HƏyatin gerçƏK


Fosillər “həyat ağacını” təkzib edir



Yüklə 1,74 Mb.
səhifə11/72
tarix06.02.2017
ölçüsü1,74 Mb.
#7785
1   ...   7   8   9   10   11   12   13   14   ...   72

Fosillər “həyat ağacını” təkzib edir...


Əvvəlcə, darvinizmin bu mövzudakı fərziyyəsini nəzərdən keçirək. Məlum olduğu kimi, darvinizm canlıların bir ortaq əcdaddan törədiyini və kiçik dəyişikliklərlə müxtəlifləşdiyini irəli sürür. Bu təqdirdə canlılar lap əvvəldən bir-birinə çox bənzər və ibtidai formalarda ortaya çıxmış olmalıdır. Yenə eyni iddiaya əsasən, canlıların bir-birlərindən fərqlənməsi və kompleksliklərinin artması da zaman ərzində paralel baş verməlidir.

Qısa desək, darvinizmə əsasən, canlılar bir kökdən gələn, ancaq sonra budaqlara ayrılan ağac kimi olmalıdır. Belə ki, bu fərziyyə darvinist mənbələrdə israrla vurğulanır və “həyat ağacı” (tree of life) anlayışı tez-tez işlədilir. Bu həyat ağacına əsasən, canlılar arasındakı ən əsas təsnifat vahidi olan şöbələr də sol tərəfdəki sxemdə göründüyü kimi, mərhələli şəkildə ortaya çıxmış olmalıdır.

Darvinizmə əsasən əvvəlcə bir şöbə əmələ gəlməli, sonra digər şöbələr kiçik dəyişikliklərlə və uzun zaman kəsikləri ərzində yavaş-yavaş meydana çıxmalıdır. Darvinizmin bu fərziyyəsinə əsasən, heyvan şöbələrinin sayında da mərhələli artım baş verməlidir. Yan tərəfdəki şəkil darvinist fərziyyələrə əsasən, heyv an şöbələrində nəzərdə tutulan mərhələli say artımını göstərir.

Darvinizmə əsasən, canlılar bu şəkildə inkişaf etməlidirlər. Yaxşı bəs, həqiqətən bu, belə olub?

Qətiyyən yox. Əksinə, heyvanlar ilk dəfə üzə çıxdıqları dövrdən etibarən çox fərqli və çox kompleksdirlər. Bu gün məlum olan bütün heyvan tipləri yer üzündə eyni anda Kembri dövrü kimi tanınan geoloji dövrdə üzə çıxmışlar. Kembri dövrü yaşı 570-505 milyon il kimi hesablanan 65 milyon illik geoloji dövrdür.

Əsas heyvan qrupları Kembri dövrünün “Kembri partlayışı” adlandırılan daha qısa yarım dövründə ani surətdə üzə çıxmışdır. Stefen C.Meyer, Pol A.Nelson və Pol Çien dərin elmi-ədəbi tədqiqata əsaslanan 2001-ci il tarixli məqalələrində “Kembri partlayışı geoloji dövrün 5 milyon ildən artıq davam etməyən, çox dar zaman intervalında əmələ gəlmişdir” yazırlar.56

Bu dövrdən əvvəlki fosil qeydlərində təkhüceyrəli canlılar və çox bəsit bir neçə çoxhüceyrəlidən başqa heç bir canlı izinə rast gəlinmir. Kembri dövrü kimi olduqca qısa dövr ərzində isə (5 milyon il geoloji cəhətdən çox qısa zaman kəsiyidir) bütün heyvan tipləri heç bir çatışmazlıq olmadan bir anda üzə çıxmışlar!

Kembri qayalıqlarında tapılan fosillər ilbizlər, trilobitlər, süngərlər, soxulcanlar, meduzalar, dəniz ulduzları, qabıqlı dəniz canlıları və dəniz zanbaqları (crinoidea) kimi çox fərqli canlılara aiddir. Bu təbəqədəki canlıların əksəriyyətində dövrümüzdə yaşayan nümunələrindən heç bir fərqi olmayan göz, qəlsəmə, qan dövranı kimi kompleks sistemlər, təkmil fizioloji formalar nəzərə çarpır. Bu formalar həm çox kompleks, həm də çox fərqlidir. “Science news” yazıçılarından biri olan Riçard Monestarski Kembri partlayışı haqqında belə məlumat verir:

Yarım milyard il əvvəl... Bu gün gördüyümüz olduqca kompleks heyvan formaları ani surətdə üzə çıxmışlar. Bu an 550 milyon il əvvəl Kembri dövrünün

məhz başlanğıcına uyğun gəlir ki, dənizlərin və yer üzünün ilk kompleks məxluqlarla dolması bu təkamül xarakterli partlayışla başlamışdır. Dövrümüzdə dünyanın hər tərəfinə yayılmış onurğasız heyvan qrupları erkən Kembri dövründə artıq mövcud idi və dövrümüzdə olduğu kimi, bir-birlərindən çox fərqli idilər.57

Eyni məqalədə Çinin Çenqcianq ərazisindəki Kembri təbəqələrini tədqiq edən paleontoloq Jan Berqstrom belə deyir: “Çenqcianq faunası dövrümüzdəki böyük heyvan tiplərinin erkən Kembri dövründə artıq mövcud olduğunu və bu gün olduğu kimi bir-birlərindən çox fərqli olduğunu üzə çıxarır”.58

Dünyanın anidən bir-birindən çox fərqli canlı tipləri ilə necə dolub-daşması, heç bir ortaq əcdada malik olmayan fərqli canlıların necə meydana gəlməsi təkamül nəzəriyyəsinin heç vaxt cavablandıra bilmədiyi suallardır. Darvinizmin dünya səviyyəsində ən qabaqcıl tərəfdarlarından biri olan ingilis bioloq Riçard Dokinz bu həqiqət haqqında belə deyir:

... Kembri təbəqələri əsas onurğas ız canlı qruplarını tapdığımız ən qədim təbəqələrdir. Bunlar ilk dəfə ortaya çıxdıqları kimi həddindən artıq təkamül keçirmiş şəkildədirlər. Sanki heç bir təkamül tarixinə malik olmadan, o vəziyyətdə orada meydana gəliblər.59

Darvinizmin dünya səviyyəsindəki ən məşhur tənqidçilərindən biri olan Berkeley və Kaliforniya Universitetinin professoru Filip Conson paleontologiyanın üzə çıxardığı bu həqiqətin darvinizmlə açıq-aşkar ziddiyyət təşkil etdiyini belə açıqlayır:

Darvinist nəzəriyyə canlıların bir növ “getdikcə genişlənən fərqlilik üçbucağı” çərçivəsində inkişaf etdiyini irəli sürür. Bu nəzəriyyəyə əsasən, canlılar ilk canlı orqanizmdən və ya ilk heyvan növündən başlayaraq getdikcə müxtəlifləşmiş və bioloji təsnifatın daha yuxarı kateqoriyalarını əmələ gətirmişdir. Amma heyvan fosilləri bizə bu üçbucağın əslində başıaşağı dayandığını göstərir: şöbələr elə ilk anda birlikdə var olmuşlar, sonra getdikcə sayları azalmışdır.60

Filip Consonun qeyd etdiyi kimi, canlı tiplərinin mərhələli şəkildə əmələ gəlməsi bir tərəfə qalsın, bütün tiplər bir anda mövcud olmuşdur, hətta sonrakı dövrlərdə bəzilərinin n əsli kəsilmişdir. 53-cü səhifədəki qrafiklər fosil qeydlərinin tiplərin mənşəyi haqqında üzə çıxardığı bu həqiqəti göstərir:

Göründüyü kimi, Kembridən əvvəlki (Prekembri) dövrdə ancaq təkhüceyrəli canlılardan təşkil olunmuş üç fərqli tip var. Kembri dövründə isə 60-100 arasında fərqli heyvan tipi bir anda ortaya çıxmışdır. Sonrakı dövrlərdə isə bu tiplərin bir qisminin nəsli kəsilmiş, dövrümüzə qədər sadəcə bəzi tiplər gəlib çıxmışdır.

Elmi yazıçı Rocer Levin darvinizmin həyatın tarixi haqqındakı bütün fərziyyələrini məhv edən bu qeyri-adi vəziyyətdən belə bəhs edir:

“Heyvanların ümumi tarixindəki ən mühüm təkamül xarakterli hadisə” kimi tanınan Kembri partlayışı daha sonra da varlıqlarını qoruyacaq bütün əsas canlı formalarını (tiplərini) üzə çıxarmışdır. Bunların bir qisminin daha sonra nəsli kəsilmişdir. Hal-hazırda mövcud olan 30 fərqli heyvan tipi ilə müqayisə edildikdə Kembri partlayışının təqribən 100-ə qədər fərqli tipi üzə çıxardığı təxmin edilir.61


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin