Qafqaz Universiteti Materiallar


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə111/124
tarix31.01.2017
ölçüsü9,57 Mb.
#6979
1   ...   107   108   109   110   111   112   113   114   ...   124

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1431



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Ялдили).  В  ряде  случаев  кувшинные  погребения  расположены  в  одном  некрополе  с 

другими  типами  погребений,  в  частности  с  грунтовыми  погребениями. (Галатепе, 

Борсунлу). 

2. 

Все погребальные кувшины были расположены в горизонтальном положении, 



что характерно и для других памятников албанского периода. Хотя в своём отчёте 1895 

г.  Э.А.Реслер  сообщает  о  вертикально  расположенном  кувшинном  погребении  в 

Галатепе, отмеченное им положение погребального кувшина не встречалось.

 

3. 



Почти во всех некрополях Низменного Гарабаха с кувшинными погребениями 

нет единого направления погребальных кувшинов. Чёткая закономерность наблюдается 

в  некрополе  Гаракобар,  где  погребальные  кувшины  мужских  захоронений  были 

направлены  на  север,  а  женских – на  юг.  Направления  всех  погребальных  кувшинов 

некрополя Кобар в Евлахе были на северо-запад.

 

4. 



Встречаются  погребальные  кувшины,  как  с  одинаковыми,  так  и  различными 

размерами и формами.

 Погребальные кувшины обычно обладали широкой горловиной, 

шарообразным или грушевидным корпусом, относительно узким и плоским поддоном. 

Горловина  и  тулово  некоторых  кувшинов  было 

обрамлено  налепным  щипковым 

узором.Устья  нескольких  погребальных  кувшинов  из  некрополей  Гаракобар  и  Кобар 

были прикрыты крышкой или обломками глиняного сосуда. В погребальных кувшинах 

Гаракобарского  некрополя  ближе  к  основанию  было  пробито  круглое  отверстие, 

диаметром 10-13 см. По мнению Ф.Л.Османова, такие кувшины были изготовлены для 

хозяйственных  нужд,  но  из-за  отсутствия  погребального  кувшина,  в  нём  пробивали 

отверстие  и  использовали  для  погребения. Следует  отметить,  что  такие  погребальные 

кувшины  с  отверстиями  неоднократно  встречались  и  на  других  кувшинных  погребе-

ниях  как  Азербайджана,  так  и  Грузии.  По  мнению  А.Алекперова  появление  этих 

отверстий  могло  иметь  либо  случайный  характер,  либо  было  связано  с  какой-либо 

технической  целью.  Есть  также  мнение  о  практическом  применении  кувшинов  с 

отверстиями,  в  частности,  для  оттока  скопившейся  в  погребальном  сосуде  грунтовой 

воды. Некоторые исследователи считают, что отверстия открывались 

для выхода души 

или в каких-то других ритуальных целях. 

5.  Покойников  как  правило  размещали  в  погребальные  кувшины  в  скорченном 

положении, на правом или левом боку, головой к горловине, а иногда и к основанию. 

Анализ  показал,  что  это  не  связано  ни  с  социальным  положением  погребённого,  ни  с 

половозрастными  признаками.

  Только  в  погребениях  некрополя  Гаракобар  наблю-

дается чёткая закономерность – мужчины укладывались на левый бок, а женщины – на 

правый.  

6.  Почти во все погребальные кувшины и вокруг них ставился инвентарь. Рядом с 

погребальным  кувшином  размещались  сравнительно  большие  сосуды,  а  во  внутрь 

обычно  клались  сосуды  меньшего  размера. 

Среди  погребального  инвентаря  особое 

место занимают предметы украшения, значительное большинство которых составляют 

бусы  из  бронзы,  агата,  стекла  и  пасты.  Из  металлических  изделий  были  обнаружены 

железные  мечи,  кинжалы,  наконечники  стрел  и  копий.  Очень  редко  встречаются 

материалы из стекла.

 

Хронологическая  рамка  использования  данного  обряда  на  территории 



Азербайджана,  не  считая  кувшинных  погребений  периода  энеолита,  полностью 

совпадает с периодом существования Албании, как государства, т.е. с IV-III вв. до н.э. 

по VII-VIII вв. н.э. Поэтому их изучение является важным источником для реконструк-

ции социально-экономической и культурной жизни древних албанцев. 

 

 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1432



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

GÜRCÜSTANIN QISA TARİXİ (1801-1918) 

 

Günel 

YOLÇUYEVA

 

Qafqaz Universiteti 



gunelyolchuyeva@yahoo.com 

AZƏRBAYCAN 



 

XIX əsrin əvvəllərində çar Rusiyasının əsas prioritetlərindən biri Qafqaza tam nəzarətin 

ələ keçirilməsi idi. Bunun üçün Gürcüstanın imperiyaya qatılması zəruri idi. Sonuncu Kartli-

Kaxetiya çarı XII Georgi Rusiya çarı I Pavelə Gürcüstanın Rusiyanın himayəsinə götürülməsi 

ilə bağlı müraciət etməsindən sonra 1801-ci il yanvarın 29-da Gürcüstanın Rusiyaya birləş-

dirilməsi ilə bağlı manifest elan edildi. Lakin XII Georginin oğlu Davidin Kartli-Kaxetiya çarı 

təyin edilməsi ilə bağlı xahişi Rusiya tərəfindən təmin edilmədi.  

Kartli-Kaxetiya çarlığının birləşdirilməsi 1801-ci il sentyabrın 2-də başa çatdı. I 

Aleksandr Kartli-Kaxetiya çarlığını  ləğv etdi və yeni idarəetmə sistemi yaratdı. General-

leytnanat Knorrinq ilk idarəçi təyin olundu. General Knorrinq Tiflisdə Rusiyaya birləşdirilmə 

əleyhinə nümayişləri zor gücünə yatırdı.  Şərqi Gürcüstanın birləşdirilməsindən sonra əsas 

hədəf Qərbi Gürcüstanın birləşdirilməsinə başlandı. İmeretiya çarı II Salomonun uzun sürən 

mübarizəsinə baxmayaraq, Qərbi Gürcüstan 1804-cü ildə Rusiya himayəsinə daxil olmağa 

məcbur oldu. Rusiya Gürcüstanı işğal etdikdən sonra yerli idarəetməni dəyişdirdi. Rusiyanın 

Kartli-Kaxetiyaya təyin edilmiş idarəedicisi həm də Qafqazın idarəsini həyata keçirirdi. 

Rusiya Kartli-Kaxetiyanın idarəetməsini 4 ekspedisiyaya həvalə etdi: icraedici, mülki, 

cinayət, xəzinə. Gürcüstanda bütün yerli hakimiyyət bu 4 ekspedisiyanın əlində cəmləşmişdi. 

Yerli məmurlar hakimiyyətdən uzaqlaşdırıldı, bütün idarəetmə rus məmurlarının  əlində idi. 

Kartli-Kaxetiya çarlığı 5 qəzaya bölünürdü: Qori, Lori, Duşet, Telav, Siqnax. Şəhərləri ko-

mendantlar idarə edirdi. 

İmeretiyada Rusiya idarəetməsi 1810-cu ildə yaradıldı. General Simonski Qərbi Gürcüs-

tanın rəhbəri təyin edildi. O həmçinin Qərbi Gürcüstanda rus qoşunlarının komandanı idi. 

Bütün Gürcüstan ərazisində idarəetmə rus qanunvericiliyinə əsasən aparılırdı.  

Rusiya Gürcüstanı  ələ keçirməklə, Cənubi Qafqazda qüvvələr balansını öz xeyrinə 

dəyişdi. Lakin Gürcüstan ərazisində milli mübarizəni zəiflətmək üçün iki istiqamətdə iş aparı-

lırdı.  İlk olaraq, Baqratinlər sülaləsinin Gürcüstandan çıxarılması başlandı. XII Georginin 

oğlu David və digər sülalə üzvləri Rusiyaya köçməyə  məcbur edildi. İkinci istiqamət  əhali 

arasında böyük nüfuza sahib olan Gürcü Kilsəsinin cəmiyyətin mənəvi həyatında rolunun 

azaldılması idi.  

Rusiyanın Gürcüstanda yürütdüyü işğalçı siyasət əhalinin narazılığını artırırdı. 1802 və 

1812-ci ildə Kaxetiya, 1804-cü ildə Kartlidə, 1829-1830-cu illərdə İmeretiyada üsyanlar baş 

verir. Lakin üsyanlar bir nəticə vermir. 

XIX  əsrin 40-60-cı illərində Rusiya Gürcüstanın idarəetməsində bir sıra dəyişikliklər 

etdi. 1841-ci ildə Qafqazda iki administrativ vahidlik yaradıldı. Bütün Qafqazın mərkəzi 

Tiflis elan edildi. 1844-cü ildə Qafqazın baş komandanlıq sistemi ləğv edildi. Çarın nümayən-

dəliyi yaradıldı.  İlk nümayəndə general Vorontsov təyin edildi. General Vorontsov gürcü 

zədəganlarına müəyyən güzəştlərə getməklə onları öz tərəfinə çəkməyə çalışırdı.  

XIX əsrin II yarısında Gürcüstanda təhkimçilik əleyhinə üsyanlar genişlənirdi. 1864-cü 

ildə Tiflisdə təhkimçilik ləğv edildi. Bunun ardınca bütün Gürcüstan ərazisində təhkimçiliyin 

ləğv edilməsi prosesi başlandı. 1868-ci ildə Gürcüstanda məhkəmə islahatı keçirildi. 1870-ci 

ildə II Aleksandr şəhər islahatı haqqında fərman verdi. 1874-cü ildə Tiflisdə şəhər dumasına 

seçkilər keçirildi. Tiflis şəhər dumasına 4 il müddətinə 75 deputat seçildi. XIX əsrin sonların-

da keçirilmiş islahatlar kəndlilərin vəziyyətinin yaxşılaşmasına və sosial inkişafa şərait yaratdı.  


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1433



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

XIX əsrin sonlarından Gürcüstanda milli siyasi oyanış başlamışdır. Gürcüstanın ilk par-

tiyalarını sosial-demokratlar yaratdılar. 1892-1893-cü illərdə ilk sosial-demokrat partiyası 

Mesame Dasi” yaradıldı. XX əsrin əvvəllərində Gürcüstanda Rusiya işğalından azad olmaq 

üçün sinfi mübarizəni əsas vasitə kimi görürdülər. Milli intelligensiyanın dəstəyi ilə Parisdə 

“Sakartvelo” qəzeti nəşr olunurdu. Qəzet qeyri-qanuni şəkildə Gürcüstanda yayılır və milli 

siyasi qüvvələrin səfərbər olmasına müsbət təsir edirdi.  

1904-cü ildə Cenevrədə “Gürcü inqilabçılarının I Konfransı” keçirildi. Konfrans işti-

rakçıları demokratik Rusiya çərçivəsində Gürcüstana muxtariyyət verilməsi tələbi ilə  çıxış 

etdilər. Konfransın  ən  əsas nəticəsi gürcü Sosial-Federalistlərin inqilab partiyası yaradıldı. 

1905-1906-cı illərdə inqilab Gürcüstanı da əhatə etdi. İlk olaraq, 1905-ci ildə Tiflisdə Zaqaf-

qaziya Dəmiryolu İşçiləri üsyan etdi. Daha sonra isə cəmiyyətin bütün təbəqələrinin iştirakı 

ilə davam etdi. Lakin bütün cəhdlərə baxmaraq, 1906-cı ildə inqilab zəifləməyə başladı. 

1905-1910-cu illərdə Gürcü deputatları Rusiya Dövlət Dumasına keçirilmiş seçkilərdə 

iştirak etmiş və daha çox sosial-demokratların nümayəndələri ilə təmsil olunmuşdur. 1912-ci 

ildə IV Dövlət Dumasının deputatı V. Qelovani Gürcüstanın siyasi müstəqilliyi məsələsini 

gündəmə gətirmişdir. 1913-cü ildə “Azad Gürcüstan” birliyi yaradılmışdır. 1917-ci il Rusiya 

inqilabından sonra bütün Qafqazda, o cümlədən Gürcüstan milli dövlətçiliyin bərpası üçün 

əlverişli şərait yarandı. Gürcüstan 1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin son iclasında 

müstəqilliyini elan etdi.  



 

 

İSLAM İNTİBAHININ ELMİ NAİLİYYƏTLƏRİ VƏ DÜNYA ELMİNƏ 

VERDİYİ TÖHFƏLƏR 

 

Günay HEYDƏRLİ 

Hacıqabul şəhər 5 saylı orta məktəbi 

gunay.heyderli@gmail.com 

AZƏRBAYCAN 



 

VII əsrdə yaranmış ərəb dövləti qısa müddətdə böyük əraziləri əhatə edərək böyük bir 

imperiyaya çevrildi. Xilafətə tabe olan ölkələrdə yaşayan alim, yazıçı  və  şairlərin  əsərləri 

vahid Ərəb- İslam mədəniyyətinin xəzinəsinə daxil olurdu. “Islamın qızıl dövrü” və ya Islam 

intibahı” adlandırılan bu dövrdə fizika, kimya, tibb, astronomiya, fəlsəfə  və digər elmlər 

inkişaf edirdi. Əməvilərin və Abbasilərin hakimiyyəti dövründə alimlərə böyük dəstək 

verilirdi. Xilafətin dövlət dili ərəb dili idi. Bu da Kordovadan Bağdada və Səmərqəndə qədər 

olan elm xadimlərinin bir-birilə ünsiyyət saxlamasına səbəb oldu. 

 Hakimiyyət orqanları alimlərin bir yerə toplanması, biliklərini inkişaf etdirməsi məq-

sədilə elmi mərkəzlər açırdılar. Bu elmi mərkəzlərdən ən məşhuru xəlifə Əl- Məmun tərəfin-

dən yaradılmış “ Beytül- hikmət” idi. Təhsil ocaqları olan mədrəsələr boyüyərək universitet-

lərə çevrilirdi. 859- cu ildə şahzadə Fatimə əl-Fihri Fes şəhərində (Mərakeşdə) bir neçə fakül-

tədən ibarət, həm qadınları həm də kişiləri qəbul edən universitet açır. 

Xilafətdə riyaziyyatın inkişafına böyük diqqət göstırilirdi. Riyazi elmin ən görkəmli 

nümayəndələrindən biri Əl- Xarəzmi idi. Xarəzmi ömrünün böyük birhissəsini Bağdaddakı 

“Beytül-hikmət”də keçirmişdir. Cəbr və alqoritm elminin banisi və bu elmlərə ad verən İslam 

alimi olmuşdur. Xarəzminin adı Avropada latınca “Alkhorismi” kimi tələffüz edildiyi üçün, 

tapdığı metoda “alqoritm” adı verilmişdir. Xarəzmi cəbr sahəsində ilk əsəri olan “Kitabül 

Müxtəsər fi Hesabil Cəbri Müqabələ”nin (“Cəbr və Müqayisə Hesabları”) müəllifidir.Əsər bu 

cümlə ilə başlayır:«Alqoritm belə deyir: Rəbbimiz və qoruyucumuz olan Allaha həmd və səna 

olsun».Orijinalı Oksford Universitetində saxlanılan bu kitabda dünyada ilk dəfə olaraq onluq 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1434



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

say sistemini açıqlamış və üstəlik ilk dəfə olaraq, tənlik qurma üsulu ilə məsələni həll etmə 

yollarını göstərmişdir. Bundan başqa, sözügedən kitabında daha əvvəl məlum olmayan bir 

çox yeni terminlər istifadə edilmişdir: kvadratın kök dərəcəsi, tək, tək say kimi. 

 Rocer Bekon, Fibonaççi kimi alimlər onun əsərini heyranlıqla tədqiq etmiş  və öz 

dərslərində bu əsərdən faydalanmışlar. 1500-cü illərin sonlarına (1598-1599) qədər cəbr 

elmində tək mənbə Xarəzminin bu əsəridir.  

 İslam intibahının nümayəndələri arasında elm dünyasına yeniliklər, ixtiralar bəxş edən 

şəxslər coxdur. Sonradan bu ixtiralar təkmilləşdirilmiş  və insanların gündəlik həyatının 

asanlaşmasına xidmət etmişdir. Fizika elminin inkişafına böyük töhfələr  şəxslərdən  Əl- 

Cəzarini, İbn Heysəm göstərmək olar. 

 Əl-Cəzari 50- dən artıq cihazın işlənmə əsaslarını, yararlanma formalarını təsvir edən “ 

Kitab- ül- Hiyəl” ( Mexaniki hərəkətlərdən mühəndislikdə faydalanmayı göstərən kitab) adlı 

əsərin müəllifidir. Bu gün beşi Türkiyədə olmaqla on beş nüsxəsi olan bu kitabda avtomatik 

cihazlar, öz-özünə oxuyan tovuz quşları, robot fillər, avtomatik saatlar, ələ su tökən robot 

insan və bir çox alətlər mövcuddur. 

 “ Daima biliyin və gerçəyin ardınca getdim. Və Yaradana yaxın olmaq və aydınlığa 

qovuşmaq məqsədim olduğundan biliyin və gerçəyin ardınca getməkdən daha yaxşı yol 

olmadığına inandım”- deyən  İbn Hişam Qərbin görkəmli alimlərindən biri olan R. Bekon 

tərəfindən özünə ustad sayılmışdır. İşıqla əlaqədar qələmə aldığı “ Kitab- ül- münazir” (Opti-

kanın xəzinəsi) əvvəlcə Şərqin daha sonradan isə Qərbin aydınlanmağına səbəb olmuşdur. O, 

həmdə Aristotelin “ Dünya kainatın mərkəzindədir” fikrinə qarşı çıxaraq, başqa qalaktikaların 

da olduğunu qeyd edirdi. 

Müsəlman alimlərini düşündürən elm sahələrindən biri astronomiya idi. Dövrünün 

tanınmış astronomlarından N. Tusini, Battanini, Ömər Xəyyamı, Əl- Fərqanini və başqalarını 

göstərmək olar. Nəsirəddin Tusinin qələmindən çıxan yüzdən artıq ciddi əsər elmin astrono-

miya, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika, məntiq və digər sahələrinə həsr olunmuşdu. Bu-

nunla belə Nəsirəddinin yaradıcılığından astronomiya və riyaziyyat üzrə tədqiqatlar xüsusi yer 

tutur. Onun təşəbbüsü ilə 1259- cu ildə Marağada rəsədxana tikilir. Müəyyidəddin Ordi ilə 

birlikdə onlar rəsədxanada beş yeni, bir o qədər də köhnə konstruksiyalı astronomik cihaz 

quraşdırırlar. Bundan başqa Marağa rəsədxanasında bir sıra astronomik məsələlərin həlli üçün 

zəruri sayılan yer və göy qlobusları da hazırlanırdı. Belə qlobuslardan biri bizim günlərə 

qədər çatmış və hal-hazırda Drezdendə saxlanılır. 

Paris İslam İnistutunun professorlarından olan Jak Risler tərəfindən Qərbə triqonomet-

riyani öyrədən adam olaraq adlandırılan Battani gəlib keçmiş  ən böyük iyirmi astronom 

arasında göstərilir. Battani triqonometriyani cəbrə tətbiq edən ilk elm adamı olmuşdur. Sinus 

və kosinus terminlərindən istifadə edərək, günəş saatı ilə hesablama aparmış  və günəşə 

“uzanıb gedən kölgə” adını vediyi doğruya tangens demişdir. Qərb dünyası orta əsrlər döv-

ründə onun əsərlərini latıncaya çevirmiş və Ay xəritələrində ayin adı Qərbin ona vediyi adla 

“Albategnius” olaraq yer almışdır.  İspaniya kralı X Alfonso XII əsrdə Battaninin kitabını 

ispancaya tərcümə etdirmişdir. 

Tibb sahəsində tuberklyoz xəstəliyi haqqında məlumat verən Qambur Vəsimi, 130 – 

dan artıq göz xəstəliyinin müalicəsi haqqında məlumat verən İbn Sinanı, onkoloji cərrahiyyə 

aparan  Əli ibn Abbas, bir sıra cərrahiyyə alətlərini icad edən  Əbul – Qasım-  Əl- Zöhrəvini 

göstərmək olar.  

Beləliklə, Cənubi  İspaniyadan Çinə  qədər uzanan Ərəb-  İslam mədəniyyəti özündə 

müxtəlif millətləri birləşdirərək, qədim misirlilərin, yunanların, romalıların, hindlilərin yarat-

mış olduğu elmi pöhrələri inkişaf etdirərək dünyaya zəngin miras buraxdı. 

 

 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1435



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

“XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ QAFQAZDA GEDƏN  

PROSSESLƏRİN QAFQAZ BİRLİYİ İDEYASINA TƏSİRİ” 

 

Təhminə YARƏLIYEVA 

tahmina751@mail.ru 

AZƏRBAYCAN 



 

Qafqaz xalqlarının birliyi ideyasının ilk qığılcımları çar I Aleksandırın bölgədə sistemli 

və ardıcıl  şəkildə başlayan işğalları ilə alovlanmışdır. Hələ XVI əsrdən başlayaraq bu günə 

qədər davam edən rus siyasətinin ana xəttini  Şimali və  Cənubi Qafqazı, daha sonra İranı 

əsarət altına alaraq isti dənizlərə  çıxış  əldə etmək; erməniləri Qafqaza köçürərək, orada çar 

Rusiyasına dayaq ola biləcək sədaqətli bir xristian (erməni) icması formalaşdırmaq təşkil 

edirdi. Qafqazın Rusiya tərəfindən işğalından sonra imperiya bölgənin siyasi, iqtisadi və 

mədəni həyatını tamamilə nəzarət altına almaq məqsədilə bütün potensialını səfərbər etdi. Bir 

tərəfdən əsrlər boyu formalaşmış mənəvi dəyərlərin ortadan qaldırmasına, digər tərəfdən isə 

imkan daxilində yerli əhalinin xristian təəssübkeşliyi ruhunda olmasına xüsusi yer verilirdi. 

Bölgənin sosial-etnik tərkibinin dəyişdirilməsi, məqsədyönlü  şəkildə milli şüurun 

zəiflədilməsi, milli kimliyin və əsrlərlə bərqərar olmuş mənəvi dəyərlərin unutdurulması isti-

qamətində atılan addımlar bir qayda olaraq güclünün haqlı olması və yaxud milli-dini ayrıseç-

kilik prinsipini əsas alırdı. Milli inkişafın önünə ağlasığmaz sədlər çəkilir, “parçala və hökm 

sür” siyasətilə daxili çəkişmələrə, geri qalmışlıq psixologiyasının formalaşmasına cəhd edilir-

di. XIX yüzilliyin əvvəllərindən 1870-ci illərə  qədər uzanıb gedən fasiləsiz Rusiya-Qafqaz 

döyüşləri göstərirdi ki, eyni, həmdə çox güclü təcavüzükara qarşı ancaq birlikdə vuruşmaq, 

onun zülmündən əlbir fəaliyyət nəticəsində qurtulmaq mümkündür. 

İşğaldan sonra tətbiq edilmiş müstəmləkə xarekteli üsul idarəsi sayəsində Çarizm yerli 

bəy və ağaları dövlət idarəçiliyindən uzaqlaşdırıb, sosial dayaq yaratmaq uğrunda siyasət yü-

rütməyə başladı. Bütün Transqafqazda çox ağır bir durumla qarşılaşan senatorlar Rusiyanın 

Ədliyyə Nazirinə ünvanladıqları müraciətdə “... müsəlman  əyalətlərinin idarə olunmasını 

nəzərdən keçirdikdə rəislərin azğınlığı və əhalinin çəkdiyi iztirablardan insan sarsıntı keçirir. 

Burada insan ləyaqəti artıq bütünlüklə ayaq altına atılmış, hər cür qanunçuluq unudulmuş, 

qanun yalnız əsarət alətinə çevrilmiş, acgözlük və çılğın özbaşnalıq isə dairə rəisləri, komen-

dantlar, pristavlar və başqa ağalıq edən  şəxslərin davranışı üçün yönəldici amil olmuşdur”, 

deyərək vəziyyətin nə dərəcədə dözülməz olduğunu etiraf edirdilər. Qafqaz xalqları arasında 

baş vermiş milli toqquşmaların səbəbi məhz Çar Rusiyasının yeritdiyi üç millətinin sıx 

birləşmə tendensiyasına qarşı qoyma siyasəti ilə  əlaqələndirilirdi. Belə ki, yerlərdə  bəy və 

ağaların siyasi fəaliyyətinin qarşısını almaqla milli oyanış  hərakatının başlanmasını  ləngit-

məyə bir müddət arxa plana atılmasına nail olmuşdur. Ona görə  də, 1904-1905-ci illər rus 

inqilabından sonra məhz bu üç millətdə oyanış ruhu yüksəlmiş, həmdə onları  təmsil edən 

partiyaların sayı artmış, həm də köhnə partiya təşkilatları yeniləri ilə çulğulaşmışdı.  

Hələ XIX əsrin 30-cu illərində çəkəzlər öz milli qurultaylarını çağıraraq Qara dənizi ilə 

Xəzər dənizi arasında bütün 4 milyonluq Dağlılar istiqlalarını dünyaya elan edilmiş Çeçe-

nistanda Dağıstanda qanlı döyüşlərin getdiyi bir vaxtda Qafqaz xalqlarının birliyi fikri ortaya 

atılmışdır. 

Qafqaz xalqlarının o zaman düşdükləri vəziyyət doğurudanda acınacaqlı idi. Rus impe-

ralizmi yüzlərlə bir məkanda yaşamış, eyni adət-ənənəni və ümumi psixologiyanı paylaşan 

xalqlar arasında nifaq salmaq üçün bütün növ vasitələrdən istifadə etmişdi

.

 Müstəmləkəçiliyin 



sədaqətli müttəfiqi rolunda çıxış edən xristianlıq, xüsusilə də onun pravoslav qolu geniş təbliğ 

edilirdi. Bunun ən bariz örnəyini “Bütpərəstlik kimi, İslamın da yalançı din olduğunu” iddia 

edən rus pravoslav kilisəsinin rus çarları və onların ailə üzvləri tərəfindən himayə edilməsində 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1436



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

görmək mümkündür. Bölgədə imperiya üçün ciddi təhlükə olan müridizm hərəkatına qarşı 

Azərbaycanda  şiəliyi ön plana çıxarılaraq Qafqaz müsəlmanlarının vahid cəbhədə birləşmə-

sinə mane olunmağa çalışılırdı. İmperiya bu yolla milli dirçəlişə və azadlıq hərəkatına zərbə 

vurmaq məqsədi güdürdü. Lakin milli azadlıq mübarizəsi, vətənsevərlik, millətçilik duyğusu 

elə bir şeydir ki, onun başqa adı olmur. Müxtəlif cərəyanlar, təşkilatlar, hərəkatlar, siyasi 

quruluşlar ötüb keçə bilər, amma qanla, təfəkkürlə doğulan millətçilik duyğuları ölməzdir. 

İnqilablar, cəmiyyət dəyişikləri ziyalıların dünyagörüşündə böyük dönüş yaratdı.  

I Rus inqilabı dövründə Qafqazın elecədə Azərbaycanın bir çox ziyalısı, xalqın azadlıq 

mübarizəsinə qoşulmuşdur. Onlar bu dövrdə Çar hökümətinə, zəhmətkeşlərin mənafeyini 

müdafiə edən bir sıra petisiyalar yazmış, iclas yığıncaq mitinqlər keçirmişdirlər. Məmməd 

Əmin Rəzulzadənin 1902-ci ildə qurmuş olduğu Müsəlman Gənclik Təşkilatı Azərbaycanda 

Çar Rusiyasına qarşı qurulmuş gizli təşkilat idi. 

Ə. Topçubaşov hesab edirdi ki, Zaqafqaziya ərazisində başlamış azadlıq ideyaları bu 

regionun  əhalisinə xüsusən Azərbaycan türklərinə  və gürcülərə  təsir göstərmiş, bu xalqların 

tarixi talehlərinin vahidliyini sübüt edərək onları əhəmiyyətli dərəcədə bir-birinə yaxınlaşdır-

mışdır. Məhz həmin  əsrdə müstəmləkə sisteminin dağılması  və iflası, müstəmləkəçilikdən 

azad olmuş xalqların müasir inkişaf istiqamətləri seçməsi, bütün sahələrdə siyasi irticanın 

qüvvətlənməsi Zaqafqaziya xalqlarının dircəlişini sürətləndirdi. 

1905-ci il “17 oktyabr Manifesti” və digər azadlıqlar haqqındakı sənədlər qafqaz xalq-

ları ilə milli burjuaziya arasında canlanma yaratmışdır. Müsəlman – türk burjuaziyası, torpaq 

sahibləri və ruhanilər müəyyən güzəştlər əldə etməyə çalışırdılar. İnqilabın qarşısınında müt-

ləqiyyətin devrilməsi və respublika elan edilməsi, mülkədar torpaq sahibliyinin ləğvi, demok-

ratik hüquq və azadlıqların elan edilməsi kimi mühüm vəzifələr dururdu. 

Birinci dünya müharibəsi ərəfəsində Tobcubaşov konfederasiyanı Rusiya imperiyasının 

Qafqaz xalqları arasında düşmənçilik toxumu səpmək cəhdlərinin qarşısının alınmasının  ən 

səmərəli yolu hesab etmişdir.  

Rusiyanın Birinci Dünya müharibəsində iştirakı ona uğursuzluqlar gətirdi. 1916-cı ilin 

axırı 1917-ci ilin əvvəllərində inqilabi hadisələr geniş vüsət aldı. Rusiyada siyasi böhranın 

başlıca məsələsi olan hakimiyyət problemini əsasən 3 siyasi cəbhənin: Çar mütləqiyyətinin, 

liberal burjuaziyasının və demokratik qüvvələrin mübarizəsi həll edirdi. Kapitalizm böhranın 

əsas əlamətləri ilə yaranan ziddiyyətlər, bununla bərabər Birinci dünya müharibəsinin ağırlığı 

Fevral burjua inqilabının gerçəkləşməsinə  gətirib çıxartdı. Çar Rusiyası dövründə quberni-

yalara bölünərək idarə olunan Qafqazda 1917-ci ilin Fevral inqilabı  nəticəsində rejimin 

devrilməsi və yeni müstəqil dövlətlərin ortaya çıxması “Azad Qafqaz” düşüncəsinin yenidən 

aktuallaşdırmışdı. 1918-ci ildə bölgədə ortaya çıxan  ərazi iddiaları  və qarşıdurmaların dinc 

yolla həllini təmin etmək məqsədi ilə “Qafqaz Evi” qurma təklifi ilə gündəmə gətirilmişdir.  

Qafqaz ölkələri arasında ideyanı daha çox dəstəkləyən Azərbaycan dövləti idi. Əlmər-

dan bəy Topşubaşov çıxışlarının birində deyir: “Rusiya dağıldıqdan sonra Qafqaz respublika-

ları-Gürcüstan, Ermənistan Azərbaycan və Şimali Qafqaz xalqları bir konfrans yaratmalıdır. 

İsveçrə konfransına bənzər bir konfrans...” Artıq bu dövrdə İnkişaf etmiş dövlətlər qonşuluq 

əlaqələri ilə yanaşı bölgənin problemlərinin həll edilməsi istiqamətində siyasi birliklərə  də 

başlamışdır. 

“Qafqaz Birliyi” ideyasının yarandığı tarixi şəraitdən bu günə  qədər təxminən iki yüz 

illik inkişaf yolu keçmişdir. Birlik ideyası bu güdə öz aktuallığını saxlamasına baxmayaraq 

yeni ideya deyil, XX əsrin əvvəllərində Qafqazda gedən prosseslərin təsiri ilə sülhün ümumi 

düşmənə qarşı mübarizədə birlik yaratmaq naminə meydana gəlmişdir. 1920-ci ildə Qafqaz-

dakı milli respublikaların devrilməsindən Qafqaz xalqları ikinci müstəqilliyini qazananadək 

uzun təkamül prossesi keçmiş, bu dövrdə zaman-zaman gündəmdə gələrək dolğun hala gəti-

rilmişdir. 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin