Nqhq tikintisi və istismarı


№12. Sahil tikinti zonasında tirvari, dirəkvari bünövrə bloklarının sahil tikinti zonasında quraşdırılması



Yüklə 297,09 Kb.
səhifə10/30
tarix07.01.2024
ölçüsü297,09 Kb.
#211311
1   ...   6   7   8   9   10   11   12   13   ...   30
C fakepathmühazir Tikinti-istismar

№12. Sahil tikinti zonasında tirvari, dirəkvari bünövrə bloklarının sahil tikinti zonasında quraşdırılması


İşlərin görülmə ardıcıllığı aşağıdakı sxemdə göstərilmişdir:
1- elmentlərin toplanması. Burada dirəklər (svaylar) hazırlanır. Gələcəkdə işlənməsini asanlaşdırmaq üçündür. bu sahədə aşağıdakı əməliyyatlar aparılır:


  1. Dəmir, su yolu, nəqliyyat vasitəsilə gətirilmiş dirəklərin boşaldılması.

  2. Boşaldılmış elementlərin ölçülərinə görə çeşidlənməsi

Həmin bu sahədə müxtəlif çeşidli materiallardan gələcək sınaqlar üçün nümunə götürülür.

2- birinci sahədən qurulmuş elementlər a kranı vasitəsilə 3 hazırlanma sahəsinə ötürülür. Burada verilmiş layihə çertyoja görə yastı materiallar biçilir. Burda 2 sahəsində diametri 2 metrdən böyük olan boruların hazırlanması işi aparılır. 2 metrdən balaca borular zavoddan gətirilir.

3- hazırlanmış yastı və fiqurlu elementlər kranlar vasitəsilə 4, 6 və 7 sahələrinə ötürülür. Bu sahələrdə böyük ölçülü fəza konstruksiyaları yığılır.
4- fəza-dirək konstruksiyanın tamamlanması 6 və 7-ci sahələrdə tam həyata keçirilir. 6-cı sahədə barjalar vasitəsilə quraşdırılma sahəsinə daşınır. 7-ci zonada isə qurulmuş qurğular xüsusi sürüngəclər vasitəsilə suya salınır. (push-pull)
5- quraşdırılma nöqtəsində yığılacaq qurğu tam hazır olduqdan sonra onu ya gəmilər vasitəsilə ya da suda üzən şəkildə quraşdırma nöqtəsinə nəql edirlər.
Barjaya yüklənməzdən əvvəl qurğunun sahildə yerləşməsi və barjaya çəkilməsi.
Ş.12.1,2,3
1-dirək tipli konstruksiya, 2-barja, 3-sahilə söykənmə qurğuları, 4-yönəldici sürüngəclər.

№13. Üst tikili bloklarının sahil zonasında quraşdırılma texnologiyası.


DNQQ-lərin üst tikililərində qurğunun əsas işçi avadanlıqları və qurğuları işçilərin həyat fəaliyyətinin təmin edən sistemlərdən və platformanı avtomatik idarə etmə sistemlərindən ibarətdir. Buna görə də üst tikililərin göstərilən avadanlıqlarla təchiz olunması ya sahil tikinti zonasında ya da açıq dəniz şəraitində aparılır. Qeyd etmək lazımdır ki, platformaların üst tikililərinin quraşdırılması qravitasiya tipli platformalardakı kimidir.




Ş.13.1.Üst tikililərin sahil zonasında quraşdırılması sxemi
Tikinti quraşdırılması işlərinin aparılması əsas sahəsi 1-dir. Bu sahə bir neçə kran vasitəsilə təmin olunur (k1,k2). Dəmir-betonlarının hazırlanması sahəsi (2). Bu sahədə üst tikililərin quraşdırılması müddətində istifadə olunur. (3) sahəsində dəmir lövhələr dayaq dirəklərinin üzərində yığılır.



Ş.13.2 Üst tikililərin quraşdırılma ardıcıllığı.
A şəkilində tikintinin ilk mərhələsi göstərilmişdir. (2) dəmir-beton sahəsində gələcək üst tikililərin yerləşmə sahəsidir. (2) sahəsində 3 dirəkləri üzərində dəmir lövhə yerləşdirilmişdir. (3) dirəklərinin hündürlüyü gələcəkdə istifadə olunan maşın və avadanlıqların hündürlüklərindən artıq olmamalıdır. Bu avadanlığın yuxarı ötürülməsi üçün bir təbəqə ətrafında yük pəncərəsi açılır. (b) sxemində (5) dayaq dirəkləri (kalonlar) yerləşdirilir ki, bu gələcək üst tikilinin yükünə tab gətirməsini təmin etsin. Bu dirəklər üzərinə (4) göyərtəsi quraşdırılır. Göyərtə üzərində (7) dirəkləri və (6) əlavə göyərtəsi quraşdırılır. (6) üst göyərtinin dayanıqlılığını təmin etmək üçün (17) maili tirləri quraşdırılır. 2-ci qatın quraşdırılması zamanı müxtəlif iri qabaritli avadanlıqların quraşdırılması da aparılır. Bundan sonra dirəklərin, maili tirlərin və mərtəbə arakəsmələrinin (6, 7, 17) quraşdırılması aparılır. Mərtəbələrin quraşdırılması başa çatdıqdan sonra bütün texnoloji avadanlığın (boru kəməri, çən və s.) quraşdırılması müvafiq layihəyə görə aparılır. Quraşdırılma işləri hər iki mərtəbə də eyni zamanda aparılır. Nəhayət 3-cü mərtəbədə isə yaşayış bloku, vertalyot meydançası və səmt qazının yandırılması üçün məşəl qurğusu, kran yerləşdirilir. Üst tikililərin quraşdırılması ardıcıl aparılır. Quraşdırılma vaxtına qənaət etmək məqsədi ilə çox zaman quraşdırılma işləri mərtəbələrdə paralel həyata keçirilir.

Yüklə 297,09 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin