6
Korpu [bridge]
.
Körpü şəbəkəni altşəbəkələrə ayırmaq (və ya yerli şəbəkələri
birləşdirmək) üçün nəzərdə tutulmuş xüsusi qurğu, yaxud uyğun proqram təminatı
olan komputerdir.
• Şəbəkə kecidi [gateway]
.
Şəbəkə keçidi, yaxud şlüz
müxtəlif tipli şəbəkələr
arasında informasiya mübadiləsini gerçəkləşdirmək üçün birləşdirici qurğudur.
Eynitipli şəbəkələr arasında mübadilə zamanı informasiyanı çevirən körpüdən fərqli
olaraq, şlüz verilənləri ötürməklə yanaşı, həm də onların formatını təyinat
şəbəkəsinin protokoluna uyğunlaşdırır.
•
Yonləndirici [router]
.
Yönləndirici yol polisinə bənzəyir: bu ağıllı qurğu şəbəkə
trafikinə yol göstərir (istiqamətləndirir). Şəbəkədə göndərilən verilənlər kiçik
paketlərə bölünür. Paketlərin hamısı eyni yolla (marşrutla) hərəkət etmir; paketlərin
biri bir yolla, digəri isə başqa bir yolla gedə bilər. Paketlər təyinat yerinə çatdıqda
ilkin formada birləşdirilir. Mürəkkəb, yəni çoxlu hissəsi olan şəbəkələrdə
yönləndiricilər göndərilmiş paketləri qəbul edir və onları mövcud marşrutlardan ən
səmərəli olanı (ən qısası) üzrə göndərir. Şəbəkənin hər hansı bir hissəsində nasazlıq
olarsa, yol polisi kimi, yönləndirici də paketləri alternativ yollara istiqamətləndirə
bilər.
Dostları ilə paylaş: |