АКД., Улан-Батор, 1990.-18 с.; Кыргыс 3. К. Музыкальный фольклор тувинцев сумона
Цэнгэл // Музыкальная жизнь. 1975. - №3.
5.
Самдан 3. Б. О материалах ценгельской фольклорной экспедиции 2002 года // УЗ
ТНИИЯЛИ. Вып. 20. -Кызыл, 2004. -c. 362-367.
6.
Агнешка Халемба. Алтайцы-теленгиты Южной Сибири. Горно-Алтайск, 2006.
7.
Orucova Ş.Ə. “Qıpçaq qrupu türk dillərində etnonimlər”.-Türk dillərinin tarixi-müqayisəli
leksikologiyası məsələləri, III cild, Bakı, 2012, s.151
8.
Kazımov Q. Azərbaycan dilinin tarixi, Bakı, Təhsil, 2003, s.190.
9.
Баскаков Н.А. Алтайская семья языков и ее изучение. М., 1981.-135 с.
10.
Гумилев Л.Н. Древние тюрки. М., 2007.-660 c.
11.
Самаев Г.П. Горный Алтай в ХVII- середине XIX вв.: Проблемы политической
истории и присоединения к России. Горно-Алтайск, 1991.-256 с; Yenə onun:
Теленгитский этнос в ХVII- XIX вв., // Этническая история народов Южной Сибири и
Центральной Азии. Новосибирск, 1993.
12.
Schott W. Uber die aechten Kirgisen. Berlin, 1865, 8.436, c.455;Грумм-Гржимайло Г.Е.
Западная Монголия M., c.250.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
123
13.
Окладников А.П. История Якутской АССР. c.318.
14.
Яданова К.В. Предания, легенды, былички теленгитов долины Эре-Чуй. Горно-
Алтайск, 2013.
15.
Əhmədova E. Azərbaycan etnonimləri, Bakı, Nurlan, 2007.-127 s.
16.
Еремеев Е.Е. К семантике тюркской этнонимии.-Этнонимы, М., 1970.
17.
Cəlilov F.A. Azərbaycan dilinin morfonologiyası, Bakı, 1988.
18.
Ямаева Е.Е. К проблеме расшифровки фольклорного текста (Темем-кыс –
прародительница теленгитов) // Социально-экономические проблемы развития города
Горно-Алтайска до 2000 года. Горно-Алтайск, 1998, с.129; 130.
19.
Чвырь Л.А. Заметки об этническом самосознании уйгуров // Этнографическое
обозрение. М., 1994,с.31-40.
20.
http: // www. Google.ru. rositsa | Телеуты, они же теленгеты, они же
теленгитыrositsa.dreamwidth.org/463378.html
.
SUMMARY
This paper discusses the defunct languages of Turkic ethnos, and their modern position.
Key words: Turkic ethnos, Chengel, Telengits.
Teyyub Quliyev, fil.ü.f.d., dos.
AMEA Nəsimi adına Dilçilik İnstitutu, Dil tarixi şöbəsinin aparıcı elmi işçisi
teyyubq@mail.ru
I ŞƏXS ƏVƏZLİYİNİN TƏKİNİN AZƏRBAYCAN VƏ DÜNYA DİLLƏRİNDƏ
MÜQAYİSƏLİ TİPOLOGİYASI MÜQAYİSƏLİ TİPOLOGİYASİ
Nitq hissələri arasında əvəzliklər xüsusi söz qrupu kimi fərqləndikləri kimi, şəxs əvəzlikləri
də əvəzliklər arasında həm qədimliyi, həm də milliliyi ilə seçilir. Nəinki Azərbaycan dilində, dünya
dillərinin böyük əksəriyyətində əvəzliklər (xüsusilə şəxs əvəzlikləri) öz inkişafı boyu o qədər də
ciddi dəyişikliyə uğramamış, dildə lap qədimlərdən sabitləşməyə başlamışdır.
Şəxs əvəzliklərinin tam mənalı sözlərdən törəməsi fikri nəzəri dilçilikdə artıq qəbul
edilmişdir. Bu müddəanı sübut etmək, həmin qədim sözləri müəyyənləşdirmək çox çətin olsa da,
şəxs əvəzliklərinin başqa leksik və ya morfoloji vahidin inkişafının, başqa sözlə,
qrammatikləşməninnəticəsi olması çox ağlabatandır.Çünki, fikrimizcə, ilk insan əvvəlcə ad və
feillərdən istifadə etməyi bacarmışdır. Ehtimal ki, əvəzliklər bu nitq hissələrindən sonra yaranmış
və onun yaranmasında bu nitq hissələrinin hansısa biri (fikrimizcə, xüsusən adlar) əsas olmuşdur.
Bundan başqa, şəxs əvəzliklərinin genetik kökünü tapmaq üçün ilk növbədə şəxsin qrammatik
əlamətləri ilə şəxs əvəzliklərinin dəqiq sərhəddinimüəyyənləşdirmək lazım gəlir. Çünki şəxsin
qrammatik əlaməti bütün dillərdə universali olduğu halda, şəxs əvəzliklərinin mövcud olmadığı
dillər də (vyet-mıonq (Vyetnam və Laos arealında), tay-kaday (İndoçin və cənubiÇin arealında) və
bir sıra Birma dilləri) var. Bu dillərdə şəxsə aidlik qrammatik əlamətlə (mənsubluqla)
müəyyənləşir. Məhz buna görə də şəxsin qrammatik əlamətinin və ya şəxs əvəzliyinin əsasını,
yaranma mənbəyinidəqiqləşdirmək xeyli çətindir.
Hind-Avropa dillərində şəxs göstəricilərinin genezisini tarixi baxımdan təhlil edən rus
tədqiqatçısı Kiril Babayev geniş təhlildən sonra dünya dillərində şəxs əvəzliklərinin yaranma
mənbələrini təxminən belə ümumiləşdirmişdir [9, 131]:
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
124
mənbə əvəzlik
ilkin
məna
dillər
isimlər
I şəxs
öz, insan, bədən,
qul (bəndə),
xidmətçi
yapon, kxmer,
vyetnam, fransız,
vari, nqiti
II şəxs
insan, bədən, ağa,
yiyə, qalan
insanlar, və
başqaları və s.
polyak, tay,
birman, yapon
III şəxs
insan, qalan, şey,
və başqaları
zande, miştek
ad+şəxsəvəzlikləri I-III şəxslər
mənim bədənim (I
şəxs), cənabınız
(II şəxs tək), siz
hamınız, siz
insanlar (II şəxs
cəm)
ispan,rumın,yapon,
ingilis, nenes
ad+işarə
əvəzlikləri
I-III şəxslər
bu cənab, bu ağa
(I şəxs), zati-aliləri
(III şəxs)
erməni, yapon
işarə əvəzlikləri
III şəxs
bu, o
indoneziya, sinqal,
italyan
köməkçi feil+şəxs
əvəzlikləri
I-III şəxs
bu mənəm, hansı
ki... (I şəxs)
afrasiya, ayn
digər şəxs
əvəzlikləri
I, II şəxs
biz>mən
siz>sən
o, onlar>siz
alman, türk, hindi,
taqal
digər dillərdən
alınmalar
I-III şəxs
çamorro,
ingilis,
yatmul, tay,
vyetnam
Dilin inkişafı prosesində şəxs əvəzliklərinin həddindən artıq dayanıqlı olması diqqəti xüsusi
cəlb edir. Belə ki, onlar istənilən dilin baza leksikasına daxildirlər və buna görə dillərin
müqayisəsində və ya protodilin bərpasında aparıcı mövqeyə malikdirlər.
Dillərin monogenezi nəzəriyyəsində də əvəzliklər xüsusi əhəmiyyət kəsb edir. Buna əsas
səbəb yuxarıda bəhs etdiyimiz kimi, əvəzliklərin dilin qədim laylarından birini təşkil etməsi və dilin
genetik, milli xüsusiyyətlərini özündə əks etdirməsidir. Məsələn, mütəxəssislərin fikrincə, qədim
*mV kökündən yaranan əvəzlik I şəxsin göstəricisi kimi bütöv Avrasiya dillərində çox geniş
yayıldığından tədqiqatçılar üçün dünyanın bir çox dillərinin bir-biri ilə qohumluğunu sübut edən
əsas arqument kimi götürülür [10, 93].
Biz yazıdaana dilimizə aid I şəxs əvəzliyinin təkini eyni və müxtəlifsistemli dillərlə müqayisə
etmək, onun arxetipinimüəyyənləşdirmək, ümumiyyətlə bu əvəzliyin yayılma arealını izləmək
arzusunda olduğumuzdanilk növbədə Azərbaycan dilinin materiallarını qısa da olsa diqqət edək.
Azərbaycan dilinin yazılı ədəbi mətnlərində və dialektlərində müxtəlif fono-morfoloji
variantlarda özünü göstərən I şəxs əvəzliyi bütün türk dillərində ümumilik təşkil edir. Təbii ki, bu
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
125
məqamda bəzi spesifik xüsusiyyətlərin mövcudluğu (bu da daha çox fonetik fərqlərlə özünü
göstərir) istisnalıq təşkil edir.
Professor Hadi Mirzəzadə qeyd edirdi ki, tarixi materialların dilindən aydın olur ki,
Azərbaycan dilində birinci şəxsin təkini əvəz edən söz iki mənada mən/bən formalarında
yayılmışdır,bən formasına Azərbaycan dilinin ancaq qədim və orta dövrlərində yazılmış ədəbi
əsərlərin dilində rast gəlinir [2,104]. Sonra görkəmli dil tarixçisi ədəbi abidələrin dilinə əsaslanaraq
göstərir ki, birinci şəxs əvəzliyinin təki ismin yönlük halında iki şəkildə
mənə
mə , məyə, ma a, maã, ma , mağaformalarda [4, 177] işləndiyi nəzərə alsaq, onda Azərbaycan
dilində də *m səsindən sonrakı saitin qeyri-müəyyən olduğu (incə və ya qalın, ə və ya a) qənaətinə
gələrik və dilimizdəki əvəzliyin də nostratik*mV(e)modelinə uyğun olduğunu deyə bilərik. Onsuz
da türkoloji ƏDƏBIYYATlarda I və II şəxs əvəzliklərinin mə+n, sə+nhissələrinəayrıldığı
bildirilmiş və şəxs əvəzliklərinin I şəxsdə bi//be və ya mi//me, II şəxsdə si//se olduğu göstərilmişdir.
O da qeyd olunmuşdur ki, sözlərin sonundakı n səsi yiyəlik halın qalığıdır [1, 5]. Bəzi
tədqiqatçıların fikrincə isə, -n təklik əlamətidir və -r\-z ilə oppozisiyadadır (b\m+n- I şəxs tək; bi+zI
şəxs cəm) [11, 202]. Deməli, *mV tipində vokal səsin (i/e/ə/a) sabit olmaması bu modelin
Azərbaycan dili üçün də uyğun olduğu fikrini bir daha təsdiq etmiş olur.
I şəxsin təkindəki *m- və ya *b- səsinin hansının ilkin olması fikri nəinki Azərbaycan
dilçiliyində, ümumiyyətlə türkoloji dilçilikdə uzun müddət mübahisə doğurmuşdur.Hələ vaxtilə
M.Kaşğari qeyd etmişdir ki, ben əvəzliyi oğuz və qıpçaq dillərinə aiddir. ƏbuHəyyan isə bu
formanı türk (Türkiyə türk. – T.Q.) forması hesab edir.M.Rəsənen söz əvvəlində
b>məvəzlənməsinin təsadüfi olduğunu və bunun burun səsi -n-nin təsiri ilə baş verdiyini
yazır.Altay dillərində, xüsusilə türk və monqol dillərində m>bəvəzlənməsinin də mövcudluğu
samitlərdən (b və ya m) hansının ilkin olduğuna aydınlıq gətirməyə çətinlik törədir.
B.Serebrennikovun qənaətinə görə, söz əvvəlindəki b türk dillərində p səsinin cingiltiləşməsinin
nəticəsidir, sonradan b>m əvəzlənməsi baş verir, lakin bu fonetik qanunlara uyğun deyil [13, 51].
I şəxsin təkində b və m samitlərinin müvaziliyiqədim türk daş kitabələrində mövcuddur. Rus
türkoloquV.Ponaryadovyazır ki, əski türk runik yazılarında I şəxs təki ilk samiti olan bän və män
şəklində ortaya çıxır. Ara-sıra bunların ayrı-ayrı şivələrə aid olduğu göstərilir. Məsələn, Yenisey
çayı bölgəsi abidələrində män sadəcə əski qırğız yazılarında, bänisə sadəcə Çik yazılarında
işlənmişdir [3, 90]. Tədqiqatçı sonra qeyd edir ki, Göytürk xaqanlığına aid Orxonabidələri
içərisində Kül Teqin və BilgəKağanyazılarında da ancaq män işlənir. Lakin eyni dövrə və eyni yerə
aid üçüncü böyük abidə olan Tonyukuk abidəsində həm bän, həm də män şəkillərinə təsadüf edilir.
[3, 91].
Mən əvəzliyinin vaxtilə Azərbaycan dilində işlənmiş və hal-hazırda işlənən fonovariantlarını
(bən\mən\mə \man\men və s.) türk dil arealında izləyək:
Qədim türk.(Orxon-Yenisey, qədim uyğur.): men, Qaraxanlı türk. (“Divanü-lüğətit-türk”,
“Qutadqu bilik”) men, Türkiyə türk. ben, qaqauz. ben, türkmən. men, salar. mē(n), Xalac. mən,
özbək. men, uyğur. mən, Krım tatar. men, tatar. min, başqırd. min, qırğız. men, qazax. min,
qaraçay-balkar. men, qaraqalpaq. men, qumuq. men, noqay. men, sarı uyğur. men, xakas. min, şor.
men, oyrot. men, Tuva türk. men, tofalar. men, çuvaş. e-bə, yakut. min, dolqan. min [6, 341].
Göründüyü kimi, mən əvəzliyi çox cüzi dəyişikliklə türk dillərinin hamısında eyni cür işlənir.
Lakin bu əvəzliyin praforması haqqındakı fikirlər müxtəlifdir. Məsələn, A. Şerbak bu praformanı
əvvəlcə *pän (pä:n ), sonra isə yalnız pän, M. Rəsənenisə *mi(n), çuvaş dili üçün εbə-*bi
formalarında bərpa etmişdir. M.Rəsənenin fikrincə, I şəxsdə m-~b- əvəzlənməsi qədim hadisədir.
G.Klouson ilk səsin p- olduğunu qəbul etsə də, benformasının daha qədim olduğunu düşünmüşdür;
menisə erkən dövrlərdə yaranan assimilyasiya olunmuş variantdır. V.Kotviç bir neçə variant bərpa
etmişdir: mä(n), bi(n), mi(n).F.Aşnin isə praformanı belə sıralandırır: *bi(*män-
Serebrennikovməsələyə fonetik qanunauyğunluq baxımından yanaşmışdır. O, sondakı –n səsinin
lap əvvəldən işlənməsinə şübhə ilə yanaşmış və özünün fonetik konsepsiyasına (p-, p->b-, b->-m)
əsaslanaraqpraformanı*pə, sonra *pən>bən kimi bərpa etmişdir.A.Kononovben\men əvəzliyinin iki
morfemdən ibarət olduğunu qeyd edərək göstərirdi ki, kök morfem b
o
- ümumaltaya (protoaltay
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
126
dilinə -T.Q.) aiddir, -n- isə possesivlik(yiyəlik, sahiblik) göstəricisidir. Burada I şəxsin kök
morfemini (b
o
-ni) *be~*bi əsaslı bu~boəvəzliyi ilə müqayisə etmək olar [13, 53-54].
Protomonqol dilində də şəxs əvəzliyində (həm tək, həm də cəmdə) b~m əvəzlənməsi özünü
bariz şəkildə göstərir: *bi, *min-mən; *ba, *man-biz. Bu formalar bütün monqol dil ailəsi üçün
səciyyəvidir: Orta dövr monqol dilində (XIII əsrə aid mətnlərdə, “Monqolların gizli tarixində”):bi,
ba, mino (yiyəlik hal.); bi, “İbn Mühənnalüğəti”ndə, “Ərəb filoloqu türk dili haqqında”
(P.Melioranski): m[e]ni;yazılı monq. bi, minu(yiyəlik hal.), xalxa monqol. bi, minij(yiyəlik hal.),
buryat. bi, menī (yiyəlik hal.), kalmık. bi, minε (yiyəlik hal.), ordos.bi, mini (yiyəlik hal.), moqol.
bi, nami, name, mini (yiyəlik hal.), daqur. bı , bā, minı (yiyəlik hal.), şira-uyğur. bə, monqr. bu
[6, 341;5,1276; 12,155].
Protomonqol dili üçün *bV(e)arxetipini uyğun hesab etmək olar.
Prototunqus-mancur dilindəb və m səslərinin sərhəddinisbətən dəqiqidir. Belə ki, *b yalnız
I şəxs əvəzliyinin təkinin əsasını təşkil edir. Cəmdə isə b~m paralelliyi müşahidə olunur: *bi-mən,
*bue, *mü-n-biz: evenk: bi , even: bi , neqidal: bi , mancur danışıq dili: bī , mancur yazılı
dili: bi , curçen: mi-n , ulç: bi , orok: bi , nanay: mi, oroç: bi , udegey: bi , solon: bi [6, 341;5,
1276-1277].
Prototunqus-mancur dili üçün də *bV(i)arxetipini əsas kök hesab edirik.
Maraqlıdır ki, I şəxs əvəzliyi (təki və cəmi) protoyapon dilində də Altay dillərinin
əksəriyyətində olduğu kimi, *baarxetipində bərpa olunur: qədim yapon. wa- ; orta yapon. wàré,
wátákúsı; Tokio. wátashi; Kioto. wátevə s.
Protokoreya dilində isə yalnız I şəxsin cəmi bu arxetipə uyğun gəlir: *
úrı-biz.
Tədqiqatçıların fikrincə, ola bilsin ki, söz əvvəlindəki samit (məsələn *b) qeyri-müntəzəm baş verən
səs düşümünə uğramışdır: *b-(*úrı<*bú-rı)[6, 342].
Deməli, sadalanan dil faktlarına əsaslanaraq protoaltay dili üçün I şəxs əvəzliyinin təkini
*bV~*mVformasında bərpası daha uyğundur. Bütün Altay dillərində b~məvəzlənməsinin səbəbinin
müxtəlif cür izahını ümumiləşdirsək, Azərbaycan dili üçün (daha doğrusu, protoAzərbaycan dili
üçün) təklif etdiyimiz *mVpraformasınıprotoAltaypraformasının variantı hesab etmək olar.
İndi isə şəxs əvəzliyinin təkinin dünya dillərində hansı formalarda yayılmasına diqqət
yetirək:
Ural dilləri: fin. mina (minu-mən); Lap/Saam. mon/
mú-mən; mordvin. mon-mən;
çeremis./mari. mıń, mõj(ö)-mən, votyak. / udmurt. mon; zıryan/komi. me, ostyak/xantı. mä-mən;
yırakSamoyed/nenes. mań; taqviSamoyed. /nqanasan. manna ; Yenisey Samoyed/enes. mod'i;
selkup Samoyedman, mat; kamasinman, eston. mina~ma. [7, 1021; 5, 1274-1276].
Ural dillərində də Altay dillərində olduğu kimi, I şəxsin təki və cəmi eyni arxetipdən
yaranmışdır: fin. me; Lap/Saam. mi; çeremis./mari. mä, votyak/udmurt. mi; zıryan/komi. mi;
vopul/mansi man; .ostyak/xantı. mõ ; macar. mi, nenes. mańa, nqanasan. mee ;enes.
mod
'i; selkup Samoyed. mee, mii; kamasin. mi –biz. [7, 1021; 5, 1274-1276].
Sadalanan dil faktlarına əsasən protoural dili üçün I şəxsin arxetipi*mV-formasında bərpa
etmək olar.
Hind-Avropa dillərində I şəxsin təkinin formaları: sanskrit.:
ma m, mā (təsirlik halda),
máma, me(yiyəlik halda), mát(birgəlik hal), máhya(m) (yönlük hal), máyi(yerlik hal), máyā (alətlik
halı), me (yiyəlik-yönlük hal); yunan. έμε, με(təsirlik hal), μου, έμου (təsirlik hal); qədim latın.:
mēd (təsirlik-birgəlik hal), meı , mı s(yiyəlik hal), mihı (yönlük hal); qədim irland.: mé,
messe“mən”, mé, messe, -m (təsirlik hal), mo, mu(yiyəlik hal); qot.: mik(təsirlik hal),
meina(yiyəlik hal), mis (yönlük hal.); Litva dil.: man (təsirlik hal), man
s, ma no, (yiyəlik
hal.), mánei, mi (yönlük hal), manyjé (yerlik hal); qədim slavyan.: me, mene(təsirlik hal), mьnĕ
(yönlük-yerlik hal), hett.: -mi, -mu, -mon, -min; alban.: mua; Danimarka.: *mo-i; Likiya.: amu,
emu; Lidiya.: amu –“mən, mənə” [7, 1022;5, 64].
Protohind-Avropa dili üçün I şəxs əvəzliyinin təki üçün arxetip*mV- formasında bərpa
edilmişdir.
Kartvel dilləri: Gürcü.: me-, men-, mena- “mən”; miqrel.: ma-; zan.: ma, man; Svan.: mi-
“mən”. Protokartvel dili üçün *me- arxetipi bərpa olunmuşdur[7, 1022;5, 64].
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
127
Protodravid dilində I şəxs cəm şəkilçisi: -*m: Tamil.
yām, nām “biz”; malayalam. nā;
kurux. nām; kota. am“biz”; Kannada. ām “biz”; teluqu. ēmu, mēmu; Kolami. am; Naikru. ām;
parji. ām; qadba. ām; manda. ām; malto. ém “biz” [7, 1022; 5, 64].
Maraqlıdır ki, I şəxs əvəzlikləri Amerind dillərində də çox az fonetik dəyişikliklə geniş işlənir
və bu dillərdə *mV kökünü asanlıqla ayırmaq mümkündür(qeydüçün deyək ki, Avrasiya dilləri
nəzəriyyəsinin banisi Amerika dilçisi JosefQrinberqAmerind dil ailəsinə Almosan, Keresiouan,
Penutian, Hokan, Mərkəzi Amerind, Çibçan, Paezan, Andean, Makro-Tucanoan, Equatorial,
Makro- Carib, Makro-Panoan, Makro-Ge dillərini aid etmişdir [8, 7-8]).
Almosan: İlk Mosan. *ma “biz”. Paezan: Varaoma “mənim, mənə”. İlk Çoco*m .
Macro-Tucanoan: İlk-Tucanoan*
mãı-rı“biz daxil”. Makro-Carib:Borame “biz ikimizdaxil, biz
daxil”,me- „bizimki daxil, mu: a“bizəxüsusilə”, mu chi “bizim ikimizəxüsusilə (kişi)”,
mu ph “bizim ikimizə xüsusilə (qadın)” [8, 125].
Müqayisəni ümumiləşdirsək, dünya dillərindəI şəxs əvəzliyinin təki üçün*m(~b)Vmorfeminin
əsas arxetip olduğunu görərik.
Beləliklə, göründüyü kimi, Azərbaycan dilindəkiI şəxs əvəzliyinintəkinin dünyanın əksər
dillərindəki analoji əvəzliklə homogen olmasına şübhə yoxdur. mən əvəzliyinin də əsasında
*mVarxetipi durur. Əldə olunan nəticələrə görə, doğrudan da I şəxs əvəzliyinin təki dünya
dillərində, o cümlədən Azərbaycan dilində ciddi dəyişikliyə uğramamış, dilin lap
qədimdövrlərindənsabitləşmişdir. Digər tərəfdən, bu fakt Azərbaycan dilinin nəinki iltisaqi
quruluşlu türk və digər Altay dilləri ilə, həm dəmüxtəlif sistemli dillərlə (xüsusilə nostratik dillərlə)
genetik müqayisəsini mümkün edir. Düşünürük ki, bununla da Azərbaycan dilinin tarixi üçün
önəmli olan qrammatik quruluşun formalaşması və inkişafıtarixini daha geniş dil müstəvisində
izləmək olar.
ƏDƏBIYYAT
1.
İslamov M. Türk dillərində əvəzliklər. Bakı, “Elm”, 1986, 204 s.
2.
Mirzəzadə H. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı, Azərbaycan Universiteti
nəşriyyatı, 1990, 376 s.
3.
Ponryadov V. Tonyukukyazıtındabänvemän. Journal of TurkishLinguistics. Skopje,
2008, №1, s. 90-94
4.
Şirəliyev M. Azərbaycan dilaektologiyasının əsasları. Bakı, “Şərq-Qərb”, 2008, 416 s.
5.
AharonDolgopolsky. Nostratic Dictionary, McDonaldInstituteforArchaeologicalResearch,
University of Cambridge, ThirdEdition, 2012, 3659 pp.
6.
An EtymologicalDictionary of AltaicLanguages. (S. A. Starostin, A. V. Dybo, O. A.
Mudrak), Brill, 2003, 2096 pp.
7.
Bomhard Allan R. A ComprehensiveIntroductionto Nostratic ComparativeLinguistics,
Vol. 2-3, Charleston, SC, 2015, 1146 pp.
8.
Greenberg, Joseph H., Ruhlen, Merritt, An AmerindEtymologicalDictionary. Department
of AnthropologicalSciences, StanfordUniversity, 2007, 305 pp.
9.
Бабаев К.В. О происхождении личных местоимений в языках мира. Вопросы
языкознания. №4, 2009, стр.119-138.
10.
Бабаев К.В. Происхождение индоевропейских показателей лица: исторический
анализ и данные внешнего сравнения. – М.-Калуга, Изд. «Эйдос», 2008, 298 с.
11.
Cравнительно-историческаяграмматикатюркскихязыков. Морфология М.: Наука,
1988,560 s.
12.
Иллич-Свитыч В. М. Сравнительныйсловарь (l– ). Указатели / Подред. В. А. Дыбо.
М.: "Наука, 1976, 156 s.
13.
Этимологическийсловарьтюркскихязыков. Общетюркские и межтюркские основы
на буквы «Л», «М», «Н», «П», «С». — М.: Восточная литература РАН, 2003, 446 с.
14.
http://starling.rinet.ru
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
128
Teyyub Guliyev
Summary
Comparative typology of the personal pronoun 1 person singular
The article investigates the area of distribution of the personal pronoun 1 person singular. It
was pronouncedly that, stable already since ancient times in the Azeri language, this pronoun
passed the historical development of all languages of the world and entered a lexical database of all
languages with some phonetic changes. Besides, reconstructed researchers of historical root of the
Dostları ilə paylaş: |