Pedaqojielminvəpedaqoji prosesinqarşılıqlıəlaqəşəraitindəinkişafetməsi.Pedaqoji elm pedaqoji prosesin səmərəliliyini artırır; pedaqoji proses də öz növbəsində pedaqoji elmi qidalandırır. Deməli, pedaqoji elm və pedaqoji proses arasında qarşılıqlı əlaqə mövcuddur. “Kəlilə və Dimnə” adlı tarixi abidədə gözəl deyilib: “Nəzəriyyə təcrübəsiz… dostluq sədaqətsiz fayda verə bilməz”.
Təlim, tərbiyə, təhsil və psixoloji inkişaf, yəni pedaqoji proses adamların istək və arzularından asılı olmayan real prosesdir: öyrədən və öyrənənlər arasında, tərbiyəçi ilə tərbiyə olunanlar arasında baş verir; şəxsiyyətin formalaşmasına yönəlir.