3 . Platonun fəlsəfi fikirləri
Sokratın fikirlərini onun şagirdi Platon ardıcıl sistem şəklində dərinləşdirdi və inkişaf etdirdi. Onun yazdığı əsərlərin əksəriyyəti, antik dövrdə fəlsəfi və bədii yaradıcılığın yaxınlığını aydın nümayiş etdirən yüksək bədii formalı dialoqlar ilə ifadələnmişdir. Sokrata nisbətən Platon ümumi anlayışların tətbiq sahəsini xeyli genişləndirdi. Sokratın dahi şagirdi, ümumi anlayışların təkcə etikada deyil, həm də digər elmlərdə, xüsusən riyaziyyatda böyük, həlledici rolunu başa düşürdü. Platonun elmi-fəlsəfi biliklər tarixində mühüm xidməti, ümumi olan biliyin həlledici əhəmiyyətini dərk etməsindən ibarətdir. Platon ümumi biliyi əsl varlığın qeyri-cismani qəbilləri kimi təsəvvür edirdi və onları eydos yaxud “ideya” adlandırmışdı (bu hər iki yunan sözünü “görünüş” kimi tərcümə etmək olar).
Duyğularla qavranılan real şeylər aləminə gəldikdə isə, Platonun fikrincə onlar öz ideal timsallarının natamam, bəzən isə həddən artıq təhrif olunmuş surətləridir. Bu dəyişkən və keçici kölgələrdən fərqli olaraq ideyalar əbədi və dəyişməzdir, elə bunda da onların varlığının həqiqiliyi və əsilliyi öz əksini tapır. İdeyalar aləminin tam əksliyi, Platon tərəfindən fəza ilə eyniləşdirilən və qeyri-varlıq adlandırılan materiyadır. Məhz materiya hər bir ideyanın vahidliyini duyğularla qavranılan şeylərə xırdalayır. Şeylərdə sabitliyi, həqiqəti və gözəlliyi təşkil edən hər şey öz mövcudluğuna görə ideyalara borcludur, onlarda bütün qeyri-sabit, yalan və çirkin olan isə materiyadan gəlir.
İdeyalar, şeylərin qeyri-cismani ilkin surətləri kimi, şeylərin öz keçici dünyəvi mövcudluğunda yamsıladığı məqsəddir. Həqiqilik də onların öz ideal “görünüşlərini” öz məqsədlərini yamsılama dərəcəsində özünü büruzə verir. Bununla belə, determinizm prinsipini irəli sürmüş Demokritin əksinə olaraq, Platon öz fəlsəfəsində bütün hadisələrin teleoloji şərhi prinsipini iddia edir. Yəni hər bir ideya, uyğun qəbildən olan şeylər və hadisələr üçün məqsəd sifətində çıxış edir. İdeyalar aləmində isə eyni zamanda bütün mövcud olanların yüksək məqsədini təşkil edən vahid məqsəd vardır, – xeyirxahlıq və səadət ideyası.
Platon da Parmenid kimi, lakin ondan daha əsaslı surətdə, duyğularla əldə edilən biliyi əsil idrakı dəyəri olmayan zahiri bilik adlandırır. Onun fikrinə görə, keçici olmayan ideyalar dünyasının həqiqi biliyi yalnız zəka ilə mümkündür. Duyğularla əldə edilən biliklə bağlı olmayaraq rasional bilik anadangəlmədir və insan ruhunun dərinliklərində kök salmışdır. İnsan ruhunun ölməzliyi haqqında orfik-pifaqorçu təsəvvürləri inkişaf etdirərək Platon onun yeganə bilik daşıyıcısı olduğunu və insan bədənində məskunlaşmazdan əvvəl ideyalar dünyasını seyr etdiyini bildirir. Daha sonra, bir məhbəsdə olan kimi insan bədəninə düşür və tədricən özünə gələrək və bir az ideyalara bənzəyən şeylər dünyasına nəzər yetirərək, ideal dünyanı xatırlamağa başlayır. Beləliklə, bilik əslində ölməz ruhun xatirələrindən başqa bir şey deyil. Buradan insan ruhunu qeyri-material və ölməz bir şey hesab edən Platonun görüşlərinin diametral əksliyi aydın görünür.
Hazırki nəşrdə o, həcmcə çox mətnlərlə təqdim edilmişdir ki, bu da onun tarixdə və antik fəlsəfədə, həm də müsəlman və xristian ölkələrinin orta əsrlər fəlsəfəsində böyük roluna uyğundur. Onun əsərləri elmi fikrin yetkinliyi, fəlsəfi terminlərin lazımınca işlənib hazırlanması ilə fərqlənir. Dahi mütəfəkkir öz əsərlərində sanki Qədim Yunanıstanda bütün öncə olan elmi-fəlsəfi inkişafa yekun vurur. Bu əsərlərdə hal-hazırda astronomiya, mexanika, fizika, biologiya, zoologiya, psixologiya, siyasi iqtisad, estetika, etika, sosiologiya tərəfindən öyrənilən çox geniş çərçivədə məsələlərə toxunulmuşdur. Onun, həm elmi biliyin metodologiyası, həm fəlsəfəyə ən yaxşı başlanğıc hesab etdiyi məntiqin yaradılmasında xidməti çox böyükdür.
Dostları ilə paylaş: |