Hüseyn Tövfiqi Böyük dinlərlə tanışlıq



Yüklə 1,01 Mb.
səhifə25/28
tarix29.11.2019
ölçüsü1,01 Mb.
#29747
1   ...   20   21   22   23   24   25   26   27   28
N 16


12-2. Rəqib məktəblər
Tarixə nəzər salsaq görərik ki, dinlə dövlət arasında dostluq ol-duğu kimi rəqabət də mövcud olmuşdur. Hegel kilsə ilə dövlət ara-sındakı rəqabətlərə işarə etdikdən sonra belə yazır:
Kilsə hüququ ilə dövlət hüququ bir-biri ilə qaşı-qarşıya gəldik-ləri zaman hökumətlərin əksəriyyəti istər katolik olsun, istər protes-tant kilsələrinin qarşısında təslim oldular və öz hüquqlarına göz yumdular.”1
Humanizm, Liberalizm, Sosializm, Modernizm, Sekularizm, Fe-menizm və sair yeni və qüdrətli rəqiblər son əsrlərdə dinin müqa-bilində dayanaraq dinin cəmiyyətin liderliyi sahəsində ifa etdiyi rolu öz üzərinə götürmək və siyasi qurluşları dəstəkləmək sahələrində bü-tün problemlərin öhdəsindən layiqincə gələ biləcəklərini iddia etmiş-lər. Kilsə bu məktəblərin hər birisi ilə mübarizəyə qalxdı, amma öz rəqiblərinin öhdəsindən layiqincə gələ bilmədi və adları qeyd olun-muş ideoloji məktəblər bir müddətdən sonra qərb dünyasında özünə-məxsus yer tuta bildilər. Həqiqətdə isə yeni yaranmış ideoloji mək-



  1. Xristyan məzhəbində şəriətin bərqərar olunması, səh 83

322


təblər yeni mütəfəkkirlərin özlərinin yaratdığı saxta düşüncələr idilər və bu məktəblər kilsə ağalarının qədim zamanlarda yaratdıqları klas-sik xristyan ictimai düşüncəsinin üzərində qələbə qazana bildilər.
Bəlkə də, bu düşüncə tərzlərinin heç birisinin Makyavellinin dü-şüncəsi ilə əlaqəsi olmamasını xatırlatmağa ehtiyac yoxdur. Belə ki, yarandığı zamandan indiyə kimi tarix boyu siyasətçilər tərəfindən istifadə olunan düşüncə tərzini və ideologiyanı dəstəkləmir.

Şübhəsiz ki, yalnız dinlər və məzhəblər tarix boyu istər yerli, is-tərsədə əcnəbi millətlər və hökumətlər üçün bəzi çətinliklər əmələ gə-tirmişlər. Bu dinlərin və məzhəblərin səhvləri isə qeyd etdiyimiz ideoloji məktəblərin cəmiyyətdə öz yerini tutmasından sonra məlum olmağa başladı və dünya ictimaiyyəti müəyyən qədər də olsa dinclik qazana bildi. Məsələn; yalnız dinin xürafatlarının qurbanına çevril-miş, ölkə daxilindəki ictimai qurluşu bu yalnışlığa uyğun olaraq irəli aparan və həyatlarını cəhənnəmə çevirən Hindlilər Sekular quruluşu qəbul etməklə canlarını bütün çətinliklərdən qurtardılar və sonda ra-hat nəfəs ala bildilər. Bu xürafatla dolu din kağız üzərində kənara qo-yuldu, amma onun təzahürləri, məsələn müxtəlif bəhanələrlə müsəl-manların qətliam edilməsi, Baberi məscidinin dağıdılması və digər hadisələr hələ də mövcuddur.

Yeni ideoloji məktəblərin qəbul edilməsi ilə azlıqların və əcnə-bilərin də vəziyyəti yaxşılaşmağa doğru irəliləməyə başladı. Çünki, dünyadakı bütün dinlərdə inhisarçılığın mövcud olması və şərin nisbi anlam olması məsələsini qəbul etsək görərik ki, hər hansı bir cəmiy-yətin dinləşməsi həmin cəmiyyət üçün xeyirli və başqa cəmiyyətlər üçün isə ziyanlıdır.1
12-3. Dinin siyasətdən ayrı olması
Dünyanın siyasi quruluşları bir-birinin ardınca dinin siyasətdən ayrı olması məsələsini elan etməyə başladılar. Bu məsələ ilk dəfə


  1. Həkim Əbul Əla Məərri belə deyir: “Dinlər bizim aramızda düşmənçilikər yarat-mışdır və bizə düşmənçiliklərin müxtəlif növlərini öyrətmişdir.

323


1791-ci ilin dekabr ayının 15-də Amerika Birləşmiş Ştatlarının Kons-titusiyasına əlavə edildi. Fransa Məclisi 1905-ci ildə 1801-ci ildə pa-pa ilə Napaleon arasında bağlanılmış ən güclü Konkordu ləğv edərək dini dövlətdən ayırdılar. 1929-cu ildə imzalanmış və Roma katolik məzhəbini İtaliyanın rəsmi dini edən və məktəblərdə dini elmlərin tədris olunmasını vacib bilən Konkord 1984-cü ildə bağlanmış yeni Konkordla ləğv edildi. Beləliklə də, İtaliyanın rəsmi dininin katolik-lik olması və İtaliya məktəblərində dini elmlərin tədris olunması mə-sələsi başa çatdı.

Türkiyə dövləti 1937-ci ildə Konstitusiyada apardığı dəyişiklik-lərə əsasən dinin siyasətdən ayrı olmasını elan etdi.

Əli Əbdürrəzzaq 1925-ci ildə “Əl İslam və Usulul Hikəm” kita-bını yazdı və iddia edərək bildirdi ki, İslamda siyasi quruluş adlı məf-hum mövcud deyildir. Misir hökuməti onun bu kitabına reaksiya ola-raq Əli Əbdürrəzzaqı həbs etdi və cəzalandırdı. Qeyd etmək lazımdır ki, Misir hökuməti də bir neçə on illiklərdən sonra təmamilə sekular-laşdı və Əli Əbdürrəzzaqa müsbət fikirlərlə yanaşmağa başladı.
İran Məşrutəsi zamanı mövcud olan Konstitusiyanı tamamlayan məsələ dinlə siyasət arasında vəhdət yaratmaqdan ibarət olmuşdur. Pəhləvi rejimi isə Konstitusiyanın bu bölümünü nəzərdə saxlamaya-raq qeyri-rəsmi şəkildə sekular dövlətə çevrildi.

Yer üzərində elə ölkələr və quruluşlar vardır ki dinin siyasətdən ayrı olmasını heç bir zaman qəbul etməmişlər. Buna nümunə olaraq Səudiyyə Ərəbistanındakı və Vatikandakı dövlət quruluşlarını misal çəkmək olar.


12-4. Əxlaqla siyasət arasındakı vəhdət
Sekularizmdə mövcud olan mənəvi nöqsanlar əxlaqla əvəz olu-nur. Yalnız din əxlaq dünyasıdır və bütün cəmiyyətlər onun xeyirli cəhətlərindən yararlanırlar. “Özünə məsləhət bilmədiyini özgəsinə də məsləhət bilmə” kimi qızıl qanun əxlaqdan sərçeşmə almışdır və istər düzgün, istərsə də, yalnış olan bütün dinlər bu əxlaqi hökmü imzala-yaraq təsdiq etmişlər.

324


Dünya xalqlarının sekularizmi çox isti qarşılamaları xristyan di-ninin başçılarını səylərini gücləndirməyə sövq etdi və onlar dinin qa-lan hissəsini həqiqətlə uzlaşdırmağa və tətbiq etməyə çalışdılar. Onlar bu sahədə İncildən o qədər də əlaqəli olmayan cümlələrdən yararlan-mağa çalışdılar. Məsələn: “Sezarın malını sezara və Tanrının malını Tanrıya verin.”1
Digər tərəfdən, onlar insanları düzgün yola hidayət etməklə di-nin məşəlini həmişə yanar vəziyyətdə əllərində saxlaya bilmişlər və dini əxlaqı güclü formada insanlar arasında yaya bilmişlər. Buna nü-munə olaraq hələ də Avropa ölkələri parlamentlərində və məhkəmə-lərdə müqəddəs kitaba and içmə inamını misal gətirmək olar. Dinin dövlətdən istifadə etməsi və dövlətin də öz növbəsində dindən sui-istifadə etməsi tarix boyu həmişə mövcud olmuşdur və hələ də möv-cuddur.
12-5. Qüdrət və dəyər
Bəzi dinlər və məzhəblər güc-qüdrətə görə və bəziləri malik ol-duqları dəyərlərə görə həyatlarını davam etdirə bildilər. Konstantino-polun xristyanlığı qəbul etməsindən və Roma imperatorluğunun xris-tyanlığı rəsmi din kimi təsdiq etməsindən sonra bu din qüdrət mə-sələsinə daha ciddi yanaşmağa başladı. Roma Sezarları və Papalar təxminən 15 əsr tam qüdrətlə hakimiyyətdə dayandılar və vətəndaşlar da öz növbəsində bunu tam şəkildə qəbul edirdilər. Qüdrətin bəzi fə-sadlara yol açması məsələsini nəzərdə saxlasaq görərik ki, Papa haki-miyyəti də bəzi fəsadların meydana çıxmasına səbəb oldu və insanlar itirdikləri mənəvi dəyərləri yenidən əldə etmək məqsədilə silahlı qi-yama əl atdılar və çevriliş etməyə çalışdılar. Silahlılar qələbə qazan-dıqdan sonra isə iki dəstəyə bölündülər: Bəziləri yerli hökümdarların və xanların köməkliyi ilə yeni hökumət yaratdılar və sonda qiyam etdikləri problemlərə özləri də düçar oldular. Bəziləri isə həmin hö-


  1. Bu barədə kitabın xristyanlıq bölümündə “Tanrı və Sezar” başlığı altında olan hissədə söz açmışdıq.

325


kumətin kölgəsi altında həyatlarını davam etdirdilər və hökumətə sa-hib olmamalarına görə beş əsr öncə dəm vurduqları mənəvi dəyərləri dirçəldə bildilər. Amişlər (Amish) və Mennonilər (Mennonites) kimi sülhçü (Pacifist) firqələri buna nümunə kimi misal göstərmək olar.

İslam dünyasında Əhli-Sünnənin Papalar kimi əzəmətli xəlifələ-rə malik olmaları səbəbindən qüdrətə daha meyilli olması və xəlifələ-rin törətdikləri fəsadları ört-basdır etməyə çalışmaları da gözə çarpır. Xilafətin 1924-cü ildə Atatürk tərəfindən süquta uğramasından sonra bu məsələ də öz-özlüyündə zəifləmişdir. Şiyələr məsum İmamlara malik olmaları səbəbindən Həzrət Məsihin (ə) müqəddəsliyinə dəyər verirdilər və yalnız məsum rəhbəri qəbul edirdilər. Amma bir məsələ-ni də qeyd etmək lazımdır ki, 16-cı əsrin əvvəllərində Səfəvilər döv-lətinin yaradılması əlaqəni azaltmışdır.


12-6. Hökumət və intizar
Bütün dinlərin davamçılarının ya öz hökumətləri var, ya da hö-kumət qurmaq arzusu ilə günlərini sayırlar. Xristyanlığın 4-cü əsrdən xüsusi dövləti olmuşdur və onlar özlərinə bununla təskinlik verirdi-lər. Amma, yəhudilk eradan əvvəl 587-ci ildə qüdrətli səltənətlərinin məhv edilməsindən sonra Davud, Süleyman, Maşiyah kimi padşahla-rın yenidən gələcəklərini gözləmişlər. Yəni, peyğəmbər Allah tərəfin-dən onu müqəddəs yağla məsh etmiş olsun, hamı ona itaət etsin və o da öz növbəsində yəhudilərin qarşılarına qoyduqları məqsədləri və amalları həyata keçirə bilsin. 1948-ci ildə İsrail hökumətinin təsis edilməsi də bütün yəhudilərin fikri deyildi və bu intizarın qüvvədən düşməsi mənasını daşımırdı. Elə bu səbəbdən də, yəhudilər öz intizar əməllərini hələ də həyata keçirirlər.
İslam dünyasında da Əhli-sünnənin dövləti olmuşdur, amma şi-yələr Həzrət Mehdinin (əc) mübarək intizarındadırlar və bunun üçün günləri sayırdılar. Səfəvilər dövlətinin bərqərar olunması və İslam Respublikasının yaradılması bu etiqada olan inamın azalması məna-sını daşımır, əksinə hər iki halda intizar məsələsi davam etmişdir.

326


Cəfəri şiyələr dini etiqad nöqteyi-nəzərində pak İmamlardan (ə) birinin qiyam etməsinin intizarında idilər və sonda bu intizar məsə-ləsi On İkinci İmam Həzrət Mehdinin (əc) mübarək vücuduna aid ol-du. O Həzrətin qeybdə olduğu dövrdə idarəetmə işlərinin bəzən şiyə-lərin üzərinə düşməsinə və şiyə alimlərinin hakimlik işlərində və digər sahələrdəki vəzifələri bəzən mümkün, bəzən də vacib bilməmə-lərinə baxmayaraq dini hökumətin yaradılmasının dəyərli intizar dü-şüncəsi ilə üst-üstə düşməməsi bildirilmişdir. İntizar düşüncəsi o qə-dər güclü idi ki, xümsün toplanılmasının və sərf olunmasının idarəçi-liyi böyük qeybə çəkilmə zamanı kəskin problemlərlə üzləşdi. Bəzi din alimləri xümslərin toplanılaraq əmanətdar insanlara tapşırılmasını və həmin şəxslərin də İmam Zamanın (əc) qiyamından sonra toplanıl-mış xümsləri ona çatdırması təklifini irəli sürdülər. Başqa çıxış yol-ları da təklif olundu və xüms məsələsinin münasib çərçivəyə və qa-nun-qaydaya salınması sonrakı nəsillərdə yaşamış böyük dini alimlə-rin göstərdiyi səylər nəticəsində ərsəyə gəldi.

Sonrakı dövrlərdə Səfəvilər kimi şiyə dövlətləri təşkil olundu və şiyə aləminin böyük alimləri yeni yaradılmış dövlətlərin varlığını təs-diq etdilər. O dövrdə din və siyasət arasında mövcud olan birlik həmin hökumətlərin İran və İraqda yerləşən müqəddəs məkanların, məscidlə-rin və mədrəsələrin inşa edilməsinin vacibliyini meydana çıxarırdı. Eləcə də, o dövrün padşahları şahlıq və hökümdarlıq etmək üçün bö-yük fəqihlərdən və dini alimlərdən icazə almaq məcburiyyətində idi-lər. Qazilik və məhkəmə sahələri də dini alimlərin ixtiyarında idi.


Müxtəlif dini alimlərin intizar məsələsi barəsində maraqlı fikir-ləri və nəzəriyyələri vardır. İndi siz oxucuların diqqətinə İmam Xo-meyninin sürgündə olduğu illlərdə İmam Zamanın (əc) intizarı və Vilayəti-Fəqih məsələsi barəsində vurğuladığı fikirləri çatdıracağıq:
İmam Zamanın (əc) kiçik qeybə çəkilmə hadisəsindən min ildən çox vaxt keçib. Yüz min il keçsə belə lazımi şərait yaranmasa O Həz-rət gəlməyə də bilər. Onda belə bir sual meydana çıxır ki, bu müddət ərzində İslam dininin əhkamları yerdə qalmalıdır və icra olunmama-lıdır, hər kim nə istəsə etməlidir?! İslam Peyğəmbərinin bəyan edil-

327


məsi, təbliği, yayılması və icrası yolunda iyirmi üç il əziyyətlərə qat-laşdığı dinin qanunlar yalnız qısa müddət üçün nəzərdə tutulmuşdur? Məgər Allah dini əhkamlarının icrasını iki yüz il həddində məhdud-laşdırmışdır və kiçik qeybə çəkilmədən sonraİslam hər şeyini itirmiş-dir? Belə məsələyə inanmaq və yaxud dilə gətirmək islam dininin qüvvədən düşməsinə inanmaqdan daha pisdir!”1
12-7. Batini rəhbərlik
Qeyd etdiyimiz kimi, Cəfəri şiyələr dini etiqad nöqteyi-nəzərin-dən pak İmamlardan (əs) birinin qiyam etməsinin intizarında idilər və sonda bu intizar məsələsi On İkinci İmam Həzrət Mehdi (əc)-in mü-barək vücuduna aid oldu.
İndi isə diqqətinizə İmam Zamanın (əc) intizarı dövründə batini rəhbərliyin mövcudluğunu çatdıracağıq. Batini rəhbər on bir məsum İmamlar (ə)2 kimi gündəlik həyatda mövcud və yaxud İmam Zaman (əc) kimi qeybdə ola bilər. Şiyələr batini rəhbərlərini də İmam adlan-dırırlar və bu söz (xristyanlıqdakı “Məsih” və Sufilikdəki “şah” sözü kimi) zahiri rəhbərə aid edilir. Elə bu səbəbdən də Qurani-Kərimdə düz yola hidayət edən3 imamlardan əlavə insanları cəhənnəmə sürük-ləyən pis imamlara4 da işarə edirlər.5 Həzrət İmam Sadiq (ə) buyurur: “Cəmiyyətdə nizam-intizamın bərqərar olunması üçün insanların yaxşı və pis əməlli İmamlara ehtiyacı var.”6 İmam ləqəbi sonralar batini rəhbərlərə də (Məsih və şah kimi) aid olunmağa başladı.
Yəhudilər Həzrət İsanın (ə) Məsih adlandırılmasını və sufiliyinin müxalifləri Sufi başçılarının “Şah” adlandırılmasını lağa qoyurlar, amma Əhli-Sünnə Şiyələrin on iki batini rəhbərlərinin “İmam” ad-



  1. İslam hökuməti, səhifə 30-31

  2. Bu məsum İmamlar 250 il ərzində cəmi Həzrət Əmirəlmöminin Əlinin (ə) beş illik, İmam Həsən müctəbanın (ə) altı aylıq və İmam Hüseynin (ə) qiyam etdiyi zamanda aşkar rəhbər də olublar.

  3. Ənbiya surəsi, 73

  4. Tövbə surəsi, 12

  5. Qisəs surəsi, 41

  6. Biharul Ənvar, cild 24, səhifə 157

328


landırılmasını qəbul edirlər. Çünki, bütün müsəlmanlar dini alimləri “müsəlman” adlandırırlar.
12-8. Ruhani
Dünyadan mövcud olan dinlərin əksəriyyətində ruhanilər möv-cuddur. Yəni dünyada mövcud olan bütün cəmiyyətlərdə kahin və ke-şiş ləqəbini öz üzərinə götürən, Tanrı ilə insanlar arasında vasitəçilik missiyasını boynuna götürən təbəqə mövcuddur. Bu dindar təbəqənin imtiyazları olduğu kimi bəzi məhrumiyyətləri də vardır. Dini mıra-simlərə başçılıq etmək belə imtiyazlardan biri sayıldığı kimi ailə hə-yatı qurmaqdan və mülk sahibi olmaqdan boyun qaçırtmaq da məh-rumiyyətlərdən biri kimi qəbul edilir.
Ruhani din aləmində fərqlənə bilər. Yəni, din alimi ilahiyyat üz-rə mütəxəssisdir. O, həmən dinin elmi sahələrində dərs deyə və dini təlimlər sahəsində kitab və məqalə yaza bilər. Belə bir şəxs ruhanilik vəzifəsinə təyin olunduqadan sonra dini mərasimlərə rəhbərlik etmək icazəsini də almış olur və qeyd etdiyimiz vəzifəyə təyin olunmadıqda belə bir iş üçün hüququ olmur.

Bəzi adi məsələlər belə hər hansı bir dində ruhanilərin üzərinə düşən öhdəliklərdən biri kimi qəbul oluna bilər. Məsələn; yəhudilik və xristyanlıqdakı evlilik məsələsi. Yəhudi ruhanilərinin müxtəlif, eyni zamanda olduqca qeyri-adi öhdəlikləri Tövratın Levilər bölü-mündə qeyd olunmuşdur. Xristyanlıqda olduqca müqəddəs əməl he-sab olunan və böyük əhəmiyyət kəsb edən evlilik məsələsi keşişin və yaxud yepiskopun kəbin kəsmə mərasimini kilsədə icra etdiyi zaman düzgün hesab edilir və qəbul olunur.


Dünya dinlərinin əksəriyyətində ruhani vəzifələrinin əksəriyyəti və ən əsası da ibadət müqəddəs məbədlərdə həyata keçirilir və bu mü-qəddəs məkanlardan xaricdə baş tutan ibadətlər düzgün hesab edilmir.
Dini elmlərə yiyələnmək və bü sahədə ixtisaslaşmaq heç bir dəs-tənin və yaxud təbəqənin ixtiyarında deyildir. Hamı, istər kişi, istərsə də qadın və bu dinə etiqadı olmayan insanlar belə həmən dinin müx-təlif elmlərini öyrənə bilərlər. Qadının ruhani olması və hər hansı dini

329


mərasimləri icar etməsi məsələsi sahəsində bəzi ixtilaflar mövcuddur. Məsələn, xristyan dininin müxtəlif firqələrində qadının keşiş və ya-xud yepiskop olması sahəsində fikir ayrılıqları mövcuddur. Protestant firqələrinin əksəriyyəti bunun mümkün olmasını bildirirlər.1
İslam dinində ruhani anlamı mövcud deyildir və elə bu səbəbdən də, ruhani məfhumunu dərk etmək müsəlmanlar üçün olduqca çətin-dir.2 İslam dininin alim və fəqihləri bizlərə bu dindən möminin bir-başa olaraq Allahla təmasda olmasını öyrətmişlər və xristyanlıqdan, eləcə də, bir çox dinlərdən fərqli olaraq insan tək başına da namaz qıla və ibadət edə bilər. Cəmaat namazı üçün də ruhaniyə ehtiyac yoxdur və camaat namazı qıldırmaq üçün həmən şəxs üç şərtə əməl etməlidir: Ədalətli olmalıdır, Həmd və Surəni düzgün oxumağı ba-carmalıdır və namazın məsələləri ilə tanışlığı olmalıdır.
Amma İslam dinində “Alim” mövcuddur və dini elmlərin daxili-nə gedərək araşdırmaq, Qurani-Kəriminin əmrinə uyğun olaraq (Töv-bə surəsi, 122) “din barəsində düşünmək” vacib məsələlərdən biridir. Digər tərəfdən, fiqh alimini təqlid etmək hər bir müsəlmanın şəri və-zifəsidir. Bu hər bir ağıllı insanın hər bir sahədə həmin sahənin ekspertinə müraciət etməsinə bənzəyir. Alimə iqtida etmək də daha yaxşı hesab olunur.
Dünyadakı bütün dinlərdə, o cümlədən xristyanlıqda namaz yal-nız məbəddə yerinə yetirilməlidir və namazın başqa məkanda həyata keçirilməsi mümkünsüzdür. Amma İslam dinində yer üzünün hər bir məkanı məbəd kimi qəbul olunur.



  1. Bir neçə il bundan öncə Anqlikan kilsəsi xanımların keşiş olmasına icazə verdi. Bu fətva həmən kilsənin bir çox ruhanilərinə ağır gəldiyi üçün Anqlikan kilsəsini tərk edərək katolikliyi qəbul etdilər. Anqlikan kilsəsindən gələn ruhanilərin həyat yoldaş-ları var idi və bu məsələ bəzi arzuolunmaz problemlər yarada bilərdi. Çünki, katolik ruhani subay olmalıdır. Amma, Roma Papası onlara ailəli olmalarına baxmayaraq katolikliyi qəbul etməyə icazə verdi. Bu qərar bir çox katolik ruhanilərinin etirazları ilə üzləşdi. Onlar bildiridilər ki, əgər ruhaninin həyat yoldaşı ola bilərsə bəs bizim niyə xanımımız olmasın?




  1. Maraqlısı budur ki, son əsrdə din alimlərini və dini təhsil alan tələbələri “Ruhani” adlandırırlar. Qeyd etmək lazımdır ki, bu söz artıq adət halını almışdır və heç bir xüsusi məna kəsb etmir.

330


13. Axirəttanıma
Dünyanın sonu barəsində bəhs edən sahə (qayıdış və qiyamət) “Axirəttanıma” (Eschatology) adlandırılır. Qayıdışın qiyamətin özü olması barəsində yəhudilikdə və islamda iki müxtəlif nəzəriyyə möv-cuddur. İslam dinindəki bəzi nümunələri sizin diqqətinizə çatdıraq: Şiyələr həm qayıdışa, həm də qiyamətə inanırlar. Halbuki, əhli-sün-nət yalnız qiyamətə inanırlar. Elə bu səbəbdən də, şiyələrin “rəcət” qayıdış kimi təfsir etdikləri bəzi Quran ayələrini əhli-sünnət qiyamətə aid edirlər.1 Xristyanlar rəcətlə qiyamətin bir olmasına inanırlar və onların Tanrı kimi qəbul etdikləri Həzrət İsa Məsihin (ə) ikinci dəfə qayıdacağını və min illik hökumət yaradacağına inandırlarını vurğu-layırlar. O Həzrət insanların sonuncu mühakiməsi üçün qiyamət yara-dacaq və onları cənnətə və yaxud cəhənnəmə göndərəcəkdir. Yəhudi-lər ümumiyyətlə yalnız bəzi insanların yenidən diriləcəyinə inanırlar və rəcətlə qiyamət arasındakı bağlantı barəsində elə də yaddaqalan nəzərlər söyləmirlər.
13-1. Dünyanın sonu barəsindəki dəhşətli xəbərlər
Dünyanın sonunun çatması bəşəriyyətin diqqətini özünə cəlb edən ən mühim məsələlərdən biri olmuşdur və dünyanın sona çatması barəsində verilən məlumatlarda olduqca dəhşətli və narahat edici xə-bərlər mövcud olmuşdur. Yəhudilikdə bu fitnələr o qədər dəhşətli də-rəcədə qeyd olunmuşdur ki, keçmiş zamanlarda yəhudi böyüklərinin əksəriyyəti dünyanın sonunun yaranması üçün lazım bilinən hazır-lıqların qorxusundan Məsihanın onların zamanında zühur etməməsi-nə dua edirdilər. Qeyd etmək lazımdır ki, xristyanlıqda dünyanın so-nu çatanda şeytan yenidən azadlığa qovuşur və dünyanın hər yerində fitnə-fəsad törədir, zalım insanları sayı çoxalır və dünyanın hər yerin-


  1. Məsələn Nəm surəsinin 83-cü ayəsində hər bir ümmətdən bir dəstənin həşr oluna-cağına və ayağa qaldırılacağına işarə edilmişdir. Halbuki, Kəhf surəsinin 47-ci ayə-sində bütün insanların istisnasız olaraq dirildiləcəyinə işarə edilmişdir.

331


də qanlı müharibələr başlayır. Dünyanın sonu barəsində verilən dəh-şətli və qorxulu xəbərlər İncillərdə bu formada qeyd olunmuşdur:
İsa məbəddən çıxıb gedirdi. Lakin şagirdləri ona yaxınlaşıb məbədin binalarını gəstərmək istədilər. İsa da cavab verib onlara de-di: “Bütün bu şeyləri görürsünüzmü? Doğrusun sizə deyirəm: Bura-nın daşı üstündə daş qalmayacaq, hər şey məhv olacaqdır.” İsa Zey-tun dağında oturarkən, şagirdləri təklikdə Onun yanına gəlib dedilər: “Bizə söylə görək bu şeylər nə zaman olacaq? Sənin gəlişinin və dün-yanın sonunun əlaməti necə olacaq?”İsa cavab verib onlara dedi: “Diqqətli olun ki, kimsə sizi aldatmasın. Çünki, bir çoxları: “Məsih mənəm”-deyə mənim adımla gələcək və çox adamları aldadacaqlar. Siz müharibə barədə və hərbi şayiələr eşidəcəksiniz. Baxın, dəhşətə gəlməyin; çünki, bunların həyata keçməsi qaçılmazdır. Ancaq bu hələ son deyil .Çünki, millət millətə, padşahlıq padşahlığa qarşı qalxacaq; bəzi yerlərdə qıtlıqlar və zəlzələlər olacaqdır. Bütün bunlar isə yalnız ağrıların başlanğıcıdır. O zaman sizə əziyyət verib öldürəcəklər və mənim adıma görə bütün millətlər sizə nifrət edəcəklər. O zaman bir çoxları büdrəyib bir-birini ələ verəcək və bir-birinə nifrət edəcəklər. Bir çox yalançı peyğəmbərlər qalxıb çoxlarını yoldan çıxaracaqlar. Bu fəsad çoxaldığından bir çoxlarının sevgisi soyuyacaqdır. Fəqət sona qədər dözən qurtulacaqdır. Padşahlıq haqqında olan bu müjdə millətlərin hamısına şəhadət olaraq bütün dünyada təbliğ olunacaq-dır və son zaman gələcəkdir. Beləliklə, Danial peyğəmbərin bəhs et-diyi viranəlik gətirən iyrənc şeyin müqəddəs yerdə durduğunu gördü-yünüz zaman. Yəhudeyada olanlar dağlara qaçsınlar. Damda olan evindən əşya götürməyə enməsin. Və tarlada olan da əbasını götür-mək üçün geri dönməsin. Fəqət o günlərdə boylu və əmzikli olanların vay halına! Dua edin ki, qaçmanız qışda və ya bir şənbə günündə ol-masın. Çünki, o zaman elə böyük məşəqqət olacaqdır ki, beləsi dün-yanın başlanğıcından indiyədək olmamışdır və heç olmayacaqdır. Əgər o günlər qısalmasaydı heç bir insan xilas olmazdı. Fəqət seçil-miş olanlar naminə o günlər qısalacaqdır. Əgər o zaman kimsə sizə: “Budur, Məsih burdadır, yaxud ordadır deyərsə inanmayın. Çünki, yalançı Məsihlər və yalançı peyğəmbərlər qalxıb böyük əlamətlər və

332


xariqələr göstərəcəklər ki, mümkünsə seçilmiş olanları da aldatsın-lar. Budur, mən əvvəlcədən sizə söylədim. Əgər sizə: “Budur, səhra-dadır”-desələr də çıxmayın, “Budur, daxili otaqlardadır”-desələr də inanmayın. Çünki, şimşək şərqdə çıxıb qərbdə göründüyü kimi insan oğlunun gəlişi də belə olacaqdır. Leş haradasa qaraquşlar da orada toplaşacaqlar. Fəqət o günlərin məşəqqətindən dərhal sonra günəş qaralacaq, ay işığını verməyəcək, ulduzlar göydən düşəcək və göylə-rin qüdrəti sarsılacaqdır. O zaman İnsan oğlunun əlaməti də göydə görünəcək; o vaxt yer üzünün bütün qəbirləri şivən qaldıracaq və İn-san oğlunun göyün buludları üzərində qüdrətlə və böyük izzətlə gəldiyini görəcəklər. Mələklərini böyük səsə malik boru ilə göndərə-cək. Mələklər də göyün bir ucundan o biri ucuna qədər onun seçdik-lərini dörd külək istiqamətindən toplayacaqlar. İndi, əncir ağacından ibrət alın. Onun budağı yumşalıb yarpaqlar çıxan zaman yayın yaxın olduğunu anlayırsınız. Eləcə də, siz bütün şeyləri görəndə bilin ki, O yaxındır, qapılardadır. Doğrusunu sizə deyirəm: Bütün bu şeylər baş verincəyə qədər bu nəsil keçməyəcəkdir. Göy və yer keçəcək, fəqət mənim sözlərim keçməyəcəkdir. Lakin, o günü və o saatı nə göylərin mələkləri, nə də oğul bilir. Atadan başqa heç kim bilmir. Nuhun gün-ləri necə idisə insan oğlunun da gəlişi elə olacaqdır. Çünki, Nuhun gə-miyə girdiyi günə qədər tufandan əvvəlki günlərdə insanlar yeyib, içib, evlənib, ərə gedirdilər. Və tufan gəlib hamısını aparıncaya qədər necə bixəbər idilərsə, İnsan oğlunun gəlişi də bu cür olacaqdır. O zaman tarlada iki nəfər olacaq, biri alınacaq, bir isə qalacaqdır. Dəyirman çəkən iki qadın olacaq, biri alınacaq, biri isə qalacaqdır. Beləliklə, oyaq olun, çünki Rəbbinizin hansı gün gələcəyini bilməzsiniz. Fəqət bunu bilin ki, əgər ev sahibi oğrunun hansı saatda gələcəyini bilsəy-di, oyaq durub öz evini oğurlatmağa qoymazdı. Bunun üçün siz də hazır olun, çünki İnsan oğlu sizin zənn etmədiyiniz saatda gələcəkdir. Belə isə, vaxtlı-vaxtında onlara çörək vermək üçün ağasının öz ev xalqı üzərinə qoyduğu sadiq və ağıllı qul kimdir? O qul nə bəxtiyar-dır ki, ağası gəldiyi zaman onu bu cür iş görməkdə tapacaqdır. Doğ-rusunu sizə deyirəm: “Ağası bütün malikanəsi üzərinə onu qoyacaq-dır. Fəqət, əgər o pis qul olaraqürəyində deyərsə ki, “Ağam gec gələ-

333


cək”. Və öz yoldaşlarını döyməyə və sərxoşlarla yeyib-içməyə başlar-sa o qulun ağası onun gözləmədiyi bir gündə və bilmədiyi bir saatda gələcək. Və onu iki yerə böləcək və ikiüzlülərlə eyni aqibətə uğrada-caq. Orada ağlaşma və diş qıcırtısı olacaq.” (Matta 24:1-51)
Müsəlmanlar da “İnsanlar (möminlər) yalnız: “İman gətirdik!” – demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanır-lar?”1 ayəsini əllərində rəhbər tutaraq həmişə dünyanın axırında mey-dana çıxacaq fitnələrə görə narahat olmuşlar. Ümumiyyətlə “Fitnə” termini də islam dininin yarandığı vaxtdan müsəlman aləmində və ür-fündə mövcud olmuşdur. Islam dünyasının ən qədim hədis kitabların-da və toplularında, o cümlədən “Hicri-Qəməri tarixilə 3-cü əsrdə qə-ləmə alınmış “Səhih Buxari” əsərində “Fitnə kitabı” adlı bölüm də mövcuddur. Bu bölümdə dünyanın sonunda meydana çıxacaq çax-naşmalar barəsində söz açılır. Belə hədislər “Məlahim” adlandırılırlar və bu sözün lüğətdəki mənası müharibələrdir.
Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin