Nqhq tikintisi və istismarı



Yüklə 297,09 Kb.
səhifə15/30
tarix07.01.2024
ölçüsü297,09 Kb.
#211311
1   ...   11   12   13   14   15   16   17   18   ...   30
C fakepathmühazir Tikinti-istismar

Külək rejimləri. Külək dalğalarının parametrlərinin hesablanmasında dəniz dibi relyefinin və akvatoriyanın (sahil görünüşünün) təsiri mövcuddur. Buna görə də dəniz dalğalarının və külək parametrlərinin xarakteristikalarını tədqiq etməzdən qabaq dənzin müxtəlif yerlərində yerləşmiş neft-qaz yataqlarının şəraitləri ətraflı öyrənilməlidir. Külək rejiminin xassələri güclü və qasırğalı küləklərin əsmə davamlılığı və həmçinin müxtəlif istiqamətlərdə küləyin əsmə sürətinin təkrarlanması qrafiki qurulur. Neft daşları yatağında ən çox təkrarlanan şimal istiqamətində yəni 32% 16 m/s -dən çox sürətlə əsən küləklərdir. Məs., 1-3 m/s sürətli külək bütün il ərzində 25,5% təşkil edir, 4,9 m/s isə 53,8%, 10-15 16,9%, 16 və ondan çox 3,8% -dir.

№20. Dalğa (ümumi anlayışlar)


Su hövzəsində dalğa əmələ gətirən səbəblərdən asılı olaraq dalğalar aşağıdakı növlərə ayrılır:
1.Tsunami dalğalar – sualtı dib qatlarına zəlzələnin təsirindən əmələ gəlir.
2.Külək dalğaları – suyun açıq səthində küləyin təsirindən əmələ gəlir
3.Gəmi d. – suyun açıq səthində gəmilərin hərəkəti zamnı əmələ gəlir.
4.Qabarma-çökmə d. – yerin su kütləsinə ayın və günəşin cazibə qüvvəsi təsirindən əmələ gəlir.
Əsəs terminlər:
Müntəzəm dalğalar – maye nöqtələrinin fəzasında hündürlüyü və dalğa dövrü dəyişməz qalır.
Qaçan dalğalar – fəzada görülmə şəklini dəyişən dalğalar.
Durğu dalğaları – fəzada görülmə şəkilini dəyişməyən dalğalar.
Dalğa sistemi – bir mənşəyə malik olan dalğaların ardıcıl sırasıdır.
Dalğanın yandan görünüşü – dalğa şüasının istiqamətində şaquli müstəvi ilə həyəcəanlanmış səthi kəsən xətdir.
Orta dalğa xətti – dalğa rəqslərinin yazılışının kəsən elə xətdir ki, bu xətdən aşağıda və yuxarıda sahələrin cəmləri eynidir.
Dalğa zirvəsi – orta dalğa xəttindən yuxarıda yerləşən dalğa hissəsi
Dalğanın təpəsi – maksimum hündür nöqtə
Dalğa dərəsi – orta xətdən aşağıda yerləşən dalğa hissəsi.
Dalğa dabanı – minimum nöqtə
Dalğa elementləri əsas etibarı ilə hündürlük, uzunluq, dalğa dövründən ibarətdir.

Ş.20.1
Burada 1.dalğa zirvəsi, 2.dalğanın altı, 3.dalğanın dərəsi, 4.dalğanın orta xətti, 5.dalğa altının uzunluğu, 6.dalğa yoxuşu, 7.dalğa yoxuşunun uzunluğu, –dalğa uzunluğu, h-dalğa hündürlüyü, H-dənizin dərinliyi.
Dalğanın hündürlüyü dalğanın yan görünüşündə qonşu dərədən dalğa zirvəsinin aşılmasıdır. Dalğa uzunluğu dalğanın yan görünüşündə iki dalğa yoxuşunun zirvələri arasındakı üfüqi məsafədir. Dalğa dövrü iki yanaşı dalğanın tərpənməz şaquli oxdan keçmələrinin vaxt intervalıdır. Dalğa cəphəsi səthin həyəcanlanma planında verilmiş dalğanın zirvələrindən keçən xəttdir. Dalğa şüası verilmiş nöqtədən dalğa cəphəsinə perpendikulyar xəttdir. Dalğa sürəti onun yayılma istiqamətində dalğa yoxuşunun yerdəyişmə sürətidir.
Küləyin sürətinin hesabatı (dalğa elementlərinin təyinində) dəniz səviyyəsindən 10 m hündürlükdəki küləyin sürətidir. Suyun hesabat səviyyəsi – mövsümlü və illik titrəyişləri, küləyin su qaldırmasını və qabarma-çəkilməni nəzərə almaqla əmələ gələn səviyyədir. Dalğanın qovumu küləklə əhatə olunmuş akvatoriyada küləyin əsmə istiqamətindən hesabat nöqtəsinə qədər ölçülən məsafədir. Dalğanın təzyiqi – hidrodinamiki təzyiqin bir hissəsi olub sərbəst maye səthinin dağılmasından asılıdır. Dalğanın təzyiqi fəzanın verilmiş nöqtəsində dalğa olmadıqda və ya olduqda hidrodinamik təzyiqlərinin qiymətlərinə fərqi kimi təyin olunur.

Yüklə 297,09 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin