İSTEHSAL SAHİBKARLIĞININ MAHİYYƏTİ.
Sahibkarlıq fəaliyyətinin növləri bir-biri ilə qarşılıqlı əlaqədə olub,bir-birni tamamlayır.Sxemdə
gordüyümüz kimi,istehsal sahibkarlığına innovasiya ,elmi-texniki fəaliyyət,əmtəə və xidmətlər
istehsalı,istehlak məhsullarının istehsal və həmçinin informasiya fəaliyyəti
aiddir.İqtisadiyyatda istehsal amillərinə istehsal fondları,işçi qüvvəsi və informasiya xidmət
daxildir.İstehsal fondları da öz növbəsində əsas və dövriyyə fondalarına bölünür.
Əsas istehsal fondlarına binalar,qurğular,ötürücü avandanlıqlar,güc maşınları,iş maşınları və
avadanlıqlar,hesablama texnikası,nəqliyyat vasitəlri və sair daxildir.Əsas istehsal fondlarına
həmçinin istehsal sexlərinin binaları ,zavod və fabriklərin idarə binası,laboratoriya və s.
aiddir.
ehtiyat hissələri daxildir.Dövriyyə fondlarına qablaşdırma materialları ,yarımfabrikatlar və
gələcək dövrün xərcləri də aiddir.
Kommersiya sahibkarlığının ən geniş yayılmış formaları kimi əmtəə birjaları və ticarət
təşkilatları fərqləndirilir.Birjanın nə vaxt yarandığını demək çətindir.1653-cü ildə Marsel
tacirləri “Gorüş üçün əlverişli olan bir bina “ tələb etdilər.Küçə yığıncaqlarında kommersiya
işlərinin həllində qarşiya çıxan çətinlikləri aradan qaldırsınlar.
Beləliklə,birja ticarətinin aparılması qaydaları tədricən yaranmağa başladı.Onların
iştirakçıları belə qərara gəldilər ki,malları özləri ilə daşımaq heç də lazim deyil.Təkcə
onların qiymətləri ilə razılaşmaq kifayətdir.Qalan bütün şərtlər bağlanmış müqavilədə
göstərilməlidir.Birjanın alver meydanında alqı satqı ilə yanaşı,həm də sığorta
edilməsi,veksellərin alınıb satılması və s.bu kimi məsələlər həll olunurdu.
Birja üçün ilk bina 1531-
ci ildə Brüğğe şəhərinin rəqibi Antvepenedə tikilmişdir.XVII
əsrin əvvələrində ticarət və maliyyə fəaliyyətinin mərkəzi Amsterdama keçirildi.1608-ci ildə
burada dünyanın ən məhşur birjası yaradılır.Bu firmanın nailyyətlərində Niderland dünyanın
güclü maliyyə dövləti hesab olunurdu.Amsterdamda işgüzar əməliyyatlar həyata
keçirilirdi.Minlərlə makler birjaya gələnlərə xidmət göstərirdi.XVIII əsrin əvvələrində dünya
ticarət mərkəzi London olur.Hələ 1625-ci ildə Britaniya taxt-tacının qiymətli daşları,3 milyon
funt kredit almaq məqsədilə Amsterdamda girov qoyulmuşdu.
ABŞ-da ilk ticarət birjası 1948-ci ildə Çikaqoda açılmışdır.Hazırda ABŞ-da müxtəlif ticarət
malları ilə ixtisaslaşmış 11 iri ticarət birjası mövcuddur.Onlardan ən başlıcası kənd təsərrüfatı
məhsulları,sənaye xammalı və yarımfabrikatlardır.Nyu-York şəhərində qəhvə ,şəkər və kakao
birjası,pambıq,sitrus və neft birjası fəaliyyət göstərir.
Birjanın vəzifəsi ticarət sazişləri bağlamaq istəyənləri yerlə təmin etməkdir.Ticarət birjanın
ticarət zalında aparılır.Bu zal bir neçə seksiyadan ibarətdir.Bu zaman qiymət qoyulmada
müəyyən qaydaya əməl olunur.Məsələn,mal alarkən təklif edilmiş qiymətdən aşağı ,satanda
isə ondan yuxarı qiymət demək olmaz.Mühüm aparıcı şəxs brokerdir.O,xaricdən mal
gətirmək və xaricə mal aparmaq üçün federal dövlətin icazəsini (lisenziyasını)almalı,həmçinin
həm öz şəxsi marağı,həm də sifarişçinin marağı üçün ticarət etməlidir.
Əmtəə
birjaları
aşağıdakı
əsas
funksiyaları
yerinə
yetirir:
-------
ticarət sazişlərinin bağlanmasına görə vasitəçilik xidmətlərinin gostərilməsi.
-------
tiçarət mübahisələrinin həll edilməsi və ticarət əməliyyatlarinin tənzimlənməsi.
------
istehsalın vəziyyəti ,qiymət və digər faktorlar haqqında məlumat
Maliyyə sahibkarlığının fəaliyyətinin əsas sahələrini kommersiya bankları və fond
birjalar
ı təşkil edir.Adı çəkilən bu iqtisadi strukturlar həm də bazar münasibətlərinin ən mühüm
atributlarındandır.Kommersiya bankları səhmdar tipli maliyyə kredit idarəsidir.Kommersiya
təşkilatlarını haqqı ödənilməklə kreditləşdirir.Pul əmanətlərinin(depozit) qəbulunu həyata
keçirir.Müştərilərin tapşırığı ilə digər əməliyyatlar aparır.
Kommersiya banklarının əməliyyatları 3 qrupa ayrılır: 1.passiv. 2.aktiv. 3.komissyon
vasitəçilik.
Kommersiya banklarının fəaliyyətlərinin əsas xüsusiyyətləri müəssisələrin vəsaitlərinin cəlb
edilməsindən ibarətdir.Bu banklar kommersiya xarakteri daşıyaraq kreditorlara pulları
müəyyən müddətə və müəyyən faiz dərəcələri ilə verirlər.
Maliyyə bazarının yaradılması zamanı dövlətin sosial iqtisadi inkişafın sabitliyini təmin
etməsi prinsipial xarakter daşıyır.Dövlətin maliyyə bazarının tənzimlənməsi əsasən
republikanın qanunvericilik aktları ilə həyata keçirilir.
Maliyyə bazarının əsas elementləri kommersiya bankıdır.Kommersiya banklarının passiv və
aktiv kommersiya əməliyyatları həyata keçirmək imkanları vardır.
Konsultant sözünün latın dilində hərfi mənası məsləhətçi deməkdir.İqtisadi və
siyasi leksionda mahiyyət etibarı ilə bu kateqoriya mütəxəssislərin müəyyən sahədə öz
ixtisasına uyğun məsələlər üzrə məsləhətlər verməsidir.
Konsultativ xidmətlər birdəfəlik şifahi məsləhətlər formasında həyata keçirilir.Lakin
onlar konsulitativ layihələr formasında da verilə bilər.Konsultativ layihələr aşağdakı mərhələr
əsasında həyata keçirilir.
----------
problemin araşdırılması və ya diaqnostika.
----------
qərar layihəsinin hazırlanması.
----------
qərar layihəsinin həyata keçirilməsi.
Konsultativ xidmətin 3 növü tətbiq edilir: ekspert,proses və təlimatlar.
Ekspert kons. xidmətlər konsaltinqin ən passiv formasıdır.Bu zaman konsultant
diaqnostika qərar layihəsinin hazırlanması və onun tətbiqinə dair məsləhətlərin verilməsini
müstəqil şəkildə həyata keçirir.
Prosessual kons
.xidmətlər zamanı konsaltinq firmasının mütəxəssisi layihələrinin
hazırlanmasının bütün mərhələlərində müştərilərlə fəal qarşılıqlı əlaqədə olur.Öz ideya və
təkliflərinə qarşı tərəflərin münasibətini öyrənir.
Təlim xarakterli kons. xidmətlər zamanı mütəxəssislərin başlıca vəzifəsi qərarların
hazırlanması və ideyaların yaradılması üçün münbit şərait yetişdirməkdən ibarətdir.Bu
məqsədlə mütəxəssislər müştərilərə mühazirələr oxuyur,seminarlar aparır.
Konsltativ xidmətlər sahəsində sifarişçilərin təmin edilməsində konsultant firmanın
imici də mühüm rol oynayır.Vizit kartoçkalarının sayı,ofisin şəraiti,yerləşdiyi ərazinin
əlverişliyi ,xarici görkəmi ,firmanın işçilərinin münasibəti bütün bunlar konsultant firma ilə
əməkdaşlıq edəcək sifarişçinin müsbət qərar qəbul etməsinə təsir edən faktorlardandır.
|