Neftqaz çıxartma qurğularına təsir edən qüvvələr və onların əsas xüsusiyyətləri: Daimi qüvvələrə - dayaq bloklarının, platformanın üst tikililərinin, taxta döşəmə və elementləri, izoləedici, qoruyucu və digər örtüklərin çəkiləri aiddir. Uzunmüddətli qüvvələrə - avadanlıq, çən və texnoloji boru xətlərini doldurmuş maye, qazma vışkası, stasionar avadanlıqların çəkiləri, yüklə birlikdə qaldırici vasitələrin yaratdığı yüklər və s. aiddir. Qısamüddətli qüvvələrə - külək, dalğa, axın yükləri və gəmi və vertolyotların yaratdığı yüklər, habelə tikinti quraşdırma yükləri aiddir. Xüsusi qüvvələrə - seysmik təsirlərdən yaranan yüklər aid edilir. Xəzər dənizinin neft yataqları seysmik fəal sahədə yerləşdikləri üçün dəniz neftqaz qurğuları seysmik rayonlarda tikinti norma və qaydalarının tələblərinə uyğun olmalıdır. Ümumiyyətlə, Xəzər dənizinin ərazisi müxtəlif seysmik dərəcəli sahələrə ayrılır. ərazinin çox böyük sahəsi 5,6 və 7 ballı, az sahəsi 8 və 9 ballı bir sahəsi isə 10 ballıdır. Neftqaz qurğularına buz yükləri iki növə dinamiki və statiki yüklərə ayrılır. Dinamiki yüklər üzən buz kütləsinin dəniz qurğularına zərbəsi zamanı əmələ gəlir və zərbə qüvvəsinin qiyməti əsasən buzun buzun sıxlığından və ölçülərindən, sürətindən, formasından asılıdır. Statiki yüklər isə əsasən küləyin və axının təsiri ilə horizantal istiqamətdə sərbəst üzən buzun təsiri ilə əmələ gəlir və həmin təsir qüvvəsinin qiyməti temperaturun dəyişməsindən asılıdır. Neftqaz qurğularına təsir edən külək qüvvələrinin hesabatı Sürət basqısının döyüntü əmsalının qiyməti Dinamiklik əmsalının qiyməti Sürət basqısının qiyməti (q0) Ədəbiyyat :