Mühazirə -1 FİZİKİ-KİMYƏVİ analiZİn predmet və VƏZİFƏLƏRİ


Bir komponentli real sistemlərin hal diaqramı



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə26/36
tarix26.03.2022
ölçüsü1,57 Mb.
#54227
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   36
FKA mühazirə

Bir komponentli real sistemlərin hal diaqramı. 

 

Kükürdün hal diaqramı. Şəkil 2.6-da kükürdün hal diaqramı verilmişdir. Stabil sahələrin sərhədi 

bütöv  xətlərlə,  metastabil  isə  qırıq  xətlərlə  verilmişdir.  Məlumdur  ki,  bərk  halda  kükürdün  bir 

enantrop çevrilməsi vardır. Yəni 95,5

0

C-də rombik  kükürd  monoklinik kükürdə çevrilir. Öz buxar 



təzyiqi  altında  bu  temperaturdan  aşağı  rombik  ,  yuxarıda  isə  monoklinik  kükürd 

davamlıdır.Diaqramda  divariant  tarazlığı  əks  etdirən  aşağıdakı  bir  fazalı  sahələr  vardır  :  ABFH 

əyrisindən sola – rombik kükürdün, BCF – monoklinik kükürdün, HCD – maye kükürdün, ABCD 

əyrisindən  aşağıda  kükürd  buxarının  davamlı  olduqları  sahələridir.  Bu  bir  fazalı  sahələrdə  AB 

rombikkükürdün  buxar  təzyiqinin  temperaturdan  asılılığı  əyrisi,  BC  –  monoklinik  kükürdün 

buxarlanma  əyrisi  ,  CD  maye  kükürdün  buxarlanma  əyrisi,  KB  qırıq  xıtti  (  rombik  kükürdün 

monoklinik kükürdə çevrilmə əyrisi ), CF- monoklinik kükürdün ərimə temperaturunun təzyiqdən 

asılılığı  əyrisi  və  FH  rombik  kükürdün  ərimə  əyrisidir.Bu  monovariant  əyrilərin  kəsişməsindən 

alınmış  B,  C,  F  nöqtələri  üçlü  nöqtələr  olub,  nonvariant  prosesləri  əks  etdirirlər.  B  nöqtəsində 

rombik  kükürd  -  monoklinik  kükürd  -  buxar,  C  nöqtəsində 

monoklinik  kükürd  –  buxar  –  maye  kükürd,  F  nöqtəsində 

rombik  kükürd  –  monoklinik  kükürd  –  maye  kükürd 

tarazlıqda mövcud olurlar. 

 

   Şəkil 6. Kükürdün hal diaqramı. 



 

Sistemin  metastabil sahəsi  kükürdlü ifrat soyutmaqla və 

rombik  kükürü keçid nöqtəsindən  yuxarı qızdırmaqla alınır. 

Ona  görə  də  BG,  CG  və  FG  xətlərlə  BFC  sahəsində 

nəhayətləndirərək,  üç  bir  fazalı  metastabil  sahələr  alınır: 

BGF  –  rombik  kükürdün,  CGF  –  maye  kükürdün,  BCG  – 

kükürd  buxarının  mövcudluğu  sahələridir.  Bu  sahələr 

aşağıdakı iki fazalı monovariant əyrilər əmələ gətirir: 

BG  –  ifrat  qızdırılmış  rombik  kükürdün  buxar  təzyiqi  P=  f(T)  –  nintemperaturdan  asılılığı 

əyrisi, GC – ifrat soyudulmuş maye kükürdün əyrisi, FG – ifrat qızdırılmış rombik kükürdün ərimə 

əyrisidir. Monovariant əyrilər metastabil sahənin üçlü nonvariant nöqtəsi G – nöqtəsində birləşirlər 

ki, burada rombik kükürd – maye – buxar  “S” nonvariant tarazlıqda olurlar. 

 

 

Şəkil 7. Suyun tam hal diaqramı. 



 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin