 12 – dartıcı (gərici) stansiya.

Çalovlu (təknəli) elevatorlar :
a) – lentli ; b) – bir zəncirli ; c) – iki zəncirli
1 – hərəkətverici (aparıcı) stansiya ; 2 – dartıcı (gərici) stansiya ;
3 – dayaq konstruksiyası ; 4 – çalov (təknə).
Sentrafuqalar
Xalq təsərrüfatının müxtəlif istehsalatlarında eyni cinsli olmayan müxtəlif fazalı sistemləri (emulsiya : maye-maye, suspenziya : maye-bərk hissəcikli) fraksiyalara ayırmaq üçün tətbiq olunan üçullardan biri də sentrifuqlaşma prosesidir. Bu üsulun əsas mahiyyəti mərkəzdənqaçma qüvvəsi sahəsini yaratmaq və bu sahədə sistemləri fazalara ayırmaqdır.
Sənayedə əsasən üç tip sentrifuqlardan daha geniş istifadə olunur.
filtrləyici
çökdürücü
kombinəedilmiş
Qeyd etməliyik ki, filtrləyici sentrifuqlar nisbətən kobud dispersli kristallik və amorf çöküntüsü olan suspenziyaları, çökdürücü sentrifuqlar isə pis filtrlənən suspenziyaları və emulsiyaları ayırmaq üçün tətbiq edilirlər. 
Sentrifuqların işinin effektivliyi onun ayırma faktoru (Fa) ilə xarakterizə olunur. Bu faktor qiymətcə mərkəzdənqaçma qüvvəsinin ağırlıq qüvvəsinə olan nisbətini ifadə edir : 

Burada, u = pRn/30 – rotorun fırlanma sürəti, m /s ; R – rotorun daxili radiusu, m ; n – rotorun fırlanmada dövrlər sayıdır, dövr /dəq. 


Ayırma faktorunun qiymətinə görə sentrifuqlar aşağı sürətli (Fa < 1000), normal (1000 ≤ Fa < 3000) və yüksək sürətli (boruluvə ya super sentrifuqlar : Fa ≥ 3000) olurlar. Aşağı sürətli sentrifuqlar filtrləyici, normal sentrifuqlar çökdürücü və filtrləyici, yüksək sürətlilər isə ancaq çökdürücü olurlar. İş prinsipinə görə onlar fasiləli və ya fasiləsiz işləyə bilirlər. 
Çökdürücü sentrifuqların rotorunun (barabanın) divarı bütöv, filtrləyicilərdə isə məsaməli (ələk sayağı) və filtrləyixi materiallı hazırlanır. Sentrifuqlaran seçilməsi və normal istismarı üçün suspenziyada bərk hissəciklərin dispersliyi, maye fazasının özlülüyü, çöküntü və mayenin sıxlığı, suspenziyanın qatılığı,korroziya etmə qabiliyyəti, təhlükəsizlik, yanğın və partlaış texnikası və s.göstəricilərdən istifadə olunması vacibdir. 



Yüklə 13,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin