4. Qarabağ xanlığının mədəniyyəti.
VIII əsrin II yarısında memarlıq və şəhərsalma, dekarativ- tətbiqi sənət sahələri inkişaf etməyə başlamış, epiqrafik abidələr də çoxalmışdır.
Qarabağ xanlığı dövründə bir çox qalalar tikilmiş, şəhər və qəsəbə tipli yaşayış məntəqələri yaranmışdır. Bayat, Şahbulaq (Təməküt), Şuşa-Pənahabad qalalarında bazar, karvansaray, məscid, hamam və s. inşa edilmişdir. Ağdamda imarətlər, Pənah xana və nəslinə aid türbələr tikilmişdir.
Qarabağ xanlığının mərkəzi Şuşa-Pənahabadda yaşayış evlərinin, ictimai tikililərin interyerində divar naxışlarının gözəl və tipik nümunələri yaradılmışdır. Bu dövrdə xanlıqların mərkəz şəhərləri həm də sənətkarlıq mərkəzləri idi. Burada sənətkar emalatxanaları və tacir dükanları vardı. Evdə istehsal olunan məhsullar əsasən kəndlilərin tələbatının ödənilməsinə yönəlmişdi. Kəndlilərin əksəriyyəti çörək bişirir, ipək sarıyır, yun boyayır, paltar tikir, dəri aşılayır, müxtəlif məqsədlər üçün nəzərdə tutulmuş binalar inşa edir, bəsit əmək alətləri hazırlayırdılar. Süleymanlı, Qorunzur, Gedişə, Tatev, Qazannı, Şinger, Dığ kəndlərində kəndlilər yun iplər, mahud, kilim, ipək parçalar, ipək şalvarlar, xalçalar, kisələr, pambıq parçalar istehsal edirdilər.
Qarabağ xanlığında istər еv və istərsə də kustar sənətkarlığın ən mühüm bölməsi xalçaçılıq idi. Qarabağ xalçaları təkcə xanlığın ərazisində dеyil, Azərbaycanın digər bölgələri və xaricdə də məşhur idi.
Qаrаbаğ хаnlığı dönəmində ədəbi mühit dаhа çох İbrаhimхəlil хаnın hаkimiyyəti dövründə inkişаf еtmişdi. Aşıq Valeh Azərbaycanda tanınmış aşıqlardan idi. Onun haqqında «Valeh və Zərnigar» dastanı qoşulmuşdur. Xanlıq dövrünün Qarabağ şairləri şifahi xalq ədəbiyyatından bəhrələnmişlər. Xalq ədəbiyyatı və aşıq poeziyası nəinki Molla Pənah Vaqif yaradıcılığına, eləcə də İbrahimxəlil xanın qızı Ağabəyim ağa, oğlu Əbülfət xan və nəvəsi Cəfərqulu ağanın yaradıcılığına da böyük təsir etmişdi.
Əli ağa Alim, Rəfеi Kəlеybəri, Аşıq Əli Kəlеybərli, Sаrı Çоbаn оğlu, Аğqızоğlu Piri, Аğаhüsеyn Аrif, Musа Kəlimullаh, Bаbа bəy Şаkir, Mirzə Əli bəy, Qəhrəmаn bəy Аrif, Mеhdi bəy, Mirzə Bəybаbа Fənа, Mirzə İbrаhim Səbа və digər tanınmış şairləri olmuşdur.
Məktəb adlanan ibtidai təhsil müəssisələri məscidlərin bir guşəsində, xüsusi dükanlarda, yaxud şəxsi evlərdə yerləşir və adətən, onların yaradıcılarının, müəllimlərin adı ilə adlandırılırdı. Şuşada Molla Pənah Vaqif məktəbi məşhur idi. Məktəbdə adətən, ancaq bir müəllim olurdu və o, həm də məktəbin rəisi məktəbdar idi. Məktəbdarlar məktəbin və özünün xərclərini ödəmək üçün tədris haqqı kimi şagirdlərin valideynlərindən hər həftə «həftəlik» adlanan pul, habelə peşkəş, bayramlıq və s. alırdılar.
Adətən, uşaqlar 6 yaşından məktəbə gedirdilər. Şagirdlər əlifbanı öyrəndikdən sonra Quranı oxuyub başa çatdırır, Sədinin «Gülüstan» əsərini və başqa kitabları oxuyurdular. Məktəbdə təhsil müddəti qeyri-məhdud idi, konkret hər bir şagirdin təhsilini başa vurması haqqında müəllimin nə vaxt vəsiqə verməsindən asılı idi. Məktəblərlə yanaşı fərdi təhsil növü də mövcud idi. Xanın və əyanların, tacirlərin uşaqları ilə onların evində ayrılıqda bir müəllim məşğul olurdu. Bu üsula sərxana deyirdilər. Bir çox yoxsullar imkanları olmadığından uşaqlarını məktəbə göndərmirdilər.
Dostları ilə paylaş: |