Lentali konveyerləRİn hesablanmasi


Qazın hidrogen sukfiddən və karbon qazından təmizlənməsi



Yüklə 400,41 Kb.
səhifə25/30
tarix09.05.2023
ölçüsü400,41 Kb.
#110326
1   ...   22   23   24   25   26   27   28   29   30
Lentali konveyerl R n hesablanmasi

Qazın hidrogen sukfiddən və karbon qazından təmizlənməsi. Yanar qazların tərkibindəki hidrogen ulfidi (H2S) təmizləmək üçün iki üsuldan istifadə edilir.

  1. Quru üsul

  2. Nəm Üsul

Quru üsulda quruducukardan nəm üsulda isə uducuların sulu məhlulundan istifadə edilir.
Nəql olunan qazı tərkibindəki CO2-dən təmizləmək üçün ya onu təzyiq altındakı su ilə yumaq və ya etanomlaminin sulu məhlulu ilə təmizləmək lazımdır.
Təbii qazların H2S-dən təmizlənməsində adətən etanolamin üsulundan geniş istifadə olunur.
Amil birləşmələri zəif əsaslandır. Onlar H2S və CO2 ilə təmasda olduqda qeyri-sabit birləşmələr əmələ gətirir. Yəni, çox da yüksək olmayan temperaturlarda asanlıqla parçalanır;
H2S-in udulması zamanı reaksiya sağa doğru, məhlulun regenerasiyası zamanı sola doğru gedir. H2S udulması 15-250C , məhlulun regenerasiyası isə 120-125oC-də olur. Qazan etanolamin məhlulu ilə təmizlənməsinin texnoloji sxemi şəkil 11.3.də göstərilmidir.

Şəkil 11.3. Qazın etanolamin məhlulu ilə təmizlənməsinin texnoloji sxemi
1-absorbes 2-səviyyə tənzimləyicisi 3-sərfiyyat təmizləyicisi 4-soyuducu 5-dövrannasosu 6-regenerasiya olunmuş məhlul 7-istilik mübadi8lə aparatı 8-doymuş məhlul borusu 9-qovucu sütün 10-buxar-qaz qarışığıüçün boru 11-fleqma üçün boru 12- sərfiyyat ölçən 13-qızdırıcı 14-fleqma üçün nasos 15-separator 16-kondensator 17- təzyiq tənzimləyici
Qaz absorbere (1) daxil olur. Burada qaza qarşı etanolamin məhlulu hərəkət edir. Onlar görüşən zaman məhlul H2S və CO2-ni tutur. Absorberdən çıxmazdan əvvəl o damcı tutucudan keçir. Bu məhlul itkisinin qarşısını almaq üçündür. Etanolamin məhlulu absorber boyu aşağıya axaraq (7) istilik mübadilə aparatı keçir, (9) qovucu sütununa verilir. Qovucu sütunun aşağısına (13) qızdırıcısı birləşdirir. Burada məhlul 120-125o C qızdırılır. Qaynayan məhlulda H2S CO2 və su buxarı ayrılır. Regenerasiya olunmuş məhlul sütunun aşağı hissəsindən çıxıb, (7) istlik mübadilə aparatından keçərək, (5) nasosu vasitəsilə absorbere vurulur. Məhlul absorberə vurulmazdan əvvəl (4) soyuducusundan keçərək, soyudulur ki, məhlul absorbsiya temperaturuna çatdırılsın. Məhlulun bərabər sirkulyasiya üçün absorberin qarşısındda (3) sərfiyyat tənzimləyicisi qoyulur. Qovucu sütundam çıxan buxar - qaz qarışığı (16) kondensatora daxil olur. Alınmış kondensat (15) seperatorunda qazlardan ayrılır, kondensat isə (14) nasosu vasitəsilə qovucu sütunun yuxarı hissəsinə verilir.

Yüklə 400,41 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin