Sərbəst iş TƏLƏBƏ: Əliyev Beyrək İXTİsas


Öhdəlik anlayışında qarşılıqlı münasibətlərin tənzimlənməsi



Yüklə 169,9 Kb.
səhifə3/7
tarix02.01.2022
ölçüsü169,9 Kb.
#41565
1   2   3   4   5   6   7
Məmmədzadə Zeynəb MULKİ

Öhdəlik anlayışında qarşılıqlı münasibətlərin tənzimlənməsi
Mülki Məcəllədə öhdəlik anlayışı konkret göstərilib. Sözügedən məcəlləyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyirinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətlər etməkdən çəkinməlidir. Kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ var. Öhdəliklər dövlət və yerli özünüidarə orqanlarının qəbul etdiyi aktlardan, ziyan vurmadan, əsassız varlanmadan və qanunvericilikdə nəzərdə tutulmuş digər hallardan əmələ gələ bilər. Bunlar istisna olmaqla, öhdəliklərin əmələ gəlməsi üçün tərəflər arasında müqavilə bağlanmalıdır. Müqavilələr əqd kimi, yazılı formada bağlandığı kimi, şifahi formada da bağlana bilər. Qanunvericiliyə görə fiziki şəxslərin öz aralarında şərti maliyyə vahidinin 50 mislindən az məbləğdə bağladıqları müqavilələrdə iradələrini şifahi formada ifadə etmələri mümkündür. Sərnişinin avtobus sürücüsü, yaxud hansısa şəxsin mal alması ilə əlaqədar mağaza satıcısı ilə bağladığı müqavilələri buna misal göstərmək olar. Deməli, bir çox öhdəliklər şifahi formada bağlanan müqavilələrdən əmələ gəlir. Ancaq bütün hallarda öhdəliyin icrası tərəflərin şərtləşdiyi vaxtda və qaydada həyata keçirilməlidir. Təbiidir ki, bu şərtlər də digər mühüm şərtlər kimi müqavilədə öz əksini tapmalıdır. Bundan başqa, öhdəliyin icrasının təmin edilməsi məqsədilə müqavilənin bağlanmasının Mülki Məcəllə ilə müəyyən edilmiş formasına ciddi əməl olunmalıdır. Əks halda, bağlanmış müqavilə etibarsız hesab edilə bilər. Həm də nəzərə alınmalıdır ki, əqddən əmələ gələn hüquqların dövlət qeydiyyatına alınmasında da qanunvericiliyin tələblərinə əməl edilməlidir. Mülki Məcəlləyə əsasən, əqddən irəli gələn hüquqların dövlət qeydiyyatına alınması tələblərinə riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd etibarsız sayılır.

Təcrübə göstərir ki, bəzən dövlət qeydiyyatına alınmalı olan əmlakın özgəninkiləşdirilməsi ilə bağlı müqavilələr notariat qaydasında təsdiq olunduqdan sonra aylarla, hətta illərlə daşınmaz əmlakın dövlət qeydiyyatını aparan orqana təqdim edilmir. Bu, o deməkdir ki, həmin əmlak özgəninkiləşdirilməsinə baxmayaraq, əvvəlki mülkiyyətçinin adında qeydiyyatda qalmış olur. Bu isə əmlakın keçmiş mülkiyyətçisi və ya onu əldə edən şəxs üçün çox vaxt problemlər yaradır, bəzən də uzun müddət davam edən məhkəmə mübahisələrinə gətirib çıxarır. Qanunvericiliyə uyğun olaraq əmlak üzərində yaranmış hüquqların qeydə alınması üçün daşınmaz əmlaka dair əqdlər notariat qaydasında təsdiqləndikdən sonra iki gün müddətində digər zəruri sənədlərlə birlikdə daşınmaz əmlakın dövlət reyestrinə təqdim edilməlidir.

Öhdəlik münasibətlərinin iştirakçıları hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılıq prinsiplərinin tələblərinə əməl etməli, müqavilənin şərtlərini pozmamalı və məhkəmə mübahisələrinə səbəb ola biləcək hərəkətlərə yol verməməlidirlər. Amma bununla belə, təcrübədə öhdəliyin icra edilməməsi hallarına da rast gəlinir. Bu, o deməkdir ki, öhdəliyin icrası pozulur və ya lazımınca icra edilmir. Nəticədə, xeyirinə öhdəlik icra olunmalı şəxsə zərər dəyir. Sözsüz ki, dəymiş zərər də borclu tərəfindən ödənilməlidir. Çünki o, öhdəliyin vaxtında və lazımınca icra olunmasına görə cavabdehdir. Öhdəliklərin əmələ gəlməsinə əsas olan müqavilələr bağlanarkən şərtləşdirilmiş qaydada onun icrasının təmin edilməsi üçün yuxarıda göstərilən üsullardan istifadə olunur. Son on ilin notariat təcrübəsi göstərir ki, bu üsullardan ən çox istifadə olunanı ipoteka (girov) müqavilələridir.


Yüklə 169,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin