Qrup: 451. 18 Rəhbər: prof/ İbrahimov Nazim Tələbə


II FƏSİL. Qarışdırıcı qurğunun tıxacının bərpası........................................8



Yüklə 382,9 Kb.
səhifə2/6
tarix02.01.2022
ölçüsü382,9 Kb.
#42795
1   2   3   4   5   6
Qarışdırıcı qurğunun tıxacının bərpa texnologiyası

II FƏSİL. Qarışdırıcı qurğunun tıxacının bərpası........................................8

2.1. Dövri qarışdırıcı qurğunun işləmə prinsipi.......................................................8



Nəticə......................................................................................................................12

Ədəbiyyat siyahısı..................................................................................................13


Giriş

Müasir qazıma və neft-mədən texnikası çox çeşidli aqreqatlarla, avadanlıqlarla və alətlərlə xarakterizə olunur və quyuların qazılması və istismarında müxtəlif əməliyyatların yerinə yetirilməsini təmin edir. Maşın və avadanlıqların səmərəli istismarı, onlara göstərilən yüksək səviyyəli texniki xidmət və təmirlə, eləcə də vaxtında ehtiyat hissələrlə təmin olunması ilə əlaqədardır. Texniki-iqtisadi hesablamalar göstərir ki, təmir idarələrini ehtiyat hissələri ilə təmin etməklə yanaşı, işqabiliyyətli detalların müasir üsullarla bərpasına da mütəmadi olaraq diqqət yetirmək lazımdır. Maşın detallarının bərpası yüksək keyfiyyətli metana, yanacağa, enerjiyə qənaət etməklə yanaşı, ətraf mühitin mühafizəsini və təbii resurslardan rasional istifadəsini təmin edir. Yeyilmiş detalların işqabiliyyətini bərpa etmək üçün texnoloji əməliyyatlara sərf olunan vaxt, yeni detalın hazırlanmasına sərf olunan vaxtdan 5-8 dəfə azdır.

Artıq təsdiqlənib ki, maşın və avadanlıqlar istismar prosesində baş verən imtinaların 85 faizi sürtünən cütlərin yeyilməsi nəticəsində baş verir. Belə ki, detalların yeyilməsi 0,3mm-dən çox olmayan hallarda onların bərpa olunması həmin səthlərə örtük çəkilməsi ilə həyata keçirilir. Təcrübə göstərir ki, bir çox hallarda səthə çəkilmiş örtük yüksək səviyyədə müasir texnologiya ilə aparılarsa onun resursu, yeni detalın resursundan da çox ola bilər. Detalların yüksək səviyyədə bərpasını, təmir idarələrində çalışan mühəndis-texniki işçilərin və fəhlələrin birgə səyi nəticəsində əldə etmək mümkündür. Qeyd etmək lazımdır ki, maşın və avadanlıqlarının təmiri, bərpası və istismarı ilə məşğul olanlar, təkcə konstruksiyanı, yeyilmə xarakteristikalarını və s. bilməklə yanaşı qazometrik qalvanik, polimer örtük, plastik deformasiya, mexaniki, termiki, möhkəmləndirici texnologiyanı, müasir qaynaq üsullarını və s. dərindən bilməlidir.



Yüklə 382,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin