Bank holdinq şirkəti – bank lisenziyasına malik bir və ya bir neçə törəmə bankı olan, fəaliyyəti
baş ofisinin yerləşdiyi ölkənin bank tənzimlənməsi orqanları tərəfindən tənzimlənən və nəzarət olunan
qrupdur.
Maliyyə holdinq şirkəti – bank və yalnız maliyyə sektorunda fəaliyyət göstərən digər törəmə
təşkilatlarından ibarət olan qrupdur.
Qeyri-maliyyə holdinq şirkəti – bank daxil olmaqla, iqtisadiyyatın müxtəlif sahələrində
fəaliyyət göstərən bir və ya daha artıq törəmə təşkilatı olan qrupdur.
Konsolidasiya əsasında hazırlanmış maliyyə hesabatları – baş təşkilatın və onun bütün törəmə
təşkilatlarının MHBS-a uyğun tərtib edilmiş icmal maliyyə hesabatlarıdır.
13
Giriş
“Bank uçotu” fənninin proqramında Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit
təşkilatlarında – uçot işinin təşkili və aparılması qaydaları öz əksini tapmışdır.
“Bank uçotu” fənninin dərs proqramında kredit təşkilatlarında muhasibat uçotunun əsasları ;
uçot əməliyyat işinin təşkili ; kassa əməliyyatlarının uçotu ; nağdsız hesablaşmaların uçotu və pul
köçürmələrinin şərtləri ; muxbir hesablaşmalar üzrə əməliyyat uçotu ; kredit əməliyyatlarının uçotu ;
depozit əməliyyatlarının uçotu ; qiymətli kağızlar əməliyyatlarının uçotu; xarici valyuta əməliyyatlarının
uçotu ; balansdan kənar əməliyyatlarının uçotu ; icarə əməliyyatlarının uçotu ; digər aktiv və passivlərin
uçotu ; ödəniş vasitələrinin
(plastik kartlar, çeklər və digər ödəniş vastələri) maliyyə hesablarının uçotu ;
bankların maliyyə nəticələrinin uçotu və maliyyə hesabatları və s. öz əksini tapmışdır.
“Bank uçotu” fənninin tədrisində əsas məqsəd – banklarda uçotun təşkili və aparılması , o
cumlədən maliyyə hesabatlarının hazırlanması və tətbiq edilməsini , maliyyə hesabatlarında səffaflığı
təmin etmək və kredit təşkilatlarında muhasibat uçotunun tənzimlənməsi qaydalarını və normalarını ,
bankların əsas əməliyyatlarının aparılma qaydalarını, nəzəri
cəhətdən öyrənmək və praktiki olaraq kredit
təşkilatlarinda tədbiq etmək və tələbələri müasir bank sisteminin inkişafı və problemləri haqqında
məlumatlandırmaq, bank sistemində istifadə olunan əsas anlayışların izahını tələbələrə çatdırmaqdır. Bank işi
fənninin qabaqcadan tədrisi tələbələrdə banklarda uçot işinin təşkilinin aparılması qaydalarının mənimsənilməsi
işini asanlaşdırır.
“Bank uçotu” fənninin tədrisində banklarda muhasibat uçotunun əsas vəzifələri aşağıdakılardı :
- bankın fəaliyyəti, aktivləri, öhdəlikləri və kapitalın vəziyyəti haqqında maliyyə hesabatlarının
daxili istifadəçilərinə - rəhbərliyə, təsisçilərə, bankın iştirakçılarına (payçılarına, səhmdarlarına) habelə
xarici istifadəçilərə - investorlara, kreditorlara, nəzarət və dövlət orqanlarına, maliyyə hesabatlarının
digər istifadəçilərinə dolğun, tam, düzgün və təfsilatı ilə məlumatların təqdim olunması;
- aparılan bütün bank əməliyyatları haqqında, tələb və öhdəliklərin mövcudluğu və bank tərəfindən
istifadə olunan maddi və maliyyə resursları haqqında ətraflı, tam və düzgün uçotun aparılması;
-
bankın aktivlərinin mövcudluğu və hərəkəti, nağd pul və digər qiymətlilərin saxlanması, əmək
resurslarının, xüsusi və cəlb olunmuş vəsaitlərin səmərəli istifadəsi, habelə bank tərəfindən aparılan
digər əməliyyatlar üzrə nəzarətin təmin olunması və s.
|