Dəmir ərintiləri.
Texnikanın əsas tələbatını dəmirin ərintiləri-çuqun və polad ödəyir. Sənayenin elə bir sahəsi yoxdur ki, orada dəmirin ərintilərindən istifadə olunmasın. Poladdan maşınqayırma, avtomobil, kənd təsərrüfatı maşınları və inşaat materialları kimi geniş tətbiq olunur.
Çuqun və poladın alınması.
Dəmirin alınması, onun təbii filizlərinin reduksiyasına əsaslanır. Proses domna sobalarında aparılır. Soba növbə ilə filiz, əhəng daşı və koksla doldurulur. Sobaya aşağıdan 600-8000C-də qızdırılmış hava verilir və koksun yanması hesabına t18500C-yə çatır. Koks yandıqda əmələ gələn karbon qazı gözərmiş kömür təbəqəsindən keçdikdə karbon 2-oksidə çevrilir.
C + O2 → CO2
CO2 + C → 2CO
Əmələ gələn CO dəmir oksidlərini tədricən reduksiya edir. prosesdə dəmirin müvafiq karbidi əmələ gəlir.
3Fe2O3 + CO → 2Fe3O4 +
|
CO2 (4500-5000)
|
Fe3O4 + CO→3FeO + CO2
|
(6000)
|
FeO + CO → Fe + CO2
|
(7000)
|
3Fe + 2CO → Fe3C + CO2
|
və ya
|
3Fe + C → Fe3C
|
|
Donma sobalarında dəmir filizini reduksiya etməklə, çuqun alınır. Çuqunun tərkibində 4,5%-ə qədər karbon, 05-2% silisium, 1-3% manqan, 0,02-2,5% fosfor və 0,005-0,08% kükürd olur.
Çuqun boz və ağ olmaqla iki cür olur. Boz çuqunun tərkibində karbon qrafit şəklindədir. Ağ çuqunda karbon sementit şəklində olur. Ondan yalnız polad istehsal edilir.
Dostları ilə paylaş: |