Mini (kiçik) hotellər


d) Qeyri-adi mini (kiçik) hotellər



Yüklə 69 Kb.
səhifə4/4
tarix16.06.2023
ölçüsü69 Kb.
#131631
1   2   3   4
Mini hotels(1)

d) Qeyri-adi mini (kiçik) hotellər

Dünyanın bir çox yerlərində turistləri cəlb etmək üçün qeyri-adi mini hotellər fəaliyyət göstərir. 1728 –ci ildə inşa olunan və Almaniyanın Amberq şəhərinin tarixi hissəsində yerləşən “EL House” hoteli ən kiçik hotellərdən biridir. Bu qırmızı rəngdə olan tikilinin eni 2,5 metrdir. Yaşayış sahəsi 53 kvadrat metrdir. Şəhər maqistraturasının qəbul etdiyi qərara görə evi olmayan şəxslər ailə həyatı qura bilməzdilər. Bu səbəbdən də şəhərin meri, evlənmək istəyən gənclərə ailə qurmaq üçün bu hoteli açıb.Hotelə gələn kişi və qadın burada bir gecə keçirəndən sonra tam qanuni şəkildə ailə qura bilərlər. Onların hotelə verdikləri pul “mülkiyyətə verilən məbləğ” sayılır, hotel 12 saat müddətində onların “mülkiyyəti” kimi sənədləşdirilir. “Toy hoteli” ideyası və həyata keçirilməsinin müəllifi Amberq şəhərinin sakini xanım Marina Şrayverdir. Hotel 5 ulduz təsnifat sisteminə daxildir və qiyməti təxminən 250 evroya yaxındır.


Baham (Atlantis) adalarında yerləşən “Royal-Towers” ən bahalı hotellərdən biridir. 1 günün qiyməti 25.000 ABŞ dollarıdır. Cəmi on apartamentdən ibarətdir.Bu apartamentlərin iki əyləncə mərkəzi, bar, kabinet royalı, təmiz qızıldan yemək qab-qacaqları və s. xidmətlər qonağın istifadəsinə verilir.Dünyanı ən möcüzəli və nadir hotellərindən hesab edilən “Tree Tops Hotel” ağacların üstündə yerləşir (Keniyaın təbii parkında-Afrika) Bu hoteldən vəhşi heyvanların gəzişməsi və gölə su içməyə necə yığışmalarına tamaşa etmək mümkündür. 1952-ci ildə məhz bu hoteldə istirahətini keşirən 2-ci Elizaveta Böyük Britaniyanın kraliçası təyin olunması haqqında xəbəri eşidir.
Florida(ABŞ) ştatında sualtı hotel fəaliyyət göstərir və 6 nəfər üçün nəzərdə tutulub Ümumi sahəsi 135 kvadrat metrdir.Hotelə şüşəli liftlər vasitəsilə düşmək olar.
Yaponiyada da bir sıra qeyri-adi hotellər var. Bunlardan biri “Capsule Hotel” dir ki, otaqlqrı həqiqətən kapsula oxşayır .Otaqlar 1,2-2,2 metrdən ibarət olan pəncərəsiz nömrələrdir. Mebel əşyalarından otaqlarda yalnız çarpayı, kondisioner və televizor var. Hotelə yalnız nəqliyyata gecikən və evə gedə bilməyən kişilər qəbul olunurlar.
Tunisin ən orijinal hoteli Saxara səhrası ilə sərhəddə yerləşir. Bu tikili yerli beduin tayfasına məxsusdur və iri çəlləklərdən ibarətdir. Çəlləklərin diametri 2-3 metr, uzunluğu 3-4 metrdir. Bu çəlləklər daşdan düzəldilib və gil ilə suvaq olunub. Bu çəlləyin qapısı –dəliyi 50 sm-dir. Buranın yerli əhalisi qonaqlara müxtəlif xidmətlər göstərirlər.
Yüklə 69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin