Mehman Ağayev, Sultan Əliyev ÄÈÀËÈÇ Bakı – 2010



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə30/34
tarix29.12.2016
ölçüsü9,15 Mb.
#3870
1   ...   26   27   28   29   30   31   32   33   34

Dializ

 Mübadilə:

* podaqra;

* generalizə olunmuş ateroskleroz;

* şəkərli diabet.

 Hemodinamik:

* xroniki ürək çatışmazlığı;

* qaraciyər serozu.

 Dərman

 Toksiki:

* alkoqolizm;

* narkomaniya.

 Travmatik:

* çoxsaylı travma;

* massiv yanıq;

* ürəkdə və iri damarlarda əməliyyatlar.

 Böyrək:

* hamiləliyin gec toksikozu;

* böyrəyin obstruktiv xəstəlikləri;

* nefrotik sindrom.

 XBÇ.

KBÇ profi laktikası

Risk qrupunda olanlara AT aşağı enməsi, DQH-nin azalmasına yol 

vermək olmaz, rentgenkontrast preparatlar, nefrotoksik dərmanlar, 

RAAS təsir edən və böyrək qan dövranını azaldan dərmanların 

istifadəsindən qaçmaq lazımdır.

Antibiotikləri, QSİƏP, heparin, saluretiklər, xüsusi ciddi göstərişə 

əsasən, ehtiyatla təyin olunmalıdır. Digər tərəfdən, infeksiyalarda 

antibiotiklərin təyin olunması özü KBÇ profi laktikasının  əsas 

tədbirlərindən sayılır. Sitoprotektorlar kimi kalsium antaqonistləri 

(verapamil), qlisin, teofi llin, antioksidantlar (qlyutation, vitamin E) 

istifadə olunmalıdır. Əməliyyatdan sonrakı KBÇ profi laktikası üçün 

mannitol, ilgək diuretikləri tövsiyə olunur.



365

Fəsil 12. Kəskin böyrək çatışmazlığı

12.4. Konservativ müalicə

KBÇ-nin müalicəsi xüsusi dializ şöbəsində aparılmalıdır. Hər 

hansı üsulun seçilməsi KBÇ etiologiyası, forması və mərhələsindən 

asılı olur.



KBÇ konservativ müalicəsinin ümumi prinsipləri. 

Müalicə 


prosesində  bədən çəkisinin, gündəlik diurezin, bədən temperatu-

runun, AT, mərkəzi venoz təzyiqin, ağciyər toxumasının venoz qan 

dolğunluğu, qanda Hb, Het, karbamid, kalium, natrium, kalsium, 

maqnezium, turşu-qələvi müvazinəti monitorinqi aparılmalıdır. 

Gün ərzində bədənə daxil olan maye enteral və parenteral yollarla 

bədəndən xaric olan (sidik, qusma, diareya) mayedən 300–500 ml 

çox olmalıdır. 

Pəhriz zülalsız, aşağı kaliumlu, yüksək kalorili olmalıdır (2000 

kkal/gün-dən az olmamalıdır). Qida qəbul edə bilməyən xəstələrə 

zond ilə mədəyə aşağıdakı qarışıq yeridilir:

1. düyü həlimi, yaxud süd 200 ml;

2. kərə yağı 50 q;

3. yumurta 1 ədəd;

4. şəkər tozu 50–100 q;

5. kako tozu 1 x. qaşığı.



Hiperkaliyemiyanın müalicəsi bir neçə istiqamətdə aparılır.

– Bədənə daxil olan kaliumun miqdarı azaldılır:

* yaraların cərrahi işlənməsi (hematoma, nekroza uğramış 

toxumalar kəsilib çıxarılır, boşluqlar drenaj edilir);

* Kraş-sindromda turna qoyulur;

* MBT yuyulur – mədədə və bağırsaqlarda qan yığıldıqda;

* hemolizin səbəbini aradan qaldırmaq (qeyri-zədələnmə rabdo-

miolizində);

* hiperkaliyemiya yaradan dərmanları kəsmək (QSİƏP, heparin, 

AÇFİ, spironolaktonlar, beta-blokatorlar, miorelaksantlar);

* kəskin böyrəküstü vəzi çatışmazlığını aradan qaldırmaq 

(Doksa);


366

Dializ

* hiperkatabolizmi aradan qaldırmaq (parenteral qidalanma, 

rekombinant boy hormonu).

– Kaliumun antaqonistlərinin istifadə olunması:

* kalsium qlükonat ya 10%-li kalsium xlorid venadaxilinə (5–10 

ml), EKQ-də olan dəyişikliklər itənə qədər təkrarlanır, gün ərzində 

50–80 ml yeridilə bilər;

* natrium xloridin hipertonik məhlulu – 5%-li 200 ml, venadaxilinə 

1 saat ərzində;

* kaliumun qandan çıxarılması. Metabolik asidozun korreksiyası 

hesabına kaliumun hüceyrə daxilində saxlanması mümkündür. 

Natrium hidrokarbonatın 5%-li məhlulu – 200 ml, venadaxilinə, 

qlükozanın hipertonik məhlulu ilə birlikdə 50 ml və adi insulin (10–

15 v) istifadə olunur.

– Kaliumun hüceyrəyə daxil olmasını stimulyasiya etmək üçün 

beta-2-adrenomimetiklər (dopamin, alupent, fenoterol) istifadə 

olunur.

– Kalsiumun qaraciyərdə bağlanması (qlikoneogenez hesabana). 



Bu məqsədlə 1 saat müddətində 500 ml 20%-li qlükoza məhlulu 

venadaxilinə (sadə insulin 30–40 V, dəri altına) yeridilir. Sonra 500 

ml – 5%-li qlükoza məhlulu infuziya edilir.

– Kaliumun sidik ilə ekskresiyasını artırmaq üçün furosemid 

(venadaxilinə 2000 mq/gün-ə qədər), mannitol yeridilir.

– Kaliumun MBT ilə eliminasiyası üçün yumşaldıcılar, sorbentlər, 

ionmübadilə sorbentləri (polistirensulfonat natrium) istifadə edilir.

Metabolik asidozun müalicəsi.

 Yüngül metabolik asidoz 

zamanı daxilə natrium hidrokarbonat, yaxud natrium asetat təyin 

olunur. Dekompensasiya etmiş metabolik asidozda venadaxilinə 

yeridilən qələviləşdirici məhlulların miqdarı (ml) xüsusi düsturlarla 

hesablanır:

– 1,4% natrium hidrokarbonat, yaxud 1/6 M natrium laktat üçün:

BE × bədən çəkisi (kq)

– 8,4% natrium bikarbonat, yaxud 12,8% natrium laktat üçün:

BE × 0,3 × bədən çəkisi (kq)



367

Fəsil 12. Kəskin böyrək çatışmazlığı

– trisamin üçün:

8,3 ml 0,3M məhlul × bədən çəkisi (kq)

bütün düsturlarda: BE – bufer əsasları yerdəyişməsi.

Ağır asidozda izotonik qələviləşdirici məhlulların yeridilmə 

sürəti 50–75 damcı/dəq (200–300 ml/saat), trisamin üçün – 100–

120 damcı/dəq (300–600 ml/saat). Soda məhlulu suyun və natrium 

ionun hesabına hiperhidratasiyanı artıra bilər, AT yüksəldə və ürək 

çatışmazlığı əlamətlərini artıra bilər.

Şok, qaraciyər xəstəliklərində, xronik ürək çatışmazlığı zamanı 

venadaxilinə laktat məhlulunun yeridilməsi əks-göstərişdir. Trisamin 

süd turşusunun qanda miqdarını artırmadığı üçün şok zamanı işlədilə 

bilər, bədəndə natrium və suyu ləngitmir, amma hiperkaliyemiyada, 

anuriyada, hamiləlikdə əksgöstərişdir.



Hiperkalsiyemik krizin korreksiyası.

 Hiperkalsiyemik kriz 

zamanı venadaxilinə böyük miqdarda fi zioloji  məhlul, MBT 

kalsiumun sorulmasını inhibisiya etmək üçün yüksək dozada 

qlükokortikoidlər və furosemid (200 mq, venadaxilinə  hər 3 

saatdan bir). Kalsitonin (miakalsik “Sandoz”) venadaxilinə 5–10 

BV/kq/gün effektiv sayılır, bifosfonat istifadə edilir. Təhlükəli 

hiperkalsiyemiyada təcili HD və PD aparılır (dializ məhlulunda Ca 

olmur). Birincili hiperparatireoidizmdə xəstələrə təcili əməliyyat – 

paratiroid vəzisinin adenomasının  rezeksiyası aparılır.



Postrenal KBÇ müalicəsi.

 Postrenal KBÇ zamanı  əsas vəzifə 

böyrəkdən sonrakı obstruksiyanı aradan qaldırmaq, sidiyin normal 

axınını  bərpa etməkdən ibarət olur. Bu məqsədə konservativ 

və  cərrahi üsulların köməyi ilə çatmaq olur. Sidik yollarının 

obstruksiyası antibiotiklərin işlədilməsinə baxmayaraq bakteremik 

şoka və urosepsisə səbəb ola bilər.

Sidik yollarında okklyuziyanın lokalizasiyası, xarakteri, böy-

rəklərin funksional vəziyyətini dəqiqləşdirmək lazım olur. Bunun 

üçün xəstələrə bir sıra uroloji müayinələr: sistoskopiya, sidik axarının 

kateterlənməsi, ekskretor uroqrafi ya, retroqrad ureteropieloqrafi ya, 


368

Dializ

USM, KT və yaxud MRT müayinələri aparılır. Bu müayinələri 

apardıqda, məsələn sidik axarının kateterizasiyası nəinki diaqnozu 

qoymağa, həmçinin müalicə prosesinin başlanmasına səbəb olur – 

sidik ifrazı bərpa olur, anuriya aradan qalxır (R.Ə.Əliyev, 1983).

Ekskretor anuriyanın səbəbi – hər iki tərəfdən postrenal obs-

truksiya, yaxud funksiya göstərən böyrəkdə  pos tre nal  obstruksiya 

müşahidə edilir. Keçmişdə refl ektor anuriya kimi qələmə verilən, yə-

ni bir tərəfdə sidik yollarının blokadası, digər böyrəyin fəaliyyətinin 

refl ektorı dayanmasına səbəb olması  fi kri çoxillik təcrübəmizə 

əsasən bizim tərəfi mizdən qəbul olunmur. Bu bütün hallarda sidik 

yollarının mexaniki tutulması, yaxud bioloji aktiv maddələrin 

təsirindən böyrəklərdə vazokonstriksiya və funksiyanın dayanması 

kimi başa düşülməlidir.

Obstruktiv uropatiyalarda yuxarı sidik yollarına stentlərin qo-

yulması, yaxud nefroskopiya vasitəsilə perkutan yolla böyrək 

daşlarının çıxarılması da mümkündür. Yaxın keçmişdə böyrək 

daşlarının açıq cərrahi yolla əməliyyat aparılıb çıxarılmasından indi 

çox zaman qaçmaq mümkün olur. Bunun bir səbəbi də böyrək və 

sidik yollarının daşlarının distansion zərbə dalğası ilə litotripsiya 

(DZDL) yolu ilə parçalamağın mümkün olması imkanı vermişdir.

Prerenal KBÇ müalicəsi

Prerenal KBÇ müalicəsinin əsas prinsipləri.

– Hüceyrəxarici mayenin həcminin bərpası:

* dehidratasiyanın korreksiyası;

* natriumun qıtlığını aradan qaldırmaq;

* hipovolemiyanın korreksiyası.

 Damar çatışmazlığı ilə mübarizə:

* şok əleyhinə müalicə;

* ürək atımını artırmaq;

* xəstəni komatoz vəziyyətdən çıxartmaq.

 Böyrək qan dövranını artırmaq:


369

Fəsil 12. Kəskin böyrək çatışmazlığı

* böyrək vazokonstriksiyasını aradan qaldırmaq;

* RAAS funksiyasını normalaşdırmaq.

Dehidratasiyanın növündən asılı olaraq natrium xloridin izotonik, 

hipertonik, yaxud hipotonik məhlulları ilə 5%-li qlükoza məhlulu 

venadaxilinə yeridilir (suyun itirilməsi və natriumun qıtlığından 

asılı olaraq). Bəzən gün ərzində venadaxilinə yeridilən poliion 

məhlulların miqdarı çox olmalıdır: məs.: salmonellyozda 4-10 l/

gün, vəbada 15–20 l/gün çatır. Natrium və suyun qıtlığı aşağıdakı 

düsturlarla hesablanır:

Natrium qıtlığı (mmol/l)=0,2×bədən çəkisi(kq)×(Na-n – Na-x)

Su qıtlığı (l)= 0,2×bədən çəkisi(kq)×(Na-x – Na-n) / Na-n

Na-x – xəstədə natriumun plazmada səviyyəsi,

Na-n – natriumun nominal normal səviyyəsi.

Şokun müalicəsi üçün və DQH-ni bərpa etmək üçün steroidlərin 

böyük dozası, böyükmolekullu dekstranların məhlulları (poliqlyukin, 

reopoliqlyukin), plazma, albumin məhlulu istifadə edilir. Qanitirmədə 

eritrosit kütləsi transfuziya edilir. Bütün hallarda diurez, mərkəzi 

venoz təzyiqin monitoringi aparılır. Ancaq AT stabilləşdikdən, 

hipovolemiya aradan qaldırıldıqdan sonra saluretiklər, furosemid 

(200 mq venadaxilinə 3 saatdan bir), dopaminlə (3 mkq/kq/dəq) 

venadaxilinə 6–12 saat yeridilir ki, bu da gətirici arteriolaların 

spazmını aradan qaldırır. Osmotik diuretiklərdən (10–20%-li mannitol 

məhlulu, 40%-li sorbit) prerenal KBÇ, xüsusən əməliyyatdan sonra 

effektiv olsa da kəskin kanalcıq nekrozunda (KKN) əks-göstərişdir. 

KKN-nun diaqnozunu dəqiq təyin etmək üçün mannitol ilə test 

aparılır. 3–5 dəq  ərzində venadaxilinə 1,5 ml/kq, 20%-li mannitol 

yeridilir. Əgər 1 saatdan sonra diurez 50 ml/saata çatsa, daha 50 ml 

3 dəq müddətində yeridilir. Bundan sonra əgər diurez 50 ml/saatdan 

çox olsa onda 10%-li mannitol məhlulunun infuziyasına başlanılır 

və diurez 100 ml/saat səviyyəsində saxlanılır. Əgər mannitola qarşı 

diuretik cavab alınmasa, onda KKN-nun olması ehtimalı artır.

Preeklampsiya zamanı KBÇ olduqda sidikqovucu preparatlar 

əksgöstərişdir. Bu zaman hipovolemiyanı korreksiyaedən infuzion 



370

Dializ

terapiya aparılır. Hepatorenal sindromda ilgək diuretikləri və 

mannitol yerinə veroşpiron (400 mq/gün), dopamin, kiçik doza 

beta-blokatorlar, ADH antaqonistləri (difenin, litium karbonat, 

demeklosiklin), NO-sintetazaların inhibitorları (metilarginin) təyin 

olunur. Assitik mayenin qatılaşdırılıb venadaxili yeridilməsi aparılır.



Renal KBÇ müalicəsi.

 Renal KBÇ əsas prinsipləri bir neçə 

istiqamətdə aparılır. 

I Etioloji

1. Antibakterial antiviral:

– sepsis, QİDS, kəskin virus B hepatiti, pielonefrit, infeksion 

mənşəli KTİN.

2. Ekstrakorporal (HF, PF, HS):

– bakterial endotoksinlərin, ekzotoksinlərin, dərmanların, sərbəst 

mioqlobinin, paraproteinlərin, krioqlobulinlərin, YBM, neytrofi llərin 

sitoplazmasına, koaqulyasiya faktorlarına qarşı olan anticisimlərin 

xaric edilməsi.

II. Patogenetik

1. İmmunodepressiv:

– dərman mənşəli KTİN, birincili və ikincili SPQN, sistem 

vaskulitlər.



2. Hipotenziv:

– bədxassəli arterial hipertenziya.



3. Allopurinol kəskin sidik turşusu nefropatiyasında.

4. İntensiv qələviləşdirici:

– kəskin kanalcıqdaxili obstruksiya, podaqrada, mielomada, 

rabdomioliz, hemoliz, sulfanilamidlərin, metotreksatın artıq dozası.

5. Rekombinant boy hormonuİGF-I:

– nəzarət olunmayan hiperkatabolizmdə.



III. Simptomatik

1. İnfeksion ağırlaşmaların müalicəsi

2. Hiperhidratasiyanın korreksiyası

3. Hemorragik ağırlaşmaların müalicəsi

371

Fəsil 12. Kəskin böyrək çatışmazlığı

İlk günlər (2-3 gün) anuriya və hiperkatabolizm olmadıqda 

kon servativ  müalicə hesabına 25–30% halda diurez bərpa olunur. 

Kanalcıqdaxili obstruksiya zamanı: mieloma xəstəliyi, kəskin sidik 

turşusu nefropatiyası, rabdomioliz, massiv damardaxili hemolizdə 

fasiləsiz (60 saat) infuzion, qələviləşdirici müalicə aparılır. Bu zaman 

mannitol (10%-li 3–5 ml/kq/saat), natrium xloridin izotonik məhlulu 

ilə, natrium bikarbonat, qlükoza 400–600 ml/saat və furosemid 

(30–50 ml/kq) yeridilir. Belə müalicə diurezi 100–200 ml/saat 

səviyyəsində saxlayır, sidiyin pH 6,5 olur ki, bu da kanalcıqdaxili 

obstruksiyanın proqress etməsinə yol vermir və patoloji silindrlərin, 

kristalların həll olmasına səbəb olur, sidiklə  sərbəst mioqlobinin, 

hemoqlobinin, sidik turşusunun xaric olmasını təmin edir.

Renal KBÇ-nin bəzi variantlarının müalicəsi

Xüsusi metodlar:

– antibiotiklər və spesifi k antibakterial immunoqlobulinlər 

(sando qlobulin  və s.) irinli iltihabi xəstəliklərdə istifadə olunur;

– virus əleyhinə preparatlar (interferon, ribavirin, asiklovir, 

virusaqarşı immunoqlobulinlər) – virus xəstəliklərində istifadə edilir;

– immunodepressantlar (qlyukokortikoid, sitostatik) KTİN, KQN, 

SPQN, nekrozlaşdırıcı angiitdə baş verən KBÇ zamanı işlədilir.

SPQN müşayiət edən kəskin YDL–sindromu zamanı sitostatiklərlə 

puls-terapiya, heparin, dipiridamol və PF kombinasiyada aparılır. 

Plazmaferez SPQN, kriqlobulinemik vaskulitdə, mieloma nefro-

patiyasında, rabdomiolizdə, hemolizdə  və endotoksinin, rent-

genkontrast preparatların, böyükmolekullu dərmanların çıxarılma sı 

üçün aparılır.

Hemosorbsiya, limfosorbsiya ağır metalların duzları ilə  zə-

hər lənmədə baş verən KKN-da aparılır. Kəskin sidik turşusu 

nefropatiyasında allopurinal təyin olunur. Aminoqlükozid KKN 

başlanğıc mərhələsində aminoqlükozid antibiotiklərin konkurent 

antaqonistləri (kalsium preparatları, karbenesillin, desferal) istifadə 

edilir. Konservativ müalicənin effektivliyini göstərən diurezin 



372

Dializ

artması, bədən çəkisinin gündə 0,25-0,5 kq azalması müşahidə edilə 

bilər. Bədən çəkisinin gün ərzində  0,8 kq/gün-dən çox azalması 

və kaliumun qanda səviyyəsinin yüksəlməsi ilə birlikdə olması 

hiperkatabolizmi göstərən narahatedici əlamətdir çəkinin 0,2 kq/

gün-dən az azalması  və qanda natriumun səviyyəsinin enməsi – 

hiperhidratasiya  əlaməti olub su rejimini korreksiya etməyi tələb 

edir.


12.5. KBÇ aktiv dializ metodları ilə müalicəsi

 

Konservativ terapiya effekt vermədikdə onun 2–3 gündən 



çox davam etdirilməsi perspektivsiz və  təhlükəli hesab olunur. 

Bu böyük doza furosemiddən (ototoksik təsir) və mannitoldan 

(kəskin ürək çatışmazlığı, hiperosmolyarlıq, hiperkaliyemiya) ağır-

laşmalar müşahidə edilir. Odur ki, belə hallarda aktiv dializ me tod-

ları ilə müalicə başlanır. Yüksək hiperkatabolizm, anuriya, kri tik 

hiperkaliyemiya, asidotik prekoma olduqda dializ müalicəsi baş-

lanılır.

Aktiv metodlara göstərişlər.

 Aktiv metodlara göstəriş azotemiya, 

su-duz məbudiləsinin pozulması, KBÇ formasından asılıdır. KBÇ 

etiologiyası  və proqress tempinin əhəmiyyəti vardır (azotemiya, 

hiperkaliyemiya, hiperhidratasiya, metabolik asidoz). Azotemiyanın 

eyni səviyyəsində prerenal, renal və postrenal forma KBÇ müalicəsi 

müxtəlif ola bilər.

– Renal KBÇ, hiperkatabolizm, geridönməz dəyişikliklər ilə 

olduqda dializ müalicəsi təxirə salınmadan başlanılır:

* renal KBÇ hiperkatabolizm ilə (çoxsaylı zədələnmə, poliorqan 

çatışmazlıq, kəskin DYL-sindromu, sepsis, massiv yanıqlar, 

əməliyyatdan sonra KBÇ);

* kritik hiperhidratasiyada;

* anuriyada;

* geridönməz KBÇ;

* kritik hiperkaliyemiya (plazmada kalium>6 mmol/l);



373

Fəsil 12. Kəskin böyrək çatışmazlığı

* ağır asidozda (BE < - 5);

* uremik prekoma.

Prerenal KBÇ, renal, qeyrikatabolik KBÇ:

renal qeyrikatabolik KBÇ, kanalcıqdaxili obstruksiya, dərman 

KKN, KTİN zamanı konservativ üsulların effekti olmadıqda aktiv 

metodlara keçilir.



Postrenal KBÇ

Postrenal KBÇ aktiv metodlara gec və az halda başlanılır. Təcili 

qaydada konservativ, endoskopik və cərrahi üsullarla sidik yollarının 

obstruksiyası aradan qaldırılır.

Sidik ifrazı  bərpa olunduqdan sonra KBÇ aradan qalxır. Bəzən 

sidik yollarının keçiriciliyi bərpa olunmasına baxmayaraq anuriya, 

hipekaliyemiya, hiperazotemiya davam edir. Bu, adətən, apostema-

toz nefritdə, urosepsisdə baş verir. Belə hallarda xəstələrə UF, HD, 

HS, PF aparılır. Sidik yollarının obstruksiyasının cərrahi yolla aradan 

qaldırılması mümkün olmadıqda da ağır xəstələr aktiv metodlarla 

müalicə olunurlar: qocalar, xərçəng kaxeksiyası, QİDS.

Beləliklə, KBÇ-nin müalicəsi böyrəklərin  fi ziologiyasının və 

orqanizmdə gedən dəyişikliklərin öyrənilməsi nailiyyətlərinə 

əsaslanır. Bu zaman əsas məqsəd böyrəklərin itirilmiş fəaliyyətlərini 

müvəqqəti əvəz etmək və bu yolla ölüm faizinin qarşısını almaqdır. 

Bütün müalicə  tədbirləri aşağıdakı qruplara ayrılır: gigiyenik, 

pəhriz, dərman preparatları, böyrəklərin dekapsulyasiyası, sidik 

yollarına stentin qoyulması, ekstrakorporal dializ üsulları. Müasir 

müalicə üsullarının tətbiq edilməsinə baxmayaraq ölüm faizi hələ 

də yüksəkdir. Birinci mərhələdə  xəstələr (şok, sepsis, qan-dövranı 

pozğunluqları, intoksikasiya və s.) tələf olurlar. Oliqo-anuriya 

mərhələsində  xəstələrin ölümü uremik komadan, su-elektrolit 

pozğunluqlarından, qaraciyərin zədələnməsindən baş verir. Poliuriya 

dövründə  əsasən su-duz itkisi xəstələrin tələf olmasına səbəb ola 

bilər.


374

Dializ

Proqnoz

Prerenal və postrenal KBÇ zamanı proqnoz renal KBÇ nisbətən 

yaxşıdır. Hiperkatabolizm ilə olan KBÇ, poliorqan çatışmazlığı 

zamanı yaşlı şəxslərdə, infeksiyanın qoşulduğu hallarda, nefrotoksik 

zədələnmələrdə (qlikol, metanol, dixloretan və s. ilə zəhərlənmədə) 

4 həftədən artıq davam edən anuriyada – bilateral kortikal nekroz-

da, total papillyar nekrozda, HUS, TTN, SPQN, nekrozlaşdırıcı 

vaskulitdə, hepatorenal sindromda pis proqnoz müşahidə edilir.

Ümumiyyətlə, renal KBÇ zamanı sağalma 35–40%, XBÇ keçid 

10–15% halda  və letallıq 30–40% müşahidələrdə qeyd edılir, 1–3% 

təsadüfl ərdə XBÇ-yə keçid ilə əlaqədar pasientlər PH ilə müalicəni 

davam edirlər. Diabetik nefropatiya, rentgenkontrast maddələrdən 

sonra, böyrək sindromu ilə olan hemorragik qızdırma zamanı  KBÇ 

pasientlərində 10 %  halda XBÇ keçid müşahidə edilir.



375

Fəsil 13. Böyrəkköçürmə 

Fəsil 13

  

Böyrəkköçürmə



   

B

öyrəkköçürmə XBÇ-nin terminal mərhələsinin müalicəsinin 

ən effektiv üsullarından biridir. Böyrək transplantatı diri 

donordan və ya meyitdən götürülür və əsas şərt HLA antigenlərinin 

uyğunluğu hesab olunur. Amma HLA antigeninə görə tam uyğunluq 

olduqda belə (doğma qardaş yaxud, bacıdan böyrək götürdükdə) 

5–10% halda əməliyyatdan sonrakı  həftə müddətində köçürülmüş 

böyrək ayrılır

Böyrək transplantasiyası izolə olunmuş  şəkildə  və  şəkərli 

diabetdə, amiloidoz ilə mukovissidozda  kombinəolunmuş  şəkildə 

böyrək-pankreas transplantasiyası geniş tövsiyə olunur. Yarımkəskin 

infeksion endokarditdə ürək və böyrək transplantasiyası aparılır, 

yaxud qaraciyərin virus mənşəli sirrozu, I tip birincili oksaluriya, 

böyrəyin qaraciyər ilə birlikdə müşahidə olunan ağır polikistoz 

xəstəliyində böyrək qaraciyərlə birlikdə köçürülür.  

Böyrəkköçürmənin üstünlükləri:  həyatın keyfi yyətinin yax-

şılaşması, gələcəyə inam, xidməti sahədə perspektivlər, nəsil artırma, 

yanaşı xəstəliklərin azalması və ailə həyəcanlarının aradan qalxması 

aiddir. Böyrəkköçürmədən sonra həyatın keyfi yyəti və reabilitasiya 

dərəcəsi periton dializi və hemodializ alan xəstələrə nisbətən daha 

yüksəkdir. Böyrəkköçürmədən sonra 79 % xəstələr praktiki normal 

həyat yaşayırlar, halbuki bu göstərici  ambulator  periton  dializi       

alan xəstələr  üçün  47%,  proqram  hemodializi  alan  insanlarda                       

59 % təşkil edir. Başqa müalicə üsullarına nisbətən böyrəkköçürmə 

iqtisadi cəhətdən çox sərfəli oldugu üçün bu, XBÇ müalicəsi üsulları 

arasında ən yaxşı seçim sayılır. Böyrəkköçürmə ən müntəzəm xronik 

qlomerulonefrit və pielonefrit, hipertonik nefroangioskleroz, böyrək 

polikistozu və diabetik nefropatiya zamanı tətbiq edilir.


376

Dializ

Böyrəkköçürməyə göstərişlər

• 

XBÇ-nin dializ müalicəsinə alternativ olaraq planlı trans-



plantasiya;

• 

Diabetik nefropatiya, dializ amiloidozu, uşaqlarda XBÇ 



zamanı planlı transplantasiya;

• 

Dializ müalicəsinin davam etdirilməsinin mümkünsüzlüyü 



səbəbindən təcili transplantasiya: damar yolunun itirilməsi, PD əks-

göstəriş, HD effektsizliyinə səbəb olan ağırlaşmalar (dializ zamanı 

hipotenziyalar, ürək çatışmazlığı, zülal-enerji çatışmazlığı və s.)


Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin