İxtisas: tspx kurs: IV fənn: Defektologiya və loqopediyanın əsasları



Yüklə 85,2 Kb.
səhifə26/36
tarix29.12.2021
ölçüsü85,2 Kb.
#48730
1   ...   22   23   24   25   26   27   28   29   ...   36
Defektologiya-və-loqopediyanın-əsasları-TSPX-4

1.Brodilaliya.

2.Taxilaliya.

Brodilaliya yunan sözü olub “bradus”ləng,”laliya” nitq birləşmələrindən əmələ gələn termindir. Bu termin altında nitqin patoloji ləngliyi başa düşülür.Bəzi alimlərin fikrincə brodilaliyanın fotogenezində ləngimənin oyanma üzərində dominantlığı mühüm əhəmiyyət kəsb edir.Burada nitq mərkəzlərinin pozulması o, cümlədən düzgün olmayan nitq təlimi də mühüm rol oynayır.

Brodilaliya zamanı uşaq çox ləng,səsləri uzadaraq danışır.Onlarda əzginlik,zəif reaksiya və hərəkətlərdə lənglik müşahidə edilir. Bu uşaqlarda tormozlanma prosesləri üstünlük təşkil edir.Daxili nitq,xarici nitqə nisbətən ləng, intonosiya zəif, diqqət,təfəkkür pozğunluğu bu xəstəliyə xasdır. Buna görədə bu qüsur daha çox əqli cəhətdən geri qalmış uşaqlarda təsadüf edilir.Belə uşaqların nitqi çoz zəif və yavaş olur.Buna görədə belə uşaqlar danışmamağı daha çox üstün hesab edirlər.Nəticədə nitqə tələbatın azalması əqli inkişafın geriləməsinə gətirib çıxarır.Brodilaliyanın əmələ gəlməsi haqqında fikirlər müxtəlifdir. Bəziləri onu irsi, bəziləri uşaqların digərlərini yamsılaması,bəziləri isə düzgün olmayan tərbiyə ilə əlaqələndirirlər.Brodilaliya həm normal uşaqlarda, həm də müxtəlif formalı psixoloji xəstələrdə, oliqofren uşaqlarda, sinir sistemi xəstələrində,travmalı uşaqlarda yarana bilər.Brodilaliya zamanı burunda danışma halları da özünü göstərə bilər.

Brodilaliyanın korreksiya işi aşağıdakı kimi aparılmalıdır.

1.Tibbi yanaşma- Əsəb sistemini möhkəmləndirən dərman və fizioterapiya vasitələrindən istifadə edilir.

2.Loqopedik məşğələ - burada əsas məqsəd uşaqlarda dəqiq və cəld artikulyasiya hərəkətləri yaratmaqdır.

3.Loqopedik ritmika - nitq hərəkətlərinin sürətini və ritmini normallaşdırmaq üçün musiqidən istifadə olunması.

4.Rollu oyunlar – oyundan istifadə edilərək uşaqlarda düzgün və normal nitqi formalaşdırmaq olar.

Taxilaliya patoloji nitq qüsuru olub,nitqin çox sürətli ifadəsidir. Patoloji cəhətdən sürətli nitq çox zaman leksik,qrammatik və fonetik xarakterli nitq qüsurları hesab edilirdi. Taxilaliya yunan sözü olub, “taxus” sürətli,”laliya” nitq sözlərinin birləşməsindən əmələ gəlib. Taxilaliya loqopediyada öyrənilmiş nitq qüsurudur.Taxilaliya zamanı insan bir saniyədə 20-30 səs tələffüz edir.Əgər nəzərə alsaq ki, normada insan bir saniyədə 9-14 səs tələffüz edirsə, taxilaliya zamanı nitqin çox sürətliliyi daha qabarıq görünər. Aydındır ki, belə danışıq ətrafdakılar üçün anlaşılmaz olur və çoxlu nöqsanlar nəzərə çarpır.Belə uşaqlar tez-tez danışıqlarında sözlərin və hecaların təhrifinə yol verirlər.

Taxilaliyalı insanların nitqi kinayəsiz,əl-qol hərəkətləri,bədənlərini sağa-solo əyilməsi ilə müşahidə edilir. Əgər bu nitq qüsuru vaxtında korreksiya edilməzsə,o möhkəmlənib gələcəkdə kəkələməyə keçə bilər. Taxilaliyanın əmələ gəlməsi səbəbləri müxtəlif olur.Bu əsasən əsəb sistemi zəif olan,çılğın, özündən tez çıxan,hövsələsiz adamlarda meydana çıxır. Tədqiqatçıların bəziləri taxilaliyanı irsi faktorlarla bağlayıb, insanların sürətli nitqini,sürətli danışma meylində görürlər.Taxilaliya kəkələməyə oxşar xüsusiyyətlərə malkdir.Lakin ondan fərqlənir.Belə ki, kəkələmədən fərqli olaraq taxilaliya zamanı qıcolmalar müşahidə edilmir.Taxilaliya zamanı uşaqlarda danışma qorxusu olmur.Kəkələmədə isə bu müşahidə edilir.

Taxilaliyanın aradan qaldırılmasında aparılan psixoloji və loqopedik işin əsas prinsipləri 1935-ci ildə Y.Flopenskaya və Z.Xozrova tərəfindən işlənib hazırlanmışdır.Hal-hazırda bu nitq qüsurunun aradan qaldırılmasında kompleks metod tətbiq edilir.



  1. Yüklə 85,2 Kb.

    Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin