Iv fəSİl I avropa Oyunları 2015



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə19/41
tarix06.09.2017
ölçüsü3,29 Mb.
#29142
1   ...   15   16   17   18   19   20   21   22   ...   41

 
X X X 
 
Sonra  çıxış  edən  Yunanıstanın  inzibati  islahatlar  naziri  Kiriakos  Mitsotakis  ölkəsinin  Azərbaycan  ilə 
əlaqələrinə  toxunaraq  ikitərəfli  münasibətlərin  getdikcə  inkişaf  etdiyini  bildirdi.  O,  2015-ci  ildə  Bakıda 
keçiriləcək ilk Avropa oyunlarının uğurla baş tutacağına əminliyini vurğuladı və Yunanıstanın dəstəyini ifadə 
etdi. 
Yunanıstan  Mədəniyyət  nazirinin  müavini  Angela  Gerekoi  bildirdi  ki,  Avropa  “Bakı-2015”-i 
səbirsizliklə gözləyir. “Bu bütün qitənin həyatında mühüm tədbir olacaqdır”, - deyən Angela Gerekoi qeyd etdi 
ki, bu idman tədbiri Avropa xalqları arasında əlaqələri daha da gücləndirəcək. 
Yunanıstan Milli Olimpiya Komitəsinin sədri Spirios Kapralos Avropa tarixində ilk dəfə baş tutan bu 
oyunlara  hazırlığın  yüksək  səviyyədə  getdiyini  bildirdi.  Azərbaycanın  birinci  xanımı  Mehriban  Əliyevanın 
rəhbərliyi altında Təşkilat Komitəsinin gərgin işlədiyini və bu prosesə Prezident İlham Əliyevin  güclü dəstək 
verdiyini deyən Spirios Kapralos onu da vurğuladı ki, bütün Avropa kimi Yunanıstan da bu oyunları həvəslə 
gözləyir. 
Yunanıstanın  Kanoe  idmanı  üzrə  olimpiya  çempionu  Voula  Kozumbali  ilk  Avropa  Oyunlarının  yeni 
dostlar,  yeni  tanışlıqlar  üçün  əla  fürsət  olacağını  dedi,  bu  idman  tədbirində  olimpiya  və  qeyri-olimpiya 
oyunlarının bir arada təmsil olunmasının mühüm hadisə olduğunu diqqətə çatdırdı. 
Çıxışlardan  sonra  Azərbaycan  incəsənət  ustaları  –  cazmen  Elçin  Şirinovun  başçılıq  etdiyi  trio  və 
balaban ustası Şirzad Fətəliyev milli musiqilərimizdən ibarət maraqlı konsert proqramı təqdim etdilər. 
 
İqbal Hacıyev 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
122 
 
AzərTAc-ın xüsusi müxbiri 
Afina 
 
AzərTAc 
28 sentyabr 2014-cü il 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
123 
 
 
"Bakı 2015" Avropa Oyunları Milli Olimpiya komitələrinin I kommunikasiya seminarını  
təşkil edib 
 
"Bakı  2015"  Avropa  Oyunları  Avropanın  Milli  Olimpiya  komitələri,  kommunikasiya  menecerləri  və 
beynəlxalq media nümayəndələri üçün birinci kommunikasiya seminarını təşkil edib. 
İki günlük proqramda Avropadan 62 nümayəndə Bakı 2015-in idman obyektlərini ziyarət edəcək və Avropa 
Oyunları üçün nəzərdə tutulmuş ən son yeniliklərlə bağlı seminarlarda iştirak edəcəklər. 
Bakı 2015-in bir neçə şöbəsi, idman, nəqliyyat, mətbuat əməliyyatları, yayım və kommunikasiya üzrə yüksək 
vəzifəli nümayəndələri daxil olmaqla iştirakçılar üçün təqdimatlar keçirəcəklər. 
"Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq qeyd 
edib:  “Biz  ilk  Avropa  Oyunları  ilə  əlaqədə  olan  Avropanın  Milli  Olimpiya  Komitələrinin  kommunikasiya 
komandaları  və  onların  media  nümayəndələri  ilə  yeni  münasibətlərin  əsasının  qoyulmasını  səbirsizliklə 
gözləyirik.  Seminara  qatılan  insanların  dəstəyi  və  əməkdaşlığı  bizim  üçün  bütün  qitəni  növbəti  yay  Oyunları 
necə təşkil etməyimiz və Azərbaycanda gedən işlər barədə məlumatlandırmaq baxımından çox mühümdür". 
Ümumilikdə, bütün qitədən 1000-dən çox jurnalistlə bərabər, hər ölkədən kommunikasiya rəsmilərinin gələn 
il "Bakı 2015" Avropa Oyunlarına qatılacağı gözlənilir. 
Britaniya Olimpiya Assosiasiyasının Kommunikasiya üzrə direktoru Adrian Basset söyləyib: “Bu həftəsonu 
Avropa  Oyunları  haqqında  daha  çox  öyrənmək  və  Bakı  2015-in  Oyunlar  zamanı  necə fəaliyyət  göstərəcəyini 
bilmək  üçün  olduqca  əvəzolunmaz  şansdır.  Bir  çox millətlər  Azərbaycanda  ilk  dəfə  olaraq  yarışacaqlar. Buna 
görə də gələn il idmançılarımızı necə mükəmməl bir tədbirin gözləyəcəyini bilmək üçün bu ölkəni ziyarət etmək 
çox vacibdir". 
Gələn  il  17  müsabiqə  günü  ərzində  xəbər  saytları,  qəzetlər,  radio  və  televiziya  kanalları  6  min  idmançının 
iştirak edəcəyi Oyunları işıqlandıracaqlar. 
Bakı  2015-in  Kommunikasiya  şöbəsinin  direktoru  Uilyam  Lui-Mari  deyib:  “İlk  dəfə  olaraq  keçiriləcək 
Avropa Oyunlarında Milli Olimpiya komitələrinin yaxından iştirakına nail olmaq bizim üçün çox vacibdir və 
biz  İlk  Avropa  Oyunlarının  əks-səda  doğurması  üçün  onlarla  sıx  əməkdaşlıq  edirik.  Seminar  bizim  Avropa 
daxilində  Milli  Olimpiya  komitələri,  idmançılar,  media  və  azarkeşlərlə  səmərəli  ünsiyyət  qurduğumuza  əmin 
olmaq baxımından mühüm şansdır". 
 
“Səs”.-2014.-27 sentyabr.-№ 179.-S.10. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
124 
 
 
Rusiyanın Olimpiya əfsanəsi Bakı 2015 Avropa Oyunları ilə bağlı əldə olunan irəliləyişləri 
yüksək qiymətləndirir 
 
Buzüstü  xokkey  üzrə  ikiqat  Olimpiya  çempionu,  Rusiyanın  əfsanəvi  idmançısı  Vyaçeslav  Fetisov  “Bakı-
2015”  Avropa  Oyunlarının  baş  ofisinə  səfərindən  sonra  sentyabrın  29-da  Oyunlar,  paytaxtımızdakı  müasir 
idman obyektləri və hazırlıq işlərinin sürətlə aparılmasını yüksək qiymətləndirib. 
“Bakı-2015”-dən AzərTAc-a bildiriblər ki, V. Fetisov deyib: “Bakı-2015” layihəsi və komandası məndə xoş 
təəssürat  oyatdı.  Bu  gün  mən  Oyunların  möhtəşəm  keçəcəyinə  əmin  oldum.  Uğurlu  çıxış  etmək  üçün 
idmançıların  hamısının  yaxşı  şəraitə  ehtiyacları  var.  Müvəqqəti  yaşayış  yerlərindən  tutmuş  təlim 
komplekslərinə,  Oyun  obyektlərinə  qədər  diqqət  etsək  görə  bilərik  ki,  “Bakı-2015”  bütün  planlaşdırmalarında 
idmançıların  ehtiyac  və  rahatlığını  üstün  tutub.  Rusiyalı  idmançılardan  ibarət  komanda  2015-ci  ilin  iyununda 
Bakıya  gəldikdə  burada  xoş  qarşılanacaqlarına  və  yarışlarda  yüksək  nəticə  qazanmaq  üçün  lazım  olan 
mükəmməl şəraitin mövcud olacağına ümid edə bilərlər.” 
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib: 
“V. Fetisovu “Bakı-2015” ilə tanış etmək bizim üçün çox xoş oldu. Rusiyanın sabiq idman naziri olduğunu və 
2014-cü  ildə  müvəffəqiyyətlə  keçirilmiş  Soçi  Qış  Olimpiya  Oyunlarına  cəlb  edildiyini  nəzərə  alsaq,  onun 
gördüyümüz işləri yüksək qiymətləndirməsi sevindirici haldır. 
Açılış  mərasiminə  260  gündən  az  müddət  qalıb  və  Oyunlarla  bağlı  həyəcan  şəhərin  hər  yerində 
nəzərəçarpacaq şəkildə artmaqdadır. Əminəm ki, “Bakı-2015” Avropa Oyunları həm Azərbaycan, həm də bütün 
Avropa üçün əsl idman bayramı olacaq”. 
Xatırladaq  ki,  56  yaşlı  V.  Fetisov  karyerası  ərzində  ölkəsinin  idman  komandasının  kapitanı  və  məşqçisi, 
həmçinin Amerikanın Milli Xokkey Liqasında (NHL) çıxış etmiş ilk avropalı oyunçulardan biri olub. V. Fetisov 
2002-2008-ci  illərdə  Rusiyanın  idman  naziri  olub  və  2014-cü  il  Qış  Olimpiya  və  Paralimpiya  Oyunlarının 
Soçidə keçirilməsində mühüm rol oynayıb. O, eyni zamanda, 1978–1990-cı illərdə yeddi dəfə dünya çempionu 
olub. 
 
“Azərbaycan”.-2014.-30 sentyabr.-№ 213.-S.10. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
125 
 
 
“Bakı-2015” Avropa Oyunları açılış mərasimi üçün bədii direktor təyin edib 
 
“Bakı-2015”  Avropa  Oyunları  oktyabrın  3-də  Dimitris  Papaioannounu  açılış  mərasiminin  bədii  direktoru 
təyin edib, açılış və bağlanış mərasimlərinin təşkili üçün ABŞ-ın “FiveCurrents” şirkəti ilə müqavilə bağlayıb. 
“Bakı-2015”  Avropa  Oyunları  Əməliyyat  Komitəsindən  bildiriblər  ki,  “Afina-2004”  Olimpiya  Oyunları 
mərasimlərinin bədii direktoru olmuş tanınmış incəsənət xadimi, xoreoqraf, aktyor və yaradıcı baxışa sahib olan 
D. Papaioannou bu möhtəşəm tamaşa işi üçün çox münasib hesab olunur. 
“Bakı-2015”in  açılış  mərasimi  Azərbaycan  mədəniyyətini  təqdim  edəcək  və  təşkilatçı  şəhərin  müasir 
Avropada rolunu əks etdirərək yarışan idmançılara şərəf verəcəkdir. 
D.  Papaioannou  “Afina-2004”  Olimpiya  Oyunlarındakı  işindən  sonra  Yunanıstanın  Prezidenti  tərəfindən 
görkəmli yaradıcılıq nailiyyətlərinə görə “Qızıl xaç şərəf” ordeninə layiq görülüb. 
Həmin  vaxtdan  o,  bütün  dünya  üzrə  həyata  keçirilən  və  yüz  minlərlə  tamaşaçını  birləşdirən  bir  sıra 
təməlqoyma mərasimlərinin yaradıcı müəllifi olub. 
D.  Papaioannou  deyib:  “Bakı-2015”in  açılış  mərasiminin  təşkili  üçün  təyin  olunmağım  mənim  üçün  həm 
şərəfdir, həm də həlli çətindir. Lakin maraqlı vəzifədir. Mənim arzum Azərbaycanın mədəni irsinə xas olan əsas 
elementlərdən istifadə edərək müasir, yeni və oynaq, lakin mədəniyyətin zənginliyinə və dərinliyinə hər zaman 
hörməti əks etdirən yolla bir ümumbəşəri hekayə yaratmaqdır”. 
Skot  Givens  və  Mark  Ponçer  tərəfindən  idarə  olunan  qabaqcıl  şirkət  “FiveCurrents”  açılış  və  bağlanış 
mərasimlərinin təşkili üçün təyin edilib. 
“FiveCurrents”  “Soçi-2014”  Qış  Olimpiya  Oyunlarının  mərasimlərini,  “Rio-2007”  və  “Quadalacara-2011” 
Pan Amerika Oyunlarının mərasimlərini, Sinko de Mayonun 15-ci ildönümünü və Rio de Janeyroda Reveillon 
Kopakabana Yeni il şənliyini həyata keçirib. 
“FiveCurrents”  şirkətinin  prezidenti  və  icraçı  prodüseri  Givens  bildirib:  “Bakı-2015”  Avropa  Oyunlarının 
açılış və bağlanış mərasimlərinin təşkilinin bizə tapşırılması bizim üçün şərəfdir və bu, son dərəcə sevindirici 
hadisədir.  Bakını  dünya  səhnəsində  nümayiş  etdirmək  və  unudulmaz  idman  və  dünya  bayramını  həyata 
keçirmək üçün biz Dimitris Papaioannou kimi yaradıcı istedada malik biri ilə işləməyi səbirsizliklə gözləyirik”. 
“Bakı-2015”in baş icraçı direktoru və Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov 
deyib: “Bakı-2015” Avropa Oyunlarının açılış və bağlanış mərasimləri Bakını və Azərbaycanı 
dünyaya  nümayiş  etdirmək  üçün  gözəl  imkandır.  Mən  əminəm  ki,  möhtəşəm  idman  tədbirlərinin 
Azərbaycanın fəxr edə biləcəyi səviyyədə keçirilməsi üçün mövcud komandamız bizə kömək edəcək”. 
Həmçinin bu gün “Bakı-2015”in açılış və bağlanış mərasimlərində iştirak etmək üçün 6000 könüllü ifaçıya 
rolların verilməsini nəzərdə tutan könüllü proqramına ərizə qəbulunu elan edir. 
Seçimlər noyabrda başlayacaq və “Bakı-2015”in mərasimlər komandası yaradıcılıq həvəsi olan, təşəbbüskar, 
enerjili və öz ölkəsini dünyaya təqdim etmək istəyənləri işə cəlb edəcək. 
“Bakı-2015”in  mərasimlər  üzrə  direktoru  xanım  Katerin  Uqvu  deyib:  “Biz  Dimitris  Papaioannou  və 
“FiveCurrent”  komandasını  Bakıda  salamlamaqdan  çox  məmnunuq.  Dimitrisin  bədii  təxəyyülü  ilə 
“FiveCurrent”ın  təcrübəsi  açılış  mərasiminin  nadir  və  unudulmaz  olmasını  təmin  edəcək.  6000  könüllü  ifaçı 
Azərbaycanda  indiyədək  keçirilmiş  ən  böyük  canlı  tamaşanın  iştirakçısına  çevrilməklə  yaddaqalan 
təəssüratlardan zövq alacaqlar”. 
Açılış  mərasimi  iyunun  12-də,  cümə  günü  yenicə  tikilmiş  Milli  Stadionda,  68000  tamaşaçı  və  dünya  üzrə 
milyonlarla televiziya izləyicisi qarşısında keçiriləcək. 
Mərasimlərin  könüllü  ifaçısı  olmaq  üçün  müraciət  etmək  istəyənlər  http://www.baku2015.com/az/join-
us/apply-now ünvanına daxil olaraq ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün yaş həddi 18-dən yuxarıdır. 
Gələn il iyunun 12-dən 28-dək keçiriləcək “Bakı -2015” Avropa Oyunları qitə üçün çoxsaylı idman növləri 
üzrə təşkil ediləcək çox maraqlı və innovativ yarışlar olacaq. 
“Bakı  -2015”  Avropa  Oyunları,  ümumilikdə,  20  idman  növü  üzrə  keçiriləcək.  Bunlardan  16-sı  Olimpiya, 
dördü qeyri-Olimpiya idman növü olacaq. On yeddi yarış günü müddətində Avropanın müxtəlif ölkələrindən 6 
mindən çox idmançının öz ölkələrini təmsil edəcəyi gözlənilir. 
İdmanın  doqquz  növü  2016-cı  ildə  Rio  de  Janeyroda  keçiriləcək  Yay  Olimpiya  Oyunları  üçün  seçmə 
yarışlara  imkan  yaradacaq.  Həmin  idman  növlərinə  oxatma,  yüngül  atletika,  velosiped  idmanı,  atıcılıq, 
üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon və voleybol daxildir. 
Xatırladaq  ki,  birinci  Avropa  Oyunlarının  Bakıda  keçirilməsi  haqqında  qərar  2012-ci  ilin  dekabr  ayında 
Avropa  Olimpiya  Komitəsinin  (AOK)  Baş  Assambleyasında  qəbul  edilib.  “Bakı  -2015”  Avropa  Oyunları 
Əməliyyat Komitəsi AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək. 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
126 
 
 
“İki sahil”.-2014.-4 oktyabr.-№ 181.-S.30. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
127 
 
 
Soçidə “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimat mərasimi keçirilib 
 
“Bakı Avropa Oyunları–2015”in Əməliyyat Komitəsi XVIII “Vsya Rossiya–2014” festivalı çərçivəsində 
birinci Avropa Oyunlarının təqdimat mərasimini keçirib. 
 
Rusiya Jurnalistlər İttifaqı tərəfindən təşkil edilmiş festival Soçi şəhərində reallaşdırılır. 
Rusiya  Jurnalistlər  İttifaqının  katibi  Rafael  Hüseynov  görüşü  açaraq,  2015-ci  ildə  Bakıda  keçiriləcək  ilk 
Avropa Oyunlarının uğurlu olacağına əminliyini ifadə edib. 
Rusiya  Jurnalistlər  İttifaqının  sədri  Vsevolod  Boqdanov  ulu  öndər  Heydər  Əliyev  haqqında  xatirələrini 
bölüşərək, “Bakı-2015” Avropa Oyunlarının Təşkilat Komitəsinə müvəffəqiyyətlər arzulayıb. 
Rusiyanın tanınmış jurnalisti, “İtoqi” jurnalının siyasi icmalçısı Kirill Privalov deyib: “Bu yaxınlarda Bakıda 
oldum,  bu  şəhərin  gözəlliyi  məni  heyran  etdi.  Əminəm  ki,  “Bakı-2015”  Avropa  Oyunları  müsbət  mənada 
yaddaqalan olacaq”. 
Festivalın  qonaqları  –  Bolqarıstan  Jurnalistlər  İttifaqının  birinci  katibi  Snejana  Todorova,  diplomat 
Aleksandr  Losyukov,  “Telefilm”  kino  şirkətinin  baş  direktoru  Yuri  Masyuk  və  başqaları  Bakıdan  və 
bakılılardan  danışıblar.  Onlar  vurğulayıblar  ki,  Azərbaycanda  müxtəlif  xalqların  və  dinlərin  nümayəndələri 
dostluq və qarşılıqlı etimad şəraitində yaşayırlar. 
“Bakı Avropa Oyunları – 2015”in Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov qeyd edib ki, 
artıq Fransa, Yunanıstan və başqa ölkələrdə “Bakı–2015”in təqdimat mərasimləri keçirilib. 
Festivalın iştirakçılarına bu sahədə indiyə qədər görülmüş işlər, tikilməkdə olan idman obyektləri, Avropa 
oyunlarının Təşkilat Komitəsinin sədri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə 
keçirilən iclaslar, həmçinin Azərbaycanın idman uğurları haqqında ətraflı məlumat verilib. 
E. Səfərov deyib: “Birinci Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək baş tutacaq. Bakıda 2015-ci ildə 
toplam  olaraq  20  idman  yarışı  keçiriləcək.  Avropanın  bütün  guşələrindən  Bakıya  6.000-dən  çox  idmançı 
gələcək”. 
“İdman”  qəzetinin  baş  redaktoru  Qabil  Mehdiyev,  “Trend”  informasiya  agentliyinin  baş  direktorunun 
müavini  Arzu  Nağıyev,  “Novosti-Azerbaydjan”  agentliyinin  baş  direktoru  Gülnarə  Məmmədzadə,  “Bakinski 
raboçi”  qəzetinin  nümayəndəsi  İlqar  İsmayılov,  Oyunların  Əməliyyat  Komitəsinin  təmsilçisi  Pirim  Pirimov, 
Ümumrusiya Azərbaycanlılar Konqresinin Krasnodar vilayəti üzrə regional bölməsinin sədri Cəmil Əliyev və 
başqaları  qeyd  ediblər  ki,  Avropa  Oyunları  idman  tarixində  yeni  səhifə  açacaq.  Onlar  əmin  olduqlarını 
bildiriblər ki, birinci Avropa yarışları ədalətli, sağlam rəqabət, dostluq və həmrəylik şəraitində keçəcək. 
Tədbirdə Bakı haqqında videofilm göstərilib. Görüşün bütün iştirakçılarına “Bakı–2015”in Təşkilat Komitəsi 
adından xatirə hədiyyələri təqdim edilib. 
Qeyd edək ki, jurnalistlərin “Vsya Rossiya” festivalı nüfuzlu KİV-ləri təmsil edən qələm əhlinin, həmçinin 
beynəlxalq təşkilatların nümayəndələrinin toplaşdığı peşəkar diskussiya məkanıdır. 
 
Fəridə Abdullayeva 
 
“Xalq qəzeti”.-2014.-9 oktyabr.-№ 218.-S.9. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
128 
 
 
Berlində birinci Avropa Oyunlarının təqdimatı olub 
 
Oktyabrın  13-də  Almaniyanın  paytaxtı  Berlin  şəhərinin  məşhur  mədəniyyət  mərkəzlərindən  olan  Bode 
muzeyində Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə birinci 
Avropa Oyunlarına həsr olunmuş tədbir keçirilib. 
Tədbirdə  Azərbaycanın  birinci  xanımı,  Heydər  Əliyev  Fondunun  prezidenti  Mehriban  Əliyevanın  sədri 
olduğu birinci Avropa Oyunlarının təşkilat komitəsinin fəaliyyətindən bəhs edilib. 
Mərasimdə  Azərbaycanın  gənclər  və  idman  naziri  Azad  Rəhimov,  ölkəmizin  Almaniyadakı  səfiri  Pərviz 
Şahbazov, Almaniya Bundestaqının Cənubi Qafqaz dostluq qrupunun sədri Karin Ştrents, Almaniya Olimpiya 
Komitəsinin prezidenti Alfons Hörman çıxış ediblər. 
Pərviz  Şahbazov  Azərbaycanın  birinci  xanımı  Mehriban  Əliyevanın  rəhbərlik  etdiyi  Heydər  Əliyev 
Fondunun  Almaniyadakı  fəaliyyəti  barədə  danışıb,  Fondun  mədəniyyət  sahəsində  ikitərəfli  münasibətlərə 
verdiyi töhfə haqqında məlumat verib. Səfir, həmçinin ölkələrimiz arasındakı münasibətlərin hazırkı vəziyyəti 
və inkişafından söhbət açıb. 
Çıxış edən Azad Rəhimov Azərbaycanın sürətli inkişafı, idmançılarımızın beynəlxalq arenada qazandıqları 
nailiyyətlər, ölkəmizin bir sıra yüksək səviyyəli beynəlxalq yarışlara ev sahibliyi etməsi barədə danışıb. 
Nazir tədbir iştirakçılarına Bakda keçiriləcək birinci Avropa Oyunları barədə ətraflı məlumat verib. 
Mərasimdə Azərbaycan ilə Almaniya arasındakı tarixi əlaqələr, Heydər Əliyev Fondunun ölkə daxilində və 
xaricdə  mədəni  irsin  qorunub-saxlanması,  mədəniyyət  münasibətlərinin  təşviq  olunması  və  gənclərin  təhsil 
alması  imkanlarının  yaxşılaşdırılması  istiqamətində  gördüyü  işlər  barədə  məlumat  verilib.  Birinci  Avropa 
Oyunlarına hazırlıq prosesini əks etdirən film nümayiş etdirilib. 
Tədbirdə  Heydər  Əliyev  Mərkəzinin  direktoru  Anar  Ələkbərov,  Almaniyanın dövlət  katibləri,  Bundestaqın 
deputatları,  tanınmış  siyasi  xadimlər,  Almaniyada  akkreditə  olunmuş  diplomatik  korpusun  nümayəndələri, 
Azərbaycan diasporunun fəalları və Almaniya mətbuatının təmsilçiləri iştirakı ediblər. 
 
“İki sahil.”.-2014.-15 oktyabr.-№ 1.-S.20. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
129 
 
 
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Avropa Oyunları Əməliyyat Komitəsinin 
ofisində yaradılan şəraitlə tanış olub  
(16 oktyabr 2014-cü il) 
 
Oktyabrın  16-da  Azərbaycanın  birinci  xanımı,  Heydər  Əliyev  Fondunun  prezidenti,  Avropa  Oyunlarının 
Təşkilat  Komitəsinin  sədri  Mehriban  Əliyeva  Avropa  Oyunları  Əməliyyat  Komitəsinin  ofisində  yaradılan 
şəraitlə tanış olub. 
Mehriban  Əliyevaya  məlumat  verən  gənclər  və  idman  naziri  Azad  Rəhimov  və  “Bakı-2015”  Avropa 
Oyunları Əməliyyat 
Komitəsinin  baş  icraçı  direktoru  Saymon  Kleq  bildirdilər  ki,  gələn  il  Bakıda  keçiriləcək  birinci  Avropa 
Oyunlarına hazırlıq işləri yüksək səviyyədə gedir. Belə mötəbər tədbir Avropanın idman hərəkatının tarixində 
yeni dövrün başlanmasıdır və Azərbaycan bu tarixin ilk səhifələrini yazan ölkədir. Diqqətə çatdırıldı ki, burada 
işçilərin səmərəli fəaliyyəti üçün bütün lazımi şərait yaradılıb. 
Azərbaycanın  birinci  xanımı  texnologiya,  media,  informatika  otaqlarında  və  digər  otaqlarda  iş  prosesi  ilə 
tanış  oldu,  yaradılan  şəraitlə  maraqlandı.  Məlumat  verildi  ki,  Əməliyyat  Komitəsinə  dünyanın  40  ölkəsindən 
mütəxəssislər cəlb olunub. Ümumilikdə komitədə yerli və xarici mütəxəssislərdən ibarət 1000 nəfərə yaxın işçi 
çalışır. 
Sonra Mehriban Əliyevanın iştirakı ilə birinci Avropa Oyunlarına hazırlıqla  bağlı görüş keçirildi. Görüşdə 
Avropa  Oyunları  ilə  əlaqədar  bəzi  məsələlər  müzakirə  olundu.  Azərbaycanın  birinci  xanımı,  Avropa 
Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva müvafiq tapşırıq və tövsiyələrini verdi. 
 
“Azərbaycan”.-2014.-17 oktyabr.-№ 225.-S.6. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
130 
 
 
BMT Baş Məclisində “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı keçirilib 
 
Yusif Babanlı 
 
Azərbaycan  Respublikasının  gənclər  və  idman  naziri,  “Bakı-2015”  ilk  Avropa  Oyunları  Əməliyyat 
Komitəsinin  baş  icraçı  direktoru  Azad  Rəhimov  BMT  Baş  Məclisində  “İnkişaf  və  sülh  naminə  idman” 
mövzusunda çıxış edib. 
Çıxışında  “Bakı-2015”  ilk  Avropa  Oyunları  barədə  danışan  A.  Rəhimov  deyib  ki,  17  gün  ərzində  davam 
edəcək  mötəbər  tədbirdə  Avropadan  olan  6  mindən  çox  idmançı  20  idman  növündə  sülh,  ədalət,  dostluq  və 
birlik prinsipləri əsasında yarışacaq. Avropa Oyunlarına hazırlaşmaq üçün iki ildən bir az çox vaxt ayrılmasına 
baxmayaraq, Azərbaycan bu ilk Oyunları ən yüksək səviyyədə keçirmək əzmindədir. 
Nazir  “Bakı-2015”  birinci  Avropa  Oyunlarının  Təşkilat  Komitəsinin  sədri,  Azərbaycanın  birinci  xanımı, 
Heydər  Əliyev  Fondunun  prezidenti  Mehriban  Əliyevanın  rəhbərliyi  ilə  görülən  işlərdən  danışıb,  Oyunların 
keçirilməsi üçün tikilən yeni idman obyektləri barədə məlumat verib. 
A. Rəhimov deyib: “Orta yaşı 30,1 olan ölkə əhalisinin böyük hissəsini gənclər təşkil edir. Əhalinin 40 faizi 
24 yaşın altındadır. Biz xalqımızı gözəl idman infrastrukturu ilə təmin etməyi öhdəliyimiz və məqsədimiz olaraq 
hiss edirik. Təkcə son 10 il ərzində ölkə ərazisində dünya standartlarına cavab verən 50-dən çox idman obyekti 
inşa etmişik. Vətəndaşlarımız üçün tamamilə ödənişsiz olan bu infrastruktur  əhalimizin idman obyektlərindən 
daha geniş istifadəsini təmin edir. 
Sonra Baş Məclisin qərargahında “Bakı-2015” Avropa Oyunlarına həsr olunmuş rəsmi qəbul təşkil edilib. 
Qəbulda A. Rəhimov 2015-ci ilin iyununda Bakıda keçiriləcək Avropa Oyunları haqqında əsas faktlardan və 
Azərbaycanın dünya idmanına verdiyi töhfələrdən danışıb: “Azərbaycan dünyada idman dövləti kimi tanınmağa 
başlayır. Ölkəmiz böyük tədbirlərə ev sahibliyi etməklə mühüm təcrübə qazanıb”. 
Gələn il iyunun 12-dən 28-dək  keçiriləcək “Bakı-2015” Avropa Oyunları qitə üçün çoxsaylı idman növləri 
üzrə təşkil ediləcək çox maraqlı və innovativ yarışlar olacaq. 
“Bakı 2015” Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək. Bunlardan 16-sı Olimpiya, dördü 
qeyri-Olimpiya  idman  növüdür.  On  yeddi  yarış  günü  müddətində  Avropanın  müxtəlif  ölkələrindən  6  mindən 
çox idmançı öz ölkələrini təmsil edəcək. 
İdmanın  doqquz  növü  2016-cı  ildə  Rio-de-Janeyroda  keçiriləcək  Yay  Olimpiya  Oyunları  üçün  seçmə 
yarışlara  imkan  yaradacaq.  Həmin  idman  növlərinə  oxatma,  yüngül  atletika,  velosiped  idmanı,  atıcılıq, 
üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon və voleybol daxildir. 
Xatırladaq  ki,  birinci  Avropa  Oyunlarının  Bakıda  keçirilməsi  haqqında  qərar  2012-ci  ilin  dekabr  ayında 
Avropa  Olimpiya  Komitəsinin  (AOK)  Baş  Assambleyasında  qəbul  edilib.  “Bakı  2015”  Avropa  Oyunları 
Əməliyyat Komitəsi AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək. 
Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin