2
Kolumbun heykəli, onun təbii ölçülərdə düzəldilmiş "Santa Mariya" gəmisinin modeli, qotik üslubda tikilmiş
yaşayış məhəllələri, Montxuaq dağındakı
böyük Luna park, şəhərin görkəmli yerlərindəndir. Barselonanın
şimalında uca dağın üzərində Montserrat monastırı (XI əsr) yerləşir.
Sevilya turizm mərkəzi.
Əndəlüz tarixi vilayətinin inzibati mərkəzi olan Sevilyanın yaranma tarixi, e.ə.
VIII əsrə aid edilir. Turistlərin diqqətini cəlb edən memarlıq abidələri arasında Herald qülləsi (XIII əsr),
dünyanın ən gözəl kilsələrindən biri sayılan, qotik üslubda tikilmiş Kafedral kilsəsi (XV əsr, kilsə rəssam və
heykəltaraş Murilyonun əsərləri ilə bəzədilmişdir), Əl-Kasar (XII əsr), San-Telmo sarayları (XVII-XVIII əsr),
La-Hiralda minarəsi (XII əsr) və s. xüsusilə seçilirlər. Sevilya məşhur rəssamlar Velaskes və Murilyonun
vətənidir.
Dostları ilə paylaş: